Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1890/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi X6 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 fevral tarixli, 1(104)-18/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə) 2024-cü il 18 mart tarixli 1(100)-232/2024 nömrəli hökmü ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ni törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə məhkəmə məsrəflərinə və maddi sübutlara aid məsələlər həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X11 və X7 ibarət tərkibdə) 2025-ci 19 fevral tarixli 1(104)-18/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə, cəza hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 29,120.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının həddi azaldılaraq 9 (doqquz) il müddətinə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum arvadı, xx.xx.1999-cu il təvəllüdü Zərərçəkmiş şəxs istifadəsində olan «Azercell» mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə vasitəsilə «WhatsApp» mesajlaşma proqramı ilə istintaqa məlum olan müxtəlif kişilərlə sevgi məzmunlu qarşılıqlı yazışmalarını və telefon danışıqlarını bilərək 01 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndinə gələrək arvadı Zərərçəkmiş şəxs hansı səbəbdən müxtəlif kişilərlə sevgi məzmununda telefon yazışmaları və telefon danışıqlarının olmasını soruşub onunla mübahisə etmiş, Zərərçəkmiş şəxs heç kimi n onun şəxsi işinə qarışa bilməməsini deyərək boşanmaq istədiyini bildirdikdə Məhkum sonuncunu qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlmiş, ondan qisas almaq məqsədi ilə əvvəlcədən babası Əli Əhmədovdan miras qalmış L 55377 nömrəli təklüləli yivsiz odlu ov tüfəngini özü ilə götürərək 07 iyul 2023-cü il tarixdə saat 06 radələrində qayınatası Şahid1 yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evinə gedərək çardağın üzərinə çıxıb qəsdini reallaşdırmaq üçün əlverişli məqam gözləmiş, həmin gün saat 21 radələrində göyərti yığmaq üçün evin bağ sahəsinə keçən Zərərçəkmiş şəxs geri qayıtmasını gözləmiş, təxminən 3-4 dəqiqə sonra sonuncu bağa açılan açıq sarı rəngli dəmir qapıdan çardağın altına daxil olarkən tüfəngin lüləyini Zərərçəkmiş şəxs tuşlayaraq ona ov tüfəngi ilə bir dəfə q arın nahiyəsinə atəş açmaqla döş qəfəsinin ön səthinin sağ yarısında sağ qabırğaaltı nahiyənin, sağ bazu nahiyəsinin yuxarı üçdə birinin iç-ön səthinin, sağ mil sümüyünün qəlpə sınığı ilə müşayiət olunan sağ saidin ön və arxa bayır səthinin qırmalı odlu silah yaralanması olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt odlu silahdan açılan atəş nəticəsində yaranmış partlayış səsini eşidib qızı Zərərçəkmiş şəxs tərəf qaçaraq Şahid1 cəld surətdə zərərçəkmiş qızını qucaqlayıb bədəni ilə onu qorumaq üçün sipər çəkməsi və qışqıraraq qonşuları köməyə çağırması nəticəsində Məhkum ikinci dəfə atəş açmasına mane olması və sonuncunun qəsdini reallaşdıra bilməyəcəyini başa düşüb hadisə yerindən qaçması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən Məhkum qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarında onun iradəsindən asılı olmayan səbəb qaynatasının gəlməsi kimi göstərilsə də, zərərçəkmiş şəxsin atası hadisə yerinə gələnə qədər onun imkanı olmuşdur ki, yenidən zərərçəkmiş şəxsə atəş açsın. Belə ki, onun qaynatası da ifadəsində göstərmişdir ki, o ilk vaxtlarda nə baş verdiyini anla mamışdır. Hətta elə bilmişdir ki, transformator partlamışdır. Qızının qışqırtısından sonra o, qızına tərəf gəlmişdir. Ümumilikdə, ona verilən suala cavab olaraq bildirmişdir ki, onun qızının yanına gəlməsi 2-3 dəqiqə çəkmişdir. Belə olan halda onun kifayət qədər imkanı olmuşdur ki, növbəti atəşi açsın, lakin o, bunu etməmişdir. Göründüyü kimi, onun iradəsindən asılı olmayan hallar olmasa da, o, cinayəti başa çatdırmaqdan könüllü imtina etmişdir. Buna görə də onun törətdiyi əməlin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi yolverilməzdir. Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin konkret niyyətini müəyyən etmək mümkün olmadıqda bu zaman onun əməli konkret baş vermiş hüquqi nəticəyə görə müəyyən edilməldir. Bu səbəbdən onun əməli CM-nin 127-ci maddəsinə tövsif edilməlidir. Bununla y anaşı, onun ifadələrində qeyd etdiyi tuşlayaraq atəş açması da məhkəmə tərəfindən düzgün qiymətləndirilməyib. Belə ki, əgər o tuşlayıb qarnına və ya sinəsinə atış açmışdırsa, bu zaman nədən güllə onun qol nahiyəsinə dəymişdir. Ekspertiza rəyindən də görünür ki, güllə daha çox sağ qol nahiyəsinə dəymişdir və bu səbəbdən qolun mil sümüyünü sındırmışdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, onun iradəsindən asılı olmayan hal olmamış, istintaqın gəldiyi qənaət, yəni qızın atası gəldiyi üçün onun atəş açmaması isə cinayətdən könüllü imtina kimi qiymətləndirilməlidir. Bundan başqa, o, zərərçəkmiş şəxslə notarial qaydada ərizə verilməklə, barışmışdır. Bununla yanaşı, onun iki azyaşlı uşağı var, özü anadangəlmə ürək xəstəsidir, törətdiyi əmələ görə səmimi peşman olmuşdur, yaşayış ye rindən barəsində müsbət xasiyyətnamə verilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci 19 fevral tarixli 1(104)-18/2025 nömrəli qərarının ləğv edilməsini və onun əməlinin Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif edilərək ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Nüşabə Ağayeva kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona sərt cəza təyin edildiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müə yyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə ş ərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçinin, kassasiya şikayətinin təmin ed ilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sür ülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin san ksiyasının ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.2.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 202 4-cü il 18 mart tarixli 1(100)-232/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 fevral tarixli, 1(104)-18/2025 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1890/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1890/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver