Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1884/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun Məhkum - Məhkum, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü (hakim S.Quliyeva) ilə xx xxxx 1985-ci ildə Kəlbəcər rayonu Qaraqanlı kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 128, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzaların qismən toplanaraq Məhkum qəti olaraq 03 (üç) il 02 (iki) ay mü ddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 05 fevral 2021-ci il tarixdən hesablanması, iş üzrə mülki iddianın təmin edilməsi, Məhkum Aztelekom MMC-nin xeyrinə 329,98(üç yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla 349,98 (üç yüz qırx doqquz manat dixsan səkkiz qəpik) pulun tutulması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və X4 ibarət tərkibdə) 16 mart 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 11 yan var 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə, habelə binaya və saxlanc yerinə qanunsuz olaraq daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq və vətəndaşın şəxsiyyət vəsiqəsini talama cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində "xxxx" MTK-ya məxsus Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində yerləşən 27a saylı çox mən zilli yaşayış evinin dəhlizində quraşdırılmış bir ədədi 50 manat olan 30 ədəd, cəmi 1500 manat dəyərində su sayğaclarını, 20 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində həmin çox mənzilli yaşayış evinin dəhlizində quraşdırılmış bir ədədi 50 manat olan 30 ədəd, cəmi 1500 manat dəyərində su sayğaclarını və 29 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində isə həmin çox mənzilli yaşayış evinin dəhlizində quraşdırılmış bir ədədi 50 manat olan 8 ədəd, cəmi 400 manat dəyərində su sayğaclarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş "xxxx" MTK-ya ümumilikdə 3400 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2020-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs 1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 4-cü küçədə yerləşən 98 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçərək yaşayış sahəsinə qanunsuz daxil olub həyətdəki saxlanc yeri hesab edilən yarımtiklinin içərisində quraşdırılmış 1265,70 manat dəyərində “İtalherm” markalı 01 ədəd kombini və 45 manat dəyərində 01 ədəd elektrik gərginliyini tənzimləyən cihazı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1310,70 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2020-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs2 Allahvedi oğlunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci döngədə yerləşən 63 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçərək yaşayış sahəsinə qanunsuz daxil olub, evin sağ tərəfində divara quraşdırılmış 1100 manat dəyərində bir ədəd kombini və həyətədəki stolun üzərində olan 30 manat dəyərində bir ədəd sökülmüş vəziyyətdə elektrik su motorunu ələ keçirib, Zərərçəkmiş şəxs2 ümumilikdə 1130 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən evə qapıdan yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdən 300 manat dəyərində bir ədəd Saz müsiqi alətini, 50 manat dəyərində kişi gödəkçəsini və 50 manat dəyərində kişi şalvarını ələ keçirib, Zərərçəkmiş şəxs3 ümumilikdə 400 m anat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsindəki fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış yerinə qanunsuz daxil olub, evin uşaq otağında dolabın içərisində olan 1250 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən tikintisi başa çatmamış yarımtikili ev olan saxlanc yerinə qanunsuz daxil olub, oradan bir metri 1 manat olan, cəmi 300 manat dəyərində 300 metr uzun luğunda elektrik naqilini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 yanvar 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs9 MMC-nin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Abşeron Telekommunikasiya qovşağının binasının birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığını sındırmaqla binaya qanunsuz daxil olub, binanın birinci mərtəbəsindən 1000 metr uzunluğunda “PKSV” markalı kabeli və bir ədəd 75 amperlik akkumulyatoru ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs9 MMC-yə ümumilikdə 329,98 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2021-ci il tarix də, saat 23 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evin birinci mərtəbəsinin pəncərəsini dəmir parçası ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən 250 manat dəyərində bir ədəd qaynaq cihazını, 250 manat dəyərində bir ədəd laqondanı, 100 manat dəyərində bir ədəd “Bosh” markalı laqondanı, 200 manat dəyərində bir ədəd elektrik mişarını, 30 manat dəyərində bir ədəd istifadə olunmuş “MAG storm” markalı dreli, bir bağlaması 45 manat olan, cəmi 90 manat dəyərində 2 bağlamada 200 metr uzunuluğunda 4 mm-lik elektrik naqillərini, 90 manat dəyərində bir ədəd istifadə olunmuş 7 litr tutumlu odunla işləyən samovarı, 500 manat dəyərində bir ədəd digər samovarı və 500 manat dəyərində gümüşqaşıq dəstini ələ keçirib, Zərərçəkmiş şəxs6a ümumilikdə 2010 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evin həyətinə qanunsuz olaraq daxil olmuş, oradan bir ədəd 95 manat dəyərində su matorunu, evin pəncərəsini açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağında dolabdakı bir ədəd 300 manat dəyərində qızıl boyunbağını, 200 manat pulu və Zərərçəkmiş şəxs7 AZE******** nömrəli şəxsiyyət vəsiqəsini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 595 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2021-ci il tarixdə, saa t 23:30 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə inşa etdirdiyi yaşayış olmayan evin pəncərəsini açmaqla saxlanc yerinə qanunsuz daxil olub, bir qutusu 4 manat olan 60 manat dəyərində 15 qutu şurupları, bir metri 2,5 manat olan 375 manat dəyərində 150 metr elektrik naqilini, 100 manat dəyərində bir ədəd laqondanı, 50 manat dəyərində bir ədəd dreli, bir ədədi 5 manat olan 10 manat dəyərində 2 ədəd çəkici və bir ədədi 7,5 manat olan 15 manat dəyərində 2 ədəd mişarı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmi ş, cəza təyini haqqında qanunvericiliyin normaları düzgün olaraq tətbiq edilməmişdir. Belə ki, məhkəmələr onun əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının və xəstə ata, anasının olmasını nəzərə almadan ədalətsiz olaraq ağır cəza təyin etmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilməsini və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, ona verilmiş ittihamla razı olmadığını bildirib, kassasiya şikayətində qeyd edilənləri vurğulayaraq, şikayətin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə E.A.Məmmədov çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya məhkəməsinin q ərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən veri lmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində həddindən artıq ağır cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellya siya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrarən yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama və vətəndaşın şəxsiyyət vəsiqəsini talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublik ası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir, təyin edilmiş cəzanın yüngülləşdirilməsi və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlili k dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsipl ərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal (əməlindən peşman olmasın), cəzasını ağırlaşdıran hal (əməlində residiv olması) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdir ən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yün gül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və y axud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işı ğında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ol a biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1884/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1884/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver