Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1886/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslər X14, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayənd əsi Müdafiəçi2, bəraət almış şəxs X6 və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim Elnur Nuriyev) 1(010)-6/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli hökmü ilə 01 may 1975-ci il tarixdə Saatlı rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeyd iyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsindəki nömrəsiz evdə yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 200.2.3-cü maddəsi ilə olan ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə X7 bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, yem satışı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq əsassız varlanmaq məqsədilə ünvan 3 ünvanda yerləşən yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk (Mg3Si4O10(OH)2) və kaolin (Al2Si2O5(OH)4) mineral birləşmələrinin tərkibinə xlorid turşusunda həll olmayan külün (qum, gil, torpaq, daş tozu, silisius-oksid və s.) miqdarını standart normadan (standarta əsasən 0.7% çox olmamalı) qəsdən 1.6-3% (normadan 2 dəfə) artıq edərək, göstərilən səbəbdən heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvan ölümünə səbəb olan həmin arpa yarmasını 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər fiziki şəxs Zərərçəkmiş şəxs2, 2019-cu ilin dekabr ayında isə fərdi təsərrüfatla məşğul olan Zərərçəkmiş şəxs1 satmış və həmin arpa yarması ilə bəsləndiyindən sonuncunun ünvan 4 ünvanında yerləşən fərdi təsərrüfatında saxladığı ümumi dəyəri 2.624 (iki min altı yüz iyirmi dörd) manat olan 02 baş smental cinsli, orta diri çəkisi 250 kq olan dananın ölməsinə səbəb olmaqla Zərərçəkmiş şəxs1 aldatmış, həmçinin Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən heyvandarlıq təsərrüfatında saxlıdığı 1.018 manat qiymətində 04 ay 25 günlük, diri çəkisi 200 kq olan dananın, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.360 manat qiymətində 02 yaşında, diri çəkisi 600 kq olan damazlıq dişi dananın, 28.000 manat qiymətində 8 baş boğaz inəyin, 3.500 manat qiymətində 01 baş boğaz inəyin və 7.800 manat qiymətində 12 baş 2-3 aylıq damazlıq buzovun, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.080 manat qiymətində 02 illik diri çəkisi 550 kq olan damazlıq dişi dananın, 1.273 manat qiymətində 06 aylıq diri çəkisi 250 kq olan dananın, cəmi 27 baş iribuynuzlu heyvanının ölməsinə səbəb olmaqla ona külli miqdarda, yəni ümumilikdə 50.271 (əlli min ik i yüz yetmiş bir) manat maddi ziyan vurmaqla aldatmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi) Zəki Babayev və Ziya Şirinov) 1(103)-785/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərarı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli hökmü ləğv edilmiş, X7 Azərbaycan Respublikası CM-in 200.2.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərərçəkmiş şəxs1 və onun vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Döv lət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Müdafiəçi2 birgə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hökmlə X7 Azərbaycan Respublikası CM-in 200.2.3cü maddəsi ilə bəraət verildiyindən zərərçəkmiş şəxs və mü lki iddiaçı Zərərçəkmiş şəxs2 maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində vəsaitin tutulması barədə iddiası əsassız olaraq rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmələrində işə baxılması zamanı maddi və prosessual hüquq normaları kobudcasına pozulmuş məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi ilə bağlı ciddi pozuntular təsdiq edilmişdir. X3 təqsiri ci nayət işi üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2, Şahid1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Gülşən Hümmətovanın və Pərvanə Rüstəmovanın, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin mütəxəssisi X12, Bakı şəhər Suraxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədovun məhkəmə iclasında verdiyi şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 995 saylı məhkəmə-bioloji ekspertizasının rəyi, xx.xx.2019-cu il tarixli 17717/18 saylı məhkəmə-fıziki-kimyəvi ekspertizasının rəyi, xx.xx.2019-cu il tarixli Azərbaycan Res publikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt, xx.xx.2019-cu il tarixli 65/243-06 saylı məktub, Bakı şəhər Suraxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədov tərəfindən Zərərçəkmiş şəxs2 məxsus danaların və inəklərin ölməsini təsdiq edən aktlar, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu Kompleks tədqiqatlar laboratoriyası tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 887-337/NQ/BP saylı sınaq protokolu. Müstəqil Məhkəmə Ekspertiza MMC-nin xx.xx.2020-ci il tarixli, 56 nömrəli rəyi. Müstəqil Məhkəmə Ekspertiza MMC-nin məhkəməəmtəəşünaslıq və məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 222 saylı rəyi və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. Bakı Apellyasiy a Məhkəməsi əsassız olaraq hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən X7 CM-in 200.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxsin həmin əmələ görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Məhkəmə əsassız olaraq Azərbaycan Respublikası CPM-in 127 və 145-ci maddələrinə əsaslanaraq iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2020-ci il tarixli, 995 nömrəli rəyini mötəbər sübut hesab etməmək qənaətinə gəlmiş, bununla da Azərbaycan Respublikası CPM-in 124, 125, 144 və 145-ci maddələrinin tələblərini pozmuşd ur. Təqsirləndirilən şəxs X3 təqsiri cinayət işi üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2, Şahid1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Gülşən Hümmətovanın və Pərvanə Rüstəmovanın, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin mütəxəssisi X12, Bakı şəhər Suraxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədovun məhkəmə iclasında verdiyi şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 995 saylı məhkəmə-bioloji ekspertizasının rəyi, xx.xx.2019-cu il tarixli 17717/18 saylı məhkəmə-fıziki-kimyəvi ekspertizasının rəyi, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt, xx.xx.2019-cu il tarixli 65/243-06 saylı məktub, Bakı şəhər Suraxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədov tərəfindən Zərərçəkmiş şəxs2 məxsus danaların və inəklərin ölməsini təsdiq edən aktlar, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu Kompleks tədqiqatlar laboratoriyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 887- 337/NQ/BP saylı sınaq protokolu. Müstəqil Məhkəmə Ekspertiza MMC-nin xx.xx.2020-ci il tarixli, 56 nömrəli rəyi. Müstəqil Məhkəmə Ekspertiza MMC-in məhkəmə-əmtəəşünaslıq və məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 222 saylı rəyi və digər sübutlar əsasınd a öz təsdiqini tapmışdır. Məhkəmə texniki səhvə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 19 avqust 2021-ci il tarixli məktubuna əsasən məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2020-ci il tarixli, 995 nömrəli rəyini mötəbər sübut hesab etməmək qənaətinə gələ bilməzdi. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız hökm çıxartdığından, həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, iş üzrə aparılan laboratoriya analizlərinin nəticələrinə, orqonoleptiki tədqiqata görə, Zərərçəkmiş şəxs1 götürülmüş 5 №-İi, X1 götürülmüş 3 №-li və Zərərçəkmiş şəxs2 götürülmüş hər 3 nümunənin arpa yarması yeminə aid olması, tərkibindəki maddələrə görə bir-birinə uyğun olması müəyyən edilir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 götürülmüş arpa yarmasının tərkibində olan talk və kaolin maddəsinin normadan 1,6% artıq (yəni normadan 2 dəfədən) olması müəyyən edilir. İş materiallarında olan Dövlət baytarlıq xidmətinin təmin olunması haqqında 22 may 2019-cu il tarixli aktından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus heyvandarlıq təsərrüfatında son aylar, fevral-may ayları ərzində olan ölüm hadisələri ilə əlaqədar olaraq (08 baş iribuynuzlu) araşdırma aparılarkən müəyyən olunmuşdur ki, təsərrüfatda epizotik tədbirlər vaxtlı vaxtında aparılıb. Heyvanların saxlanılma şəraitinin və qulluğun yüksək səviyyədə olduğu nəzərə alınaraq Zərərçəkmiş şəxs2 yemin tərkibinin yoxlamaq məsləhət götürülmüşdür. Belə ki, ölən heyvanların hamısında mədə-bağırsaq pozğunluğu, ifrazat orqanlarının xüsusən böyrəklərin sıradan çıxma halı müşahidə olunmuşdur. Həmçinin heyvanlar arasında süd sağımı azalmışdır. Sahibkara heyvan yemini Respublika Qida Təhlükəsizliyi İnstitutunda müayinə etdirməsi tövsiyə olunmuşdur. İş materiallarında olan heyvan mənşəli məhsulların istehsalı, tədarükü, saxlanılması və ticarəti ilə məşğul olan obyektlərdə dövlət baytarlıq nəzarətinin təmin olunması haqqında 19 iyul 2019-cu il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus fermada səhər saat 10 radələrində 01 baş buzovun tələf olunması ilə əlaqədar yarma aparılmışdır. Heyvanın 05 aylıq olmasına, yemlənməsinin və qulluğun normal olmasına baxmay araq mədə bağırsaqda qaz, hipertrofikləşmə, qan damarlarının şişməsi müəyyən olunmuşdur. Sidik kisəsi şişmiş, dolu idi, yem qarın boşluğunda dolmuş vəziyyətdə müşahidə olunmuşdur. Ümumi qənaət ondan ibarətdir ki, yemin tərkibi dəyişməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin arayışlarından görünür ki, ********** VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərmiş X8 fəaliyyətini 27 iyun 2014-cü ildən 27 iyun 2019-cu ilədək dayandırmış, 07 yanvar 2019-cu il tarixdə X8 fəaliyyətini bərpa etmiş, 03 oktyabr 2019-cu ildən 03 oktyabr 2024-cü il tarixədək isə yenidən dayandırmışdır. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, cinayət işinin məhkəmə baxışı zamanı işdə olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutların tədqiqi nəticəsində X3 nə ticarət (xidm ət) sahəsində fərdi sahibkar qismində qeydə alınması, nə malın (xidmətin) istehlak xüsusiyyətinə və ya malın (xidmətin) keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatması (istehlakçıya malın (xidmətlərin) bu və ya başqa xüsusiyyətləri barədə yanlış, yaxud natamam məlumatın verilməsi), nə də ki, əməlində birbaşa qəsdin olması öz təsdiqini tapmamışdır. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etmişdir. Belə ki, təqsirləndirilən şəxs X3 həmin cinayətin törədilməsi ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaq zamanı cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslər, yəni Zərərçəkmiş şəxs2 v ə Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2, Şahid1, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Gülşən Hümmətovanın və Pərvanə Rüstəmovanın, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər baytarlıq İdarəsinin mütəxəsissi X12, Bakı şəhər Surxanı Baytarlıq sahəsinin müdiri X11, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2020-ci il tarixli, 995 saylı məhkəmə-bioloji ekspertizasının rəyi, 07 avqust 2019-cu il tarixli, 17717/18 saylı məhkəmə-fiziki-kimyəvi ekspertizasının rəyi, 26 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən tərtib edi lmiş akt, 03 dekabr 2019-cu il tarixli, 65/243-06 saylı məktub, Bakı şəhər Suraxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədov tərəfindən Zərərçəkmiş şəxs2 məxsus danaların və inəklərin ölməsini təsdiq edən aktlar, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu Kompleks tədqiqatlar laboratoriyası tərəfindən verilmiş 03 iyul 2019-cu i! tarixli, 887- 337/NQ/BP saylı sınaq protokolu, Müstəqil Məhkəmə Ekspertiza MMC-nin 14 may 2020-cİ il tarixli, 56 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-bioloji ekspertizasının 04 avqust 2020-ci il tarixli, 222 saylı rəyi və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. Bundan başqa, xüsusilə vurğulanmalıdır ki iş üzrə şahid X10 bildirmişdir ki, iribuynuzlu heyvanlar üçün yemi Həmidağa Quliyevə və digər alıcılara satmış, hər hansı bir şikayət daxil olmamışdır. Həmidağa Quliyev də, qeyd ediləni ifadəsində təsdiq etmişdir. Qeyd edilən hal özlüyündə təsdiq edir ki, X8 şahid X4 iribuynuzlu heyvanlar üçün yem aldıqdan sonra əsassız varlanmaq məqsədilə yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk və kaolin mineral birləşmələrinin tərkibinə xlorid turşusunda həli olmayan külün miqdarını standart normadan qəsdən artıq etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutları düzgün tədqiq etməyərək əsassız nəticəyə gəlmiş, ittiham tərəfinin təqdim etdiyi sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki hallan ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çı xışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Həm kassasiya protestinin, həm də Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Müdafiəçi2 birgə verdikləri kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, nəticədə də təqsirləndirilən şəxs X3 barəsində qanunsuz və əsassız olaraq bəraət hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsindən görünür ki, cinayət mühakimənin əsas vəzifələrindən biri cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq. Azər baycan Respublikası CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən məhkəmələr tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olun muş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirini təsdiq etmək üçün məhkəməyə təqsirləndirilən şəxsin ifadəsindən başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri, şahidlər Şahid3, Şahid2 və Şahid1 ifadələri, məhkəmə-bioloji ekspertizasının 07 avqust 2019-cu il tarixli və 17 yanvar 2020-ci il tarixli rəyləri və digər sübutlar təqdim e tmişdir. Birinci instansiya məhkəməsi ittiham tərəfindən təqdim etdiyi və əlavə sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur və əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bəraətin əsaslarına dair gəldiyi nəticə ilə razılaşmayaraq, hesab etmişdir ki, X3 elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmiş və məhz bu əsasa görə onun barəsində yeni bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən cinayət-prosessual qanunun yuxarıda qeyd edilən normalarına riayət edilib-edilməməsini yoxlayarkən qeyd edir ki, bi rinci instansiya məhkəməsi məhkəmə-bioloji ekspertizasının 07 avqust 2019-cu il tarixli rəyində ekspert tərəfindən yemin eksperimental nümunələrində talk və kaolinin miqdarının normadan 0,2-0,3 % artıq olması əvəzinə səhvən 2-3% göstərildiyindən, habelə bu səhv nəticəsində məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2020-ci il tarixli rəyində də arpa yemənin tərkibində olan talk və kaolinin heyvanların rasionunda normadan 2 dəfə artıq olması qeyd edildiyindən, habelə 17 yanvar 2020-ci il tarixli rəyin nəticəvi hissəsində “heyvanın ölümünə səbəb ola bilər” ifadəsi qeyri-müəyyən və ehtimal xarakteri daşıdığından həmin ekspertiza rəyləri mötəbər sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şü bhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Məhkəmə kollegiyası vurğulayır ki, hazırki cinayət işinin xüsusatını nəzərə alaraq işinin halları müəyyən edilməsi və iş üzrə düzgün qərar qəbul edilməsi üçün baytarlıq, biologiya və kimyə sahəsində xüsusi biliklər tələb olunur və ekspert tədqiqatları böyük əhəmiyyət kəsb edir. Belə ki, heyvanların yeminin keyfiyyəti və baş vermiş zərərli nəticələr və həmin yemin istifadə edilməsi arasında səbəbli əlaqənin olması mütəxəssis və ekspertlərin tədqiqatları əsasında müəyyən olunur. Bu halları araşdırarkən təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri həmin tədqiqatları ya təsdiq, ya da təkzib edə bi lər və müəyyən dərəcədə ehtimal xarakteri daşıyır. Qeyd edilməlidir ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri yuxarıda qeyd edilən ekspertiza rəyləri təkzib etmir, əksinə həmin rəylərlə uyğunluq təşkil edir. Lakin birinci instansiya məhkəməsi cinayət işi üzrə yuxarıda qeyd edilən ekspertiza rəyləri mötəbər sübut kimi qəbul etməyərək Azərbaycan Respublikası CPM-in 144 və 267.2-ci maddələrinin tələblərinə riayət etməmiş, cinayət işinin halları araşdırmaq üçün cinayət işi üzrə müvafiq təkrar ekspertiza (ekspertizalar) təyin etməmiş, bununla Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinin cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırmasına dair tələbini yerinə yetirməmişdir. Apellyasiya icraatı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən yemin ke yfiyyətini müəyyən etməsi və keyfiyyətsiz yemin istifadə olunması ilə zərərçəkmiş şəxsə məxsus heyvanların ölümü arasında səbəbli əlaqənin olub-olmamasını araşdırmaq üçün müvafiq təkrar ekspertizalarının təyin edilməsi barədə vəsatət qaldırılmış, lakin həmin vəsatət apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarı onunla əsaslandırmışdır ki, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri şübhə atında almağa heç bir əsas olmadığı üçün təkrar ekspertizanın təyin edilməsi zərurət yoxdur. Hərçənd, Azərbaycan Respublikası CPM-in 121.1-ci maddəsinin tələblərinə görə cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət pros esində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, X3 əməlləri zərərçəkmiş şəxslərə məxsus iribuynuzlu heyvanların ölümü arasında səbəbli əlaqənin olması öz təsdiqi tapmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz hökmündə qeyd etmişdir ki, “X3 əməlləri ilə zərərçəkmişlərə məxsus iribuynuzlu heyvanların ölümü arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığını, zərərçəkmiş şəxslərin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ittihamı təsdiq edən başq a bir sübutların ümumiyyətlə təqdim olunmadığını, zərərçəkmiş şəxsin ziddiyyətli və uzlaşmayan ifadələrinin şəxsin təqsirli bilinib məhkum olunması üçün yetərli olmadığını, ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan kifayət əsaslı şübhələrin mövcud olduğunu, istintaq orqanının natamamlığının təqsirləndirilən şəxsin hesabına aradan qaldırılmasının yolverilməz olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək onu həmin maddənin subyektinə çevirmir və iş üzrə təqsirləndirilən şəxs kriminal xarakterli niyyətinin olmadığını və təqsirliliyinin sübuta yetirilmədiyini təsdiq edir.” Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi itti hamın sübuta yetirilməməsinə dair nəticəyə gələrkən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri ilə bağlı şübhələrin mövcud olduğundan onları sübut kimi qəbul etməmişdir. Bundan başqa həm birinci, həm apellyasiya instansiyası məhkəmələri nəticəyə gəlmişlər ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin subyekti çıxış edə bilməz, çünki cinayət törətdiyi vaxt o, sahibkarlıq fəaliyyətini dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi bu nəticə işin materiallarına uyğun gəlmir. Belə ki, cinayət işinə əlavə edilmiş sənədlərdən, habelə üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələrindən görünür ki, X8 ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş dur. H.B.Quliyevin özünün ifadələrindən də həmin hal müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vərqi Xidmətinin məlumatına əsasən H.B.Quliyev sahibkarlıq fəaliyyətlə məşğul olan şəxs kimi 01 oktyabr 2012-ci il tarixdən qeydiyyata alınmış və 07 yanvar 2019-cu il tarixdən 03 oktyabr 2019-cu il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, apellyasiya məhkəməsinin hökmündə qeyd edilmişdir ki, B.H.Quliyevin nə malın istehlak xüsusiyyətinə və ya malın keyfiyyətinə dair zərərçəkmiş şəxsləri külli aldatması satdığı yem barədə yanlış, yaxud natamam məlumatın verilməsi, nə də ki əməlində birbaşa qəsdin olması öz təsdiqini tapmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 2017- ci il tarixdən etibarən özünə məxsus torpaq sahəsində ferması var və həmin fermada təxminən 30 baş iribuynuzlu heyvan saxlayır. Heyvanlar üçün yemi Hövsan qəsəbəsindəki Pirin ətrafında yerləşən Həmid adlı şəxsin işlətdiyi yem dükanından almışdır. Bir neçə müddət Həmid adlı şəxsin işlətdiyi dükandan aldığı yem məhsullarını saxladığı iribuynuzlu heyvanlara verdikdən sonra heyvanlarda qarın ağrıları baş vermiş və bununla əlaqədar, Sovxoz Ramanı qəsəbəsində yaşayan tanışı, baytar həkimi olan Məhəmmədlə məsləhətləşmişdir. Məhəmməd təklifiylə razılaşıb ona məxsus fermaya gələrək iribuynuzlu hevanlara baxış keçirmiş və bildirmişdir ki, heyvanların xəstələnməsinin səbəbi yedikləri yemdəndir. Bundan sonra Məhəmməd bildirmişdir ki, Hövsan qəsəbəsində iribuynuzlu heyvanların saxlanılması ilə məşğul o lan Eldar adlı şəxsin də saxladığı iribuynuzlu heyvanlarda bu cür problem var və avtomobili olmadığı üçün onu Eldara məxsus fermaya aparmağı xahiş etmişdir. Məhəmmədin xahişini nəzərə alaraq onu idarə etdiyi avtomobillə Eldara məxsus fermaya aparmışdır. Fermaya çatdıqdan sonra Məhəmmədlə birlikdə Eldarla salamlaşıb sonuncuya məxsus fermaya daxil olmuşlar. Fermaya daxil olduqdan sonra görmüşdür ki, Eldara məxsus iribuynuzlu heyvanlarda da qarın ağrısı problemləri vardır. Məhəmməd Eldara da məsləhət bilmişdir ki, heyvanların yeminə fikir versin, çünki yaranmış problem yemdən əmələ gəlmişdir. Həmçinin Məhəmməd məsləhət bilmişdir ki, verdikləri arpa yemini bişirib heyvanlara versinlər. Bundan sonra baytar Məhəmmədin məsləhəti ilə Həmidağadan aldığı arpa yemini bişirərək özünə məxsus heyvanlara yedizdirmişdir. Lakin həmin vaxt arpa yemi bişirilən zaman rəngi qaralmağa başlamışdır. Bir müddət sonra hazırda adını xatırlamadığı şəxs ona məxsus fermaya süd almaq üçün gələn zaman bişirilmiş arpa yeminə baxıb həmin yemi heyvanlara verməməyi məsləhət görmüşdür. O, da həmin şəxsin məsləhəti ilə Həmidağadan yem almağı dayandırmış və Ramanı qəsəbəsindən Nəzər adlı şəxsin satdığı arpa yemindən almağa başlamışdır. Nəzər adlı şəxsdən aldığı arpa yemini gətirib bişirdikdə rənginin sarı olduğunu və Həmidağadan aldığı arpa yemi ilə tamamilə fərqləndiyinin şahidi olmuşdur. Bundan sonra Həmidağanın işlədiyi mağazaya gedərək, ona öz iradını bildirmiş və fermasına dəvət edib ondan aldığı arpa yeminin vəziyyətini özünə göstərmişdir. Bundan sonra Həmidağadan bir daha yem almamış və yemi dəyişdirdiyi üçün heyvanlarda daha oxşar problemlər olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Həmid həmin yem məhsullarını rayonlardan əldə edir, belə ki, həmin yem məhsulları qalaraq köhnəlmiş və yarasız olduğundan dəyər dəyməzinə satıldığı üçün Həmid həmin məhsulları alaraq təzə məhsullara qatıb o vəziyyətdə müştərilərə satır. Lakin nə birinci instansiya məhkəməsində, nə apellyasiya instansiyası məhkəməsində Şahid3 Həmidağa Quliyevin müştərilərə satdığı yemə köhnəlmiş və yarasız yemin qatılması barədə ona məlum olmuş hallar üzrə dindirilməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadənin həmin hissəyə heç bir qiymət verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərlə razılaşaraq nəticəyə gəlir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etmədən Həmidağa Quliyevin elan edilmiş ittihamda təqsirliliyinin olmamasına dair nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-cü il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin olunmalıdır. Yeni apellyasiya baxışı zamanı cinayət işi üzrə sübutlar Azərbaycan Respublikası CM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməli və nəticədən asılı olaraq cinayət işi üzrə qanuna müvafiq qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Zərərçəkmiş şəxs2 və nümayəndəsi Müdafiəçi2 birgə verdikləri kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyu n 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1886/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1886/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver