Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1885/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkumun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-796/2023 n ömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi ev 17, mənzil 1-də pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən və məruzəçi hakim), Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 16 avqust 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər öz həllini tapmışdır. 3.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 Aslan oğlu apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndiirlən şəxsə daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
5. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hök münün dəyişdirilməsi, Məhkum həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq 04 (dörd) il həddində müəyyən olunması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
7. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respubli kası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
9. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
10. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi