Məhkəmə qərarları › İş №1(102)-1890/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1890/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1890/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, Məhkum2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi12, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Məhkum3 müdafiəçisi Müdafiəçi10, Məhkum1 müdafiəçisi Müdafiəçi8 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli 1(103)-1947/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Məhkum3 müdafiəçisi Müdafiəçi10, Məhkum1 müdafiəçisi Müdafiəçi8, Məhkum2 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən), Novruz Kərimov və Leyla Əsgərova-Məmmədova) 08 avqust 2023-cü il tarixli 1(101)-149/2023 nömrəli hökmü ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində an adan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzinin faktiki rəhbərlərindən biri, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinməklə, CM-in 192.1-ci maddəsi ilə 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 7 (yeddi) il müddətinə azad lıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxxxxx 1981-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzinin faktiki rəhbərlərindən biri, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla? ünvan 3 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 192.1-ci maddəsi ilə 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhru m etmə cəzasına, CM-in 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum1 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxx 1983-cü ildə Ermənistan Respublikası Meğri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzinin faktiki rəhbərlərindən biri, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19 A, mənzil 24-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, N izami rayonu, Özbəkistan küçəsi, bina 15də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum2 Azərbaycan Respublikası CM-in 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 192.1-ci maddəsi ilə 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 145.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum2 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1993-cü ildə Füzuli rayonu Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, New Life” adlı Reabilitasiya Mərkəzində məsləhətçi işləmiş, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi 9, 5 saylı yataqxanada yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 145.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edil miş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum3 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzində məsləhətçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 145.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İş üzrə məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmi n əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Anar Tanrıverdiyev) 13 dekabr 2023-cü il tarixli 1(103)-1947/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(101)-149/2023 nömrəli hökmü təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona həmin maddə ilə cəza təyin edilməmiş, ona təqsirli bilindiyi CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə on a təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, onun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs Məhkum1 təqsirli bilindiyi CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, ona təqsirli bilindiyi CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs Məhkum2 təqsirli bilindiyi CM-in 192.1-ci maddəsi ilə cinayət məsul iyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, ona təqsirli bilindiyi CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə onun üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi8, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi5, təqsirləndirilən Məhkum3 və müdafiəçiləri - Müdafiəçi10 və Müdafiəçi9 tərəfindən birlikdə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən Məhkum2 müdafiə çisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli 1(103)1947/2023 nömrəli qərarının ləğv edilməsi və məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 müdafiəçisi Müdafiəçi10 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli1(103)-1947/2023 nömrəli qərarının ləğv edilməsi və məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Məhkum1 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli 1(103)-1947/2023 nömrəli qərarının ləğv edilməsi və məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli 1(103)-1947/2023 nömrəli qərarının ləğv edilməsi və məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli 1(103)-1947/2023 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmasını və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələr ilə daha ağır cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən işə baxılarkən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 "New Life" Reabilitasiya Mərkəzinin vergi uçotuna dayanmadan və xüsusi lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasını təsdiq etmişlər. Belə ki, təqsirləndirilən şəxslər reabilitasiyaya cəlb olunan şəxslərin mərkəzə könüllü olaraq yaxın qohumları və yaxud özləri tərəfindən daxil olmalarını, onlardan aylıq pul vəsaitlərini aldıqlarını, həmin vəsaiti daxili xərclərə və əmək haqqına yönəltdiklərini, vergi ödənişlərini etmədiklərini göstərmişlər. Həmçinin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 hüquqi varisi R.Mamedov, zərərçəkmiş ş əxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, həmçinin şahid qismində dindirilmiş mərkəzdə reabilitasiya alan şəxslər və bu şəxslərin yaxın qohumları hər ay təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 reabilitasiya keçən şəxslərə görə aylıq pul məbləğlərini ödədiklərini, bunun əvəzinə qəbz almadıqlarını, Reabilitasiya Mərkəzi ilə heç bir müqavilələri olmadıqlarını bildirmişlər. İş üzrə "New Life" Reabilitasiya Mərkəzinin yerləşdiyi iki ayrı evə baxış zamanı həmin evlərdən mərkəzdə müalicə alan şəxslərin ödədiyi məbləğlərə, xərclərə, gəlirlərə, işçilərin maaşlarına dair hər hansı rəsmi və ya qeyri-rəsmi sənəd, qəbzlər, dəftərcə aşkar edilməmiş, habelə qeyd olunan sənədlərin istintaqla müəyyən edilərək cinayət işinin icraat materiallarına əlavə e dilməsi mümkün olmamışdır. Həmçinin, istintaq zamanı təqsirləndirilən şəxslər, eləcə də iş üzrə maraqlı şəxslər tərəfindən mərkəzin gəlirlərinə və xərclərinə dair hər hansı sənəd istintaqa təqdim edilməmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 aprel 2022-ci il tarixli, 02/7-40 saylı məktub və məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, “New Life” reabilitasiya mərkəzinin 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək dövrü əhatə edən müddətdə, gəliri 146.470 manat, əmək haqqı ilə bağlı xərcləri 16.800 manat, bağ evlərinin icarəsi ilə bağlı xərcləri 26.500 manat, 43 nəfər şəxsə münasibətdə 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimumum məbləği aylıq olaraq 207 manat hesablanma qla, ümumilikdə 22.149 manat təşkil etmişdir. İbtidai araşdırma zamanı müəyyən edilmiş xərclər gəlirdən çıxıldıqdan sonra qalan məbləğ cəmi 81.021 manat olmuşdur. Mütəxəssis rəyi verilərkən reabilitasiya mərkəzində 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək müddət ərzində müalicə alan şəxslərin verdikəri aylıq vəsaitlər düzgün hesablanmamış, ünvan 6 ünvanda fəaliyyət göstərən obyektə görə ödənilmiş məbləğ düzgün göstərilməmiş, həmin evin təmirinə hesablanmış pul vəsaiti qeyd olunmamış, inventara verilmiş məbləğ nəzərə alınmamış, hər evə aylıq bazarlığa görə çəkilmiş xərclər, bərbərə verilən pullar, kommunal xərclər, hər növbədə dəyişdiriləndə işçilərə verilən yol pulu və əmək haqları düzgün hesablanmamışdır. müdafiə tərəfinin apardığı araşdırmalar və təqdim etdiyi rəqəmlər dən görünür ki, bütün xərclər çıxdıqdan sonra qalan gəlir 10.282 manat olmuşdur. Bu da təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmasını istisna edir. Bu səbəbdən, təqsirləndirilən şəxs X2 CM-in 192.1-ci maddəsinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməsi əsassızdır, həmin hissədə Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. Kassatorun fikrincə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinə əsasən sübutları düzgün qiymətləndirməmiş, cinayət işinin materiallarında olan ittihamın sübut olunmasında aradan qaldırılmayan şübhələri təqsirləndirilən şəxslərin xeyrinə təfsir etməmiş, Azərbaycan Respublikası CPM-in 349.5.1ci maddəsində göstərilmiş məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilm iş sübutlara əsaslanmalı olmalı olduğu halda bu normaları pozaraq qanunsuz hökm çıxartmışdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsinə əsasən ittiham verilməsi üçün əsas cinayət işinin materiallarında olan şahid ifadələri və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis Təhlilləri Şöbəsinin baş məsləhətçiləri X4 və X7 tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli mütəxəssis rəyi olmuşdur. Kassator şikayətində qeyd edir ki, mütəxəssis rəyində qeyd edilmiş xüsusatlar həqiqəti əks etdirmir və orda göstərilən rəqəmlərlə razı deyil. Mütəxəssis rəyi verilərkən reabilitasiya mərkəzində 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək müddət ərz ində müalicə alan şəxslərin verdikləri aylıq vəsaitlər düzgün hesablanmamış, ünvan 6 ünvanda fəaliyyət göstərən obyektə görə ödənilmiş məbləğ düzgün göstərilməmiş, həmin evin təmirinə hesablanmış pul vəsaiti qeyd olunmamış, inventara verilmiş məbləğ nəzərə alınmamış, hər evə aylıq bazarlığa görə çəkilmiş xərclər, bərbərə verilən pullar, kommunal xərclər, hər növbədə dəyişdiriləndə işçilərə verilən yol pulu və əmək haqları düzgün hesablanmamışdır. Hazırkı cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılmış və prosessual rəhbərliyi Baş prokurorun birinci müavini həyata keçirmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da Baş prokurorun birinci müavininə tabe olan şəxslər olmuşdur. Belə olan halda Baş Prokur or yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olan mütəxəssislər müstəqil rəy verə bilmək imkanları olmamışdır. İş üzrə 14 aprel 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2022-ci il tarixli, 9/2716 saylı rəyindən görünür ki. "New Life** Reabilitasiya Mərkəzinin əldə etdiyi gəlirlə bağlı xərc sənədləri olmadığından həmin reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi 07 may 2022-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixi əhatə edən dövr ərzində aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Bu isə bir daha Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 aprel 2022-ci il tarixli, 02/740 saylı məktub və məktuba əlavə edilmiş mütəxəssis rəy inin əsassız olduğunu deməyə əsas verir. Lakin məhkəmə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis rəyi sübut kimi qəbul etmiş və qanunsuz hökm çıxartmışdır. Bütün xərcləri çıxdıqdan sonra geriyə qalan gəlir 10.282 manat olmuşdur. Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsinə əsasən isə ittihamın verilməsi üçün Azərbaycan Respublikası CM-in 190-ci maddənin qeyd hissəsinə əsasən CM-in 192.1-ci maddəsində xeyli miqdar dedikdə, 50.000 manatdan yuxarı, lakin 100.000 manatdan aşağı olan məbləğin cinayət məsuliyyəti yaratması qeyd edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 CM-in 192.1-ci maddəsi ilə verilmiş ittihamın qısa mahiyyətində görünür ki, o, vergi ödəyicisi qismində vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömr əsini (VÖEN) və eyni zamanda özəl tibb fəaliyyəti sahəsində fəaliyyət göstərmək üçün lisenziya almalı olduğu halda bunu etmədən, narkoloji xəstələrin müalicəsi ilə məşğul olaraq, xeyli miqdarda gəlir əldə etmişdir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2 və 3 saylı əlavələrdə xüsusi lisenziya tələb olunan fəaliyyət sahələri birbaşa göstərilmişdir, həmin sahələrin içərisində psixoloji yardım üzrə lisenziyanın tələb edilməsinə dair hər hansı göstəriş mövcud deyildir. Verilmiş ittihama görə təqsirləndirilən Təqsirləndirilən şəxs1 özəl tibbi fəaliyyətlə məşğul olmuş, lakin buna dair lisenziya əldə etməmişdir. Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxslər narkotik vasitələrdən sui-istifadə edən şəxslərə psixoloji dəstək göstərmiş, fəaliyyətləri yaln ız bu istiqamətdə olmuşdur. Bu fəaliyyət növü özündə tibbi fəaliyyəti əks etdirmədiyindən "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanunun tələbinə əsasən hər hansı lisenziyanın alınması tələb edilmir. Kassator Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə verilmiş ittihama və məhkəmə hökmünə münasibətdə qeyd edir ki, məhkəmələrin mövqeyi həmin maddənin mahiyyətinə tamamilə ziddir. Maddi hüquq normasının dispozisiyasından görünür ki, CM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermiş hesab edilməsi üçün aşağıdakı əməl (hərəkət və ya hərəkətsizlik) edilməlidir: mütəmadi qaydada döymə və ya mütəmadi qaydada sair zorakı hərəkətlər. Məhkəmənin Təqsirləndirilən şəxs1 dair mövqeyi CM-in 133.1-ci maddəsinin mahiyyətinə tam amilə ziddir. Kassator hesab edir ki, məhkəmə əməlin CM-in 133.1-ci maddəsi ilə cinayət hesab edilməsi üçün normanın zəruri əlamətlərini gözdən qaçırmışdır. Bu əməl yekunda mütləq şəkildə güclü fiziki ağrı və ya psixi iztirab ilə nəticələnməlidir. Sözügedən əməl, Azərbaycan Respublikası CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmamalıdır. Təqsirləndirilən şəxs1 zərərçəkənlərə əzab vermək məqsədilə digər şəxslərlə qabaqcadan əlbir olan qrup yaratması və sözügedən şəxslərə bu məqsədlə xəsarət və psixi iztirab yetirməsini iddia etmək absurddur və bu hal cinayət işinin materialların, işdə olan digər mötəbər sübutlarla təkzib olunur. İşgəncənin özü də əzab vermək kimi yekunda zərərçəkmiş şəxsə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə törədilir. Lakin CM-in 133.1-ci maddənin dispozisiyasından fərqli olaraq, işgəncə konkret niyyətlə törədilə bilər ki, bunlarda da işgəncəyə verilmiş anlayışda sadalanmışdır. Məhkəmə istintaqının yekunundan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 sadalanan niyyətlə kiməsə güclü fiziki ağrı və ya psixi iztirablar vermə məqsədi olmamış, bu əməl ümumiyyətlə onun tərəfindən törədilməmişdir. İş üzrə 08 sentyabr 2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 316 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol əlin arxa səthinin və sağ bazunun çoxsaylı qançır və sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə və şəra itə uyğun gəlir, dərəcəsinə görə bazu oynağında ağrı hesabına funksiya pozğunluğu ilə müşayiət olunan qançır və sıyrıqlar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Məhkəmə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ölümü sonuncunun ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində baş vermişdir. Bundan başqa kassator məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 145.3-cil maddəsi ilə təqdirləndirilməsinə dair hissə ilə də razı deyil. Ona bu cinayət əməli zəruri əlaməti məhz adam oğurluğu ilə əlaqədar olmadan zərərç əkmişin azadlıq hüququnun qanunsuz məhdudlaşdırılmasıdır. Bundan başqa CM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli şəxsin azadlığının məhdudlaşdırıldığı, yəni şəxsin iradəsinə uyğun hərəkət etmək imkanından məhrum edildiyi andan bitmiş hesab olunur. Qeyd edilməlidir ki, istintaq orqanı mövcud olan eyni xəsarətlər üzrə həm CM-in 133cu maddəsinin müxtəlif bəndləri, həm də CM-in 145.3-cü maddəsi üzrə cinayət əməlinin törədilməsi qənaətinə gəlmişdir ki, bu hal qanunun tələbinə ziddir. Cinayət işi üzrə mərhum Zərərçəkmiş şəxs1 barəsində, 05 sentyabr 2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 167 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmə olmuşdur bu isə Zərərçəkmiş şəxs1 digər şəxslər tərəfindən döyülmə nəticəsində ölmədiyini sübut edir. Reabilitasiya mərkəzində saxlanılan şəxslər narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslər olmuş, onların əksəriyyəti məhkəmə istintaq zamanı verdikləri ifadəsində "İonikada" (narkotik asılılığı sindromu) olan zaman əgər reabilitasiya mərkəzindən çıxıb gedəcəkləri təqdirdə hər hansı ağır bir cinayət törədəcəklərini və narkotik vasitə istifadə edəcəklərini bildirmişlər. Bununla əlaqədar kassator məhkəmənin nəzərinə çatdırır ki, zəruri müdafiə, son zərurət, cinayət törədən şəxsin tutulması hallarında da başqa şəxsi azadlıqdan məhrumetmə cinayət məsuliyyətini istisna edir. Qalan bütün hallarda şəxsi tutma (saxlama) qanunsuz azadlıqdan məh rumetmə kimi qiymətləndirilir. Bundan başqa kassator qeyd edir ki, hökmün "İbtidai araşdırma zamanı üzərinə həbs qoyulmamış, Təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan "CHEVROLET CRUZE" markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq dövlət nəfinə müsadirə edilməsi" hissəsi əsassız və qanuna ziddir. Məhkum3 müdafiəçisi Müdafiəçi10 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi ibtidai istintaq, birinci instansiya məhkəməsində toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, bu sübutlar əsasında Məhkum3 ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlmiş və onun əməlini ittiham olunduğu maddəl ərlə düzgün tövsif etməmiş və nəticədə Məhkum3 barəsində heç bir sübuta əsaslanmayan qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı təqsirləndirlən şəxs Məhkum3 verilmiş ittiham tam təkzib olunmaqla, onun ittiham olunduğu cinayət əməllərinə görə təqsirliliyi sübuta yetirilməmiş və əksinə onun günahsız olması tam sübut olunmuşdur. İş üzrə bir neçə şahidlər məhkəmə iclasında iştirak etməmiş və orada ifadə verməmişlər, bununla belə məhkəmə həmin şahidlərin istintaqda vermiş olduğu ifadəni məhkəmə gedişatında verilmiş kimi qeyd etmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Məhkəmələrin təqsirləndirilən şəxs Məhkum3 əməlinin CM-in 133.1-ci maddəsi ilə tövsif edilməsi həmin maddənin mahiyyətinə tamamilə ziddir. Kassastor hesab edir ki, hər iki instansiya məhkəməsi təqsirlənd irilən şəxsin əməlinin CM-in 133.1-ci maddəsi ilə cinayət hesab edilməsi üçün normanın zəruri əlamətlərini gözdən qaçırmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə həmin maddə üzrə cinayət məsuliyyəti yaradır. Həmin maddənin 2-ci bəndində müvafiq olaraq, ağırlaşdırıcı halları özündə əks etdirən əzab vermə cinayətinin konkret formaları göstərilmişdir: iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfind ən törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; işgəncə verməklə törədildikdə. Maddi hüquq normasının dispozisiyasından görünür ki, CM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermiş hesab edilməsi üçün aşağıdakı əməl (hərəkət və ya hərəkətsizlik) edilməlidir: mütəmadi qaydada döymə və ya mütəmadi qaydada sair zorakı hərəkətlər. Göründüyü kimi ilkin zəruri əlamət mütəmadilik hesab edilir. Hüquq ədəbiyyatına görə mütəmadilik əməlin üç və daha çox edilməsini ehtiva edir. Bu zaman ayrı-ayrı döymə aktları biri-biri ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratmalıdır. Əzab vermənin üsulu kimi sair zorakı hərəkətlər dedikdə, şəxsi uzun müd dət qidadan, sudan, istilikdən, sığınacaqdan məhrum etmə və yaxud sağlamlığı üçün zərərli şəraitdə saxlama, habelə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə,əməlkidmiç) kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə) və buna oxşar digər hərəkətlər başa düşülməlidir. Şərh edilən maddə üzrə məsuliyyətin yaranması üçün döymə və ya sair zorakı hərəkətlər zərərçəkmiş şəxsə güclü fiziki ağrı və ya psixi iztirablar yetirmədir. Qeyd olunanları nəzərə alsaq mərhum Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərə münasibətdə təqsirləndirilən Məhkum3 təqsirli olub-olmaması məsələsindən əlavə, həmin xəsarətlərin mütəmadi olaraq yetirilməsi və bu zaman zərərçəkmiş şəxsə münasibətdə güclü fiziki ağrı və ya psixi iztirab ve rməsi zəruridir, yalnız bu halda Zərərçəkmiş şəxs1 münasibətdə əzabvermə cinayətinin tərkin əlamətləri mövcud olmuş olacaqdır. Cinayət işi üzrə olan sübutlarla Məhkum3 zərərçəkmiş şəxslərə qarşı zorakı hərəkətləri törətməsi və onları qanunsuz olaraq azadlıqdan məhrum etməsi təsdiq olunmamışdır. Belə olan halda ona CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə verilmiş ittiham tamamilə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsinə görə bu Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda cinayət hesab edilir. Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli şəxsin azadlığının məhdudlaşdırıldığı, yəni şəxsin iradəs inə uyğun hərəkət etmək imkanından məhrum edildiyi andan bitmiş hesab olunur. Qeyd edilməlidir ki, istintaq orqanı mövcud olan eyni xəsarətlər üzrə həm CM-in 133cü maddəsinin müxtəlif bəndləri, həm də CM-in 145.3-cü maddəsi üzrə cinayət əməlinin törədilməsi qənaətinə gəlmişdir ki, bu hal qanunun tələbinə ziddir. Eyni əməl ideal məcmu yaratmadığı halda iki müxtəlif cinayət əməlinin törədilməsinə səbəb ola bilməz, hazırkı halda törədilmiş ittihamda istinad edilən cinayət əməlləri bir-birinə kifayət qədər yaxın olduğu üçün ideal məcmu yarada bilməz. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 münasibətdə ibtidai istintaqın istinad etdiyi, guya həmin şəxslərin Mərkəzdən getmək qərarına gəldikləri və zorla orada saxlanıldıqlarına münasibətdə şahid ifadələri və həmin şəxslərin özlərinin ifadələrind ən məlum olur ki, ittiham istinad etdiyi tarixlərdə növbədə olan şəxslər sırasında Məhkum3 olmamışdır. Həmin şəxslərin ifadələrini və göstərilən tarixlərdə Məhkum3 Mərkəzdə olmamasını nəzərə alaraq, onun kiminsə azadlığının məhdudlaşdırılmasında iştirak etmədiyi açıqaşkardır. Hadisə gününə, yəni xx.xx.2021-ci il tarixə münasibətdə isə əgər ittihamda yazılanlar öz təsdiqini tapmış olsaydı belə, o zaman nəzərə alınmalıdır ki, Məhkum3 hadisə zamanı orada olmamış, kimsənin azadlığını məhdudlaşdırmamış, əl-qolunu bağlamamış və ya bu barədə göstəriş verməmişdir. Belə olan halda CM-in 145.3-cü maddəsinin zəruri əlaməti – adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə halı hazırkı vəziyyətdə Məhkum3 əməlində mövcud deyildir. Bu mənada ona qarşı verilmiş ittiham tamamilə əsassızdır. Rəyin məzmunundan aydın olur ki, mərhum Zərərçəkmiş şəxs1 ölüm vaxtı 05 sentyabr 2021-ci il tarixə saat 12 radələrinə təsadüf edir, Zərərçəkmiş şəxs1 ölümünə səbəb tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmə olmuş, bu zəhərləmə isə onun ölümündən 5 saat öncəyə təsadüf edir. Cinayət işinin materiallarında olan anten məlumatlarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum1 04 sentyabr 2021-ci il tarixdə saat 16:07 radələrində Mərkəzdə olmuş, 6 dəqiqəyə kimi orada olduqdan sonra çıxıb getmişdir. Eyni zamanda şahidlərin və zərərçəkmişlərin, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən edilir ki, Məhkum3 Mərkəzdən gedərkən mərhum Zərərçəkmiş şəxs1 sağ olmuşdur. Belə olan təqdirdə Məhkum3 mərhum Zərərçəkmiş şəxs1 ölümü ilə hər hansı əlaqəsi mövcud deyildir və təqsirləndirilənin hər hansı əməli ilə sonuncunun ölümü arasında səbəbli əlaqə mövcud deyildir. Beləliklə, yuxarıda təfsir edilənlərdən müəyyən edilir ki, Məhkum3 ittiham olunduğu maddələrlə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və heç bir obyektiv araşdırma aparmadan həmin hökmü qüvvədə saxlamış apellyasiya məhkəməsinin qərarı istinad edilmiş maddi və prosessual normaların tələbləri və ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönələn Cinayət-Prosessual Məcəlləsinin maddələrini pozmuşdur. Məhkum1 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, kassator Azərbaycan Respublikası CM-in 192.1-ci maddə ilə verilmiş ittihama və məhkəmə hökmünə münasibətdə qeyd edir ki, vergi ödəyicisi qismində vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) və eyni zamanda özəl tibb fəaliyyəti sahəsində fəaliyyət göstərmək üçün lisenziya almalı olduğu halda bunu etmədən, narkoloji xəstələrin müalicəsi ilə məşğul olaraq, xeyli miqdarda gəlir əldə etmişdir. Azərbaycan Respublikası CM-in 190-cı maddəsinin Qeyd hissəsinin tələbinə görə CM-in 192.1-ci maddəsində xeyli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ nəzərdə tutulur. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1,2 və 3 saylı Əlavələrdə psixoloji yardım xüsusi lisenziya tələb olunan fəaliyyət sahələrinə aid edilməmişdir. Verilmiş ittihama görə Məhkum1 özəl tibbi fəaliyyətlə məşğul olmuş, lakin buna dair lisenziya əldə etməmişdir. Kassator qeyd edir ki, Məhkum1 və digər təqsirləndirilən şəxslər narkotik vasitələrdən sui-istifadə edən şəxslərə psixoloji dəstək göstərmiş və bu fəaliyyət yalnız bu istiqamətdə olmuşdur. Bu fəaliyyət tibbi fəaliyyət deyil və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən hər hansı lisenziyanın alınması tələb edilmir. Bu mənada ittihamın lisenziyanın alınması və hazırkı mərkəzin özəl tibb müəssisəsi kimi göstərilməsi hissəsində tamamilə əsassızdır. Bundan başqa Məhkum1 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xeyli miqdar təşkil edən ü mumilikdə 81.021,00 (səksən bir min iyirmi bir) manat məbləğində qanunsuz gəlir əldə edib şəxsi məsrəflərinə sərf etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı verilmiş ittiham əsassızdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün əsas cinayət işinin materiallarında olan şahid ifadələri və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis Təhlilləri Şöbəsinin məsləhətçiləri tərəfindən verilmiş 11 aprel 2022 -ci il tarixli mütəxəssis rəyi olmuşdur. Azərbaycan Respublikası CPM-in 124.2-ci maddəsində cinayət prosesində sübutların növləri göstərilmişdir: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər. Azərbaycan Respublikası CPM-in 124.2-ci maddəsində göstərilən sübutların siyahısında mütəxəssis rəyi yoxdur. Həmçinin CPM-in 96.3-cü maddəsinə əsasən şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə 14 aprel 2022-ci il tarixli qərarla təyin e dilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2022-ci il tarixli, 9/2716 saylı rəyindən görünür ki, "New Life” Reabilitasiya Mərkəzinin əldə etdiyi gəlirlə bağlı xərc sənədləri olmadığından həmin reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixi əhatə edən dövr ərzində aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ünvan 7 ünvanlarda fəaliyyətin göstərmiş "New Life” reabilitasiya mərkəzində 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində gəlirlərin müəyyən edilməsi üçün heç bir istintaq və əməliyyat-axtarış hərəkətləri aparılmamışdır. Kassator qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyində qeyd edilmiş xüsusatlar həqiqəti əks etdirmir və or da göstərilən rəqəmlərlə razı deyil. Belə ki, mütəxəssis rəyi verilərkən reablitasiya mərkəzində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət ərzində müalicə alan şəxslərin verdikləri aylıq vəsaitlər düzgün hesablanmamış, ünvan 6 ünvanda fəaliyyət göstərən Mərkəzin təmirinə hesablanmış pul vəsaiti qeyd edilməmiş, inventara çəkilmiş xərclər nəzərə alınmamış, hər evə aylıq bazarlığa görə çəkilmiş xərclər, bərbərə verilən pullar, kommunal xərclər, hər növbədə dəyişdiriləndə işçilərə verilən yol pulu və əmək haqları düzgün hesablanmamışdır. Arayışla nəzərdə tutulmayan bütün xərclər minimum istehlak səbətinə daxil olmaqla insanların ən aşağı səviyyədə tələbatlarını ödəmək üçün nəzərdə tutulmuşdur. Hərçənd ki, məhkəmə istintaq gedişində şahid ifadələri, o cümlədən digər sənədlərlə "New Life” psixoloji yardım mərkəzində olan şəxslərin bundan qat-qat daha yaxşı qidalanması və bunun üçün daha artıq xərclərin çəkilməsi müəyyən olunur. Bundan başqa ittiham aktından görünür ki, Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə ittiham üç təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs1, Məhkum2 və Məhkum1 qarşı irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi üzrə Məhkum1 hansı əməli (hərəkət və ya hərəkətsizliyi) və onun təqsiri ibtidai istintaq tərəfindən müəyyən edilməmişdir. Belə ki, sözü gedən maddənin dispozisiyasından və CM-in 190-cı maddəsinin Qeyd hissəsindən görünür ki, həmin əməl bir şəxs tərəfindən törədilən və cinayət nəticəsində bir şəxsin əlli min manatdan yuxarı, lakin iki yüz min manatadək gəlir əldə et məsini özündə ehtiva edir. Başqa sözlə CM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş əməl iştirakçılıqla törədilmiş əməl hesab edilmir. İttihamın mahiyyətindən aydın olur ki, təqsirləndirilən şəxslər Orucəli Heydərov, Məhkum2 və Məhkum1 konkret müddət aralığında, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 81.021,00 manat qazanc əldə etmişlər. Göründüyü kimi istintaq əməlin iştirakçılıqla törədilmədiyi qənaətinə gəlmişdir, əks halda ittiham mütləq şəkildə 32-ci maddəyə istinad edilməklə verilməli və hər bir təqsirləndirilən şəxsin iştirakçılıqda rolu müəyyən edilməlidir. Lakin ittihamda iştirakçılığa istinad edilmədiyindən sözügedən məbləğin reallığı məsələsindən əlavə, həm də həmin məbləğin 50000 manat olan, yəni cinayət məsuliyyətini yaradan hissəsini kimin əldə etməsi də qiq göstərilməmişdir. Kassator Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə verilmiş ittihama və məhkəmə hökmünə münasibətdə qeyd edir ki, məhkəmələrin mövqeyi həmin maddənin mahiyyətinə tamamilə ziddir. Maddi hüquq normasının dispozisiyasından görünür ki, CM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermiş hesab edilməsi üçün aşağıdakı əməl (hərəkət və ya hərəkətsizlik) edilməlidir: mütəmadi qaydada döymə və ya mütəmadi qaydada sair zorakı hərəkətlər. Bu əməl isə yekunda mütləq şəkildə güclü fiziki ağrı və ya psixi iztirab ilə nəticələnməlidir. Sözügedən əməl, Azərbaycan Respublikası CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmamalıdır. Göründüyü kimi mərhum Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərə münasibətdə təq sirləndirilən Məhkum1 təqsirli olub-olmaması məsələsindən əlavə, həmin xəsarətlərin mütəmadi olaraq yetirilməsi və bu zaman zərərçəkmiş şəxsə münasibətdə güclü fiziki ağrı və ya psixi iztirab verməsi zəruridir, yalnız bu halda Zərərçəkmiş şəxs1 münasibətdə əzabvermə cinayətinin tərkin əlamətləri mövcud olmuş olacaqdır. Məhkəmənin yuxarıda göstərilən mövqeyində isə bu hal əks olunmur. Məhkəmə əzabvermə cinayətinin zəruri əlamətinin sərgilədiyi mövqedə olmamasına diqqət yetirməmiş və əmələ düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs Məhkum1 zərərçəkənlərə əzab vermək məqsədilə digər şəxslərlə qabaqcadan əlbir olan qrup yaratması və sözügedən şəxslərə bu məqsədlə xəsarət və psixi iztirab yetirməsini iddia etmək absurddur və bu hal cinayət işinin materialların, işdə olan digər mötə bər sübutlarla təkzib olunur. Cinayət işinin materiallarından və şahid ifadələrindən aydın olur ki, Məhkum1 sözügedən müəssisəni 03 sentyabr 2021-ci il tarixdə, axşama doğru saatlarda tərk etmiş və 04 sentyabr 2021-ci il tarixdə, 16:07-də Novxanı bağlar massivində yerləşən Mərkəzə gəlmişdir. Bu halda hansı qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından söhbət gedə bilər? Göstərilən xüsusatlar apellyasiya şikayətinin əsasını təşkil etsə də, məhkəmə maddi və prosessual hüquq normalarının tələbini pozmuş, bu hallara düzgün hüquqi qiymət verməmiş, xüsusatları araşdırmamış, nəticədə birinci instansiya tərəfindən yol verilmiş pozuntuları təkrarlamışdır. Kassator Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsi ilə verilmiş ittihama və məhkəmə hökmünə münasibətdə qeyd edir ki, məhkəmənin mövqeyi bir hissədə cinayət işinin materiallarında olan mötəbər sübutlarla uzlaşmır, zərərçəkənlərə münasibətdə Məhkum1 azadlığın qanunsuz məhdudlaşdırılması ilə əlaqəli ittihamın verilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsinə görə həmin Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda cinayət hesab edilir. İttiham aktına əsasən Məhkum1 04 sentyabr 2021-ci il tarixdə saat 14:30-dan 16:00a kimi digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsləri adam oğurluğu ilə bağlı olmayan azadlıqdan məhrum etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Cinayət işinin 6-cı cildinin 56-107-ci səhifəsində olan xx.xx.2021 -ci il tarixli "Diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 məxsus ***-***-**-** mobil nömrəsinin anten məlumatlarının ələ keçirilməsi ilə müəyyən edilir ki, o, 03 sentyabr 2021-ci il tarixdə, saat 19:40-a Novxanı bağlar massivində yerləşən Mərkəzi tərk etmiş və həmin gün ora qayıtmamışdır. Kassator bildirir ki, istintaq orqanı mövcud olan eyni xəsarətlər üzrə həm CM-in 133cü maddəsinin müxtəlif bəndləri, həm də CM-in 145.3-cü maddəsi üzrə cinayət əməlinin törədilməsi qənaətinə gəlmişdir ki, bu hal qanunun tələbinə ziddir. Eyni əməl ideal məcmu yaratmadığı halda iki müxtəlif cinayət əməlinin törədilməsinə səbəb ola bilməz, hazırkı halda törədilmiş ittihamda istinad edilən cinayət əməlləri bir-birinə kifayət qədər yaxın olduğu üçü n ideal məcmu yarada bilməz. Hadisə gününə, yəni 04 sentyabr 2021-ci il tarixə münasibətdə isə əgər ittihamda yazılanlar öz təsdiqini tapmış olsaydı belə, o zaman nəzərə alınmalıdır ki, Məhkum1 hadisə zamanı orada olmamış, kimsənin azadlığını məhdudlaşdırmamış, əl-qolunu bağlamamış və ya bu barədə göstəriş verməmişdir. Belə olan halda 145.3-cü maddənin zəruri əlaməti - adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə halı hazırkı vəziyyətdə Məhkum1 əməlində mövcud deyildir. Bu mənada ona qarşı verilmiş ittiham tamamilə əsassızdır. Cinayət işinin materiallarında olan anten məlumatlarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum1 04 sentyabr 2021-ci il tarixdə saat 16:07 radələrində Mərkəzdə olmuş, 6 dəqiqəyə kimi orada olduqdan sonra çıxıb getmişdir. Eyni zamanda şahid lərin və zərərçəkmişlərin, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən edilir ki, Məhkum1 Mərkəzdən gedərkən mərhum Zərərçəkmiş şəxs1 sağ olmuşdur. Belə olan təqdirdə Məhkum1 mərhum Zərərçəkmiş şəxs1 ölümü ilə hər hansı əlaqəsi mövcud deyildir və təqsirləndirilənin hər hansı əməli ilə sonuncunun ölümü arasında səbəbli əlaqə mövcud deyildir. Bundan başqa hökmün "İbtidai araşdırma zamanı üzərinə həbs qoyulmamış, bir hissəsi Məhkum1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin üzərinə həbs qoyularaq dövlət nəfinə müsadirə edilməsi" hissəsi tam qanunsuz və əsassızdır. Belə ki, qanunverici xüsusi müsadirə edilə biləcək əmlakların siyahısını və xüsusi müsadirənin hüquqi əsaslarını konkret müəyyən etmişdi r. Cinayət işinin materiallarına əlavə edilmiş daşınmaz əmlaka dair dövlət reyestrindən Çıxarışdan görünür ki, Məhkum1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzil üzərində mülkiyyət hüququ 29 aprel 2016-cı il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda ona verilmiş Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi üzrə ittiham isə 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan dövrü əhatə edir. Belə olan halda əgər cinayətin baş verməsi sübuta yetirilərsə, o zaman hadisədən 5 il öncə alınmış daşınmaz əmlakın hansı əsasla xüsusi müsadirəyə məruz qalması anlaşılan deyildir, qanunsuz və əsassız. Məhkəmə öz hökmündə sadəcə olaraq, xüsusi müsadirəni göstərmiş və bunu hansı əsasla etdiyini əsaslandırmamışdır. Eyni zam anda bu nüans apellyasiya şikayətinin də əsasını təşkil etməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə bu hala hüquqi qiymət verilməmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri çıxarılmış birinci instansiya məhkəməsinin ittiham hökmü və həmin hökmün qüvvədə saxlanması barədə apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum2 əməlləri nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünün baş verməsi və ya digər ağır nəticələrin baş verməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə-tibbi ekspert izasının 21 sentyabr 2021ci il tarixli 167 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmə olmuşdu. Rəydə Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlərin ölümündən 1-2 gün əvvələ aiddir və bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməsi, həmin xəsarətlərin dərəcəsinə görə sol əlin 3-cü daraq sümüyü başının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma əlamətlərinə malik olması, digər xəsarətlərin isə sağlamlığa yüngül zərər vurma, qançırlar və sıyrıqların isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid olduğu qeyd edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin əməlində CM-in 192-ci maddəsinin əlamətlərin olması mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsinin dispozisiyasına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 192.1-ci ma ddəsi ilə nəzərdə tutulmuş əməl maddi cinayət tərkibi olduğundan sübutlar əsasında həm qanunsuz sahibkarlıq faktı, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həm bu fəaliyyət nəticəsində fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurması və ya xeyli miqdarda gəlir əldə etməsi müəyyən edilməlidir. İstintaq orqanı təqsirləndirilən şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını şahidlərin ifadələri və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 aprel 2022-ci il tarixli, 02/740 saylı məktub və məktuba əlavə edilmiş mütəxəssis rəyi nə əsasən müəyyən edilmişdir. Lakin həmin rəyində “New Life” reabilitasiya mərkəzinin 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək dövrü əhatə edən müddətdə gəlirin 81.021 manat məbləğində olmasını müəyyən edərkən bütün real xərcləri nəzərə almamışdır. Bununla bağlı kassator qeyd etmişdir ki, hazırkı cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılmaqla prosessual rəhbərliyi Baş prokurorun birinci müavini həyata keçirtmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da vəzifəcə Baş prokurorun birinci müavininə tabe olan şəxslərdir. Belə olan halda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olan mütəxəssislər müstəqil rəy verə bilməzdi. İş üzrə 14 aprel 2022-ci i l tarixli qərarla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2022-ci il tarixli, 9/2716 saylı rəyindən görünür ki, “New Life” Reabilitasiya Mərkəzinin əldə etdiyi gəlirlə bağlı xərc sənədləri olmadığından həmin reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixi əhatə edən dövr ərzində aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Bu isə bu maddə ilə verilmiş ittihamın qanunsuz və əsassız olduğunu deməyə əsas verir. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi sənədlərlə xərclərin daha çox olduğu, reabilitasiya mərkəzləri üçün avadanlıqlar alınması, müəyyən şəxslərin orada ödənişsiz qalması kimi hallar müəyyən olunmuşdur. Digər tərəfdən CM-in 192.1-ci maddəsinin obyektiv əlamə tləri kimi yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həm bu fəaliyyət nəticəsində fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurması və ya xeyli miqdarda gəlir əldə etməsi və bunların hər ikisinin eyni anda mövcud olması tələb olunur. Təqsirləndirilən şəxslərdən üç nəfərə CM-in 192.1-ci maddə ilə ittiham verilmiş, bu iştirakçılığa istinad edilmədən edilmişdir. Belə olan halda hər 3 təqsirləndirilən şəxsin 50 min manatdan artıq gəlir əldə etməsi zəruridir ki indiki halda isə bu mövcud deyil. Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə verilmiş ittihamın qanu nsuz və əsaslığı ilə bağlı kassator qeyd etmişdir ki, CM-in 133.1-ci maddəsinə əsasən isə, əzab vermə, yəni bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə bu əməlləri törətmiş şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Qanunun mənasına görə, əzab vermənin üsullarından biri mütəmadi olaraq döymədir. Burada mütəmadilik dedikdə döymənin iki və daha artıq dəfə törədilməsi başa düşülür və bu zaman ayrı-ayrı döymə aktları biri-biri ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratmalıdır. Əzab vermənin üsulu kimi sair zorakı hərəkətlər dedikdə, şəxsi uzun müddət qidadan, sudan, istilikdən, sığınacaqdan məhrum etmə və yaxud sağlamlığı üçün zərərli şəraitdə saxlama, habelə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə (çimdikləmə, kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə) və buna oxşar digər hərəkətlər başa düşülməlidir. Şərh edilən maddə üzrə məsuliyyətin yaranması üçün döymə və ya sair zorakı hərəkətlər zərərçəkmiş şəxsə güclü fiziki ağrı və ya psixi iztirablar yetirmədir. Bu əməl çox zaman eyni vaxtda həm güclü fiziki ağrı, həm də psixi iztirablar yetirilməsi ilə xarakterik olur. Bununla bağlı, ilk öncə qeyd etmək istərdik ki, zərərçəkmiş şəxslərin zorla saxlanıldığını iddia etdiyi ünvan insanların yaşadığı cəmiyyətdən təcrid olunmamış fərdi yaşayış evi olmuş, həmin fərdi yaşayış evin in ətrafında qonşular öz evlərində yaşamışlar. İşin faktiki hallarından da göründüyü kimi, həmin fərdi yaşayış evində narkomaniyadan əziyyət çəkən şəxslər özlərinin iradəsi ilə yaşamış, həmin şəxslərin yaşadığı şəraitdən onların ailə üzvlərinin və qohumlarının da məlumatları olmuşdur. Əgər iddia olunduğu kimi zərərçəkmiş şəxslər həmin ünvanda zorla saxlanılsaydılar, saxlandıqları müddət ərzində evin pəncərələrindən, istirahət üçün düşdükləri vaxt həyətdə səs-küy salaraq qonşuların və ya ətrafda olan şəxslərin diqqətini cəlb etmək imkanı olmuşdur. İttiham tərəfinin iddia etdiyi kimi, zərərçəkmiş şəxslərin zorla saxladığı iddia olunsa da, bu müddət ərzində onların kifayət qədər imkanı və vaxtı olmuşdur ki, pəncərələri açıb onun zorla saxlanıldığı barədə küçədən keçən insanları köməyinə çağır sın. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də qeyd etmişdilər ki onlar mütəmadi olaraq telefonla yaxınları ilə danışmışdılar. Belə olan halda Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021ci il tarixdən guya qeyd olunan fərdi yaşayış evində qanunsuz saxlanılmış olsaydılar bu müddət ərzində onların həmin evdə olan şəxslərə, telefon əlaqəsi saxlanılan zaman öz yaxınlarına, hüquq-mühafizə orqanlarına zəng edib zorla saxlanıldıqları barədə məlumat vermək, pəncərədən küçədə olan şəxslərə səslənmək imkanının olduğu halda bunu etməmələri bir daha şəxslərin öz iradələrinə uyğun olaraq düçar olduqları bəla olan narkomaniyadan uzaqlaşmaq üçün könüllü surətdə ittihamda qeyd olunan mənzil də yaşamışdırlar. Bu həmin şəxslərin məhkəmədə verdikləri ifadələri, o cümlədən notarial qaydada təsdiq olunmuş ərizələri ilə də sübut edilmir. Məhkum2 digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 28 iyun 2021ci il tarixdən, Zərərçəkmiş şəxs2 isə 10 iyun 2021-ci il tarixdən guya qeyd olunan fərdi yaşayış evində qanunsuz saxlaması ilə bağlı ittiham verilsə də həmin tarixlərdə ümumiyyətlə ittiham verilmiş şəxslərdən heç biri növbədə olmamışdır. Belə olan halda Məhkum2 və digər təqsirləndiriləm şəxslər qeyd olunan hissələrdə cinayətin obyektiv əlamətini ümumiyyətlə icra edə bilməzdi. Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsi ilə ittihamın məğzi bundan ibarətdir ki, iddia olunan əməllər mə rhum Zərərçəkmiş şəxs1 ölümünə və digər şəxslərə o cümlədən də mərhum Zərərçəkmiş şəxs1 vurulmuş xəsarətlərə münasibətdə digər ağır nəticələr. Yuxarıda qeyd edildiyi kimi Məhkum2 hərəkətləri ilə əlaqədar hər hansı bir ağır nəticələrin baş verməsi müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən 1-2 nəfər istisna olmaqla digərləri reabilitasiya mərkəzində hər hansı şəxsə xəsarət yetirilməsinə, işgəncə verilməsinə, şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsinə şahid olmadıqlarını qeyd etmişdilər. O cümlədən də, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərdən heç biri onlar barəsində analoji halların baş vermədiyini bildirmişdir. Həmçinin eyni nəticələrə görə əməllərin həm Azərbaycan Respublikası CM-in 133cü, həm CM-in 145.3-cü maddələri ilə tövsif edilməsi Azərbaycan R espublikası CM-in 17ci maddəsinin tələblərinə ziddir. Belə ki, bir şəxs tərəfindən törədilən, götürülmüş və ödənilmiş məhkumluğu istisna olmaqla iki və ya daha çox müstəqil cinayət tərkibinin əlamətləri olan ictimai-təhlükəli əməl və yaxud əməlləri cinayətlərin çoxluğu kimi qəbul edilir. Bu baxımdan müstəqil cinayət tərkibinin əlamətləri olan ictimai-təhlükəli əməlin özünün nə olmasını aydınlaşdırmaq lazımdır. Belə ki, cinayət hüquq nəzəriyyəsində konkret cinayət və cinayətlərin məcmusunu fərqləndirərkən cinayət tərkibinin müəyyənləşdirilməsi şərtdir. Cinayət hüququ elmində cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin məcmusu kimi nəzərdən keçirilir. Anlayışından göründüyü kimi, hər hansı bir əmə lin cinayət hesab edilməsi üçün həmin əməldə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin mövcud olub-olmaması müəyyən edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi R.H.Mamedovun və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətində məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 əməllərində daha ağır cinayətlərin əlamətlərinin olmasını qeyd etsə də onlara ittiham olunduqları maddələri ilə daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassator qeyd edir ki, məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışında da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 əməllərində daha ağır cinayətin əlamətləri olduğu üçün onlara daha ağır ittiham elan olunması üçün cinayət işinin istintaq materiallarının prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə müvafiq qərar qəbul edilməsi üçün vəsatətlər verilmiş, lakin həmin vəsatətlərin heç biri təmin olunmamışdır. Kassator hesab edir ki, cinayət işinin materiallarına əsasən qanunsuz sahibkarlıq epizodu üzrə yekun olaraq Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 192.1 maddəsi ilə deyil, həmin Məcəllənin 192.2.2 və 192.2.3-cü maddələri ilə tövsif edilməli və onlara həmin maddələr ilə əlavə ittiham elan olunmalı, həmçinin, Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 əlavə olaraq Azərbaycan Respublikası CM-in 234, 236.3 və 238-ci maddələri ilə ittiham olunması üçün məhkəmə tərəfindən cinayət işinin icraat materiall arının baxılmasına xitam verilməli və onun birinci instansiya məhkəməsinə qaytarılması barədə müvafiq qərar qəbul olunmalı idi. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 1(101)-149/2023 saylı hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətinə, Məhkum1 qəti olaraq 07 (yeddi) il müddətinə, Məhkum2 qəti olaraq 08 (səkkiz) il müddətinə, Məhkum3 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə və Təqsirləndirilən şəxs2 isə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi öz yüngüllüyünə görə cinayət işinin faktiki hallarına, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxslərin şəxsiyyətinə və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun deyildir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu dəyişdirmədən saxlamışdır. Bu isə onu göstərir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, l(101)-149/2023 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, l(103)-1947/2023 saylı qərarı qanuni və əsaslı hesab edilə bilməz. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da göründüyü kimi, hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərinə, törətmiş olduqları cinayətin xarakterinə və ictimai təhlükəli lik dərəcəsinə uyğun deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum1 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Məhkum3 müdafiəçiləri Müdafiəçi10, Məhkum2 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarı qismən dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü Məhkum1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Raf iq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin ½ hissəsi dövlət nəfinə müsadirə edilməsi hissədə ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mü bahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumların müdafiəçilərinin kassasiya şikayətlərinin əsas dəlili cinayət işi üzrə məhkumların təqsirsiz olduqlarına baxmayaraq onlar barələrində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Kassasiya şikayətlərində məhkumların təqsirsizliyi ilə əlaqədar dəlillər ondan ibarətdir ki, məhkumlara qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş zərərçəkmiş şəxslərə qarşı zorakı əməllərin onlar tərəfindən törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilməmiş, məhkəmələr tərəfindən işin halları tam araşdırılmamış, işin hallarına və məhkumların əməllərinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hes ab edilir. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası məhkəmələrin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş sübutları – məhkumların, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertlərin rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və nəticəyə gəlmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən zərərçəkmiş şəxslərə qarşı hökmdə təsvir edilmiş zorakı əməllərin törədilməsi t am təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətlərinə əsasən baxıb nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxslərə qarşı ittihamda təsvir edilmiş zorakı hərəkətlərin törədilməsi sübutlarla təsdiq edilməməsi barədə apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salıb nəticəyə gəlir ki, məhkəmələrin gəldikləri nəticə əsaslıdır, hər bir məhkumun zərərçəkmiş şəxslərə qarşı hökmün təsviri hissəsində göstərilən zorakı hərəkətləri törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri və digər sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu barədə dəlilini əsaslı hesab etmir. Məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 müdafiəçilərinin kassasiya şikayətlərinin digər dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmadan və işin hallarına düzgün qiymət vermədən, mümkün olmayan sübutlar əsasında onların müdafiə etdikləri şəxsləri CM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə əsassız və qanunsuz nəticəyə gəlmişlər. Belə ki, kassasiya şikayətlərində qeyd edilmişdir ki, “New Life” Reabilitasiya mərkəzinin fəaliyyəti ilə əlaqədar məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 əməlləri qanunsuz sahibkarlıq kimi qiymətləndirmək olmaz, çünki bu fəaliyyət növü xüsusi razılıq tələb edilmir. Bundan başqa, məhkəmələr mütəxəssis rəyinə əsasən müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən qanunsuz sahib karlıq fəaliyyəti nəticəsində 81.021 manat miqdarında gəlir əldə edilmişdir. Kassatorlar hesab edirlər ki, mütəxəssislər tərəfindən Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 əldə etdiyi gəlirin miqdarını müəyyən edərkən, qanunsuz sahibkarlıq ilə əlaqədar bütün xərclər nəzərə alınmamışdır. İttihamla əhatə olunan dövrdə “New Life” Reabilitasiya mərkəzinin fəaliyyəti ilə əlaqədar bütün xərclər nəzərə alındığı təqdirdə gəlirin miqdarı birmənalı olaraq CM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş xeyli miqdar təşkil etməyəcək. Belə olan halda Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 əməlində CM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olan “xüsusi razılıq (lisensiya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma” və “xeyli miqdarda gəlir əldə etməklə törədildikdə” mövcud olmadığından onlar ba rələrində CM-in 192.1-ci maddəsi ilə olan cinayət işinin icraatına bəraətverici əsalarla xitam verilməlidir. Bundan başqa, kassatorların fikrincə mütəxəssis rəyi cinayət-prosessual qanunvericilikdə sübut kimi nəzərdə tutulmadığından və rəy cinayət işi üzrə ibtidai istintaqı aparan orqanın - Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları olan mütəxəssislər tərəfindən tərtib edildiyindən mümkün sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin bu dəlilləri məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 barələrində olan CM-in 192.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının CM-in 192.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından (vergi uçotuna) keçmədən və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziya şərtlərinin pozulması və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti qanunsuz hesab edilir. Əgər bu fəaliyyət nəticəsində xeyli miqdarda gəlir əldə edilərsə, həmin əməl cinayət məsuliyyəti yaradır. Göründüyü kimi sahibkarlıq fəaliyyətinin qanunsuz hesab edilməsi üçün CM-in 192.1-ci maddədə sadalana “qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan”, “xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan”, “lisenziyalaşdırılma şərtlərinin pozulması ilə”, “xüsusi icazə olmadan mülki döv riyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə” əlamətlərindən birinin olmasını kifayət edir. Cinayət işinin materialları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən işlədilən “New Life” Reabilitasiya mərkəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına - vergi uçotuna alınmamış, məhkumların heç biri də həmin fəaliyyətlə bağlı vergi orqanında fiziki şəxs kimi qeydiyyata alınmamışdır. Məhkumlar özləri də ifadələrində işin bu halını təsdiq etmişlər və mübahisələndirməmişlər. Kassasiya şikayətlərində də məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 öz sahibkarlıq fəaliyyətini qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına - vergi uçotuna alınmadan həyata keçirilməsi faktı mübahi sələndirilmir. Lakin bununla yanaşı məhkəmələr nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 sahibkarlıq fəaliyyətinin qanunsuzluğu həmçinin bu fəaliyyət üçün xüsusi razılıq almadan həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Məhkəmələr belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 sahibkarlıq fəaliyyəti həm də xüsusi razılıq (lisenziya) alınmadan həyata keçirilməsi üçün qanunsuz olmuşdur. Məhkəmə kollegiyası məhkəmələrin bu nəticəni də əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, “New Life” reabilitasiya mərkəzində narkomaniya xəstəliyindən əzab çəkmiş şəxslərin müalicəsi psixoloji üsullarla həyata keçirilmişdir. Azərbaycan Respublikasında narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, h abelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirləri “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir və tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsində qeyd edilmişdir ki, narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur. Qanunun 1.0.3-cü maddəsinə əsasən narkoloji yardım - narkoloji xəstələrin, o cümlədən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin, psixoloji vəziyyətinin qiymətləndirilməsinə və onların müalicə edilm əsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı müşahidədir. Qanunun 5.7-ci maddəsində göstərilir ki, hər bir narkoloji xəstənin səhhəti üzərində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş narkoloji xəstəliklərin müalicəsi üsullarına riayət etməklə, fərdi nəzarət tətbiq edilir. Narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya kursu aparılmalıdır. Qanunun 9.1.6-ci maddəsinə əsasən narkoloji yardımı digər tədbirlərlə yanaşı narkoloji xəstələr barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya tədbirlərinin həyata keçirilməsi təşkil edir. Qanunun 14-cü maddəsinə əsasən dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji y ardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir. Yuxarıda qeyd edilən qanun normalarından görünür ki, narkoloji yardım - narkoloji xəstələrin müalicə edilməsinə yönəldilmiş tibbi tədbiridir. Psixoloji reabilitasiya və psixoloji korreksiya narkoloji yardımın tərkib hissəsi olmaqla narkomaniya xəstəliyindən əziyyət çəkmiş şəxslərin müalicəsinin bir uşulu kimi çıxış edir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununa 1 nömrəli əlavənin “Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nın 2-ci bəndinə əsasən özəl tibbi fəaliyyəti lisenziya tələb edilən fəaliyyət növlərinə aiddir. Göründüyü k imi, narkomaniya xəstəliyindən əziyyət çəkmiş şəxslərin psixoloji üsullarla müalicəsi “Narkoloji xidmət və nəzarət haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunlarının normalarına əsasən lisenziya tələb edilən fealiyyət növlərinə aid edilmişdir. Cinayət işinin materiallarından isə görünür ki, “New Life” Reabilitasiya mərkəzinin fəaliyyəti barədə qanunla müəyyən edilmiş qaydada xüsusi razılıq alınmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, məhkəmələr tərəfindən məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 “New Life” Reabilitasiya mərkəzində sahibkarlıq fəaliyyətinin CM-in 192.1-ci maddəsi baxımından qanunsuz fəaliyyət kimi qiymətləndirilməsini əsaslı və qanuna uyğun hesab edir. Kassasiya şikay ətlərinin məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 barələrində əsassız olaraq CM-in 192.1-ci maddəsi ilə ittiham hökmün çıxarılması barədə digər dəlili ondan ibarətdir ki, məhkəmələr “New Life” Reabilitasiya mərkəzinin fəaliyyəti ilə əlaqədar bütün xərcləri nəzərə almadan və həmin xərclərin nəzərə alınması barədə müdafiə tərəfinin vəsatətləri təmin etmədən mümkün olmayan sübut – mütəxəssis rəyi əsasında Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən əldə edilmiş gəlirin 81021 manat, yəni xeyli miqdarda olması barədə yanlış və qanunsuz nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə hesab edir ki, kassasiya şikayətlərinin bu dəlillər də əsaslı deyil və həmin dəlillər apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və məhkumlar barələrində CM-in 192.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət, maddi tərkibli cinayətlərə aiddir və cinayət tərkibi yalnız qanunsuz sahibkarlıq nəticəsində fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə edildikdə yaranır. Qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş bütün pul və ya digər vəsaitlər cinayət yolu ilə əldə edilmiş gəlir kimi qiymətləndirilir və həmin gəlirin bir hissəsinin qanunsuz sahibkarlıq fəaliyyətinin təşkilinə sərf edilməsi onun bu hissəsinə qanuni xarakter vermir. Ona görə də CM-in 192.1-ci maddəsində gəlir dedikdə, qanunsuz sahibkarlığın həyata keçirilməsi üçün çəkilmiş xərcləri nəzərə almadan qanunsuz sa hibkarlıq nəticəsində əldə edilmiş pul və digər vəsaitlər başa düşülür. Ona görə də məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən qanunsuz sahibkarlığın nəticəsində əldə edilmiş gəlirin miqdarının düzgün müəyyən edilməsi üçün “New Life” Reabilitasiya mərkəzinin fəaliyyəti ilə əlaqədar çəkilmiş digər xərclərin (su, işıq, qaz pullarının, maaşların və sair) də əsassız olaraq nəzərə alınmaması barədə dəlilləri əsaslı hesab etmir. Hazırkı cinayət işi üzrə zərərçəkmiş və şahidlərin ifadələrindən müəyyən edilmiş və mübahisə edilməyən hal ondan ibarətdir ki, 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək “New Life” reabilitasiya mərkəzinin fəaliyyəti ilə əlaqədar məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 146.470 manat məbləğində pul ö dəmişlər. İstintaq orqanı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis Təhlilləri Şöbəsinin baş məsləhətçiləri X4 və X7 tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli mütəxəssis rəyi əsasında nəticəyə gəlmişlər ki, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlirin miqdarı 146.470 manat deyil, həmin fəaliyyətlə bağlı çəkilmiş xərclər nəzərə almaqla 81.021 təşkil edir və təqsirləndirilən şəxslərə qarşı məhz bu həddə ittiham irəli sürmüşdür. Göründüyü kimi məhkumlar tərəfindən 81.021 manat miqdarında gəlir əldə edilmələri sübutlarla tam təsdiq olunur. İstintaq orqanının gədiyi bu nəticə məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd edilən hüquqi mövqeyi ilə ziddiyyət təşk il etsə də, məhkəmələr tərəfindən məhz bu ittiham daxilində işə baxılması və ittiham həddində məhkumların təqsiri mötəbər sübutlarla tam təsdiq olunduğundan həmin ittiham həddində ittiham hökmünün çıxarılması Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxslərə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 146.470 manat gəlir əldə etməklə qanunsuz sahibkarlığın həyata keçirilməsi barədə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsat ət qaldırılmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlirin miqdarının müəyyən edilməsi üçün elm, texnika, incəsənət və ya sənəd sahəsində hər hansı bir xüsusi bilik tələb olunmur. Həmin məbləğ, adi riyazi hesablamalar aparılmaqla, zərərçəkmiş və şahidlərin ifadələrində göstərilən pul məbləğlərinin toplanması yolu ilə müəyyən edilmişdir. Ona görə də, işin bu halını müəyyən etmək üçün cinayət işi üzrə mütəxəssis və ya ekspert tədqiqatlarının aparılması zəruri hesab edilə bilməz. Cinayət işi üzrə mütəxəssisin xüsusi bilikləri, cinayətin əhatə etdiyi dövrdə “New Life” Reabilitasiya Mərkəzinin xərclərinin miqdarının müəyyən edilməsi üçün istifadə edilmişdir. Müdafiə çilər tərəfindən mübahisələndirilən mütəxəssis rəyinə əsasən, istintaq orqanı məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən qanunsuz sahibkarlıq ilə əlaqədar vətəndaşlardan alınmış 146.470 manatdan 65.449 manat çıxmış və gəlirin miqdarını 81.021 manat kimi göstərmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə mübahisələndirilən mütəxəssis rəyi təqsirləndirilən şəxslər tərəfindən 81.021 manat məbləğində gəlirin əldə edilməsini deyil, gəlirin miqdarının həmin məbləğə qədər azaldılmasını əsaslandırır və sübut edir. Ona görə də, məhkəmə kollegiyası qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlirin məbləği barədə yuxarıda göstərilən hüquqi mövqeyi nəzərə alaraq, kassasiya şikayətlərinin tələbləri baxımından mütəxəssis rəyinin mötəbərliyini müzakirə etmək zərurəti görmür. Məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 CM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına dair kassasiya şikayətlərinin digər dəlil ondan ibarətdir ki, hər üç məhkuma iştirakçılığı göstərilən maddələrə istinad edilmədən 81.021 manat miqdarında gəlir əldə edilməsi barədə ittiham verilmişdir. Kassatorların fikrincə belə olan halda hər bir məhkumun qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlirin miqdarı ayrıca müəyyən edilməli və onların əməlində CM-in 192.1-ci maddəsinin tərkibi yalnız hər bir məhkuma düşən gəlir payının 50.000 manatdan çox olduqda yarana bilər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilini də əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkumlara qarşı Azərbaycan Respublikası CM-in 192.1-ci ma ddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi barədə ittiham irəli sürülmüşdür. Qanunsuz sahibkarlıqda məhkumların qabaqcadan əlbirlik etməsi cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 32.2 və 35-ci maddələrinin mənasına görə, cinayət birgə icraçılıqla bir qrup şəxs tərəfindən törədilirsə, icraçının ekstsessi istisna olmaqla, cinayətin icraçı olan qrupun hər bir üzvü birgə törədilmiş cinayətin nəticələrinin tam həcminə görə məsuliyyət daşıyır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlili ilə razılaşmayaraq, hazırkı cinayət işi üzrə hər üç məhkumun 81.021 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məhkəmə hökmünü qanu ni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələr düzgün olaraq məhkumların zərərçəkmiş şəxslərə qarşı zorakı hərəkətlərinə hüquqi qiymət verib onların bu əməlləri Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3cü maddələri ilə tövsif etmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkumlar qabaqcadan əlbir olub dörd nəfər zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətlər törətmiş, zərərçəkmiş şəxslərə qarşı məhkumlar tərəfindən törədilmiş zorakı hərəkətləri mütəmadi və işgəncə xarakter daşımış, zərərçəkmiş şəxslər əl-qolları və ayaqları qandalla və yapışqan lentlə (skotçla) bağlanılmış vəziyyətdə evin zirzəmisində saxlanılmış və bu vəziyyətdə onlar döyülmüşlər. Məhkumların hərəkətləri nəticəsində zərərçəkmiş şəxslər azadlıqda n məhrum olunmuş, onlara fiziki ağır və psixi iztirablar verilmişdir. Həmçinin cinayət işi üzrə müəyyən edilmişdir ki, məhkumların zorakı hərəkətlərinin nəticəsi olaraq zərərçəkmiş şəxslər sağlamlığa yüngül və az ağır zərər vurmaya xəsarətlər almış, habelə tiryək qrupuna aid olan narkotik vasitəni qəbul etmiş və uzun müddət əl-qolları və ayaqları bağlanmış vəziyyətdə evin zirzəmisində saxlanılmış Zərərçəkmiş şəxs1 həmin narkotik vasitədən kəskin zəhərlənməsi nəticəsində ölmüşdür. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2 və Məhkum3 hərəkətlərində Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətlərinin olması ilə əlaqədar məhkəmələr tərəfindən onların əməllərinin həmin ma ddələrlə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkumların əməllərinin düzgün tövsif edilməməsi barədə müdafiəçilərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara qiymət verməklə əsaslı olaraq nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə; Məhkum3 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiq ini tapmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2 və Məhkum3 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 əməlləri Az ərbaycan Respublikası CM-in 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Məhkum3 əməli isə Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət- prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmələr yuxarıda işin halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nətic əsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, məhkumlar Məhkum3 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır. Cinayət işi nin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi8 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 Sucahət oğlu öz kassasiya şikayətlərində məhkəmələr tərəfindən Məhkum1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin 1/2 hissənin və Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı **-MJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin cinayət yolu ilə əldə edilmiş əmlak kimi müsadirə edilməsini qanunsuz və əsassız olduğunu qeyd etmişlər. Kassasiya şikayətlərinin bu dəl illəri müzakirə edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın X saylı Protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin” mülkiyyət hüququndan bəhs edən 17-ci maddəsində göstərilir: “hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ vardır və heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz”. AR Konstitusiya sının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ. hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Sözü gedən maddənin İİİ. hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV. hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum1 məxsus mənzilin ½ hissəsi və məhkum Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı avtomobil cinayət yolu ilə əldə edilmiş ə mlak kimi xüsusi müsadirə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi xüsusi müsadirənin qanunsuz olmasına dair kassasiya şikayətlərinin dəlillərini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 məxsus mənzilin ½ hissəsinin və məhkum Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı avtomobilin xüsusi müsadirəsinin Azərbaycan Respublikası CM-in 99-1.1 və 99-1.2-ci maddələrinin tələblərinə tam uyğun olmasına dair nəticəyə gəlmişdir. Göründüyü kimi məhkəmələr mənzilin xüsusi müsadirəsini Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsaslanmışlar. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin məzmunundan görünür ki, qanun xüsusi müsadirə edilməli olan əmlaka aşağıdakıları aid edir. 1. şəxsin cin ayət törədilərkən istifadə etdiyi alət və vasitələr. (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). 2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası CPM-in 139 və 349.5.1-ci maddələrinin tələblərinə görə işin halları, o cümlədən xüsusi müsadirənin əsaları yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətm iş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 fevral 2023-cü il tarixli qərarında vurğulamışdır ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, ci nayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyrimütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Cinayət işinin materiallarından görünür ki, “Chevrolet Cruze” markalı **-MJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil məhkum Təqsirləndirilən şəxs1 tərəfindən 03 avqust 2021-ci il tarixdə əldə edilmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz s ahibkarlıq fəaliyyəti ilə 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək məşğul olmuşdur. Onun tərəfindən avtomobilin alınması onun qanunsuz sahibkarlıq fəaliyyətinin sonuna yaxın dövrə düşür. Həmin vaxt Təqsirləndirilən şəxs1 qanunsuz sahibkarlıq fəaliyyətindən başqa digər gəlir mənbəyinin sahibi olmamışdır. İşin bu halları Təqsirləndirilən şəxs1 “Chevrolet Cruze” markalı **-MJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili məhz qanunsuz sahibkarlıq fəaliyyətindən əldə edilmiş pulların hesabına almasını göstərir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin həmin avtomobilin müsadirəsi barədə qərar CM-in 99-1.1-ci maddəsinin tələblərinə uyğun gəlir, Müdafiəçi4 müsadirənin qanunsuzluğu ilə əlaqədar dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndiril ən şəxs1 “Chevrolet Cruze” markalı **MJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin xüsusi müsadirəsinin qanuni hesab etsə də, digər Məhkum1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin 1/2 hissəsinin xüsusi müsadirəsini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, işə əlavə edilmiş daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışdan görünür ki, Məhkum1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzil üzərində mülkiyyət hüququ 29 aprel 2016-cı il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda ona verilmiş Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi üzrə ittiham isə 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan dövrü əhatə edir. İşin bu halları, yəni məhkumun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzil üzərində mülkiyyət hüququnun cinayət törətdikdən 5 il öncə əldə edilməsi onun həmin daşınmaz əmlakın yuxarıda göstərilən dövrdə törədilmiş cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin hesabına alınmasını istisna edir. Ona görə də həmin mənzil cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına əldə edilmiş və ya cinayət yolu ilə əldə edilmiş əmlak kimi xüsusi müsadirənin predmeti ola bilməz. Ona görə də məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətinin xüsusi müsadirəyə aid olan dəlilləri ilə razılaşaraq, məhkəmələr tərəfindən Məhkum1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənz ilin ½ hissəsinin dövlət nəfinə müsadirə edilməsini əsaslı və CM-in 99-1.1-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Beləliklə hazırkı cinayət işi üzrə mübahisə predmeti – Məhkum1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin ½ hissəsinin dövlət nəfinə müsadirə edilməsi barədə işə baxan məhkəmələrin gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Ona görə də Məhkum1 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətinin həmin dəlili əsaslı olduğundan təmin edilməldir. Zərərçəkmiş şəxsin hüquqi varisi R.H.Mamedov və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətində məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 əməllərində daha ağır cinayətlərin əlamətlərinin olmasını qeyd etsə də onlara ittih am olunduqları maddələri ilə daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məhkumların əməllərinin tövsifi barədə müdafiəçinin kassasiya şikayətləri müzakirə edərək münasibət bildirmişdir. Məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, məhkəmələr təqsirləndirilən şəxsin əməllərini düzgün tövsif etmiş və təqsirləndirilən şəxslərin onlara qarşı sürülmüş ittihamda göstərilən maddələr üzrə təqsirli bilinmələri cinayət və cinayət prosessual qanunlarının normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərinin tövsif məsələsini təkrar müzakirə etməyə zərurət görmür. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrlə daha ağır cəza təyin edilməsi barədə tələbi və həmin tələbi əsaslandıran dəlilləri əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi tərəfindən məhkumlara təqsirli bilindikləri maddələrdə nəzərdə tutulmuş hədlərdə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət edilmiş, onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə qrup halında törədilmiş cinayətdə hər məhkumun rolu, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Apellyasiya icraatı üzrə yekun qərar çıxarılarkən məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 tərəfindən CM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş ci nayət əməlinin törədilməsindən qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi onlara CM-in 192.1ci maddəsi ilə cəza təyin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarı cinayət və cinayət prosessual qanunlarının tələblərinə tam uyğun gəlir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum2 və Məhkum1 tərəfindən Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlər 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində həmin təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının CM-in 75.1.1-ci maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən ci nayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət əməlini törətdikdə, hər bir cinayətə görə müddətlər müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən haldır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq edilmiş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Birinci instan siya məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü 13 dekabr 2023cü il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə CM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədildiyi gündən birinci instansiya məhkəməsinin hökmünün qüvvəyə mindiyi anadək Azərbaycan Respublikasının CM-in 75.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş iki il müddəti keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxs2 CM-in təqsirli bilindikləri digər maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunvericiliyin tələblərinə uyğun olaraq maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalət prinsipinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin edilmiş cəza onlar ın törədikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumların şəxsiyyətinə uyğundur. Hökmdən görünür ki, məhkəmə məhkumlara təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumların şəxsiyyətlərini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da məhkumların cəzalarının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəm ə kollegiyası hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Məhkum3 müdafiəçiləri Müdafiəçi10, Məhkum2 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarı Məhkum1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin ½ hissəsinin dövlət nəfinə müsadirə edilməsi hissəsində dəyidirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum1 müdafiəçisi Müdafiəçi8 tərəfindən v erilmiş kassasiya şikayəti qismən təmin olunsun. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Məhkum3 müdafiəçisi Müdafiəçi10, Məhkum2 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 1(103)-1947/2023 nömrəli qərarı Məhkum1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin ½ hissəsinin üzərində həbs qoyulması və həmin əmlakın dövlət nəfinə müsadirə edilməsi hissəsində dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü Məhkum1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 2, 41 saylı mənzilin ½ hissəsinin üzərində həbs qoyulması və həmin əmlakın dövlət nəfinə müsadirə edilməsi hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 1(103)-1947/2023 nömrəli qərarı qalan hissədə baxılmış kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar