Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1887/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-465/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə ba xaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx xxxx-cü ildə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Ağdam rayonu Novruzlu kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 04 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 may 2024-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuş dur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməyə dair razılığa gələrək, bu məqsədilə 20 yanvar 2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə tanıdığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə video konfrans formatında əlaqə yaradaraq sonuncu ilə külli miqdarda psixotrop maddə olan metamfetamini və həmçinin narkotik vasitə olan marixuananı və tiryəyi, o cümlədən də qanunsuz olaraq odlu silahın əldə olunaraq, sonradan satılaraq qazanc əldə olunmasına dair razılığa gəldikdən sonra, həmin istintaqa məlum olmayan şəxs tərəfindən sosial şəb əkə vasitəsi ilə onların yaratdıqları qrupa narkotik vasitələr və silahın gizlədildiyi yerə dair yerləşmə məlumatları göndərildikdən sonra, narkotik vasitə olan marixuana və tiryəyin, o cümlədən də, odlu silahın gizlədildiyi yerdən Təqsirləndirilən şəxs tərəfindən götürülərək Bakı şəhərinə onun yaşadığı evə gətirilməsinə və sonradan satışının həyata keçirilməsinə dair öz aralarında razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərən cinayətdən xəbərsiz olan Şahid5 idarə etdiyi “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərindən yerləşmə məkanın göstərildiyi Oğuz rayonuna gəlib, oradan Oğuz şəhəri, S.Qazıyev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında istintaqa məlum olmayan mənbədə n 13,505 qram külli miqdarda psixotrop maddə olan metamfetamini, 1.525,47 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, 175,451 qram külli miqdarda narkotik vasitə olan tiryəyi istintaqa məlum olmayan mənbədən əldə edərək qanunsuz olaraq ağ rəngli torbanı götürüb həmin yerdən uzaqlaşarkən, 20 yanvar 2024-cü il tarixdə, saat 01:45-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Oğuz şəhəri, S.Qazıyev küçəsində yerləşən qəbristanlığın yaxınlığında Oğuz Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə gətirilib orada üzərinə həmin gün, saat 02:01-dən saat 03:35-dək olan müddət ərzində video çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 01 (bir) ədəd ağ rəngli sellofan torbada - 13,505 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, 04 (dörd) ədəd qara rəngli sellofan torbada -1.525,47 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd sarı rəngli sellofan torbada 175,451 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və digər torbanın içərisində olan 01 ədəd zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AK 74” markalı yivli, odlu, konstruktiv dəyişikliyə məruz qalmamış, avtomat döyüş silahını, 28 (iyirmi səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş pa tronları və 2 (iki) ədəd “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqca aşkar olunub rəsmiləşdirilmiş və qablaşdırılıb götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-173/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi nə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 05 (beş) ay 14 (on dörd) gün çəkilməmiş hissəsini yeni hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə 08 (səkkiz) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs k imi həbsdə saxlanıldığı 02 (iki) gün müddətin təyin olunan cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 mart 2024-cü il tarixdən hesablanması hökm edilmiş, xüsusi müsadirə, məhkəmə məsrəfləri, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Bayramov Zaur Vahid oğlu apellyasiya şikayəti verib, hökmün Məhkum aid hissədə ləğv edilməsini və barəsində bər aət hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu da apellyasiya şikayətləri verib, hökmün Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-465/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-173/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verib, ailə vəziyyətinin və himayəsində ahıl və xəstə anasının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edil məsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)797/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-465/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından hazırda Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
13. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, məhkum onları təkrarlayaraq və irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız im tina edildiyini qeyd edərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)465/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqd im edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apelly asiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum kassasiya şikayətində hər hansı dəlil irəli sürmədən barəsində verilmiş ittihama xitam verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası kassasiy a şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-465/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
21. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respubli kasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
22. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddəl əri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
23. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
24. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandı rılmış cavablandırma verilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
26. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qər ara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-465/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-465/2024 nömrəli, 20 noyabr 2024-cü il tari xli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.