Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1884/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 180.2.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ağayev İslam Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1800 (min səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, ünvan 2 fərdi evdə yaşamış, CM-in 180.2.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 180.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçək mə müəssisəsində çəkməklə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 17 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu “Koroğlu” metrostansiyasının çıxışının qarşısında fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Gentra” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomombilinə müştəri qismində minib ünvan 3 ünvanına gələrək orada guya tanışından pul almaq adı ilə avtomobildən aşağı enib taksi sürücüsündən tanışı gələnədək onu gözləməsini xahiş etmiş, bir qədər avtomobilin ətrafında dövrə vurduqdan sonra sürücünün diqqətini yayındırmaq üçün sonuncunu aldadaraq avtomobilinin arxa sağ təkərinin boşalmasını bildirib onun avtomobildən aşağı enməklə arxa sağ tərəfinə keçməsinə nail olmuş və həmin vaxt fürsətdən istifadə edib qəfildən avtomobilin qabaq sol qapısını açaraq avtomobilin salonundan sürücü Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 500 maat dəyərində “Redmi Note 11” markalı mobil telefon cihazını üzərindəki 10 manat dəyərində sim kart və 5 manat dəyərində danışıq balansı ilə birlikdə götürüb qaçmaqla açıq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 515 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə 8 mart 2023-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında fəaliyyət göstərən “Sərham market”in qarşısında yerləşən "xxxx" ASC-yə aid bankomatdan təqaüd pulunu alan Zərərçəkmiş şəxs2 izləyərək onun bankomatdan pul çıxaran digər qadınla söhbətinə qulaq asıb bir neçə gün əvvəl həmin ərazidə pul itirməsini öyrənərək təqaüd pulunu çıxardıqdan sonra arxasınca getmiş, yolda əlverişli məqam taparaq Zərərçəkmiş şəxs2 yaxınlaşıb barəsində bir qədər əvvəl əldə etdiyi məlumatdan istifadə etməklə sonuncunun itirdiyi pulun guya yaxınlıqda yaşayan xalası tərəfindən tapılmasını bildirmiş və həmin pulu onunla birlikdə xalasıgilə gedərək təhvil almasını təklif etməklə Zərərçəkmiş şəxs2 aldadaraq ünvan 5 ünvanında yerləşən “Akkordun Binaları” yaşayış kompleksindəki yaşayış binasının girişinə aparıb yuxarı mərtəbəsindəki qeyri-yaşayış hissəsinədək qalxmasına nail olmuş, orada guya xalasının evdə olmadığını bildirməklə Zərərçəkmiş şəxs2 bankomatdan çıxartdığı təqaüd pulunu bir daha onun yanında saymasını məsləhət görmüş, həmin vaxt sonuncu onun əmlakını ələ keçirmək niyyətinin olduğunu anlayaraq həyat və sağlamlığına zərər vurmaması üçün özü çantasından pullarını çıxarıb üzərindən bir hissəsini ona vermək istədikdə qəfildən ovucundakı 327 manat məbləğində pulunu bütövlükdə götürüb qaçmaqla açıq talayaraq təkrar soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,4 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq yaşadığı ünvan 4 küçəsi nömrəsiz fərdi evin qarşısınadək daşımış, Zərərçəkmiş şəxs2 qarşı törətdiyi soyğunçuluq cinayət hadisəsində şübhəli bilindiyinə görə 13 mart 2023-cü il tarixdə saat 20 radələrində həmin ünvanda Sabunçu rayon Polis İdarəsinin əmə kdaşları tərəfindən saxlanılaraq gətirildiyi ünvan 6 ünvanında yerləşən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,032 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,4 qram olan qəhvəyi rəngli tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi İ.S.Ağayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov M irzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 17 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi İ.S.Ağayev kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, Məhkum barəsindəki cinayət işinin yeni məhkəmə baxışına təyin edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, CM-in və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2033-cü il tarixli Qərarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi İ.S.Ağayev həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən ona istinad edilən CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirilməmiş, həmin maddə ilə irəli sürülmüş ittihamın əsasına məhz cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə əldə edilmiş və sübut kimi yolverilməz sənədlər qoyu lmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Məhkum CM-in 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, onun evinə basqın etmiş bir qrup polis əməkdaşları tərəfindən o, anasının və qardaşının gözləri qarşısında döyülməklə yarıçılpaq halda zorla götürülüb ayaqyalın polis bölməsinə aparılmış və orada olarkən yenə də fiziki işgəncələrə məruz qalmış, habelə ailə üzvləri ilə təhdid edilmişdir. Bu səbəbdən o, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş, sonradan bildiyi kimi, içərisində külli miqdarda narkotik vasitə olan ikinci bükümün də özünə aidiyyatı olduğunu göstərmək məcburiyyətində qalmışdır. Halbuki, həmin vaxt onun üzərində içərisində cəmisi 0,368 qram heroin olan büküm olmuşdur. Bu xüsusatları Məhkum ibtidai istintaq zamanı üzləşdirmələr, habelə məhkəmə iclasında baş tutmuş çarpaz dindirmələr aparılarkən şahid qismində işə cəlb edilmiş polis əməkdaşlarının üzünə qarşı bildirmiş, polis məkdaşları isə cinayət təqibi zamanı biri-biri ilə üst-üstə düşməyən ifadələr verməklə yanaşı təqsirləndirilən şəxsin təsadüfən və ya ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə əlaqədar saxlanılması, onun harada və necə saxlanılması, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən hansı cibindən və neçə bükümdə narkotik vasitə aşkar edilməsi ilə bağlı və digər suallara qeyri-müəyyən, işin faktiki halları ilə uzlaşmayan ziddiyyətli cavablar vermişlər. Məhkum ifadələri onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməlin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsas yaratmasına baxmayaraq, onun həmin əməli əsassız və qanusuz olaraq CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilmiş və bu nəticəyə gələrkən məhkəmələr toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verməmişlər. Bununla yanaşı, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş X12 və X10 Məhkum ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək, ətraflı, məntiqli, ardıcıl və sonuncunun ifadələrinə uyğun ifadələr vermişlər. Həmçinin, iş materiallarına əlavə edilmiş Məhkum tibbi kitabçasının kserosurətindən görünür ki, sonuncu İstintaq Təcridxanasında müayinə olunarkən onun bədəni üzərində müxtəlif xəsarətlərin olması müəyyən edilmişdir. Bununla yanaşı, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd diskə baxış keçirilməsi haqq ında 2 iyun 2023-cü il tarixli protokolla müəyyən edilir ki, videogörüntüyə keçirilmiş baxışda iştirak etmiş Məhkum həmin videoçəkilişin polis əməkdaşları tərəfindən saxtalaşdırılmaqla uydurma ssenari əsasında aparıldığını, reallıqda həmin vaxt onun üzərində iki bükümdə külli miqdarda deyil, cəmi bir bükümdə 0,368 qram çəkidə narkotik vasitə - heroin olmasını, ikinci böyük bükümdəki külli miqdarda narkotik vasitənin məhz polislər tərəfindən videoçəkiliş başlanmazdan əvvəl onun üzərinə əlavə qoyulduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən şikayət müəllifi hesab edir ki, qanunauyğun olmayan qaydada aparılmış istintaq hərəkətlərinin həyata keçirilməsində iştirak etmiş şəxslərin ifadələri də sübut növü baxımından əhəmiyyətsizdir. Həmçinin, iş materiallarına görə, Məhkum hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilsə də, “şəxsi axtarış və götürmə” istintaq hərəkəti formal olaraq, müdafiəçinin iştirakı olmadan aparılmış, bununla da Məhkum müdafiə hüququ pozulmuşdur. Odur ki, Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması barədə tərtib edilmiş 13 mart 2023-cü il tarixli protokol da ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkum CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə münasibətdə isə müdafiəçisi İ.S.Ağayev qeyd etmişdir ki, işə baxan məhkəmələr onun barəsində həmin maddədə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamış, həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin soyğunçulu q cinayətini yaşlı qadına qarşı törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqla son nəticədə ona ağır cinayətə görə üç il müddətə, az ağır cinayətə görə isə beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edərək ədalətsizliyə yol vermişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum müdafiəçisi İ.S.Ağayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, məhkumun müdafiəçisi İ.S.Ağayev, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar Məhkum və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinl əyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun müdafiəçisi İ.S.Ağayevin, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkumun müdafiəçisi İ.S.Ağayevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində işin faktiki hallarını mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilməməsini və cəzanı yüngüləşdirən hallar nəzərə alınmadan ona ağır cəzaların təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya insta nsiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi İ.S.Ağayevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsi ndə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Müdafiəçi İ.S.Ağayevin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmalarını və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci b əndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstəri lmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndi rilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və y a hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilm iş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cina yətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə t əqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlı q hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətmək də ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyy ətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CP M-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttiha mı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamddan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarı lmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxir ə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanıl masından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və a ğırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi n əzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən m əsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıq larına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uy ğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, habelə müdafiə tərəfinin vəsatətlərinə əsasən əldə edilmiş bütün sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun onun barəsindəki hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinc i və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi, yəni işin faktiki halları heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara əsasən müəyyən edilmiş və bu nəticənin arxasında Məhkum ibtidai araşdırma mərhələsində müdafiəçisinin iştirakı ilə və heç bir təsir və ya təzyiq göstərilmədən verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid1, Şahid3 ifadə ləri, məhkəmə ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış başqa təkzibolunmaz sübutlar dayanır. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirme ehtiyac görmür və kassasiya müraciətində irəli sürülən dəlillərlə razılaşmayaraq həmin sübutlarla müəyyən edilmiş hesab edir ki, Məhkum özgənin əmlakını açıq talamaqla təkrar soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışdır. İş materiallarından görünür ki, yekun məhkəmə aktlarında ibtidai araşdı rma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar təsvir edilməklə yanaşı, onlara qanuna müvafiq qaydada qiymət verilmiş və bu qiymətləndirilməyə əsasən də məhkəmələr tam əsaslı olaraq Məhkum qeyd olunan cinayət əməllərini törətməsi barədə təkzibedilməz və mötəbər nəticəyə gəlmişlər. Bütün bunlara baxmayaraq, məhkumun müdafiəçisi İ.S.Ağayev kassasiya şikayətində Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlillər irəli sürmüşdür ki, bu dəlillər də toplanmış və araşdırılmış sübutlarla tam təkzib edilir. Məhkəmə kollegiyası kassasiya müraciətində təsvir edilən dəlilləri nəzərdən keçirib qeyd edir ki, məhkumun müdafiəçisi İ.S.A ğayev tərəfindən verilmiş apellyasiya şikayətinin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavab verilmiş, hal-hazırkı kassasiya müraciətində də hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq xüsusatlara istinad edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hökmü çıxararkən məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edib Məhkum məhz CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edərək daşımasına və saxlamasına, həmin cinayət əməlinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, bu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Sübutların qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mötəbərliyi, mümkünlüyü və kifayətliliyi üzrə düzgün qiymətləndirilməsi ilə razılaşan məhkəmə kollegiyası həmin sübutlar əsasında Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab edərək bununla bağlı əvvəla vurğulayır ki, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşımada ifadə olunur. Yuxarıda qeyd edildiyi kimi, işin müəyyən edilmiş faktiki halları həm məhkumun qismən etirafedici ifadələri ilə, həm də digər sübutlarla tam təsdiq olunur və məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki hallarına və bu halların arxasında duran sübutlara qiymət verən məhkəmələr tamamilə haqlı olaraq Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə qanuni nəticəyə gəlmiş, bu nəticə isə araşdırılmış sübutlarla yanaşı qanunvericiliyin tələblərinə də uyğun olmuşdur. Kassasiya şikayətində isə müdafiəçi İ.S.Ağayev hüquqlarını müdafiə etdiyi Məhkum üzərində yalnız 0,368 qram çəkidə narkotik vasitə olan heroinin olmasını, ittihamda qeyd olunan 3,032 qram narkotik va sitə olan heroinin sonuncuya məxsus olmamasını iddia etsə də, onun bu iddiası araşdırılmış sübutlarla, xüsusən də “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla və məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli 6/1553 saylı rəyi ilə təkzib edilir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara əsasən, 13 mart 2023-cü il tarixdə Məhkum üzərində şəxsi axtarışın aparılması nəticəsində ondan götürülmüş narkotik vasitə sonuncunun iştirakı ilə zərfə qablaşdırılaraq ekspertiza tədqiqatına göndərilmiş, bu istintaq hərəkətinin aparılması qaydalarına Məhkum heç bir etiraz bildirməmiş, narkotik vasitənin yerləşdirildiyi zərfi isə digər iştirakçılarla yanaşı o, özü də imzalamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli, 6/1553 saylı rəyindən görünür ki, təd qiqata təqdim edilmiş üzərində “Vətəndaş Məhkum aşkar edilmiş maddə....” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,032 qram və 0,368 qram olmaqla, ümumi çəkisi 3,400 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Məhkum üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitənin miqdarının kiminsə tərəfindən artırılması, ekspertin isə hər hansı təzyiq və ya təsir altında rəy verməsi müəyyən edilməmiş, göstərilən rəy isə elmi cəhətdən kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda istina d olunan sübutlara əsasən Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi qanunvericiliyinin tələbləri ilə yanaşı aşağıda göstərilənlərə tam uyğundur və bu əməlin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb e dilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən heroin narkotik vasitədir, bu vasitənin 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Bütün təsvir edilənlərə görə, məhkəmə kollegiyası məhkəmələrin Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlaması və daşıması və bu əməlinə görə təqsirli bilinməsi, həmin əməlinin isə CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmasına d air gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nəticəyə gəlmək, o cümlədən, kassasiya şikayətində iddia edildiyi kimi, Məhkum təqsirli bilindiyi əməllərinin başqa cür qiymətləndirilməsi və CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya müraciətində təhlil edilən məsələyə həsr olunmuş dəlillər qəbul edilməz sayılmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-in 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da tam təsdiq olunur və burada məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktının mülahizələrə əsaslanmasından, yəni CPM-in 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək belə qənaətə gəlir ki, həmin qərar həmçinin prosessual qanunvericiliyinin yuxarıda təsvir edilmiş tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də tam uyğundur. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-in 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-in yuxarıda istinad olunan 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəl alət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Qeyd olunduğu kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübu tların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai t əhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci b əndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişd ir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 34 6.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr in qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xara kteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməkl ə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təh sil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azald ılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixində Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkum barəsindəki birinci instansiyası məhkəməsinin hökmündən və həmin hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, əvvəla birinci instansiya məhkəməsi Məhkum barəsində onun təqsirli bilindiyi CM-in 180.2.2 və 234.1-1-ci maddələri ilə cəza tədbirinin seçilməsi məsələsin həll edərkən, məhkum olunmuş şəxsin törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcələri ilə yanaşı, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azayaşlı uşaqlarının olmalarını, CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, onlarla barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən həbsdə saxlama yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-in 61.7-ci maddəsinə əsasən isə Məhkum soyğunçuluq cinayətini 1950-ci il təvəllüdlü, qoca yaşlı Zərərçəkmiş şəxs2 qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal qismində nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzanın aşağı hədlərinə yaxın hədlərdə qanuni və ədalətli cəzalar təyin etmiş, təyin olunmuş cəzaları qismən toplay arkən və qəti cəzanın müddətini müəyyən edərkən isə ağlabatan həddləri aşmamış, apellyasiya şikayətinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin bu məsələ üzrə də gəldiyi qənaətlə razılaşmış və Məhkum istər ayrı-ayrı maddələrlə, istərsə də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların hər hansı şəkildə yüngülləşdirilməsi üçün heç bir yeni hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə də razılaşaraq eyni zamanda qeyd edir ki, məhkumun müdafiəçisi İ.S.Ağayevin kassasiya şikayətinə baxılarkən həmin məhkəmələrin Məhkum cəza təyini zamanı nəzərə almadıqları və müvafiq sübutlarla təsdiq olunan hər hansı yeni hal müəyyən edilməmiş və həmin halların olması barədə hər hansı yetərli dəlil irəli sürülmə mişdir. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı CPM-in 139.0-cı maddəsində göstərilən digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi İ.S.Ağayevin kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və müdafiəçi İ.S.Ağayevin kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirib həmin şikayətin təmin edilməsi haqda Məhkum, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 180.2.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1884/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1884/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver