Məhkəmə qərarları › İş №1(102)-1885/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1885/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1885/2025 30.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X2 müdafiəçisi Əlizadə Kamran Mehman oğlunun iştirakları ilə, Gəncə Ağır Cin ayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hökmü ilə (hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən və məruzəçi), Ələkbərli Roman Nəriman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə) X5, 22 aprel 1990-cı il tarixdə Gədəbəy rayonunun Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, 4-cü mikrorayon, yataqxana-2 ünvanında yaşayan, qeydiyyatda olmaqla həmin ünvanda CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və ona bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah olunmuşdur. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X5 qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 5,028 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 7 aprel 2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən Gəncə Dövlət Universitetinin qızlar yataqxanasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 5,028 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdı rılmış sübutlarla X5in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə yuxarıda göstərilən bəraət hökmü çıxarılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), X26 və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) 12 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti verər ək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinin məzmunu ilə eynilik təşkil edən kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qüvvədən düşmüş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011ci il tarixli Qərarına, “Məhkəmə hökmü haqqında” Plenumun 24 dekabr 2021-ci il tarixli Qərarına, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur sorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizəyə dair" 2007-2012, 2013-2018, 2019-2024-cü illər üçün Dövlət Proqramlarına, ibtidai araşdırma orqanı tərəfindən X5ə qarşı irəli sürülmüş ittihama, iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və həmin aktlar üzrə məhkəmələrin mövqeyinə və gəldikləri nəticələrə istinad eməklə bu nəticələri şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı B.Q.Cabbarlı həmin protestini onunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsi X5in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi əsası ilə bəra ət hökmü çıxararkən, isərsə də apellyasiya intansiyası məhkəməsi həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında yekun qərar qəbul edərkən sübutları CPM-in 143146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş, buna görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü əsassız olduğundan ləğv edilməlidir (kassasiya protesti dövlət ittihamçısı tərəfindən həmin hökmdən deyil, apellyasiya instansiyası məhkəməsinin qərarından verilmişdir-m.k.). Kassasiya protesti müəllifinin mövqeyinə görə, X5ə qarşı irəli sürülmüş ittihamın əsaslandırılması üçün ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və əlavə şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, X5 şübhəli şəxs qismində verdiyi izahatında və şəxsi axtarış zamanı özünü qismən təqsirli bilməklə üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını, həmin narkotik vasitəni Gəncə şəhərində əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmadığını, təzyiqlərə və təsirlərə məruz qalmadığını bildirmişdir. Bu hal X5in həmin izahatlarını sərbəst və öz iradəsi ilə verməsini göstərir, digər tərəfdən isə bu izahatların ona qarşı fiziki zor tətbiq edilməsi və ya psixoloji t əsir göstərilməsi nəticəsində verilməsini birmənalı olaraq istisna etmiş olur. ibtidai istintaqın sonrakı mərhələsində işə müqavilə əsasında qoşulmuş müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində isə X5 narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmasını, psixoloji təsir nəticəsində etirafedici izahat verməsini bildirsə də, bu halla bağlı Gəncə şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılmış, onun göstərdiyi faktlar isə təsdiqini tapmadığından araşdırma materialları üzrə qəbul edilmiş 2 iyun 2023-cü il tarixli qərarla CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin, məhkəmə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qeyd edilən qərarın preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağlı hər hansı əsa slandırma və qiymətləndirmə aparmamışdır. İş üzrə toplanmış və araşdırılmış sübutların məcmusundan göründüyü kimi, X5in məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitənin əməliyyatçılar tərəfindən üzərinə qoyulması, polis şöbəsində həmin narkotik vasitənin ona məxsus olması barədə göstərdikləri, bundan əvvəl isə psixoloji təzyiqlərə məruz qalması ilə bağlı xüsusatlar özünü müdafiə xarakterli olmaqla həqiqəti ehtiva etmir. Bundan başqa məhkəmə müdafiə tərəfinin təqdim etdiyi video görüntülərə istinad edərək bu video görüntülərdə əks olunanları tədqiq edib onlara əsaslanmaqla və onları maddi sübut kimi işə əlavə etsə də, məhkəmənin bu hərəkəti əsassız hesab edilərək video görüntünün həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə dair hallar mübahisələndirilmiş, lakin məhkəm ə bunu da nəzərə almamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə "Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş məktuba əlavə edilmiş “Gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda aparılmış qeydiyyatla iş materiallarında olan ziddiyyətlərin aydınlaşdırılması ilə bağlı müvafiq qeydiyyatı aparmış şəxsin məhkəməyə çağrılıb həmin xüsusatla bağlı dindirilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmiş, məhkəmənin telefon anten məlumatlarına əsaslanması da düzgün olmamışdır, çünki bu məlumatlar həqiqəti əks etdirməyə də bilər. Bundan başqa, "şəxsi axtarış və götürmə aparılması haqqında" istintaq hərəkətinin cinayət-prosessual qanunvericiliyinin tələblərinin kobud pozuntularla aparılması və narkotik vasitələrin aşkar edilməsi ilə əlaqədar ş übhərin mövcud olması ilə bağlı məhkəmənin gəldiyi nəticə yanlışdır, məhkəmə isə iş üzrə hökm çıxararkən əsasən müdafiə tərəfinin təqdim etdiyi dəlillərə istinad etməklə düzgün təhlillər aparmamış və X5ə bəraət verilməsi barədə əsassız nəticəyə gəlmiş, eləcə də hazırkı vəziyyətdə cəmiyyətdə narkomaniya ilə mübarizə sahəsində gedən prosesləri nəzərə almamış, bununla da X5i məsuliyyətdən kənarda qoymaqla cinayət mühakimə icraağının qanunçuluq və digər prinsiplərini pozmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq həm Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixi hökmünü, həm də həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edən dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya protestinə bəraət almış şəxs X5in iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olm ası və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı B.Q.Cabbarlı həmin protestdə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin X5ə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşki l etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellya siya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qi ymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiy a instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə ca vab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitu siyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Kons titusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən ko nstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericili kdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyin i təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayə t tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əmə li araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə ə laqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etmə lidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak ed ən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tə sdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiy i mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədləri n və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onu n həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edi r. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onl arın kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bil inməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənb əyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İns an Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədq iq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqla rla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliy inə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, 728-İQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında 28 oktyabr 1999-cu il tarixli Qanun) 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin ba şlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də 728-İQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materia lların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir (Qərarın 34-cü bəndi). Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, istər təsvir edilən Qərarda, isətərsə də hazırkı iş üzrə cinayət təqibi aparılan dövrdə qüvvədə olmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli Qərarında şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarının, habelə bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, bir sıra istintaq hərəkətlərinin (məsələn şəxsi axtarışın və götürmənin) aparılmasına, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarların qanuniliyinin və əsaslığının məhkəmə nəzarəti qaydasında yoxlanılmasına və cinayət işlərinnin ibtidai araşdırması və məhkəmələrdə baxılması zamanı bir çox məsələlərin qanuna müvafiq qaydada həll edilməsinə dair digər izah və tövsiyələr də verilmişdir ki, hazırki işin təhlili iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı bu izah və tövsiyələrə əməl olunmamasını, sübutların isə qanun pozuntuları ilə toplanmasını göstərir. Belə ki, göstərilən Qərarlarda əksini tapmış izah və tövsiyələrin (bu izah və tövsiyələr cinayə t-prosessual qanunvericiliyinin tələblərindən irəli gəlir) ziddinə olaraq X5in üzərində şəxs axtarış və götürmə istintaq hərəkəti onun faktiki tutulduğu yerdə deyil, polis əməkdaşları tərəfindən faktiki olaraq saxlanıldıqdan təxminən üç saatdan sonra Gəncə Şəhər Polis İdarəsinin 2-ci Polis Şöbəsində aparılımşdır ki, məhkəmələr də əsaslı olaraq həm bu xüsusata, həm də aşağıda təsvir edilən digər qanun pozuntularına diqqət yetirmişlər. Əvvəla, işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin q ərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdikləri halların onların tədqiq etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi, ilkin və ibtidai araşdırmalar zamanı isə X5ə elan olunmuş ittihamın əsasını təşkil edən sübutların əksəriyyətinin aşağıda göstərilən qanun pozuntuları ilə əldə edilməsi müəyyən olunur. Kassas iya protestində belə sübutların məhkəmələr tərəfindən əsassız olaraq nəzərə alınmaması, digər tərəfdən isə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz araşdırılmış, lakin X5in təqsirliliyini təkzib edən sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X5in ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, qeyd olunduğu kimi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət itthamçıları, o cümlədən kassasiya protestinin müəllifi X5ə qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə mötəbər və təkzibedilməz nəticəyə gəlməyə əsas verə bilən əlavə və tutarlı sübutları məhkəmələrə təqdim etməmişlər. Burada məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protesti birinci instansiya məhkəməsinin hökmündən başqa dövlət ittih amçısı tərəfindən verilmiş apellyasiya protestinin məzmunu ilə eynilik təşkil etdiyindən, kassasiya protestinin müəllifi öz adından ona aid olmayan halları da öz müraciətində qeyd etmiş, lakin iş materiallarına əsasən o, işə apellyasiya qaydasında baxılmasına yalnız 15 yanvar 2025-ci il tarixdə qoşulmuş, həmin tarixdə keçirilmiş məhkəmə iclasında ona iş materialları ilə tanış olmaqdan ötrü vaxt verilməsi barədə vəsatət qaldırmış, həmin vəsatət təmin edilmiş, bundan sonra keçirilmiş məhkəmə iclasında isə heç bir vəsatət qaldırmayaraq və birinci instansiya məhkəməsinin hökmündə istinad edilmiş hər hansı sübutu mübahisələndirməyərək apellyasiya protestinin təmin edilməsi haqqında nitqlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestində irəli sürdüyü dəlillərin əksəriyyəti apellyasiya protestindən köçürülərək birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş dövlət ittihamçısının hərəkətləri (sonuncunun əldə edilmiş sübutları mübahisələndirməsi) kassasiya protesti müəllifinin dövlət ittihamının müdafiəsi ilə bağlı etdiyi hərəkətlər kimi məhkəməyə təqdim olunmuşdur ki, bu da iş materialları ilə tamamilə təkzib edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını, buna görə də hökmdən verilmiş apellyasiya protestinin təmin etməməsini nəzərə alaraq, kassasiya müraciəti öz məzmununa görə həmin protestlə eynilik təşkil etsə də məhkəmə kollegiyası CPM-in 419-cu maddəsinin tələblərinə uyğun olaraq bu maddə ilə üzərinə qoyulmuş vəzifəni yerinə yetirmə yi və kassasiya protestinin dəlillərinə iş üzrə toplanmış və araşdırılmış sübutlara, habelə qanunvericiliyin tələblərinə əsaslanmaqla inandırıcı cavab verilməsini zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə olan halda məhkəmə kollegiyası X5in barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsi ndə nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı B.Q.Cabbarlı məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsasland ırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin həm ibtildai araşdırmanın ilkin mərhələsindən başlayaraq verdiyi ifadələrin CPM-in 125.2- ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən biri nci instansiya məhkəməsinin 15 may 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırkı qərarda da təhlil etməyi zəruri sayır. Belə ki, iş üzrə toplanmış ilkin sənədlərə əsasən 7 aprel 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə X5in mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş (göstərilən Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 7 aprel 2023-cü il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçir ilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın surətinin isə 48 saat ərzində yalnız ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi nəzərdə tutulmuş, eyni zamanda cinayət işinin materiallarına 2-ci Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi polis kapitanı X20 rəhbərliyi altında Şahid2, həmin şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis kapitanı X7, əməliyyat müvəkkili polis baş leytenantı X12, baş əməliyyat müvəkkili polis mayoru X16 və əməliyyat müvəkkili polis leytenantı X1 əməliyyat qrupunun yaradılması və əməliyyat qrupunun təşkilinə və aparılmasına nəzarətin Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı X27 həvalə edilməsi haqda sonuncunun 7 aprel 2023-cü il tarixli 3-13-572/Ə73/2023-cü il tarixli əm ri əlavə olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarına əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında iki vərəqdən ibarət olan 7 aprel 2023-cü il tarixli qərar əlavə olunsa da həmin qərarın nəinki ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, həmçinin, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə də göndərilməsi təmin olunmamış (bu haqda iş materiallarında müvafiq göndəriş məktubları aşkar edilməmişdir) və buna görə həmin qərarın, eləcə də bu qərar əsasında keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirlərinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Qeyd olunmalıdır ki, göstərilən qərarda məhkəmənin qərarı olmadan bir sıra əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsi, o cümlədən X5in yaxalanm ası, yəni saxlanılması və tutulması və onun üzərində şəxsi axtarışın aparılması nəzərdə tutulmuşdur ki, bu hərəkətlərin də qanuniliyi və əsaslığı həm məhkəmə nəzarəti qaydasında, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən yoxlanılmamışdır. Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən isə görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışd ır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Hazırkı işin materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə X5in barəsində əməliyyat-axtarış işini tələb edərək onun tədqiq edilməsi üçün polis orqanlarına müvafiq sorğular versə də, belə işin olması müəyyən edilmədiyindən həmin iş məhkəməyə göndərilməmiş, sorğulara cavab olaraq isə birinci instansiya məhkəməsinə elə iş materiallarında olan sən ədlər təqdim edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanun i, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu öz Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM -in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağl ı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axta rış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbra himov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarət i qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətl əri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmu ş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında yüksək Məhkəmələrin sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiy ası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 7 aprel 2023-cü il tarixli qərarın və onun əsasında toplanmış ilkin materialların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında lazımi qaydada yoxlanılmadığından bu qərar əsasında toplanmış sübutlar da X5ə qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra baş əməliyyat müvəkkili Şahid2nin 2-ci Polis Şöbəsinin ünvanladığı 7 aprel 2023-cü il tarixli digər raportunda şöbənin əməkdaşları (adları yuxarıdakı əmrdə göstərilən) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəmadi olaraq narkotik vasitə qəubl etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən X2 həmin gün saat 20.00-da Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən Gəncə Dövlət Universitinin qızlar yataqxanasınıne yaxınlığında saxlanılaraq 2-ci Polis Şöbəsinə gətirilməsi və onun üzərində şəxsi axtarış keçirilməsinə və qanuni tədbir görülməklə qərar qəbul edilməsi üçün aidiyyatı əməkdaşa göstəriş verilməsinin xahiş edilməsi göstərilmişdir. Bununla yanaşı, işə əlavə edilmiş sənədlərdən görünür ki, X5 saxlanılaraq 2-ci Polis Şöbəsinə gətirildikdən sonra həmin Şöbənin təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı Şahid3 tərəfindən ona heç bir hüququ izah edilməsə də saxlanılmış şəxs ərizə ilə Şöbənin rəisinə müraciət edərək maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmişdir. Bu ərizəyə əsasən təhqiqatçı X25 şəhəri 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim e tmiş, şübhəli şəxs isə onun hüquqlarının vəkil X21 tərəfindən müdafiə olunmasını istədikdən sonra göstərilən vəkil qurumundan müdafiəçinin təyin edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarara əsasən şübhəli şəxsin hüquqlarının müdafiə olunması üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili F.İ.İsgəndərov təyin olunaraq X5ə təqdim olunmuş və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən sonuncu müdafiəçinin iştirakı ilə 7 aprel 2023cü il tarixdə saat 20.20-də tutulmuş, onun tutulması müddətinin əvvəlinin hansı vaxtdan hesablanması isə istər bu haqda qəbul edilmiş qərarda, istərsə də tutulma haqqında protokolda göstərilməmişdir. CPM-in 147.4-cü maddəsində isə barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulm uş hesab edilməsi nəzərdə tutuludğundan məhkəmə kollegiyası hesab edir ki, bu haqda müvafiq qeyd də tutulma haqqında protokolda əks etdirilməlidir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, təhqiqatçı Şahid3 bu haqda heç bir qərar qəbul etmədən, yəni prosessual qanunvericiliyin aşağıdakı tələblərini pozaraq 7 aprel 2023-cü il tarixdə saat 20.45-dən 20.53-dək video çəkilişdən istifadə edilməklə X5in üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini aparmış, sonuncu da bu zaman qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilərək onun miqdarının 5,22 qram olması müəyyən edilmiş, sonra isə bu kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azə rbaycan Respublikası Daxili İşlər Nazirliyinin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar - təhqiqatçının özü, şübhəli şəxs X5, onun müdafiəçisi F.İ.İsgəndərov, polis əməkdaşları Şahid2, Şahid1 və video çəkilişi aparan Gəncə Şəhər Baş Polis İdarəsinin KTB-nin inspektor-kriminalisti tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış zamanı X5in şalvarının sol yan cibindən bir ədəd “Sobraniye” markalı siqaret qutusu, sağ arxa cibindən bir ədəd salfet və sol arxa cibindən bir ədəd ayaqqabı silmək üçün dəsmal da aşkar edilərək götürülmüş, lakin həmin əşyalar əhəmiyyət kəsb etmədiyi üçün X5in özünə qaytarılmış, sonuncu isə üzərində aşkar edilərək götürülmüş heroinə bənzər kütlənin narkotik vasitə heroin olmasını və həmin kütləni 7 aprel 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən “Dubay Bazar ı” adlanan ticarət mərkəzində yolun kənarında tapdığını bildirmiş, lakin narkotik vasitəni hansı məqsədlə götürüb üzərində saxlaması barədə heç bir izahat verməmişdir. İlk baxışdan yuxarıda təsvir edilənlərin qanuna müvafiq olması görünsə də, iş materialları ilə, xüsusən də şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən video görüntülərin təhlili heç də belə mötəbər nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, qeyd olunan istintaq hərəkətinin aparılmasına dair video görüntülərin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçının X5ə onun üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklifinə əsasən sonuncu qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etdikdən sonra təhqiqatçı həmin bükümün içərisində nə olmasını soruşur, X5 isə bir qədər susub bu suala elə bir cavab verməyə çətinlik çəkərək istintaq hərəkətinin aparılmasında iştirak edən polis əməkdaşlarına tərəf baxır və çətinliklə olsa da təqdim etdiyi bükümdə “kokos” olmasını bildirir, təhqiqatçı isə verdiyi suala özü cavabı dəqiqləşdirərək həmin kütlənin narkotik vasitə heroinə oxşamasını qeyd edir. Bundan sonra təhqiqatçı iştirakçılara özlərini təqdim etmələrini təklif edir, sonuncular özlərini təqdim etdikdən sonra isə təhqiqatçının təklifi ilə əməliyyat müvəkilləri X5in ciblərini axtarır və protokolda göstərilən digər əşyaları çıxararaq masanın üzərinə qoyurlar. Daha sonra X5in təqdim etdiyi kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilir, onun çəkisinin 5,22 q ram olması müəyyən edilir və büküm artıq üzərində iştirakçılar barəsində məlumatlar yazılmış, yəni əvvəlcədən hazırlanmış zərfə qablaşdırılaraq kağız möhürlə möhürlənir və iştirakçılar tərəindən imzalanır, lakin bundan əvvəl bükümün içərisində olan kütlə ətraflı təsvir edilmir. Şəxsi axtarışın aparılmasında iştirak etmiş müdafiəçi F.İ.İsgəndərov bu zaman heç bir fəalllıq göstərməyərək X5ə zəruri olan suallar vermir və yalnız təhqiqatçının “Bunu hardan tapmısan?” sualına cavab olaraq sonuncu onun təqdim etdiyi bükümü “Dubay Bazarı” adlanan ərazidə tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. X5in üzərində şəxsi axtarışın və götürmənin onun saxlandığı yerdə deyil, 2-ci Polis Şöbəsinin inzibati binasında, özü də saxlanıldıqdan xeyli vaxt keçdikdən sonra aparılmasına mü nasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.2.1-ci maddəsi imkan verir ki, şübhəli şəxs tutulduqda onun bilavasitə tutulduğu yerdə, polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə isə həmin yerlərdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın (bu haqda tövsiyə Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında da əksini tapmışdır). Bu normanın tələbləri baxımından, habelə Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən 14 iyun 2024-cü il tarixli tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqın da” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və məhz həmin yerdə onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarış və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Hazırkı işin materiallarından görünür ki, küçədə polis əməkdaşları tərəfindən saxlanılmış X5in üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin elə saxlanıldığı yerdə aparılması üçün heç bir maneə olmamış, lakin ilkin araşdırma zamanı bunun üçün heç bir tədbir görülməmişdir. Məhkəmə kollegiyası ka ssasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, X5ə qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən, ibtidai araşdırma orqanı ilə yanaşı, dövlət ittihamçısı B.Q.Cabbarlının da əsas və mötəbər sübut kimi qiymətləndirdiyi, lakin məhkəmə kollegiyasının qanun pozuntusu ilə aparılmasını hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 7 aprel 2023-cü il tarixli protokoldan daha sonra görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X5in üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki kütlənin - protokola görə, qəhvəyi rəngli kütlənin narkotik vasitə - heroin olmasını ilk olaraq təhqiqatçı özü müəyyən etmiş, bunun həqiqətə uyğun olması isə həmin v axt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməsi isə müəyyən edilməmişdir. CPM-in 128.3-cü maddəsinə əsasən isə, əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq mi qdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüs usiyyətləri göstərilməklə ətraflı təsvir edir. Bundan başqa, qeyd olunan istintaq hərəkətinin aparılması zamanı X5in saxlanılmasında ümumiyyətlə iştirak etməmiş (bu hal birinci instansiya məhkəməsinin məhkəmə iclasında əldə edilmiş sübutlarla obyektiv olaraq və təkzib edilməz şəkildə təsdiq olunmuşdur) polis əməkdaşları Şahid2 və Şahid1 hansı zərurətdən irəli gəlməsi təhqiqatçı tərəfindən istər şübhəli şəxsə, istərsə də onun müdafiəçisinə izah edilməmiş, bu haqda tərtib olunmuş protokolda da heç bir qeyd aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə hal göstərilən istintaq hərəkətinin, onun nəticələrinin və ona dair tərtib edilmiş prosessual sənədlərin yolverilməz sübutlar kimi qiymətləndirilməsinə əsas verdiyindən onun əsasında toplanmış digər sübutlar da qanun pozuntusu ilə əld ə edilmiş sübutlar kimi dəyərləndirilməli və həmin sübutlar X5ə qarşı ittihamın irəli sürülməsi üçün istifadə oluna bilməzdi, çünki CPM-in 125.2.6-cı maddəsində və prosessual qanunvericiliyin yuxarıda təsvir edilmiş digər normalarında qanun pozuntuları ilə əldə edilmiş sübutların şəxsə qarşı hər hansı cinayəti törətdiyinə görə ittihamın irəli sürülməsinin və onun bu cinayəti törətməkdə təqsirli bilinməsi haqda ittiham hökmünün çıxarılmasının yolverilməzliyi müəyyən olunmuş, bunun əksini təsbit edən olan normalar isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən, X5in üzərində şəxsi axtarışın və götürmənin qanun pozuntusu ilə aparılmasına dəlalət edən əsas hal ondan ibarətdir ki, bu istintaq hərəkəti həm məhkəmə, həm də təhqiqatçı tərəfindən bu haqda əsaslandırılmış qərar qəbul edi lmədən aparılmış, onun nəticələri isə - məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Halbuki, 243.3-cü maddəsinə əsasən, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerin də insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. CPM-in 243.4-cü maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. CPM-in 245.2-ci maddəsinə görə axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. CPM-in 246.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəx sin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Qanunvericiliyin təsvir edilən normalarının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, təxirə salına bilməyən hallarda şəxsin üzərində axtar ış və götürmə istintaq hərəkəti məhkəmənin qərarı alınmadan da aparıla bilər, lakin bu halda təhqiqatçı və ya müstəntiq tərəfindən əsaslandırılmış qərar qəbul edilməklə həmin qərar tanış olması üçün şübhəli şəxsə təqdim olunmalıdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, həmin materiallara 7 aprel 2023-cü il tarixli X5in adından kompyuter vasitəsilə çap olunmuş, lakin alınması vaxtı göstərilməyən izahat əlavə edilmiş və həmin izahata görə, X5 göstərmişdir ki, əvvəla o, Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən GDU-nun qızlar yataqxanasının yaxınlığında hərəkət edən zaman iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş və özləri ilə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə getməsini tələb etmişlər. Həmin Şöbənin inzibati binasının xid məti otağında video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış, bu zaman onun şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilərək götürülmüş, həmin büküm polis əməkdaşlarının və müdafiəçinin işirakları ilə elektron tərəzidə çəkilərək onun miqdarının 5,22 qram olması müəyyən edilmiş, bundan sonra bu büküm zərfə qablaşdırılaraq zərfin üzəri DİN-nin 120 saylı möhürü ilə möhürlənmişdir. Bükümün içərisində olan kütlə, onun tanıdığı kimi, heroin olmuş və o, bükümü 7 aprel 2023-cü il tarixdə səhər saatlarında “Dubay Bazarı” adlanan ticarət mərkəzinin yaxınlığında tapmış, öz şəxsi istifadəsi üçün üzərində saxlamış, əvvəllər bədənində olan ağrıları sakitləşdirmək üçün narkotik vasitə olan heroin və digər narkotik vasitələri istifadə etmiş, narkotik vasitələri n satışı ilə heç vaxt məşğul olmamışdır. Kassasiya protestində bu izahatın da X5in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinə dəlalət edən əsas sübutlardan biri kimi olması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı həmin protestin bu haqda dəlilli ilə razılaşmır əvvəla ona görə ki, izahatın nə vaxt və harada alınması bu sənəddən görünmür, digər tərəfdən isə izahatda göstərilən hallar heç də məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq olunmuş sübutlarla müəyyən edilən hallarla uzlaşmır. Odur ki, məhkəmə kollegiyası izahatda göstərilən halların həqiqət kimi qəbul edilməsinə şübhə ilə yanaşır və eyni zamanda qeyd edir ki, həmin izahatın ümumiyyətlə sübut kimi qəbul edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, CPM-in 124.2-ci maddəsinin tələblərində n görünür ki, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (izahatları-yox (m.k); 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X5in şübhəli şəxs qismində tutulması 7 aprel 2023-cü il tarixdə saat 20.20-də rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 8 aprel 2023-cü il tarixdə saat 16.30-dan 17.30-dək, yəni təxminən iyirmi saat müddət keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Çünki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədb irinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən X5 şübhəli şəxs qismində dindirildikdən sonra ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham yuxarıda göstərilən qanun pozuntuları ilə əldə edilmiş sübutlara – məhkəmə nəzarəti qaydasında qanuna müvafiq olaraq yoxlanılmamış əməliyyat-axtiarış tədbirlərinin həyata keçirilməsinə dair materiallar, üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 7 aprel 2023-cü il tarixli protokola və həmin protokola DVD diskə yazılaraq əlavə edilmiş video görüntülərə, bu istintaq hərəkətinin aparılması nəticəsində X5in üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlənin aşkar edilib götürülməsinə, onun adından yazılaraq iş materialları na əlavə edilmiş və heç bir sübut əhəmiyyətinə malik olmayan izahatına və iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 8 prel 2023-cü il tarixli 16/401 saylı rəyinə, habelə qanun pozuntuları ilə əldə edilmiş maddi sübuta əsasən irəli sürülmüşdür. İş materiallarından göründüyü kimi, hələ şübhəli şəxs qismində, 9 aprel 2023-cü il tarixdə və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə təqsirləndirilən şəxs qismində dindirilərkən, X5 həm onun şübhəli bilindiyi əməli törətməsini inkar etmiş, həm də özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və bu mərhələlərdə eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, 7 aprel 2023-cü il tarixdə təxminən saat 16-17 radələrində yaşadığı evdən çıxıb saçını kəsdirmək üçün bərbərxanaya getmiş, oraya ça tdıqda bərbər işləyən tanışı X22 ona əlində işi olduğuna görə onu qəbul edə bilməyəcəyini bildirib ona 10 dəqiqədən sonra gəlməsini təklif etmiş, o, da bu təkliflə razılaşaraq bərbərxanadan çıxıb onun qarşısında gözləməyə başlamışdır. Bu vaxt o, 4 nəfər şəxsin onun avtomobilinə baxdıqlarını görüb sonunculara yaxınlaşmaq istədikdə həmin şəxslər, o cümlədən onların arasında olan və əməliyyatçı kimi tanıdığı polis əməkdaşı, özləri ona yaxınlaşıb qolundan tutaraq özləri ilə getməli olmasını bildirmişlər. O, sonunculardan bunun səbəbini soruşduqda polis əməkdaşları bu haqda rəisin tapşırığı olduğunu, rəisin onunla nə işi olduğunu soruşduqda isə onlar bu barədə məlumatlı olmadıqlarını demişlər. Bununla belə, o, özünə məxsus, lakin polis əməkdaşlarından birinin idarə etdiyi avtomaşında 2-ci Polis Şöbəsinə yollanmış və orada Şöbənin inzibati binasının 3-cü mərtəbəsinə qaldırılaraq X adlı polis rəisinin otağına aparılmış, onu saxlayan şəxslər də Xin otağına daxil olmuşlar. X adlı polis əməkdaşı onunla salamlaşdıqdan sonra Bakıdan olan polis əməkdaşlarının onu görmək istədiklərini bildirdikdən sonra polis əməkdaşları ancaq narkotik vasitəni öz üzərinə götürəcəyi halda onu Gəncəyə gəlmiş polis əməkdaşlarına təqdim etməyərək bu şəkildə ona yaxşılıq edə bilmələrini təklif etmiş, o, isə Bakıdan olan polis əməkdaşları ilə onun nə əlaqəsinin olduğunu, çay satmaqla çay evi işlətdiyini, heç bir qanunsuz hərəkət etmədiyini, valideynlərinin xəstə olduqlarını, ləkələnmək istəmədiyini və nəyə görə ona qarşı belə bir fikir olmasını soruşduqda X bunun səbəblərini bilmədiyi, sadəcə belə lazım olduğ unu demişdir. O, bir daha vəziyyətinin nəzərə alınaraq ona qarşı belə hərəkət edilməməsini xahiş etsə də, X isə onların təklifi ilə razılaşmasını tələb etmiş, razılaşmadığı halda isə evinə silah və narkotik qoymağa, valideynlərini də şöbəyə gətirməyə məcbur qalacaqlarını bildirmişdir. Bu sözlərdən sonra o, yenə də valideynlərinin ağır xəstəlikdən əziyyət çəkdiyini və baş verənlərə dözməkdə çətinlik çəkəcəklərini bildirib onu buraxmalarını xahiş etmişdir. X isə otaqda olan qadın alt paltarını ona göstərərək verilən narkotik vasitənin özünə məxsus olmasını etiraf etmədiyi təqdirdə həmin paltarı ona geyindirəcəyini və biabır edəcəyini bildirib onu təhdid etmişdir. Bundan sonra onu X29 adlı polis əməkdaşının qəbuluna aparmış və sonuncu da onu tanıdığını və yaxşı oğlan olduğunu, lakin başqa c ür köməklik edə bilməyəcəklərini, yalnız onu Bakıdan olan polis əməkdaşlarına verməyərək belə formada köməklik edə biləcəyini bildirmişdir. O, X29yə də çay satmaqla məşğul olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamasını, belə işlərlə heç bir əlaqəsinin olmadığını desə də, Polis Şöbəsinin rəisi oruc tutduğuna görə onu yormamağını xahiş etmişdir. X29 bu sözündən sonra o, bir daha sonuncuya yalvararaq özünün də oruc tutmasını bildirib bir daha ona qarşı mərhəmət göstərməsini xahiş etmiş, lakin X29 cavabında “Nə edəcəksən? Dövlət işindəmi işləyəcəksən?, get da türməyə, türmə kişi üçündür” demişdir. Bundan sonra onu yenidən polis əməkdaşı Xin otağına aparmış və orada o, yenə də çay satmaqla məşğul olduğunu deyib ona qarşı belə hərəkətlərin edilməməsini xahiş etmişdir. X isə ona “çay satan adam “Kia Optima” markalı avtomaşın sürməz” deyib yanındakı digər polis əməkdaşlarına onu tutulub gətirilən şəxsləri döydükləri otağa aparmalarını tapşırmışdır. Həmin vaxt o, baş verənlər barədə tanışlarına məlumat verməsi üçün polis əməkdaşlarında öz telefonunu istəyib aldıqdan sonra istifadəsində olan +99***-***-**-** mobil nömrədən 2 dəfə ardıcıllıqla dostu Xin istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Buna görə, o, məcbur olub X saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə mesaj yazmış və bu barədə qardaşına məlumat verməsini xahiş etmişdir. Həmin vaxt onun qardaşı Rusiya Federasiyasında olmuş, atası isə xəstə olduğu üçün o, baş verənlər barəsində valideynlərinin xəbər almasını istəməmişdir. Bundan bir qədər sonra X özü ona zəng etmiş və onlar telefonla danışdıqdan yarım saat sonra X onun saxlanıldığı şöbəyə yanına gələrək onunla görüşmüşdür. Bu görüş zamanı o, sonuncuya haqsızlığa məruz qaldığını, narkotik vasitənin ayaqyolunda polis əməkdaşı tərəfindən cibinə qoyulduğunu və onun heç bir təqsirinin olmadığını demişdir. Onu təxminən 3 saatdan çox müddət ərzində polis şöbəsində saxlamış, müvəqqəti saxlama yerinə təhvil veriləndə isə artıq saat 22:00 olmuşdur. Tutulmağının növbəti günü atası müvəqqəti saxlama yerinin qarşısına gəlmiş və ona qarşı olunan haqsızlıqlara dözməyib ölmüşdür. Məhkəmə iclasında verdiyi ifadələrində X5 əlavə olaraq qeyd etmişdir ki, 7 aprel 2023-cü il tarixdə saat 17 radələrində onu saxlayan polis əməkdaşlarının sırasında iş üzrə şahid qismində dindirilm iş Şahid2 və Şahid1 olmamış, faktiki olaraq saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının adlarını bilməmiş və onları yalnız üzdən tanımışdır. O, heç vaxtı narkotik vasitə istifadə etməmiş, onun barəsində məhkəmə-narkoloji ekspertizası keçirilərkən də bu haqda ekspertlərə məlumat vermiş, 8 aprel 2023-cü il tarixdə MSY-də olarkən müstəntiq və vəkili onun yanına gəldikdə, Gəncə şəhər Baş Polis İdarəsinin rəisinə ərizə yazaraq evinə baxış keçirilməsini xahiş edib narkotik vasitələrdən uzaq olduğunu bildirmişdir. 7 aprel 2023-cü il tarixdə video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılarkən o, psixoloji təsirlər nəticəsində məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının tələb etdiyi məzmunda etirafedici izahat vermiş, barəsində həbs qətimkan tədbirinin seçilmə si məsələsinə baxılarkən isə məhkəmə iclasında heç bir cinayət törətmədiyini, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və ona aidiyyətinin olmadığını bildirmişdir. X5in barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Gəncə Şəhər Məhkəməsinin 9 aprel 2023-cü il tarixli qərardan görünür ki, o, həqiqətən də məhkəmə iclasında yuxarıda təsvir edilənlərə uyğun məzmunda izahat vermişdir. İfadələrinin davamı olaraq X5 həmçinin göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən 7 aprel 2023-cü il tarixdə təxminən saat 17 radələrində “Eksklyuziv” adında olan bərbərxananın qarşısında saxlanılmış və oradan 2-ci Polis Şöbəsinə aparılmış, həmin vaxt üzərində iki ədəd mobil telefon olmuş, həmin telefonlardan birini qol saatı ilə və üzərində olan pulla birlikdə ailə üzvlərin ə çatdırılması üçün Xlə görüşərkən ona vermiş, digər telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Xə verdiyi smartfon tipli mobil telefonda +99***-***-**-**, polis əməkdaşlarının götürdükləri telefonda isə +99***-***-**-** mobil nömrələr olmuş və məhz bərbər işləyən X22 ifadələri ilə, sonuncu tərəfindən X5in müdafiəçisinə təqdim etdiyi və məhkəmədə tədqiq olunaraq işə əlavə edilmiş video görüntülərlə, telefon danışıqların və yazışmalarının aparılmasına, habelə telefonların anten dairələrinə dair əldə edilmiş obyektiv məlumatlarla, habelə cinayət işinə əlavə olunmuş sənədlərlə tam təsdiq edilmiş və bu sübutlarla dəqiqliklə müəyyən olunmuşdur ki, X5 həqiqətən ona qarşı irəli sürülmüş ittihamda göstərilən 7 aprel 2023-cü il tarixdə saat 20.00-da deyil, “Eksklyuziv” adı ilə fəaliy yət göstərən bərbərxananın qarşısında 4 nəfər polis əməkdaşları tərəfindən 7 aprel 2023-cü il tarixdə saat 17:27-də saxlanılmış, həmin vaxt hava günəşli olmuş, Ramazan ayının təqviminə görə isə göstərilən tarixdə günəş saat 19.11-də batmışdır. Kassasiya protestində mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu sübutların qanunsuz yolla əldə edilməsi müəyyən edilmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə müvafiq nəticəyə gələrkən tamamilə qanuni olaraq həmin sübutları X5in ifadələri ilə birgə qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına qoymüş, bu zaman hər hansı qanun pozuntusuna yol verməmiş, məhkəmələrin əsaslandıqları sübutlarla sonuncun ilkin izahatında göstərdiyi hallar təkzib edilmiş, həmin halları təsdiq edən mötəbər sübutlar isə məhkəmələr ə təqdim olunmamışdır. Halbuki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində X5in həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində ibtidai araşdırm a zamanı və məhkəmə iclaslarında ətraflı və ardıcıl olaraq verdiyi ifadələrinin yolverilməz sübut kimi qiymətləndirilməli olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddəsində qanunsuz yolla əl də edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi X5in verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə X5ə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən əsas sübutların prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Məhkəmə iclaslarında olduğu kimi, ibtidai araşdırma zamanı da X5in yuxarıda təsvir edilmiş ifadələr verməsinə, onun bu ifadələrinin cinayət tə qibinin bu mərhələsində şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri ilə kəskin ziddiyyət təşkil etməsinə baxmayaraq iş üzrə ibtidai araşdırmanı aparmış müstəntiqlər polis leytenantı X32 və polis polkovnik-leytenantı X23 CPM-in 235.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməyərək bu ziddiyyətlərin aradan qaldırılması üçün təqsirləndirilən şəxslərlə adları göstərilən şahidlər arasında üzləşdirmələr keçirməmiş, X5in verdiyi ifadələrində göstərdiyi hallar isə vəsatət kimi qiymətləndirilərək müstəntiq X32 9 aprel 2023-cü il tarixdə qəbul etdiyi qərarla vəsatət təmin olunmuş və həmin hallar barədə Gəncə şəhər prokuroruna məlumat verilmişdir. Halbuki, CPM-in 235.1-ci ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, m üstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, prosessual qanunvericilikdə müstəntiqin bu hüququn nəzərdə tutulması ilk növbədə iş üzrə həqiqətin müəyyən edilməsinə, daha sonra mövcud ziddiyyətlərin aradan qaldırılması üçün bütün mümkün tədbirlərin görülməsinə, digər tərəfdən isə - təqsirkarın da hüquqlarının tam həcmdə təmin edilməsinə yönəlmişdir ki, adları çəkilən müstəniqlər naməlum səbəblərdən həmin hüquqdan istifadə etməyərək iş üzrə ibtidai araşdırmanın tam və hərtərəfli aparılmasına təşəbbüs göstərməmişlər. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası cinayət işinin materiallarına, o cümlədən işə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara müraciət edərək vurğulamağı lazım bilir ki, əməliyyat müvəkilləri Şahid2 və Şahid1 ibtidai araşdırma zamanı, hər birisi ayrı-ayrılıqda 7 aprel 2023-cü il tarixdə X5in barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupuna daxil edilmələrini və onu həmin tarixdə saat 20.00-da saxlamalarını, sonradan isə sonuncunun üzərində şəxsi axtarışın aparılmasında iştirak etmələrini göstərsələr də, məhkəmə iclasında iş üzrə təkzib edilməz şəkildə müəyyən edilmişdir ki, əvvəla həmin polis əməkdaşları X5in saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, sonuncu isə saat 17 radələrində tamamilə başqa 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə aparılmış, şahid2 isə məhkəmə iclasında X5in saxlanılması zamanı kənarda dayanaraq əməliyyat tədbirini seyr etməsini bildirsə də, əməliyyat məlumatı icraatına daxil olmuş həmin şəxsin verdiyi bu ifadələrin həqiqətə uyğun olması heç də inandırıcı görünmür. Adı çəkilən şahid isə məhkəmə iclasında bir daha təsdiq etmişdir ki, X5 başqa polis əməkdaşları tərəfindən saxlanılmışdır. Eyni zamanda, işə birinci instansiya məhkəməsində baxılarkən X5in ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupunun yaradılması barədə 2-ci Polis Şöbəsi rəisinin iki, biri-birinə zidd olan əmrlərin mövcud olması da müəyyən edilmiş və məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında təsvir olunan bütün ziddiyyətləri təsvir etməklə onlara qiymət vermiş və məhkəmə kollegiyasının qənaətinə görə, əsaslı olaraq X5in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət törətməsinə şübhə ilə yanaşaraq onun təqsirliliyinin sübuta ye tirilməməsi barədə əsaslı və mötəbər nəticəyə gəlmişlər. Şərh olunanlarla yanaşı məhkəmə kollegiyası ən əsası onu vurğulayır ki, hazırkı cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən X5ə qarşı irəli sürülmüş ittihamın əsasına qoyulmuş sübutların prosessual qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməklə əldə edilməsindən başqa sonuncunun polis əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilidikdən sonra psixoloji təsirlərə məruz qalması və bunun da nəticəsində ilkin izahatlarında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını etiraf etməsi də müəyyən edilmiş və məhkəmələrin bu haqda da gəldikləri nəticə əsaslı olmuşdur. Belə ki, kassasiya protestində də istinad olunan X5in 7 aprel 2023-cü il tarixli izahatında onun əvvəl lər də narkotik vasitələrdən istifadə etməsi göstərilsə də, iş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli 827 saylı rəyi onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və bu xəstəlikdən məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. Bununla belə, həmin ekspertizanın keçirilməsi zamanı da X5 narkotik vasitə olan heroindən heç vaxt istifadə etməməsini bildirməsinə, narkomaniya xəstəliyinin hər hansı əlamətinin müəyyən edilməməsinə baxmayaraq, rəydə heç bir əsas göstərilmədən sonuncunun narkotik vasitələrdən istifadə etməsi hallarının olması və buna görə onun narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməsinin məsləhət bilinməsi göstərilmişdir ki, X5 həmin rəylə tanış olarkən əsaslı olaraq həmin rəylə razı olmadığı nı bildirmişdir. X5in Polis Şöbəsində psixoloji təsirlərə və şərəf ləyaqətini alçaldan hərəkətlərə məruz qalmasını isə onun özü ilə yanaşı, məhkəmə iclasında əlavə şahid qismndə dindirilmiş X də təsdiq etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, X5in belə hərəkətlərə məruz qalması həmçinin işə məhkəmədə baxılarkən sonuncunun müdafiəçisi tərəfindən təqdim olunmuş (“Ekslyuziv” adı ilə fəaliyyət göstərən bərbərxanada quraşdırılmış video kamera ilə qeydə alınmış) video görüntülərlə də təsdiq olunur. Həmin video görüntülərlə isə müəyyən edilir ki, polis əməkdaşları X5ə yaxınlaşıb ona əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı təqdim etmədən sonuncunun qollarından tutaraq yolun kənarında dayanmış avtomaşına tərəf aparırlar və onu avtomaşına əyləşdirdikdən sonra son uncunun saxlanıldığı yerdən həmin avtomaşında uzaqlaşırlar. Məhkəmə kollegiyası hesab edir ki, tutarlı əsaslar olmadan və ona saxlanılmasının səbəbləri lazımi qaydada izah edilmədən, həmçinin bu haqda qəbul edilmiş hər hansı prosessual sənəd ona təqdim olunmadan şəxsin saxlanılması da onun şərəf və ləyaqətini alçaldan hərəkət kimi qiymətləndirilməsinə əsas yaradır. Buna görə də birinci instansiya məhkəməsi onun hər hansı sübutla təkzib edilməyən ifadələrini, habelə əldə edilmiş digər sübutları nəzərə alıb təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq təhlil edilən məsələ ilə bağlı da bütün şübhələri X5in xeyrinə həll etmiş və sonuncunun həqiqətən polis əməkdaşları tərəfindən psixoloji təsirlərə məruz qalması barədə nəticəyə gələrək bu yolla da əldə edilmiş sübutların yolverilməz hesab edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında müəyyən edilmiş hallar və bu halların arxasında duran sübutlar nəinki X5in polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixoloji təsirlərə və şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalmasından, həm də həmin məsələnin araşdırılması vəzifəsi üzərinə qoyulmuş Gəncə şəhər prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X10 bu məsələ üzrə araşdırmanın aparılmasına formal yanaşmasından və kassasiya protestində də istinad olunan CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2 iyun 2023-cü il tarixli qərarın natamam və əsassız olmasından xəbər verir. O, da qeyd olunmalıdır ki, həmin qər arın istər X10, istərsə də iş üzrə ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən X5ə və ya onun müdafiəçilərinə verilməsi və ya göndərilməsi də iş materialları ilə müəyyən edilmir, bu hal isə onlara həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsinə şikayət vermək hüququnun təmin edilməməsinə dəlalət edir. Belə olan halda məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X5in həqiqətən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixoloji təsirlərə və onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalması, saxlanılarkən isə onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşyanın, o cümlədən narkotik vasitənin olmaması barədə ifadələrini mötəbər sübut kimi qəbul etmələrini tam qanuni və əsaslı hesab edərək vurğulayır ki, bu ifadələr araşdırılmış başqa sübutlarla da tam uzlaşır. Gəncə şəhər prokurorunun köməkçisi X10un qəbul etdiyi 2 iyun 2023-cü il tarixli qərarının preyudisial əhəmiyyətli qərar kimi qiymətləndirilməli olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bu tələbdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə yuxarıda göstərilən müvafiq nəticəyə gələrkən haqlı olaraq həm in qərarla müəyyən edilmiş hallara deyil, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən əldə edilərək araşdırılmış obyektiv və təkzibedilməz sübutlarla təsdiq olunan hallara əsaslanmış və X5in həqiqətən təhqiqat aparılmazdan əvvəl psixoloji təsirlərə və şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalması barədə mötəbər qənaətə gəlmişlər. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulayır ki, CPM-in 65.1-ci maddəsinin mənasına görə “şəxsin cinayət təqibini istisna edən qərar” dedikdə o başa düşülür ki, cinayət işi və ya sadələşdirilmiş icraat materialları üzrə hər hansı şəxsin haqqında belə qərar qəbul edildikdə və bu qərar ləğv edilmədikdə, məhz həmin şəxs sonradan eyni əməllər törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, lakin digər şəxsin barəsində c inayət işinə və ya sadələşdirilmiş icraat materiallarına məhkəmədə baxılarkən barəsində cinayət təqibinə bu və ya digər əsaslarla xitam verilmiş və ya cinayət işinin başlanması rədd edilmiş şəxsin də təqsirli bilinməsi istisna olunmaqla onun əməllərinə də münasibət bildirilməsi istisna olunmur və bu zaman barəsində cinayət təqibinə xitam verilmiş və ya cinayət təiqbinin başlanması rədd edimiş şəxsin cinayət xarakterli əməl törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildikdə, prosessual qanunvericiliyin normaları ilə məhkəmədən bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru məlumatlandırmaq tələb olunur. Kassasiya protestinin dəlilləri ilə bağlı təhlil edilən məsələyə dair məhkəmə kollegiyasının qanunun normasına verdiyi təfsirə uyğun olan hüqu qi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata ke çirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Məhkəmə kollegiyası iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin təsvir edilmiş məsələlər ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək eyni zamanda qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Avropa Konvensiyasının 3-cü maddəsinin tələbindən görünür ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmər ə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasın a görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasının rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Ha lbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusiyon və konvensiyon tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşları Şahid2 və Şahid1 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhk əmə iclasında verdikləri ifadələrin hazırkı iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hеsab еdir. Əvvəla iş materiallarına görə, adları çəkilən şəxslərin, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrinə görə, onlar X5in narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş və bu tədbirlər nəticəsində onu 7 aprel 2023cü il tarixdə saat 20.00-da Gəncə Dövlət Universitetinin qızlar yataqxanasının qarşısında saxlayıb Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsin gətirərək təhqiqatçıya təhvil vermişlər. Bundan sonra onlar təhqiqatçı tərəfindən X5in üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş və bu zaman sonuncunun üzərindən bir ədəd bükümdə qablaşdırılmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən şahidlər Şahid2 və Şahid1 əməliyyat-atarış tədbirlərinin keçirilməsində ümumiyyətlə iştirak etməmələri, X5in isə başqa polis əməkdaşları tərəfindən və başqa vaxtda saxlanılması və bunlarla əlaqədar kifayət qədər mötəbər sübutlar əldə edilmişdir ki, bunlar da göstərilən şahidlərin bu sübutlara uyğun olmayan ifadələr vermələrinə dəlalət edir. Bundan başqa, adları çəkilən həmin polis əməkdaşlarının X5in üzərində şəxsi axtarışın aparılmasında iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, nə də ki, bunun əsası X5ə və onun müdafiəçisinə izah edilməmişdir. Sonuncu isə həm ib tidai araşdırma mərhələsində, həm də məhkəmə iclaslarında ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində göstərmişdir ki, o, Polis şöbəsində psixoloji təsirlərə və şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qaldıqdan sonra ona qarşı irəli sürülmüş ittiham üzrə qismən etirafedici izahat verməyə məcbur olmuş, bu izahatı isə o, polis əməkdaşlarının diktəsi ilə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş və şübhəli şəxsin saxlanılmasında, yaxud da onunla müxtəlif istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartlarını müəyyən еtmiş və Ali Mə hkəmənin Cinayət Kollegiyası da bir sıra qərarlarında bu standartlardan çıxış etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” işl üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası hazırkı iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda işə mahiyyəti üzrə baxmış məhkəmələrin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırkı iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmasını haqlı hesab etməklə qeyd edir ki, X5in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa mötəbər sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X5ə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kim i qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişlər. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, X5in CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda da məhkəmələrin iş üzrə gəldikləri qənaət qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestind ə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırkı iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkild ə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X5ə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq e dən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi haqda isə müdafiəçi K.M.Əlizadənin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X5ə CMin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə, yəni CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protesti təmin edilməsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar