Məhkəmə qərarları › İş №1(102)-1882/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1882/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1882/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum ed ilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 aprel tarixli, 1(103)-1028/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Zeynalov) 2024-cü il 15 fevral tarixli, 1(008)-8/2024 saylı hökmü ilə, xx xxxx 1991-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də marketinq və satış şöbəsinin rəisi vəzifəsində işləyən, orta təhsilli, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi ev 15, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə nə zərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona CM-in 127.2.3-cü maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətinə, CM-in 221.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, təyin olunmuş cəzalar CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanaraq qəti olaraq ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Elbəy Allahverdiyev v ə Habil Məmmədovdan ibarət tərkibdə) 2024-cü il 30 aprel tarixli, 1(103)-1028/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkum CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair 15 fevral 2024- cü il tarixli 1(008)-8/2024 saylı hökmü dəyişdirilmiş, Məhkum CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə təyin edilmiş və CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılaraq üzərində saxlanılmış 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək 2 (iki) il 6 (altı) ay həddində müəyyən edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 24 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qisimində saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir g ünə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq Məhkum üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 4 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən «Sea Breeze» istirahət mərkəzində çimərlikdə Şahid1 ədəbsiz təkliflər etdikdən sonra buna irad bildirən, onun əri Zərərçəkmiş şəxs1 təhqir edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə m üşayiət edilən hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 sifət və ənsə nahiyəsinə yumruqla vurmaqla onun ənsə nahiyəsinin hematoması və alt dodağın əzilməsi yarası ilə müşayiət olunan ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt X2 mübahisəni sakitləşdirmək məqsədi ilə Məhkum qanunsuz hərəkətlərinin qarşısını alaraq onu kənara çəkməyə çalışmış, Məhkum isə hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Ə.Zülfüqarzadəyə müqavimət göstərməklə ünvanına nəlayiq ifadələr işlədib xuliqanlıq niyyəti ilə onun sifət nahiyəsinə iki dəfə vurmaqla burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlam lığa az ağır, sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma, sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MÜDAFİƏÇİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hazırkı işdə xuliqanlıq cinayətinin tərkibinin yaranması üçün mötəbər sübutlar mövcud deyildir. Belə ki, tərəflər bir-birini tanımamış, gecə radələrində zərərçəkmiş şəxslər spirtli içki qəbul etmiş halda dəniz kənarında baş tutan əyləncə mərasimindən çıxan zaman onlar arasında olan anlaşılmaz səbəbindən hadisə baş vermişdir. Hə mçinin cinayət işi üzrə müdafiə tərəfinindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, “elə bu vaxtda Aleksandr adlı şəxsin Orxanı arvadına söz atmaqda günahlandırdığını bilmiş, Orxan isə Aleksandra bir az öncə rus dilində dediyi sözü ümumi işlətdiyini, heç kimə söz atmadığını izah etməyə çalışmış, sözlü mübahisənin gedişində sonradan adını bildiyi Əliskəndər də yaxınlarına gələrək mübahisəyə qoşulmuş, mübahisə zamanı ilk öncə Əliskəndər, ardı ilə isə Aleksandr yumruqla Orxanı vurmaq istəmiş, lakin Orxan cəld tərpəndiyi üçün yumruq zərbələrindən yayınıb ilk öncə Əliskəndərin sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuş, Əliskəndər aldığı zərbənin təsirindən yerə yıxılmış, bunu görən Aleksandr Orxanın üzərinə gəlmiş və hər ikisi əlbəyaxa olub qumun üzərinə yıxılmış, Aleksa ndr da öz növbəsində Orxanı vurmağa çalışmış, elə bu vaxt Orxan əsəbləşsiyi üçün Aleksandrın baş nahiyəsinə bir dəfə yumruqla vurmuşdur.” Belə olan halda Məhkum xuliqanlıq ittihamının verilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Daha sonra müdafiəçi qeyd etmişdir ki, cinayət işi xx.xx.2022-ci il tarixdə CM-in 127.1 və 128-ci maddəsi ilə başlanılmış, ibtidai istintaq noyabr ayınadək həmin maddə ilə davam etmiş, xx.xx.2022-ci il tarixdə Məhkumla zərərçəkmiş şəxs arasında barışıq əldə edildiyini təsdiq edən sənədlər ibtidai istintaq orqanına təqdim edilmiş, bundan “qəzəblənən” ibtidai istintaq orqanı xx.xx.2022-ci il tarixdə cinayət əməlini CM-in müvafiq maddələrindən heç bir hüquqi əsas olmadan CM-in 127.2.3 və 221.2.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı ilə tam sübuta yetiri lmişdir ki, Məhkum əməlində CM-in 127.2.3 və 221.2.2-ci maddələrinin tərkib əlamətləri mövcud deyildir. Belə olan halda əməl müvafiq olaraq CM-in 127.1 və 128-ci maddələrinə tövsif olunmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuşdur. Tərəflər arasında barışıq əldə olunduğundan cinayət təqibinə xitam verilməlidir. Müdafiəçi göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1028/2024 saylı qərarının ləğv edilməsini, Məhkum əməlində CM-in 127.2.3 və 221.2.2-ci maddələrinin tərkibi olmadığından onun əməlinin CM-in 127.1 və 128-ci maddələrinə tövsif edilməsini, cinayət işinə CM-in 73.2-ci və Azərbaycan Respublikası CPM-in 40.3-cü maddələrinə əsasən xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 və Məhkum kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq ya lnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədal ət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşd irilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində cinayət işinin düzgün araşdırılmadığını, məhkumun əməlinin düzgün tövsif edilməd iyini mübahisələndirmiş və məhkumun əməlinin ictimai təhlükəlilyi daha az olan maddələrə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki cinayət əməllərinin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları aşağıdakı kimi təsvir edilmişdir: Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Ə.Zülfüqarzadə ilə əvvələcədən heç bir ədavəti, şəxsi-qərəzli münasibəti, tanışlığı belə olmamışdır. Məhkum sərxoş halda Nardaran qəsəbəsi ərazisində yerləşən «Sea Breeze» istirahət mərkəzində çimərlikdə Şahid1 ədəbsiz təkliflər etdikdən sonra buna irad bildirən, onun əri Zərərçəkmiş şəxs1 təhqir edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 sifət və ənsə nahiyəsinə yumruqla vurmaqla qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt Ə.Zülfüqarzadə mübahisəni sakitləşdirmək məqsədi ilə Məhkum qanunsuz hərəkətlərinin qarşısını alaraq onu kənara çəkməyə çalışmış, Məhkum isə xuliqanlıq hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Ə.Zülfüqarzadəyə müqavimət göstərməklə ünvanına nəlayiq ifadələr işlədib xuliqanlıq niyyəti ilə onun sifət nahiyəsinə iki dəfə vurmaqla burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş dir. Hazırki işin hallarından görünür ki, hadisə ictimai yerdə, yəni çimərlikdə baş vermiş, hadisənin baş verməsi və təqsirləndirilən şəxsin əməlləri ilə ətrafda yaşayan insanların evində yatdığı və istirahət etdiyi saatlarda ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydaları qərəzli surətdə pozulmuş, təxminən bir neçə dəqiqə ərzində orada yaşayanların və istirahət edənlərin dincliyi pozulmuş, təqsirkarlar ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər edilmişdir. Cinayət əməlinin qe yd edilən halları birinci instansiya məhkəməsində hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən dəlillər (apellyasiya şikayətində də müdafiə tərəfi eyni dəlilləri irəli sürmüşdür) yenidən araşdırılmış və qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və həmin tövsifin dəyişdirilməsi üçün heç faktiki və hüquqi əsas mövcud deyil. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, məhkuma həm təqsirli bilindiyi ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmuyu üzrə təyin edilmiş cəzalar həm növü, həm də həddi baxımından onun tərəfindən t örədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsnə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur, qanuni və ədalətlidir. Bu səbəbdən təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün də əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəşisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 aprel tarixli, 1(103)-1028/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar