Məhkəmə qərarları › İş №1(102)-189/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-189/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-189/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəx s və onun nümayəndəsi – XX80nun vəkili Nümayəndə birgə verdkləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: İsmayıllı Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.S.Şirinov) Məhkum (xx xx xx 1976-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə ünvan4nun ərazisini tərk etməmək, bu müdd ətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrasına nəzarətin Məhkum yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, cəzanın Məhkum yaşayış yeri üzrə - ünvan5 ərazisində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Əliyev, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət mə hkəmə tərkibi) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti vermişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum borclu kimi 04 iyun 2007-ci il təvəllüdlü X6, 06 avqust 2008-ci il təvəllüdlü X4 və 29 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 yanvar 2017-ci ildən başlayaraq hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair Bakı Şəhəri Xəzər Ra yon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(003)-726/2Q17 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsi tərəfindən 18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 dekabr 2018-ci il tarixədək cəmi 6100 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və cinayət işinə apellyasiya qaydasında baxılarkən Məhkum şəxsiyyəti, tərətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkəmə qətnaməsinin qüvvəyə minməsindən ötən müddət ərzində borclu olduğu alimentin məbləğini qərəzli olaraq ödəməkdən yayınması və həmin məbləğin az bir hissəsini – 2400 manatı ödməsi nəzərə alınmamış, nəticədə Məhkum islah edilməsi, cəzanın digər məqsədlərinin təmin edilməsi üçün yetərli olmayan – azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəzaya məhkum olunmuşdur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müra ciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlü kəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qər arının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, məkum Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, ka ssasiya şikayəti müəlliflərinin Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını mübahisələndirmələri, qanunverici məhz şikayətdə istinad edilən - cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən həmin cinayəti törətmiş şəxslərə nəinki 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını, hətta ondan daha yüngül cəzaların da (cərimənin, ictimai işlərin, islah iş lərinin) təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxsin və onun nümayəndəsinin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etmələri həm də ona görə əsassızdır ki, Məhkum ilk dəfədir ki, məhkum olunur, himayəsində 3 azyaşlı uşağı var, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin hallar Məhkum şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaş mışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını, 59.1.14-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar sırasında birbaşa nəzərdə tutduqlarından, məhkəmə kollegiyası həmin halların cəzanın təyin edilməsi zamanı nəzərə alınmasını pozuntu hesab etmir. Zərərçəkmiş şəxsin və nümayəndənin məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi onun məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq boyun qaçırmasına istinad etmələrini də əsaslı və qanuni mövqe kimi qəbul etmək mümkün deyil. Çünki, müəlliflərin istinad etdikləri hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda məhkəmə qərarını qərəzli olaraq icra etməmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispoziyasında həmin cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinin zəruri əlaməti kimi göstərilmişdir. Yəni qanunverici məhkəmə qərarının məhz qərəzli olaraq icra edilməməsinə görə CM-in 306.1-ci maddəsində cinayət məsuliyyəti müəyyən edib, həmin əmələ görə yuxarıda qeyd olunan cəzaları (o cümlədən, azadlığın məhdudlaşdırılmasını) nəzərdə tutmuşdur ki, təqsirkara da məhz bu növdə (1 il müddətə) cəza təyin edilmişdir. Məhkəmələrin cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə qənaətləri məhkəmə araşdırmalarında tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbi də pozu lmamışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlayarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza Azərbaycan Respubli kası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, cəzanın təyin edilməsinə və onun dəyişdirilmədən saxlanılmasına dair birinci və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi, onların mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol v erilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti t əmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar