Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1884/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4, 312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X13 və X7 ibarət tərkibdə) 4 mart 2022-ci il tarixli hökmü ilə 1 aprel 1956-cı il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, əvvəllər Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru-auditoru vəzifəsində işləmiş, Auditorlar Palatasının "Audit Group” MMC-nin direktoru-auditoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişd ir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu 24 sentyabr 2020-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) 18 aprel 2023-cü il tarixli qərarı ilə məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 29, 178.2.4, 32.4, 312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «04» mart 2022-ci il tarixli, 1(100)-11/2022 nömrəli hökmü məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Auditorlar Palatasının 18 dekabr 2008-ci il tarixli, 031612 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən 25 aprel 2007-ci il tarixdə qeydiyyata alınmış Gəncə şəhər Audit təşkilatının (VÖEN *** *******) rəhbəri-auditi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 23 aprel 1997-ci il tarixli Nizamnaməyə və "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli Qanununun 12 və 13-cü maddələrinə əsasən, sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarının sərbəst müəyyənləşdirilməsi, sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaqla yoxlama üçün onların alınması, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunun yoxlanılması və audit üçün lazım olan digər məlumatların alınması, sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat alınması, səlahiyyətli dövlət orqan larının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırılması, yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina edilməsi, auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət edilməsi, auditor yoxlamalarının və digər auditor xidmətlərinin keyfiyyətli həyata keçirilməsi, auditin aparılmasında iştirakının qeyri- mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər verilməsi, sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyəti, düzgünlüyü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunun yoxlanılması, auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasi bat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat verilməsi, sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatın (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlanılması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası X5 fililalının xx.xx.2005-ci il tarixdən xx.xx.2012- ci il tarixədək olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması məqsədilə Azərbaycan Respublikası Müəllimlər İnstitutunun rəhbərliyi ilə xx.xx.2012-ci il tarixdə 00505 saylı müqavilə bağladıqdan sonra xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə laqeydlik, yəni Azərbaycan Respu blikası X5 fililalında filialın sabiq direktoru Şahid1 işlədiyi dövr üzrə audit yoxlaması apararkən ciddi pozuntu, iri məbləğlərdə maliyyə çatışmazlıqları və nöqsanları ortaya çıxarmayacağı və tərtib edəcəyi audit arayışı üzrə inandırıcı olması üçün maliyyə vəsaitlərinin sərf edilməsi ilə bağlı xırda nöqsanlar qeyd edəcəyi müqabilində 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Müəllimlər İnstitunun Qazax fililalının Qazax şəhəri, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən inzibati binasında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 650.000 (altı yüz əlli min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, Şahid1 həmin məbləğin yüksək olduğunu ona bildirdikdə qeyd olunan məbləği verməyəcəyi təqdirdə tərtib edəcəyi arayışın Şahid1 cin ayət məsuliyyətinə cəlb olunmaqla uzun müddət azadlıqdan məhrum ediləcəyi ilə nəticələnəcəyi ilə onu hədələmiş, bundan sonra sonuncu göstərilən məbləği hissə-hissə verməyə öz razılığını bildirdikdən sonra 2012-ci ilin mart ayında Qazax rayonunda filialın həmin ünvanda yerləşən inzibati binasının qarşısında 50.000 (əlli min) manat məbləğində və Gəncə şəhəri, Aeroport yolunda yerləşən adsız “Motel”də 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitini Şahid1 cinayətdən xəbərsiz olan sonuncunun sürücüsü Şahid2 vasitəsilə, eyni niyyətlə, 2012-ci ilin aprel ayında Gəncə şəhəri, Aeroport yolunda yerləşən adsız “Motel”də 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini Şahid1 şəxsən alıb, sonuncu əvvəlcədən rüşvət qismində verməyə razılaşdığı 650.000 (altı yüz əlli min) manat məbləğində puldan qalan 250.000 (iki yüz əlli min) manatı vermədiyindən, həyata keçirdiyi həmin audit yoxlamasının nəticəsi üzrə Şahid1 tərəfindən işlədiyi dövr ərzində cəmi 200.162,22 manat (iki yüz min bir yüz altmış iki manat iyirmi iki qəpik) məbləğində pul vəsaitinin müxtəlif yollarla nağdlaşdırılmaqla mənimsənilməsi barədə 25 may 2012-ci il tarixli audit arayışı tərtib etməklə, ümumilikdə qeyd edilən qaydada Şahid1 özü üçün şəxsən birbaşa yolla 400.000 (dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin may ayında şərtlərini yerinə yetirmək niyyətində olmadığı hald a “Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatının Gəncə filialına kredit almaq görüntüsü yaratmaqla müraciət etmək və həmin müraciət zamanı özünü ödəmə qabiliyyətli şəxs kimi göstərmək məqsədilə rəhbəri olduğu həmin Auditor təşkilatının Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının 360 nömrəli xidməti otağında istifadəsində olan kompüterdə, tamah niyyətilə, aralarında heç bir əmək və ya sair xidmət müqaviləsi bağlanmadığı halda faktiki olaraq həmin təşkilatda işlərin yerinə yetirilməsinə cəlb etdiyi Şahid9 Faiq oğlunun və X11 guya Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Audit Təşkilatında işləmələri və hər birinin guya aylıq 720 manat məbləğində əmək haqqı almalarına dair bilə-bilə yalan məlumatları məzmununa yazdığ ı 12 may 2014-cü il tarixli, müvafiq olaraq 43/1 və 43/2 saylı arayış nümunələrini hazırlayıb, çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb imzası və Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Audit Təşkilatının möhürü ilə təsdiq etdikdən sonra hüquq verən həmin arayışların saxta olduğunu bilə-bilə onlardan qanunsuz olaraq tamah niyyətilə istifadə edib Şahid9 və Musa Yusifovun yüksək məbləğdə real əmək haqqı alan şəxslər kimi özünə zamin durmaları görüntüsü yaratmaqla ünvan 4 ünvanında yerləşən “Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatının Gəncə filialına 20.000 ABŞ dolları məbləğində kredit götürmək istəyinə dair müraciəti üzrə 14 may 2014-cü il tarixdə şəxsən həmin təşkilata təqdim etməsi ilə əlaqədar müraciəti müsbət qiymətləndirilib, onunla “Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatının Gəncə filialı arasında həmin dövrün rəsmi məzənnəsi ilə 15.600 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pulun 24 ay müddətə, illik 24 faiz dərəcəsi ilə kreditə verilməsinə dair 14 may 2014-cü il tarixli müqavilə bağlanmasına nail olub, həmin gün rəsmi məzənnə ilə 15.600 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul vəsaitini qeyd edilən təşkilatda nağd qaydada bankın kassasından 206 nömrəli, 14 may 2014-cü il tarixli məxaric orderi əsasında götürüb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə “Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatına məxsus olan 15.600 (on beş min altı yüz) manat məbləğində pul vəsaitini həmin təşkilata xeyli miqdarda ziyan vurmaq la ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə övladı Şahid7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsinə və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsinə işə düzəlməsində köməklik göstərilməsi məqsədilə 2014-cü ilin iyul ayında özünə müraciət edən X4 və Şahid7lə Gəncə şəhərində istintaqla dəqiq müəyyən edilməyən ünvanda görüşləri zamanı s onunculara özünün işi və digər əlaqələri vasitəsilə həmin Nazirlikdə yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Şahid7 həmin şöbələrdən biri üzrə müvafiq vəzifəyə təyin etdirmək imkanına malik olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncularda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla Cavanşir Nağıyevdən 19 iyul 2014-cü il tarixd ə Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında 3.500 (üç min beş yüz) manat məbləğində, eyni niyyətlə, 30 dekabr 2014-cü il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında 1.500 (bir min beş yüz) manat məbləğində, ümumilikdə vahid niyyətlə 5.000 (beş min) manat məbləğində pul vəsaitini Cavanşir Nağıyevdən alıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pul v əsaitinin rüşvət qismində verilməsinə sonuncu və Cavanşir Nağıyevi təhrik etmiş, sonuncu və Şahid7 aldadıqlarını başa düşərək qalan 2.000 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiklərinə görə həmin pul vəsaitini ələ keçirməyə nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavanşir Nağıyev və Şahid7 məxsus cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini sonunculara xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi qanunları təhrif edərək, işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, qərarı qəbul edərkən CPM-in tələblərini, İnsan hüquqları X2 tələblərini kobud şəkildə pozmuş, ədalət mühakiməsini həyata keçirərək ədalətli qərar qəbul etmək əvəzinə apellyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmamış və nəticədə apellyasiya şikayətini təmin etməmişdir. Belə ki, müdafiə tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili də ondan ibarət olmuşdu ki, Məhkum barəsində çıxarılmış hökm məhkəmə araşdırmasında müəyyən olunmuş sübutlara deyil, istintaq orqanının gəldiyi nəticə ilə üst- üstə düşmüşdür. Demək olar ki, istintaqın sübut növü kimi əsas götürdüyü və ittiham aktında göstərdiyi dəlillərin hamısı (hansı ki, həmin sübutların özləri ittiham hökmü çıxarma üçün kifayət etmir) məhkəmə istintaqı zamanı təkzib olunması na baxmayaraq, yenə də ittiham aktını hökmə köçürməklə məhkəmə kifayətlənmişdir. Bu CPM-nin 351.2-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə istintaqında tədqiq olunmuş mötəbər və mühüm sübutlar olmadan, məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham hökmü çıxarmışdır. Bu da onu sübut edir ki, məhkəmə təqsirləndirilən şəxsə CM- in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2, 32.4,312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-maddəsi ilə ittiham hökmü çıxaran zaman CPM-nin 351.2ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə hökmündə təqsirləndirilən şəxsə verilmiş ittihamı sübut edəcək heç bir sübut növü yoxdur. Hökmdə ibtidai istintaqın gəldiy i nəticə əsas götürülmüşdür. Məhkəmə araşdırmasında ittihamı sübut edəcək heç bir mötəbər sübut növü müəyyən edilmədiyi halda, hökmdə göstərilmişdir ki, guya Məhkum özünü təqsirli bilməməsi məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Halbuki, məhkəmə araşdırmasında ittihamın sübuta yetirilməməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına imkan verir. Lakin Apellyasiya məhkəməsi məhkəmə baxışını məhkəmə istintaqı ilə apararaq, yeni apellyasiya şikayətində irəli sürülən dəlilləri təsdiq edən sübutların əldə etməsinə baxmayaraq, ittiham hökmünü qüvvədə saxlamışdır. Məhkum verilmiş ittihamda göstərildiyi kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq et miş, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmiş vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti hədə- qorxu tətbiq etməklə rüşvət qismində istəməklə almış, bilə-bilə hüquq verən saxta rəsmi sən ədlərdən vahid niyyətlə istifadə etməsi, hər hansı cinayətin törədilməsinə aidiyyəti və təqsirliyi, əməlində cinayət tərkibinin olması sübuta yetirilməmişdir. Məhkum verilmiş ittihamda, ibtidai istintaq orqanının qəbul etdiyi sənədlərdə - təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlarda, ittiham aktında göstərilənlər məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, işin praktiki hallar ilə tamamilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs hər epizod ilə bağlı ifadə vermişdir. ”Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatından öz adına qanuna müvafiq qaydada 20000 ABŞ dolları kredit götürmüşdür. Həmin vaxt bank işçiləri ondan pulu götürə bilməsi üçün iki nəfər zamin istəmiş, o da bu barədə işçilərinə müraicət etmiş və işçilərindən iki nəfər k önüllü ona zamin durmuşlar. Burada qanunsuz heç bir şey olmamışdır. Ona elan olunmuş ittihamda göstərilən 400000 manat epizodu ilə bağlı ittihamın şər-böhtan olduğunu bildirmiş və göstərmişdir ki. əgər Şahid1 400000 manat rüşvət almışdırsa, yoxlama zamanı Şahid1 200000 manat yeyintisi olduğunu yazmazdı. O, Cavanşirlə ailəvi dost və qonşu olmuş, ona pul lazım olduğu üçün sonuncudan borca pul almış, sonra da qaytarmış və bu məsələ ilə bağlı araşdırma aparılıb, hüquqi qiymət verilmişdir. İstintaq zamanı çinayət işi üzrə dindirilmiş şahidlər Şahid1 onlara vermiş olduğu məlumatlar əsasında hadisəni təsvir etmişlər. Şahid1 ifadəsində qaynı Şahid5 50000 manat pulu oğluna verməsini bildirsə də, Şahid5 öz ifadələrində həmin pulu bacısı, yəni Şahid1 həyat yoldaşı Simnarə Veysovaya verdiyini bildir mişdir. Pulu verərkən onların hansı məqsədlə pul istəmələrini bilməmiş, yalnız Şahid1 bu barədə şikayətlər etdikdən sonra onun hadisələrdən məlumatı olmuşdur. Dindirilmiş digər şahidlər, yəni Şahid3, Şahid4 və Şahid6 da Şahid1 onlara verdiyi məlumatlar əsasında ifadələr vermişlər. Yəni, onlar Şahid1 Məhkum rüşvət verməsinin birbaşa şahidi olmamışlar. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarının ləğv olunması, Məhkum barədə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətini n təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir f aktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4, 312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-ci maddələri ilə təqsirli bilinməsi və əməlində cinayət tərkibinin olmaması mübahisələndirilir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxla yıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli h əlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəs inin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni h əll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yar adır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə Azərbaycan Respublikasının Cinayət-Prosess ual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, CM-in 311.3.3 və 311.3.4-cü maddələri təqsirli bilinərək cəzalandırılması barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4, 312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, məhkum edilmiş şəxsə əməlində qeyd edilən cinayət əməl inin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri,ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq öz ünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real mal iyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxs in niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkum verilmiş hər bir ittiham üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən müəyyən edilmiş hallara əsasən: Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının 24 iyun 2020-ci il tarixli 01-1/085 nörməli məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun rektoru xanım A.H.Naxçıvanlı xx.xx.2012-ci il tarixli 01-10/56 saylı məktubla Azərbaycan X5 filialının 2005-ci ildən xx.xx.2012-ci il tarixə kimi olan dövr maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının keçirilməsinə köməklik edilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət etmiş, auditin aparılması Gəncə şəhər Auditor təşkilatının direktorauditoru Məhkum tapşırılmış və bundan sonra Azərbaycan Müəllimlər İnstitutunun rektoru xanım A.H.Naxçıvanlı ilə Gəncə şəhər Auditor təşkilatının direktor-audit oru Məhkum arasında xx.xx.2012-ci il tarixli 00505 saylı müqavilə bağlanılmışdır; Cinayət işi üzrə rüşvət vermiş şəxs Şahid1 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən onun məhkəmə iclaslarında ifadə verməsi mümkün olmamışdır. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki,...o, Məhkum rəhbərlik etdiyi qurumda heç bir nöqsan olmadığını və bununla bağlı Maliyyə Nazirliyi tərəfindən yoxlama aparıldığını bildirmişdir. Natiq isə həmin yoxlamanın heç nəyə dəxli olmadığını, fəaliyyətini təmiz yoxlayıb nəticəsindən asılı olmayaraq onu ilişdirəcəyini və tapşırığın yuxarıdan verildiyini bildirmişdir. Bundan sonra Məhkum karandaşla kağız parçasına 650.000 (altı yüz əlli min) rəqəmini yazmışdır. Natiq ona həmin məbləğin manatla olduğunu və tez bir zamanda həll olunmalı olduğunu bildirmişdi r. Eləcə də onun diqqətinə çatdırmışdır ki, həmyerlisi Arif Bayramovun aqibəti onu gözləyir. O da Arif Bayramovun necə, hansı əsasla cinayət məsuliyyətinə cəlb olunduğunu dəqiq bilmədiyi üçün, Məhkum A.Bayramovun nə etdiyini və nə səbəbə məsuliyyətə cəlb olunacağını sözünü demişdir. O isə A.Bayramovun rəhbərlik etdiyi Qazax rayon Su İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətini özünün yoxladığını və orada olan maliyyə çatışmazlığı ilə əlaqədar məsuliyyətə cəlb olunduğunu bildirmişdir. O isə ona həmin məbləğdə pulunun olmadığını və həmçinin Azərbaycan X5 filialının maliyyə-təsərüffat fəaliyyətində heç bir çatışmazlıq olmadığını bildirmişdir. Məhkum isə "çatışmazlığın olub-olmamasını hələ yoxlama göstərər, bu gün sabaha nə edə bilərsən, 50.000 manat təşkil edə bilərsənmi?” sözlərini demişdir. M əhkum təkidli sözündən sonra razılıq vermiş və sonra gəlib bu barədə evdə arvadı Simnarə Veysovaya demişdir. Ondan sonra yoldaşı da məcbur olub köməklik üçün Xaçmaz rayonunda yaşayan qaynı Şahid5 zəng edib 50.000 manat borca ondan pul istəmişdir. Qaynı Şahid5 Xaçmaz rayonunda terapevt-həkim işləyir, eləcə də digər qayınları ilə birgə Xaçmaz rayonunda fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, böyük təsərrüfat sahələri vardır. Ona görə də o, borc üçün qaynı Şahid5 müraciət etmişdir. O da köməklik edəcəyinə söz verərək həmin məbləği Bakı şəhərində yaşayan oğlu Şahid3 göndərmiş, o isə həmin məbləği Bakı şəhərində sürücüsü Şahid2 vermişdir. Şahid2 isə pulu götürüb Qazax rayonuna gəlmişdir. O həmin məbləği, yəni 50.000 manat pulu 2012-ci ilin təxminən fevral-mart aylarında X5 fili alının qarşısında Məhkum özünün təklifi ilə adını bilmədiyi qoca sürücüsünə təhvil vermişdir. Bundan təxminən bir ay sonra Məhkum onun iş yerinə gələrək pulun yerdə qalan məbləğini tələb etmişdir. O isə Məhkum pulunun olmadığını demişdir. Natiq isə ona bunun heç bir aidiyyətinin olmadığını və pulun təcili ona çatmalı olduğunu bildirmişdir. O isə Natiqdən pulu düzəltmək üçün bir az möhlət istəmiş, Natiq də onunla razılaşmışdır. Bundan 15 gün sonra Qazax tərəfdən gəldikdə Gəncə şəhərinin girəcəyində yerləşən adsız Moteldə 150.000 manat pulu Məhkum özü əli ilə vermiş və Natiq də pulu sayıb götürmüşdür. Təxminən bir ay sonra 200.000 manat pul düzəldib, həmin məbləğidə Məhkum həmin moteldə vermişdir. Qeyd etmişdir ki, hər iki məbləği Məhkum verərkən sürücüsü Şahid2 da yanında olmuşdur. Həmçinin, pulu Məhkum verəndə, həmin pulların müqabilində onu Azərbaycan X5 filialının direktoru vəzifəsinə bərpa edəcəyini, guya bunu da Məhkum Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı ilə razılaşdırdığını bildirmişdir. Pulu Məhkum verdikdən sonra arxayın olmuşdur ki məsələ həll olunub. Lakin o, Məhkumla dəfələrlə telefon əlaqəsi saxlayıb audit yoxlamasının nəticə ilə maraqlanırmış, Natiq isə onu hər dəfə arxayın salıb, müxtəlif bəhanələr gətirərək narahat olmamasını deyirmiş. Hətta bir dəfə də o, Gəncə şəhərinə gedib onunla görüşərək, özünün, arvadının və ailəsinin narahatlığını bildirmişdir. Məhkum isə ona arvadı Simnarə Veysova ilə danışmaq istədiyini bildirmişdir. Natiq onun yanında, onun mobil telefonu vasitəsi ilə arvadı S.Veysova ilə danışaraq narahat olmamasını və hər şeyin qaydasında olmasını demişdir. Bundan sonra o, yenə arxayın olaraq oradan çıxıb getmişdir. Bir müddət sonra Natiqə zəng etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək yenidən əlavə pul lazım olmasını bildirirmiş. Bundan sonra Məhkum ona qarşı etdiyi hərəkətlər barədə hüquq mühafizə orqanları tərəfindən qiymət verilməsi üçün xx.xx.2013cü il tarixdə Gəncə şəhər prokurorluğuna müraciət etmişdir; Üzləşdirmə aparılmasına dair protokollardan görünür ki, Şahid1, Şahid2 və şahid X8 ilə şahid Məhkum arasında ayrı-ayrılıqda aparılmış üzləşdirmə zamanı, şahidlər Şahid1, Şahid2 və X8 ifadələrində göstərdikləri xüsusatları Məhkum üzünə qarşı bildirməklə ifadələrini bir daha təsdiq etmişlər. Şahid3 apellyasiya instansiya məhkəməsinin iclasında yenidən dindirilmiş və o, əvvəlki ifadələrində göstərd iyi xüsusatları bir daha təsdiq etmişdir. Müdafiə tərəfinin həmin dövrdə Məhkum ümumiyyətlə sürücüsü olmamasına dair gətirdiyi dəlillərin araşdırılması məqsədilə X14 apellyasiya baxışında şahid qismində dindirilmiş və o, ifadəsində Natiqin Aqil adlı sürücüsünün olmasını bildirmişdir. Bundan başqa şahid qismində dindirilmiş Şahid2 ifadəsində Məhkumla Şahid1 Gəncənin girişində olan restoranda birlikdə oturub, çay içən vaxt, İsanın ona "qəhvəyi” rəng qovluqda sənədlər olduğunu və gətirməli olduğunu dediyini və həmin qovluğu onlara verdiyini, lakin qovluğun içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsin 07 sentyabr 2020-ci il tarixli **********6 saylı məktubundan görünür ki, Şahid9 və X25 oğlunun sığo rta olunan kimi qeyd olunmamış, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara əsasən məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda adları siğortaolunan kimi qeydə alınmamışdır. Gəncə şəhər Auditor Təşkilatının direktoru tərəfindən verilmiş 12 may 2014-cü il tarixli, 43/1, 43/2 saylı arayışlardan görünür ki, Şahid9 25 noyabr 2011-ci il tarixdən 12 may 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatında (VÖEN **********) mütəxəssis vəzifəsində, X16 isə 05 dekabr 2011-ci il tarixdən 12 may 2014- cü il tarixə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatında (VÖEN **********) mütəxəssis vəzifəsində işləmişlər və aylıq əmək haqqları 720 (yeddi yüz iyirmi) manat olmuş dur. 14 may 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin dövrün rəsmi məzənnəsi ilə 15.600 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul 24 ay müddətə, illik 24 faiz dərəcəsi ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən kreditə götürülmüşdür. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum "Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatının Gəncə filialına kredit almaq görüntüsü yaratmaqla müraciət etmək və həmin müraciət zamanı özünü ödəmə qabiliyyətli şəxs kimi göstərmək məqsədilə Şahid9 Faiq oğlunun və X11 guya həmin Audit Təşkilatında işləməsi və hər birinin 720 manat məbləğində əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları 43/1 və 43/2 saylı arayışların məzmununa daxil etmiş, həmin arayışları Təşkilatın möhürü ilə təsdiq etmiş, hüquq verən həmin a rayışların saxta olduğunu bilə-bilə onlardan qanunsuz olaraq tamah niyyətilə istifadə edib Şahid9 və Musa Yusifovun yüksək məbləğdə real əmək haqqı alan şəxslər kimi özünə zamin durmaları görüntüsü yaratmış, bununla da vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, mərhum atası X4 ilə Məhkum çox yaxın münasibəti olmuşdur. Məhkum Gəncə Auditorlar Palatasının sədri kimi tanımışdır. Məhkum atası və onunla söhbət edən zaman vəzifəli şəxslərlə geniş əlaqələrinin olmasından danışmış, ona görə də atası da, o da Məhkum söylədiklərinə in anmışlar. 2014-cü ilin yay aylarında Məhkum atası ilə onun yanına gəlmiş, onun işsiz olduğunu bildiyi üçün geniş əlaqələrindən istifadə edib onu işə düzəldə biləcəyini demişdir. Atası Məhkum onu harada, hansı vəzifədə işə düzəldə biləcəyini soruşduqda, Məhkum Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindəki vəzifəli şəxslərlə geniş əlaqəsi olduğunu bildirmiş, lakin həmin vəzifəli şəxsin kim olması barədə hər hansı bir söz deməmişdir. Onların istədiyi halda onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər xüsusi riskli xilas etmə riskinin əməkdaşı və yaxud həmin nazirliyin Göygöl rayonu üzrə Yanğın Söndürmə Xidmətinə Yanğın söndürən kimi işə düzəldə biləcəyini bildirmişdir. Məhkum atası və onunla söhbət edib, onun qeyd olunan vəzifələrdən birinə işə düzəldilməsi qarşılığında 7000 manat məbləğində pul istəmişdir. Atası ilə bir qədər təklikdə özləri söhbət etdikdən sonra Məhkum razılıq vermişlər. Məhkum onlardan işə qəbul edilməyi üçün 5000 manat əvvəlcədən, 2000 manat isə qəbulla bağlı əmri çıxandan sonra veriləcəyini bildirmişdir. Onlar da razılaşmışlar, 19 iyul 2014-cü il tarixdə saat 15 radələrində atası Məhkum zəng vurub onunla Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında görüşməkləri barədə vədləşmişlər. Atası Gəncə şəhər İcra Hakimiyyəti binasının yaxınlığında Məhkum 3500 manat məbləğində pulu şəxsən onun iştirakı ilə vermiş, pul verilən zaman orada yalnız üçü olmuşlar. Həmin vaxt Məhkum ona söz vermişdir ki, onu dörd ay ərzində qeyd olunan vəzifələrdən birinə işə qəbul etdirəcəkdir. 2014-cü ilin dekabr ayının axırlarında Məhkum pulun qalan his səsini təkrar onun yanında atasından tələb etmişdir. 30 dekabr 2014-cü il tarixdə atası Məhkumla Gəncə şəhərində, Gəncə şəhər univermağının sonunda yerləşən 9 mərtəbəli binanın yaxınlığında görüş təyin etmiş və qalan 1500 manatı da Natiqə vermişdir. Bundan sonra xeyli müddət keçməsinə baxmayaraq o, işə düzəlmədiyini görüb aldadıldığını düşünmüşdür. Bu səbəbdən həm o, həm də atası onun işə qəbul olunmamağının səbəbini soruşanda Məhkum müxtəlif bəhanələrlə qısa müddət ərzində işə düzələcəyini demişdir. Bir müddət sonra atası ilə birlikdə Məhkumla görüşüb verdikləri pulun geri qaytarılmasını tələb etmişlər. Məhkum müxtəlif bahənələr gətirib, pulu qaytarmamışdır. 2015-ci ilin mart ayında atası infarkt keçirmiş, sonradan həmin ilin may ayında isə yol avtomobil nəqliyyat qəzasında ölmüşdür. Bund an sonra o məcbur olub bu barədə 22 oktyabr 2015-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 qaynar xətt” əlaqə mərkəzinə müraciət etmişdir. Bu barədə həmin idarədə araşdırma aparılmağa başlanmışdır. O, qeyd olunan idarədə izahat verib qayıdan zaman Elçin və Eminin onların evinə gələrək anası Şahid8 Məhkum onu işə düzəltməsi adı ilə aldığı 5000 manat pulu qaytarmışlar. Bundan sonra, o, araşdırma aparan prokurora bu barədə məlumat vermişdir. Apellyasiya məhkəməsi cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən haqlı olaraq hesab etmişdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etməsi, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etməsi, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməsi, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəməklə alması, bilə-bilə hüquq verən saxta rəsmi sənə dlərdən vahid niyyətlə istifadə etməsi məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, üzləşdirmə və dindirmə istintaq hərəkətləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində Məhkum Şahid1 rüşvət tələb edərək almadığını, "Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatına məxsus olan 15.600 (on beş min altı yüz) manat məbləğində pul vəsaitini həmin təşkilata xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmədiyini, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmədiyini, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmədiyini, Cavanşir Nağıyevə və Şahid7 qarşı dələduzluq etmədiyini, həmin şəxsləri rü şvət verməyə təhrik etmədiyini göstərsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.2,178.2.3,178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 311.3.3, 311.3.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, cinayət işi üzrə toplanmış sübutlara, yəni zərərçəkmiş şəxs və şa hidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiymət vermişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3,178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 311.3.3, 311.3.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış v ə qiymətləndirilmiş – zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkz ib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-cü maddələri təqsirli bilinərək ona cəza təyin edilməməsi, Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, Məhkum barəsində Azər baycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4, 312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-ci maddələri il ə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1884/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1884/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver