Məhkəmə qərarları › İş №1(102)-1889/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1889/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1889/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqs irli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim: X9) 29 sentyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1987-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, məhkum olunmamış, Tovuz şəhəri, H.Aslanov küçəsi, ev 83-də qeydiyyatda olub yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 ay azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulması qaydası ilə hesablanmaqla, 6 ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərində elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvə yə minənədək dəyişdirilmədən saxlanılması, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin digər şəxs- Məhkum2 da məhkum olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) 15 mart 2023-cü il tarixli qərarı ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(062)42/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İsti ntaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz 1 büküm 0,785 qram xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamış və daşımış, şəxsiyyəti istintaqa məlum olmayan «Maqa» ləqəbli şəxdən 38 manat pul qarşılığında alaraq 02 noyabr 2021-ci il tarixdə saat 18 radələrində 1 büküm 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Tovuz şəhər sakini Məhkum2 38 manata satmış, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 02 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Tovuz rayon Polis Şöbəsinə gəti rilmiş, üzərinə baxış zamanı əynində olan şalvarın arxa sol cibindən 1 büküm 0,785 qram xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqe ilə razılaşmış və hesab etmişdir ki, ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum1 Məhkum2la ilə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, onların bu məqsədlə görüşməsi, Məhkum1 narkotik vasitənin satışından mənfəət əldə etməsi digər hər hansı sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Həsənovun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin i törətməsi, yəni onun narkotik vasitə olan heroini Məhkum2 satması məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-dən verilmiş məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17.50-də ********** mobil telefon nömrəsindən Məhkum2 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə bir dəfə zəng daxil olmuş, bu da Məhkum1 və Məhkum2 telefon əlaqələrinə dair göstərdiklərini təsdiq edir. Cinayət işi üzrə toplanmış sübutlardan da görünür ki, Məhkum2 üzə rindən aşkar edilib götürülmüş narkotik vasitəni ona 38 manat pul müqabilində Məhkum1 satmışdır. Bundan başqa, məhkəmə tərəfindən Məhkum1 əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərkən istinad edilmiş digər əsas narkotik vasitə olan heroini Maqa adlı şəxsdən Kənana vermək üçün götürməsi və Maqa adlı şəxsin telefon nömrəsini xatırlmayaraq evdə kağıza qeyd etməsini, istintaq zamanı həmin nömrənin Coşqunun evindən götürülməsi təmin edilməməsini və Maqa ləqəbli şəxsin kimliyinin müəyyən edilməsinə yetərincə səy göstərilməməsi olmuşdur. Lakin məhkəmə, Məhkum1 Maqa adlı şəxsdən heroin alması barədə ifadə verməsini və heroini Maqadan almasına dair dəlillər irəli sürməsini CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmək məqsədi ilə özünü mü dafiə xarakterli olması kimi qəbul edib qiymətləndirməmiş və Məhkum1 satış məqsədilə istintaqa məlum olmayan şəxsdən əldə etdiyi heroinin sonuncu tərəfindən müxtəlif mənbələrdən əldə edilməklə Məhkum2 təqdim edilə bilməsini nəzərə almamışdır. Beləliklə, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarından çox olması, aşkar olunub dövriyyədən çıxarılmayacağı təqdirdə məhz çəkisinin çox olması səbəbindən satış məqsədilə əldə edilən və ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağı, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığı, təqsirləndirilən şəxs tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum1 məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddə üzrə alternativ cəza təyin etmişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla təqsirləndirilən şəxs Məhkum1 CM-nin 234.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmiş, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilməməklə təqsirləndirilən şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyə tinə, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamışdır. Kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarını ləğv edərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqin in düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pred meti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya pr otestində Məhkum1 törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanun a və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəm ə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi qənaətin əsaslı olması nəticəsinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi x üsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum1 CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, «Maqa» ləqəbli şəxdən 38 manat pul qarşılığında alaraq 02 noyabr 2021-ci il tarixdə saat 18 radələrində 1 büküm 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Tovuz şəhər sakini Məhkum2 38 manata satmış, əməliyyat axtarış tədbirləri nəticəsində 02 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Tovuz şəhəri, Sabir küçəsində saxlanılıb Tovuz rayon Polis Şöbəsinə gətirildiyi zaman üzərinə baxış zamanı əynində olan şalvarın arxa sol cibindən 1 büküm 0,785 qram xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sənədlərə və aşağı instansiya məhkəmələrində cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən: Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokolda Məhkum1 Maqa adlı şəxsdən aldığı heroini 35 manata Kənan adlı şəxsə satmasını bildirməsi qeyd edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid-polis əməkdaşı X7 ifadəsində həmin xüsusatı təsdiq etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin istintaq hərəkətinin videoçəkilişinə baxış zamanı müəyyən etmişdir ki, Məhkum1 üzərindən tiryək aşkar olunarkən həmin narkotik vasitənin ona Maqa adlı şəxsdən tanışı Kənan üçün 35 manata heroin alarkən Maqanın verdiyini bildirmişdir. Məhkum1 Kənana narkotik vasitə satdığını deməmişdir. Videoçəkilişdən görünür ki, Məhkum1 üzərində şəxsi axtarış apararkən Tovuz RPŞ-nin təhqiqatçısı R.Əliyev prosessual qaydaları pozaraq, Məhkum1 sərbəst izahat verməsinə mane olmaqla, sonuncuya dəfələrlə "satdın?”, "neçəyə satdın?” kimi istiqamətverici suallar verir, Məhkum1 həmin suallara etirafedici cavab verməsini təkid edir. Lakin Məhkum1 heroini Kənanın verdiyi 35 manata Maqadan aldığını və Kənana verdiyini bildirir, təhqiqatçının onun izahatını hər dəfə kəsərək, narkotik vasitənin satışına dair etiraf gözləsə də, Məhkum1 tanışı Kənana narkotik vasitə satması barədə isə heç nə bildirmir. Həmin videoçəkilişdən görünür ki, Məhkum1 üzərindən yalnız içərisində narkotik vasitə olan bir büküm aşkar olunmuş, digər heç bir əşya, o cümlədən mobil telefon və pul aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində təqsi rləndirilən şəxslər Məhkum1 və Məhkum2 ətraflı dindirilmiş, onların məhkəmə iclasında verdiyi ifadələrlə məhkəməyədək icraatda verdikləri ifadələr arasında ziddiyət olduğundan məhkəməyədək icraat zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Ona istifadə üçün narkotik vasitə lazım olduqda həmin narkotik vasitəni ««Maqa»» kimi tanıdığı Qazax rayon sakinindən almışdır. Kəna n ona ağrılarının olduğunu bildirmiş və ondan ona narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Kənana tanışının olmasını bildirərək, tanış ilə əlaqə saxladıqdan sonra ona bir xəbər deyəcəyini söyləmişdir. «Maqa»dan tanışına təcili narkotik vasitə olan “heroin” lazım olduğunu demişdir. «Maqa» da ona Qazax rayonunda olmasını, 40 manat gətirdikdən sonra ona heroin verə biləcəyini bildirmişdir. O «Maqa»ya tanışının 35 manatının olduğunu demiş, «Maqa» da ona problemin olmadığını demişdir. O Kənana zəng edərək ondan 35 manat pulu almış, Tovuz şəhərində «Maqa» ilə görüşərək ona 35 manatı vermiş və heroini alaraq Kənana vermişdir. Həmın vaxt «Maqa» ona bir sellofan bükümdə narkotik vasitə olan tiryəki də pay vermiş, o da tiryəki özü üçün istifadə etmək məqsədilə götürmüşdür. O polis şöbəsində b ildirmişdir ki, əynində olan qəhvəyi rəngli klassik şalvarın arxa sol cibindən aşkar edilən sellofanda olan kütlə narkotik vasitə hesab edilən tiryəkdir və həmin tiryəki o xx.xx.2021 -ci ildə Qazax rayon sakini «Maqa» adlı şəxsdən 35 manata Kənana “heroin” alan zaman pay vermişdir. İstintaqda 3 manatın qazanc şəklində verilməsinə dair ifadə verməmişdir. Həmin sözlər onun sözləri ilə yazılmamışdır. 3 manatın qazanc şəklində olmasına dair ifadə ona görə əlavə edilib ki, narkotik vasitənin satışı zamanı onun da mənfətinin olması görünüşü yaransın. O, ilkin izahatlarında da narkotik vasitə olan heroinə görə «Maqa»ya 35 manat pul verilməsini bildirmişdir. Onun telefon nömrəsinin evdə olmasını bildirsə də, həmin nömrənin evdən götürülüb ona gətirilməsi təmin edilməmişdir. Barəsində 3 ay müddət inə seçilmiş həbs qətimkan tədbiri, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edildikdən sonra o, evdən telefon nömrəsini axtarsa da, tapa bilməmişdir. Həmin nömrə evdəkilər tərəfindən atılmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum2 ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Coşquna bədəninin ağrıması ilə bağlı bildirmiş və ona narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmişdir. 02 noyabr 2021-ci ildə Coşqun ***-***-**-** mobil nömrəsindən istifadəsində olan (051) ***-**** mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə olan heroin tapa biləcəyini demişdir. O da bundan əvvəl Coşqundan narkotik vasitə aldığı üçün razılıq vermiş və bildirmişdir ki, 35 (otuz beş) manat pulu çatdıracaq və Coşqunda ona narkotik vasitə heroin təşkil edəcəkmiş və razılaşıb Tovuz şəhərində Sabir küçəsində yerləşən piyada keçidinin yaxınlığında görüşsünlər. Danışıqdan təxminən 1 saat sonra o, Coşqunla görüşmək üçün Tovuz şəhəri Sabir küçəsində yerləşən piyada keçidinin yaxınlığına getmişdir. Piyada keçidinin üzü dəmiryolu vağzalı istiqamətində olan çıxışında Coşqunla görüşmüşdür. O, 35 manat pulu Coşquna vermiş, o da ondan həmin pulu alıb orada gözləməyini bildirmişdir. Coşqun ondan ayrılıb üzü Tovuz şəhərində yerləşən Rus məktəbi istiqamətində getmişdir. Lakin Coşqun ona narkotik vasitə olan heroini kimdən alacağını deməmişdir. O, Coşqunu piyada keçidinin çıxışında gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Coşqun onun yanına qayıtmışdır. Coşqun ona 1 büküm vermiş və içərisində narkotik vasitə heroin olduğunu demişdir. O, həmin bir büküm ü alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O və Coşqun piyada keçidinə daxil olub birlikdə keçidi digər tərəfə keçmək istəmişlər. O, keçidin digər tərəfinə keçib keçiddən çıxdıqda bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışdır. Bu vaxt Coşqun həmin şəxslərin polis əməkdaşları olduğundan şübhələndiyi üçün qaçıb getmişdir. Həmin mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində, yəni qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirmişlər. Tovuz rayon Polis Şöbəsinə aparılmış və üzərində şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmədən himayəsində 3 az yaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələr ilə məhkəməyədək icraatda verdikləri ifadələr arasında ziddiyət olduğundan məhkəmə tərəfindən onların məhkəməyədək icraat zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə istintaqında dindirilmiş Məhkum1 və Məhkum2 birinci instansiya məhkəməsində verdikləri ifadələrini təsdiq edərək, həmin ifadəyə uyğun ifadə verdilər. Belə ki, Məhkum1 ifadəsində bildirmişdir ki, Narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadə üçün narkotik vasitə lazım olduqda həmin narkotik vasitəni Maqa kimi tanıdığı Qazax rayon sakinindən almışdır. Maqa tez-tez Bakıya gedib-qayıdırmış. Kənan adlı tanışı da narkotik vasitələrdən istifadəçi olmuş və onunla birlikdə bir neçə dəfə narkotikdən istifadə etmişlər. Hadisə günü tutulmamışdan bir neçə saat qabaq Kənanla rastlaşmış, Kənan ağrılarının olduğunu bildirmiş və ona nakotik vasitə təşkil etməyi xahiş etmişdir. Kənana tanışının olmasını bildirərək, tanışı ilə əlaqə saxladıqdan sonra bir xəbər deyəcəyini bildirmişdir. Kənan üstündə cəmi 35 manat olduğunu demişdir. Kənan alacağı narkotikdən istifadə üçün ona da verəcəyinə güman etmişdir. Kənandan ayrıldıqdan sonra Tovuz şəhərində tanımadığı bir şəxsdən xahiş edib onun mobil telefonunu alıb, Maqadan tanışına təcili narkotik vasitə olan "heroin ” lazım olduğunu demiş, Maqa Qazax rayonunda olmasını, heroini 40 manata verəcəyini bildirmişdir. Maqaya 35 manat olduğunu dedikdə Maqa da problemin olmadığını, bir qədər sonra Tovuz şəhərindən keçəcəyini bildirmiş, avtovağzalda görüşəcəklərini demişdir. Bundan sonra tanımadığı bir şəxsin telefonundan Kənana zəng edərək, narkotik tapdığını demiş və pulu almaq üçün Tovuz şəhəri Sabir küçəsindəki piyada keçidinin yanında görüşməyə razılaşmışlar. Sonra həmin yerdə görüşüb ondan 35 manat pulu almış və narkotiki aldıqdan sonra burada görüşüb narkotiki ona verəcəyini demişdir. Tovuz avtovağzalına getmiş, orada artıq onu gözləyən Maqa ilə görüşərək, 35 manat pulu verib, heroini almışdır. Həmın vaxt Maqa bir sellofan bükümdə narkotik vasitə olan tiryəki də pay vermiş, tiryəki özünün istifadə etm əsi məqsədilə götürmüşdür. Sonra Tovuz şəhəri Sabir küçəsindəki piyada keçidinin yanına gedərək, narkotik vasitəni Kənana vermişdir. Bir-iki dəqiqə keçmiş- yeni aralananda onu polis əməkdaşları tutmuşlar. Bir az sonra Kənanın da tutulduğunu bilmişdir. Polis şöbəsində bildirmişdir ki, əynindəki şalvarın arxa cibindən aşkar edilən sellofanda olan kütlə narkotik vasitə tiryəkdir və həmin tiryəki həmin gün, yəni xx.xx.2021 -ci il tarixdə Qazax rayon sakini Maqa adlı şəxsdən 35 manata Kənana "heroin” alan zaman Maqa tərəfindən pay kimi verilmişdir. Bunu üzərində axtarış aparılanda da, izahat verəndə də, rayon məhkəməsində də demişdir. Üzərində axtarış aparılarkən videoçəkiliş aparılmışdır. Müstəntiq narkotik vasitənin onun tərəfindən Kənana satmasını deməyə dəfələrlə məcbur etsə də, o, narkotik i Kənan verdiyi pula Maqadan aldığını bildirmişdir. Maqanın telefon nömrəsinin yadında qalmadığını, lakin həmin nömrəni yazdığı kağızın evdə olmasını dəfələrlə bildirsə də, müstəntiq həmin nömrənin evdən götürülüb gətirilməsi üçün heç nə etməmişdir. İstintaqda 3 manatın qazanc şəklində verilməsinə dair ifadə verməmiş, həmin sözlər onun dediklərindən yazılmamışdır. Müstəntiq onu narkotik satıcısı kimi məhkəməyə vermək üçün belə yazmışdır. Əgər müstəntiq Maqanı tapsa idi, bunu etməzdi. İlkin izahatlarında da heroinə görə Maqaya 35 manat pul verilməsini bildirmişdir. Onda pul olmamış, taksi ilə getmişdir. Ola bilsin ki, Kənan ona 38 manat verib, o da 3 manatı taksiyə vermişdir. Kənan ona pulu verəndə saymamış, 35 manat olduğunu hesab etmişdir. Kənan verdiyi puldan qazanc götürməmişdir. Polis onu tutanda üzərində pul olmamışdır. Üzərimə axtarış keçirilərkən videoçəkiliş aparılmış, üstündən bir büküm tiryəkdən başqa heç nə aşkar olunmamış, nə telefonu, nə də bir qəpik pulu olmuşdur. Heç kəsə narkotik satmamışdır. Özü mobil telefon işlətmədiyinə görə Maqanın telefon nömrəsini kağıza yazıb evə qoymuş, lazım olanda baxıb Maqaya zəng etmişdir. Barəsində seçilmiş həbs polisin nəzarəti altına vermə ilə əvəz edildikdən sonra evdən Maqanın telefon nömrəsini axtarsa da, tapa bilməmişdir. Həmin nömrə yazılmış kağızı evdəkilər atmışdılar. Üzərində axtarış aparılan zamanı və ya ondan əvvəl ona qarşı həmin vaxt təzyiq-təsir olmamışdır. Yalnız axtarış zamanı orada rəhbərlik edən polis işçisi ona sözünü deməyə imkan verməmiş, Kənan verdiyi pula Maqadan heroin alıb Kənana verməsini bildirəndə, həmin polis işçisi hər dəfə sözünü kəsib soruşmuşdur: "Kənana satdın?” O yenə həmin sözlərini deyəndə polis də öz fikrini təkrarlamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki: -Məhkum1 üzərində axtarış zamanı verdiyi izahatında, habelə 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində, 04 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə əvvəllər istifadə etmək üçün narkotik vasitəni Qazax rayon sakini "Maqa” ləqəbli şəxsdən aldığını, 02 noyabr 2021-ci il tarixdə də "Maqa”dan öz tanışı Məhkum2 üçün 35 manat müqabilində 1 büküm narkotik vasitə heroin alıb sonuncuya çatdırdığını, "Maqa”nın onun özünə isə hədiyyə kimi bir büküm tiryək verdiyini bildirmişdir; -Məhkum1 saxlanıldığı andan "«Maqa»” ləqəbli şəxsin mobil telefon nömrəsini xatırlamadığını, lakin həmin n ömrəni kağız parçasına yazıb yaşadığı evdə saxladığını bildirsə də, istintaq orqanı tərəfindən həmin nömrə yazılmış kağızın götürülməsi üçün təxirəalınmaz tədbirlər keçirilməmiş, Məhkum1 yaşadığı evdə axtarış aparılmamışdır; -İbtidai istintaq orqanı yalnız hadisədən 6 gün sonra- 08 noyabr 2021-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə əməliyyat tapşırığı göndərərək, "Maqa” adlı şəxsin və digərlərinin müəyyən edilməsi tapşırığını vermişdir. Halbuki bu istintaq hərəkətlərinin yerinə yetirilməsi məhz müstəntiqin vəzifə borcu olmuşdur. Qeyd olunan əməliyyat tapşırığı üzrə heç nə müəyyən edilməmiş; -Narkotik vasitələrin satışı ilə məşğul olması güman edilən "«Maqa»” ləqəbli şəxsin və digərlərinin müəyyən olunaraq ifşa edilməsi, məsuliyyətə cəlb olunması, iş üzrə obyektiv qərar qəbul olunması ü çün ibtidai istintaq tam və hərtərəfli aparılmamış, Məhkum1 üzərindən narkotik vasitə aşkar olunmasına, onun Məhkum2 da narkotik vasitə verməsinə baxmayaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən istintaq hərəkəti, yəni Məhkum1 yaşadığı evdə narkotik vasitələrin saxlanılmasını müəyyən etmək məqsədilə də axtarış aparılması təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitənin satışı ilə məşğul olması, habelə digər şəxsdən narkotik vasitə alaraq, Məhkum2 verməklə, hər-hansı mənfəət əldə etməsi təsdiq olunmamış və bu barədə apellyasiya instansiyası məhkəməsinini gəldiyi nəticə əsaslıdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) for mal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırkı cinayət işi üzrə Məhkum1 satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması, daşıması və Məhkum2 satması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni satmağa yönəldiyi və konkret olaraq satması sübuta yetirilməli, həmin maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcə dən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstəril ən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını, Məhkum2 verməklə, hər-hansı mənfəət əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamın əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı saymaqla həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum1 narkotik vasitəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını, Məhkum2 verməkdə mənfəət almasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığından onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddən in əldə edilməsi, saxlanması və daşıması və ya satması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkum1 CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiahm tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Belə ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitənin satışı ilə məşğul olması, habelə digər şəxsdən narkotik vasitə alaraq, K.Qasomova verməklə, hər-hansı mənfəət əldə etməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum1 narkotik vasitəni satış məqsədi ilə əldə etməsini, satmasını və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, m ümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif et mək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını A zərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual q anunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və hall arı, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə ye tirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmi yyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası Məhkum1 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əm ələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habe lə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum1 cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (himayəsində iki azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhkum1 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdı rılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin Məhkum1 cəza təyin olunması ilə bağlı mövqeyi ilə razılaşmış və kassasiya protestinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, habelə məhkumların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət vermiş, təyin olunmuş cəzanın məqsədi ni təmin edən cəza təyin etməklə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab etmiş və təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini mümkün saymamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tö rədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzər dən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlillərini əsassız hesab edərək məhkum edilmiş şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha sərt cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən forma l mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum1 təyin olunmuş cəzanın aöırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Belə ki, Məhkum1 təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan dövlət ittihamçısının kassasiya protestində irəli sürdüy ü dəlillər işin faktiki hallarına uyğun olmadığından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların tə yin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəm ə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin m övcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyiş dirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsin in Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar