Məhkəmə qərarları › İş №1(102)-1885/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1885/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1885/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Xüsusi ittihamçı X7, Məhkum iştirakları ilə x xxxx 1953-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 147.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli 1(103)-317/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 1(010)522/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim Namiq Kərimov) Məhkum - Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 147.1-ci maddəsi ilə qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzasına və CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları q ismən toplamaq yolu ilə Məhkum qəti olaraq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilməsi, Məhkum təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməsi, ona təyin olunmuş cəzanın əvvəlinin qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə gör ə, Məhkum Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, yalan olduğunu bilə-bilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar X7 və X2 şərəf və ləyaqətlərini ləkələyən, onları nüfuzdan salan məlumatları müxtəlif vaxtlarda kütləvi informasiya vasitələrində və “Youtube” sosial şəbəkəsində yaymaqla sonunculara böhtan atmış, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Xüsusi ittihamçı X11 və X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Məhkum CM-in 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək CM-in 147.1-ci maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 147.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilməsi, CM-in 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm elan olunması xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və haqqında olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, o, X11 və X3 hər hansı şəkildə böhtan atmamış, onların şərəf və ləyaqətini alçaldan hər hansı ifadələr işlətməmişdir. Belə ki, Məhkum kanal 13-ə məxsus youtube kanalında X işçisini cəzalandıracaqmı?" başlıqlı çıxışına diqqətlə baxıldıqda o, X2 şərəf və ləyaqətini alçaldacaq, ona hər hansı böhtan xarakterli sözlərin, ifadələrin işlədilməsi ümumiyyətlə yoxdur. Məhkum hətta müraciətində xüsusi ehtiramla "Çox hörmətli generalımız X10ov" deyə müraciət edir və çıxışında X10dan onun barəsində sosial şəbəkələrdə sayılan bəzi şayələrə aydınlıq gətirilməsi xahiş olunur. Yəni həmin çıxışda X10ova qarşı hər hansı, böhtan, şər, şərəf və ləyaqətini alçaldacaq söz, ifadə işlədilməmişdir. Məhkum çıxışında X11 barəsində işlətdiyi ifadələrə gəldikdə isə, bildirilir ki, Məhkum hüquqşünas deyildir, çıxışı zamanı ola bilsin ki, ifadələri düzgün seçməmişdir. Əslində Məhkum məhkəmə proseslərində də bildirmişdir ki, həmin çıxışda "Xətai 33" şirkətinin yaradılması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilən sənədlərdəki imzaların hə min şəxslərə məxsus olmaması" kimi ifadəsini "sənədlərdəki imzalar saxtalaşdırılmışdır” kimi səsləndirmişdir. Ümumiyyətlə həmin çıxışda imzaların konkret kimin tərəfindən icra edilməsi, saxtalaşdırılması bildirilməmişdir. Tərəflər arasında yaranan bu mübahisənin əslini tərəflər arasında olan başqa mülki iş üzrə olan məhkəmə mübahisəsi təşkil edir. Məhkum isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktorudur, tərəflər arasında olan mülki məhkəmə icraatı qaydasında baxılan mülki işdə "Xətai 33" şirkətinin yaradılması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilən sənədlərdəki imzaların həmin şəxslərə məxsus olubolmaması araşdırılır. Yəni məhkəmə-xətşünaslıq ekspertizası keçirilmədən həmin imzaların saxta olub-olmaması müəyyən edilə bilməz. Bu hal mülki məhkəmə icr aatı qaydasında araşdırılır. Hətta Suraxanı rayon məhkəməsinə vəsatətlə müraciət edilərək, məhkəmədən məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Yəni çıxışda söylənən ifadələrin düzgün olub olmaması müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi mütləq olduğu halda məhkəmə buna əhəmiyyət verməmişdir. X11 və X2 xüsusi ittiham qaydasında şikayət verməkdə əsl məqsədləri, tərəflər arasında olan mülki məhkəmə icraatı qaydasında olan mülki işə təsir etmək, Məhkum bezdirərək onlara qarşı olan iddiadan geri çəkindirmək niyyətləri daşıyırlar. Hazırki iş üzrə həm iş materiallarında olan disk yazısında, həm də məhkəmə istıntaqında Məhkum təqsiri sübuta yetirilməmişdir, əksinə onun təqsirsiz olması təsdiq edilmişdir. Hüquqi məsələlər: Mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittihamçı çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum edilmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində onun əməlində ittiham edildiyi cinayətin tərkibinin olmadığı bildirilir və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən də şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qo runur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən: “İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.” BMT Baş Məclisinin 217 (İİİ) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə: “Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.” Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXİ) nömrəli Qətnaməsi ilə qəbul edil miş “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsində deyilir: “1. Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyriqanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz.

2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir.” Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-in 147-ci maddəsinə əsasən: 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqə tini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dai r” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cin ayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir a zadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur.Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Məhkəm ə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş “CD” disklərə baxış zamanı Məhkum 1 noyabr 2022-ci il tarixində “YouTube” platformasının “Kanal 13” kanalındakı çıxışında aşağıdakıları qeyd etmişdir: “...Sahil-D Kompani Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru bildirir ki, Xüsusi ittihamçı 1 və X11adlı şəxslər şirkətin adından istifadə edərək bina sakinlərindən 1,5 milyon manat məbləğində vəsaiti mənimsəyiblər. Məhkum bununla bağlı dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq sözügedən məbləğin nəyə xərclənməsi ilə bağlı hesabat verilməmişdir. Danışır ki, sözügedən şəxslər elektrik enerjisi ilə bağlı problemlərin həll olunacağı adı ilə vətəndaşlardan imza toplayaraq “Xətai-33” şirkətini yaratmışlar. Vətəndaşın iddialarına görə bu halların baş verməsinə köməkçi şəxs Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi X olmuşdur.” Həmin videoçıxışlarda daha sonra Məhkum bildirmişdir: “Son dönəmlər bizim şirkətimizə qarşı Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi X başçılıq etdiyi bir sıra insanlar qərəzli mövqelərdən çıxış edərək onların şirkətləri haqqında neqativ rəy yaratmağa çalışırlar. Xüsusi ittihamçı 1 və X öz cinayət əməllərini örtbasdır etmək üçün, sakinlərdən prezidentə təşəkkür məktubu yazmaq və elektrik enerjisi ilə bağlı problemləri həll etmək üçün saxta imzalar toplamış və “Xətai-33” şirkətini yaratmışdır. Xüsusi ittihamçı 1 və X11 "xxxx" Kompani Məhdud Məsuliyyətli Cəmiyyətinin adından istifadə e dərək sakinlərdən 1,5 milyon manat toplamış və cinayət əməli törətmiş və həmin cinayət əməlini ört-basdır etmək üçün müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Bugün də heç bir səbəb olmadan qanunsuz şəkildə və “Xətai-33” şirkətinin adından istifadə etməklə sakinlərdən külli miqdarda pul vəsaiti toplayırlar. Bununla bağlı mənim mediada çıxışımdan sonra Xüsusi ittihamçı 1, X11 öz əməllərinə general mundiri geyinən X də əlavə etmişlər. X10ovun kölgəsi altında ictimaiyyətdə öz cinayət əməllərini örtbasdır etdilər. X10 tövsiyyə edərdim ki, mediada onun barəsində gedən iddialara cavab versin. O iddialardan biri də X başçılığı altında Kəlbəcərin ermənilərə verilməsidir. Mən təəssüf edirəm ki, X10ov da bu işlərə qoşulub. “Xətai-33” şirkətinin yaradılması üçün Ədliyyə Nazirliyinə təqdim edilən sənədləri araşdırmışam və məlum olub ki, burada 283 imzadan 80 imza saxtalaşdırılmışdır...” Məhkəmə kollegiyası hesab edir ki, Məhkum xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar X7 və X2 özgə əməlakını mənimsəməkdə və sənədləri saxtalaşdırmaqda ittiham edərək onlara böhtan atmış, X7 və X2 fəaliyyətlərindəki özünün çıxışlarında ifadə etdiyi qanunsuzluqları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Adilağa X1 şərəf və ləyaqətini alçaldacaq, ona hər hansı böhtan xarakterli sözlərin, ifadələrin işlədilməsi ümumiyyətlə olmadığını, X11 barəsində işlətdiyi ifadələrə münasibətdə sadəcə ifadələrini düzgün seçməməsi ilə bağlı iddia etsə də, onun “Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur, ARAŞDİRİN-Şirkət Rəhbərinin etirazı” və “X işçisini cəz alandıracaqmı? - X qarşı YENİ İTTİHAMLAR” başlıqlı videolardakı çıxışları nəzərdən keçirdikdə aydın olur ki, Məhkum 25 aprel 2022-ci il tarixdə və 23 may 2022-ci il tarixlərdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında kanal 13-ə məxsus Youtube kanalında video çıxışlarındakı “Mən təəssüf edirəm ki, X10ov da bu işlərə qoşulub. “Xətai-33” şirkətinin yaradılması üçün Ədliyyə Nazirliyinə təqdim edilən sənədləri araşdırmışam və məlum olub ki, burda 283 imzadan 80 imza saxtalaşdırılmışdır.” ifadələrini işlətmişdir ki, bu cümlələr düşünülmüş, dəfələrlə işlədilmiş, sözügedən ifadələrdə nə motivdə, nə bəyanda yanılma halları müəyyən edilməmişdir. Həmçinin, bu çıxışlarda “Xüsusi ittihamçı 1 və X11adlı şəxslər şirkətin adından istifadə edərək bina sakinlərindən 1,5 mily on manat məbləğində vəsaiti mənimsəyiblər” ifadələri ilə Məhkum aralarında hər hansı cinayət xarakterli deyil, "xxxx" Kompani MMC ilə “Xətai-33” şirkəti arasında mülki mübahisələr mövcud olduğu halda, heç bir sübuta dayanmadan həmin şəxsləri konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə müəyyənləşdirilən cinayət əməlini törətməkdə ittiham etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Xətai-33 MMC-nin ləğv edilməsi ilə bağlı məhkəmə müraciətində Məhkum onların imzaları saxtalaşdırdıqlarını iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11716/2022 saylı qərarı ilə mümkün sayılmamışdır. Məhkum videoçıxışda qeyd etdiyi məsələlərin hamısı Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin icraatında olmuş və iddia edilən məsələlər öz təsdiqini tapm amışdır. “Qavazov Bolqarıstana qarşı iş üzrə” xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri ilə təqsirli olması qənaətinə gəlmiş və törətmiş olduğu cinayət əməlini düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə k ollegiyası hesab edir ki, Məhkum məhkəmələr cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız sayır və buna görə də hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar