Məhkəmə qərarları › İş №1(102)-189/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-189/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-189/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(106)-559/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 1(099)-47/2024 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynov (sədrlik edən), N.H.Məmmədov və E.Q.Məmmədo va) xx.xx.1987-ci il tarixdə Neftçala rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkumluğu olmayan, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 141,521 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 31 yanvar 2023-cü il tarixdə saat 11:10 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhərinin mərkəzi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərin də şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində selofan kəsiyinə bükülmüş bir ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı, çəkisi 141,521 qram, külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini (məzmununda) onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktları işin faktiki hallarına uyğun olmamış, ona təyin olunmuş cəza isə ağırlığına görə qanunsuz, əsassız və ədalətsiz olmuşdur. Müraciət müəllifi hesab edir ki, məhkəmələr tərəfindən onun xeyrinə olan faktların heç birinə əhəmiyyət verilməmiş, həqiqətin müəyyən edilməsi istiqamətində heç bir addım atılmamış və bununla da prosessual pozuntulara yol verilmişdir. E yni ilə ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri məhkəmələr tərəfindən pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində təqsirsiz o lduğu halda, məhkəmələrin sübutları düzgün qiymətləndirilməyərək barəsində ittiham hökmünün çıxarıldığını və ağır cəzaya məhkum olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, ar aşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər halla rla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaş an apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlmələrinə əsasən iki xüsusat – məhkəmə-narkoloji yoxlama zamanı Məhkum narkotik vasitələrdən istifadə etmə əlamətlərinin və narkomaniya xəstəliyinin müəyyən olunmaması, eləcə də sonuncuda aşkar olunmuş heroinin külli miqdar – 141,521 qram təşkil etməsi səbəb olmuşdur. Lakin, məhkəmələr Məhkum narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar. Halbuki Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Göründüyü kimi Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınm ası tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitənin satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq və ya təkzib edən mötəbər sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etsə də, həmçinin məhkəmə-narkoloji yoxlamanın gedişində Məhkum əvvəllər narkotik vasitələrdən istifadə etmə əlamətləri aşkar olunmasa da, (məcburi-narkoloji tibbi yoxlamanın 02 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Məhkum psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub, lakin asıllıq sindromu aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur) qeyd olunan halları n özü belə Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlamasını və daşımasını təkzib etməməklə yanaşı, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hal kimi şərh edilə bilməz. Digər tərəfdən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VİQD nömrəli qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilməklə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi cinayət məsuliyyəti müəyyən edən yeni cinayət hüquq normaları (CM 234. 1-1 və 234.4-1) əlavə edilmişdir. Qanunverici orqan Cinayət Məcəlləsinə göstərilən əlamətləri daxil etməklə sosial təhlükəliliyinə görə seçilən cinayətin yeni növlərinə uyğun məsuliyyəti ağırlaşdıran tərkib əlamətləri müəyyən etmiş, bununla da məsuliyyətin daha ədalətli differensiasiyasına nail olmuşdur. Eyni ilə əlavə edilmiş maddi hüquq normalarını satış məqsədini ehtiva edən normalarla müqayisə etdikdə, yeni əlavə edilmiş maddələrin sanksiyalarında satış məqsədini ehtiva edən maddələrin sanksiyalarından sərtliyinə görə geri qalmayan (CM-in 234.2-ci maddəsinə münasibətdə hətta daha sərt) məhrumiyyətlərin (CM-in 234.1-1-ci maddəsində üç ildən səkkiz ilədək müddətə, CM-in 234.4-1-ci maddəsində isə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası) nəzərdə tutulduğu müəyy ən olunur. Yuxarıda sadalanmış hallarla müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 141,521 qram heroinin külli miqdarda olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır. Belə ki, “Şəxsi axtarışın keçirilməsi haqqında” 31 yanvar 2023-cü tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş narkotik vasitələrin heroin satış üçün xırda bükümlərə deyi l, cəmi bir bükümə qablaşdırılmışdır. İş üzrə dindirilmiş şahidlərdən heç biri Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər, onlar müstəsna olaraq yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 işin hallarına dair ibtidai araşdırma zamanı verdikləri ifadələrini təkrarlayıb idarəyə daxil olmuş əməliyyat məlumatında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını göstərsələr də həmin şahidlər məhkəmə iclasında verilmiş suallara cavab olaraq Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən süb utların əldə edilmədiyini qeyd etmişlər. Bundan başqa ibtidai istintaq zamanı müstəntiq tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Məhkum gerçəkdən də narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (narkotiklərin satışı ilə məşğul olması hissəsində) doğru olduğunu təsdiq edən materiallar əldə edilməmişdir. Həmçinin "xxxx" MMC-dən daxil olmuş və özündə giriş-çıxış zənglərini, SMS mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı Məhkum istifadəsində olmuş mobil telefon nömrəsində əhəmiyyətli hallar, o cümlədən narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Göründüyü kim i, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi və onun narkomaniya xəstəliyindən əziyyət çəkməməsi kimi faktlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProses sual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Odur ki, (Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından Məhkum 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əs aslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 21 iyun 2024-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 21 iyun 2024-cü il tarixli, 1(106)-559/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilsin. Cinayət Məcəl ləsinin 234.4.3-cü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar