Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-189/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum1 və Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 iştirakları i lə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən), hakim Əhməd Quliyev və Rasim Sadıxov) 05 mart 2022-ci il tarixli, 1(103)-71/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqs irli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 1 (bir ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 ( altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilm iş, Məhkum1 CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, ona təyin 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması hökm edilmiş, 20 avqust 1977-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsill i, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək CM-in 178.3.2–ci maddəsi ilə 1 (bir ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, MC-in 32.5, 308.2-ci maddəsi ilə 1( bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 CM-in 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, barəsində CM-in 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, Məhkum2 təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəy ə mindiyi andan hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən direktoru olmaqla həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, mənzil alqı-satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilərin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi 2013cü ildən "xxxx" MMC-nin təsisçisi olan Şahid5 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, həmin cəmiyyətin əvvəllər 2006-2013-cü illər ərzində direktoru vəzifəsində işləmiş Məhkum2 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu, özü və Şahid5 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 3 ünvanında inşa olunmuş 13 mərtəbəli 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzili Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, sonuncunun tanıdığı Məhkum2 vasitəsilə 190.000 (bir yüz doxsa n min) manat məbləğində pul vəsaitini həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 ödəməklə satın alıb buna dair sonuncu tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməsinə baxmayaraq, Şahid5 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında Məhkum2 mənzil almaq üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi Məhkum2 və Şahid5lə birlikdə təqdim edib həmin mənzili 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəyini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 3 ünvanında yerləşən satış ofisində Məhkum2 vasitəsilə Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Şahid5 də iştirakı ilə alıb, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində inandırmaq üçün həmin ofisdə Məhkum2 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə vəzifəli şəxs qismində tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yala n məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla qəsdən fərqli formada imzalayıb və Şahid5 tərəfindən Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra Məhkum2 vasitəsilə Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini Şahid5 və Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etm iş, vəzifəli şəxs qismində Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum2 köməkçiliyi ilə, tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, Məhkum2 köməkçiliyi ilə etdiyi həmin hərəkətlərlə Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum2 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxx x" MMC-nin 2006-2013-cü illər ərzində direktoru vəzifəsində işləyərkən tanış olduğu, 2013-cü ildən "xxxx" MMC-nin təsisçisi olan Şahid5 və xx.xx.2017-ci il tarixdən həmin Cəmiyyətin direktoru olan Məhkum1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə sonuncuların xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və onun üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 3 ünvanında inşa olunmuş 13 mərtəbəli 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzilin Sumqayıt ş əhər sakini Zərərçəkmiş şəxs2 tərəfindən 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, özünün vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaiti həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 ödənməklə satın alıb buna dair sonuncu tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməsinə baxmayaraq, Şahid5 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında mənzil almaq üçün özünə müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzilin əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi Şahid5 və Məhkum1 ilə birlikdə təqdim edib həmin mənzili 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəklərini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 özləri barəsində formalaşdırdıqları inam və etibardan suiistifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 3 ünvanında yerləşən satış ofisində Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Məhkum1 və Şahid5 də iştirakı ilə şəxsən aldıqdan sonra sonuncular qabaqcadan əlbir olan bir qrup şəxs qismində inandırmaq üçün həmin ofisdə özünün məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkm iş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqı- satqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla Məhkum1 tərəfindən qəsdən fərqli formada imzalanıb, Şahid5 tərəfindən isə Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra həmin sənədləri Zərərçəkmiş şəxs1 şəxsən təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini Şahid5 və Məhkum1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid5 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və qeyd edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Qədim Babayev) 07 iyun 2022-ci il tarixli, 1(103)-969/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 1(103)-71/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum1 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verdikləri kassasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri verərək hər iki şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və məhkumlara təqsirli bilindikləri maddələr ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəç i5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılması 29 mart 2023-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 17 mart və 28 mart 2023-cü il tarixlərində məhkumların teleqramları məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin teleqramlarda məhkumlar göstərmişlər ki, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürür və xahiş edirlər ki, kassasiya şikayətləri məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Həmçinin Ali Məhkəməyə Məhkum1 eyni məzmunlu ərizəsi də daxil olmuşdur. Ali Məhkəmənin məhkəmə iclasında da məhkumlar müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin geri götürülməsi barədə bild irmişlər. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosesinin iştirakçılarını dinləyib kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilm iş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-189/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-189/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver