Məhkəmə qərarları › İş №1(102)-1891/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1891/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1891/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli, 1(103)-1207/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayət inə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsinda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatdadır. 2. 18 iyun 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 fevral 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 2 ün vanda yerləşən “Playrooms Gameclub” oyun salonuna müştəri qismində daxil olub həmin oyun salonunun “Barcelona” otağında əyləşib oyun oynadıqdan sonra əvvəlcədən aralarında planlaşdırdıqları vəzifə bölgüsünə əsasən həmin gün saat 23 radələrində o, oyun salonunda olan şəxslərin fikrini yayındırmaq məqsədilə həmin otaqdan çıxaraq hesabı ödəmək görüntüsü yaratmaqla oyun salonunun işçisinə yaxınlaşan zaman Aygün Məmmədova əyləşdikləri otaqdan çıxaraq oyun salonunun “Real Madrid” otağına daxil olub həmin otaqdan bir ədəd 400 manat dəyərində “Playstation 4 pro” markalı oyun aparatını üzərində olan qəhvəyi rəngli kağız paketə qoymaqla gizli olaraq talayıb Məhkumla birlikdə həmin oyun salonunu tərk edərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əm lakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2021-ci il tarixdə saat 02:31-də ünvan 3 ünvanda dayanmış Zərərçəkmiş şəxs2 məxsus 2015-ci il buraxılışlı “Toyota Prado” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin alt hissəsində olan səsboğucu qazanı özündə olan vintaçanla açıb ehtiyat hissəsi olan 800 manat dəyərində səsboğuçu katalizatoru üzərində olan hər birinin dəyəri 200 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 2 ədəd nizamlayıcı ilə birlikdə gizli olaraq talayaraq zərər çəkmiş şəxs X1 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 mart 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 4 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2011-ci il burax ılışlı “Toyota Prado” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb həmin avtomobilin alt hissəsində olan səsboğuçu qazanı özündə olan vintaçanla açıb ehtiyat hissəsi olan 400 manat dəyərində səsboğuçu katalizatoru gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-21/2022 nömrəli, 15 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddəti təyin olunmuş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhr um etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-322/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum apellyasiya şikayəti verib, Qarabağ döyüşləri iştirakçısı olduğunu, himayəsində azyaşlı uşağının olmasının nəzərə almaqla, şərti azadlığa buraxılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1207/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-21/2022 nömrəli, 15 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum yeni hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-322/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası ilə qism ən toplanılmış və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası təyin edilmiş, tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə əsasən təyin olunan qəti azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası saxlanılmışdır.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində təyin edilən cəzanın ağırlığı mübahisələndirilir, cəza təyin edilərkən yüngülləşdirici halların nəzərə alınmadığı iddia edilir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 1(103)1207/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarının dəyişdirməsi, yüngülləşdirən hallar nəzərə alınmaqla barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsi xahiş edilir.

9. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşki l etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Məhkum kassasiya şikayətində barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəy işdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1207/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

17. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əs asların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

18. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

19. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönünd ə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

20. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

21. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.

22. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

23. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmə tərəfindən Məhkum təyin edilən cəza - iki il müddətə azadlıqdan məhrum etmə cəzası onun təq sirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddində olmaqla maddi hüquq normalarına uyğundur. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbayc an Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim edilməsi və müvafiq surətdə müdafiəsini qurması üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol veri lmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli, 1(103)-1207/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar