Məhkəmə qərarları › İş №1(102)-1887/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1887/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1887/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçiləri – XXX20nun vəkili X12 oğlunun və XXX21nun vəkili Müdafiəçi6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixl i qərarından Zərərçəkmiş şəxs1 və nümayəndəsi – XXX22nun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs2, habelə Məhkum müdafiəçisi X12 oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1957-ci ildə ünvan1da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşqul olmuş, ünvan2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzas ına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 fevral 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər Q.X.Babayev və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum, onun müdafiəçiləri X12 oğlu və X6, həmçinin Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) ildən 2 (iki) ilə endirilmiş, cəzasının əvvəli 15 fevral 2018-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-709/2019 saylı, 24 dekabr 2019cu il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək, o, cəzasının çəkilməmiş 01 (bir) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.S.Qılıcov, hakimlər İ.Ə.Rəcəbov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət iş i apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.B.Babayev, hakimlər İ.A.İbrahimli və Z.A.Şirinovdan ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin apellyasiya şikayətinə münasibətdə Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum ona Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) il 1 (bir) ay 21 (iyirmi bir) gün hissəsini çəkməsi üçün məhkəmə iclası zalından həbs edilmiş, Məhkum cəzaçə kmə müddətinin 28 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.C.Seyidov, hakimlər T.L.Kazımov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs1 və nümayəndəsi Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi X12 oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı Məhkum həbs edilməsinə dair hissə istisna olmaqla ləğv edilmiş, cinayət işi baxılması üçün apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyu n 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Abdulov, hakimlər C.V.Hüseyn və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibi) Məhkum, onun müdafiəçiləri X12 oğlu və X6, həmçinin Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019cu il tarixli hökmü dəyişdirimiş, baxılmış ittihamın 1-ci və 3-cü epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum həmin epizodlar üzrə cəza təyin edilməmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) il 1 (b ir) ay 21 (iyirmi bir) gün hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 dekabr 2021-ci il tarixdən hesablanması, hökmün qalan hissələrdə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ilə birgə, Zərərçəkmiş şəxs2, habelə Məhkum müdafiəçisi X12 oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən, Məhkum təkbaşına və qabaqcadan əlbir olan bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2014-cü il iyun ayının ortalarında ünvan3ndəki fermada olan Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 35.000 manat dəyərində 55 baş inəyi satıb pulunu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 götürdüyü həmin sayda inəkləri istintaqa məlum olmayan şəxslərə satsa da, vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Məhkum 2014-cü il avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus ünvan4ndə tikilməkdə olan binanın 2-ci girişinin 4-cü mərtəbəsindəki 84,5 kv metrlik sahəli 53.000 manat dəyərində mənzili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan suiistifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 aldığı həmin mənzili X2 da, vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə kü lli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında 2014-cü il avqust ayının ikinci ongünlüyündə ünvan5ndə inşa edilən binadan mənzil satacağını Zərərçəkmiş şəxs3 vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə sonuncudan ünvan 2 ünvanında yerləşən ofisdə 10.000 manat məbləğində pulu alsa da, vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum 2014-cü il oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus ünvan6ndə yerləşən 116 nömrəli binanın 12-ci mərtəbəsindəki 175 kv. metrlik sahəli 99 saylı dördotaqlı 280.000 manat dəyərində mənzili satıb pulu sonuncuya verəcəyini vəd etdikd ə, etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 aldığı həmin mənzili satsa da, 2014-cü il oktyabr ayının ortalarında yalnız 90.000 manat vermiş, qalan hissədə vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdar təşkil edən 190.000 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında 2014-cü il oktyabr ayının ortalarında ünvan 3 ünvanında yerləşən XXX25nun qarşısında Zərərçəkmiş şəxs4 məxsus 68.242,8 manat məzənnəsi ilə 87.000 ABŞ dolları dəyərindəki xx15 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 aldığı həmin avtomobili X1 da, vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum 2014-cü ilin oktyabr ayı ərzində Zərərçəkmiş şəxs1 məxsus ünvan10 ünvanında yerləşən ofisdən 184.000 manat dəyərində sementi, 50.000 manat dəyərində mişar daşını və 7.200 manat dəyərində taxta materiallarını satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 241.200 manat dəyərində həmin materialları alsa da, vədinə əməl etməmiş, yəni özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum 2014-cü il dekabrın 27-də ünvan11 ünvanında yerləşən notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs1 arvadı Şahid1 adına rəsmiləşdirdiyi, özünə məxsus 121.000 manat dəyərində XX19 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulu Zərərçəkmiş şəxs1 verəcəyini vəd etdikdə etibardan suiistifadə və aldatma yolu ilə sonuncudan aldığı həmin avtomobili X4 da, 2014-cü il oktyabr ayının ortalarında yalnız 61.000 manat vermiş, qalan hissədə vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdar təşkil edən 60.000 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ünvan9ndə tikilməklə olan XX17 ticarət mərkəzindən mağaza satacağını vəd etdikdə bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə, yəni 2016-cı il fevralın 14-da ünvan8ndə fəaliyyət göstərən kafenin qarşısında 25.650 manat dəyərində betonu, 2016-cı il mart ayının ikinci ongünlüyündə ünvan12nun ərazisində yerləşən XX16 restoranın yanındakı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs2 bacısı oğlu Şahid6 adına rəsmiləşdirdiyi, özünə məxsus 81.610 manat məzənnəsi ilə 50.000 ABŞ dolları dəyərindəki “X15” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı ağ rəngli 2014-cü il modelli avtomobili, 2016-cı il mart ayının ikinci ongünlüyündə ünvan 6 ünvanındakı Zərərçəkmiş şəxs2 məxsus ofisdə 5.000 manat məbləğində pulu, bir neçə gündən sonra 500 manat məbləğində pulu, 2016-cı il mart ayının axırlarında 2.950 manat dəyərində sementi sonuncudan alıb ələ keçirməklə zərər çəkmiş şəxsə ümumilikdə 115.710 manat məbləğində külli miqdar təşkil edən maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ilə birgə verdiyi kassasiya şikayətini, eləcə də Zərərçəkmiş şəxs2 ayrıca verdiyi kassasiya şikayətini eyni qaydada onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən Məhkum dələduzluq yolu ilə onlara külli miqdarda ziyan vurması vurduğu zərəri ödəməməsi kifayət qədər nəzərə alınmamış, nəticədə ona əməlinə, şəxsiyyətinə müvafiq olmayan həddindən artıq yüngül – 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, eləcə də Zərərçəkmiş şəxs2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarının və birinci instansiya məhkəməsinin hökm ünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində müəyyən edilmiş ağır cəzanın təyin edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişlər. Məhkum müdafiəçisi X12 oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məhkum olunduğunu iddia edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Məhkum cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Lakin, kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək Məhkum 02 noyabr 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək müdafiəçisi X12 oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Azərbaycan Respublikası Ə dliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisinin 02 noyabr 2022-ci il tarixli xx/xx-2807 saylı müşayiətedici məktubu ilə Ali Məhkəməyə göndərilmişdir). Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının t ətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə, habelə Zərərçəkmiş şəxs2 kassasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instan siyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi X12 oğlu da kassasiya şikayəti vermiş, lakin Məhkum kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək – 2 noyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Odur ki, kollegiya Məhkum müdafiəçisi X12 oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir, eyni zamanda Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ilə birgə verdiyi kassasiya şikayətini, eləcə də Zərərçəkmiş şəxs2 kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərin dəlilləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilm ir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Qeyd olunan cinayət - hüquqi normaların işığında zərərçəkmiş şəxslərin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin müəyyən etdiyi cəza beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, zərərçəkmişlərin Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara həmin maddənin sanksiyası daxilində təyin edilmiş azadlıqdan məhrum etm ə cəzasını mübahisələndirmələri, qanunverici məhz zərərçəkmiş şəxslərin istinad etdikləri cinayətlərin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CMin sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən CM-in 178.3.2-ci maddəsində göstərilən cinayəti törətmiş şəxslərə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından da az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etmələri həm də ona görə əsassızdır ki, Məhkum 1957-ci il təvəllüdlü və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxs olmaqla ilk dəfədir ki məhkum olunur, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 vurulmuş ziyan ödənilmişdir, onun, eləcə də Zərərçəkmiş şəxs4 Məhkum qarşı şikayət və tələbləri yoxdur. Məhkəmələr tərəfindən qeyd olunan hallar təqsirkarın şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamışdır. Məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxslərin onlara vurulmuş ziyanın külli miqdar təşkil etməsinə və ödənilməməsinə istinad etmələri də qanunla uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Çünki, zərərçəkənlərin istinad etdikləri həmin hal Cinayət Məcəlləsinin 61.1.161.1.13-cü maddələrində təsbit olunmuş cəzanı a ğırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda dələduzluq cinayəti nəticəsində zərərçəkmiş şəxslərə külli mirdarlarda ziyanın vurulması Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispoziyasında cinayət tərkibinin zəruri əlaməti kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə apellyasiya müraciətlərinə, o cümlədən Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinə baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını tətbiq etməklə də cəzanın məqsədlərinə nail ol unmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəza yüngül olmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin ədalət prinsipinə (CM, maddə 8) cavab verməyən tədbir, zərərçəkmiş şəxslərin kassasiya şikayətləri isə əsaslı müraciətlər kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxslərin kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni bu müraciətlərlə əlaqədar apellyasiya i nstansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasına, zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin isə təmin edilməməsinə; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onların kassasiya şikayətlərinin təmin edilməsinə, müdafiəçinin kassasiya şikayətinin isə geri qaytarılmasına etiraz etməmələrinə; müdafiəçilərin vəkil Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasına, zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin isə təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi X12 oğlunun kassasiy a şikayəti geri qaytarılmalı, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə, habelə Zərərçəkmiş şəxs2 kassasiya şikayətləri isə təmin edilməməli, bu kassasiya şikayətlərinə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414.5, 419.10.1ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X12 oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə, habelə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 iyun 2022-ci il tarixli qərarı Zərərçə kmiş şəxs1 və nümayəndəsi Nümayəndə, habelə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar