Məhkəmə qərarları › İş №1(102)-1891/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1891/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1891/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili İmanov İsmayıl Tofiq oğlunun iştirakları ilə xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyy əti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən və məruzəçi), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutul an cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 18 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə k üçəsində yerləşən 3 saylı “ASAN” xidmət mərkəzinin inzibati binasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Məmməd» adlı şəxsə 130 manat pul ödəyərək satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 4,745 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükümdə təmiz çəkisi 10,032 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 iyun 2021-ci il tarixdə, saat 23:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxl anılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 4,745 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin və 01 ədəd bükümdə təmiz çəkisi 10,032 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür,yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prot estində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən Məhku m barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmə əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək Məhkum təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum və müdafiəçi İ.İmanovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya in stansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə v ə bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsiz ə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndir ilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı göstərmişdir ki, o, 21 iyun 2021-ci il tarixdə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yaşadığı evdən çıxıb küçədə saxladığı özünə məxsus “Ravon-Neksiya” markalı maşına yaxınlaşmışdır. Həmin vaxt bir neçə nə fər mülki geyimli şəxslər gözlənilmədən yaxınlaşıb cəld hərəkətlərlə onu tutmuş, kimliklərini bilmədiyi üçün o, onu tutanlarla əlbəyaxa olmuşlar və onu tutanlar onu yerə yıxıb sürümüşlər. Onu tutan həmin şəxslərdən biri özünü təqdim edib Şahid2 olduğunu və polis olduqlarını bildirmiş, yalnız bundan sonra o, sakitləşmişdir. Saat təqribən 22-23 radələrində həmin şəxslər onu özlərinə məxsus dövlət qeydiyyat nömrəsini bilmədiyi, “Mitsubişi” markalı cip modelli maşına mindirmiş, dərhal üst-başını axtarmış, heç nə tapa bilmədikdə üzərində olan “Samsunq” markalı telefonunu və idarə etdiyi avtomaşının açarlarını götürmüşlər. Bundan sonra onu “Mitsubişi”-də Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) aparmışlar. O, tutulan vaxt yaşadıqları məhəllədə qonşular da olmuş, lakin o, konkret olaraq hansı qonşunun orada olmasına fikir verməmişdir. Onun narkotik vasitələrlə bağlı aparıldığını desələr də, həmin vaxt onda heç bir narkotik vasitə olmamışdır. Üst-başına baxılması İdarədə də davam etdirilmiş, lakin üstündən siqaretdən başqa heç nə çıxmamış, o cümlədən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin gün buraxılmamış, nahaq yerə döyülmüş, heç bir sənədləşmə aparılmamış və qanunsuz olaraq növbəti günədək BNMİ-nin zirzəmisində saxlanılmışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Məhkum ifadəsinin davamında göstərmişdir ki, növbəti gün, yəni ayın 23-də o, günortaya yaxın Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış, orada Şahid2 ona ittihamda göstərilən narkotik vasitələri təqdim etmiş və təqdim olunanları boynuna götürməsi təklif olunmuşdur. Əməliyatçılar həmin narkotiki maddələrin onun özünə məxsus olduğunu deyəcəyi təqdirdə onu CM-nin 234.1-ci maddəsi ilə, yəni istifadəçi kimi sənədləşdirəcəklərini bildirmişlər. O, polisin vədinə inanmadığından, edilən təkliflə razılaşmamış, onun üzərindən belə bir şeylərin aşkar olunmadığını demişdir. Orada ona qarşı təsir və təzyiqlər başlanılmış, döyülmüş, hətta bədənində yüngül xəsarətlər də əmələ gəlmişdir. Lakin o özü narkotik vasitələrdən istifadə etdiyindən, boynuna götürməyəcəyi təqdirdə ona işgəncə veriləcəyindən qorxaraq təklif olunan narkotik vasitəni boynuna götürmüşdür. Belə ki, o, narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt narkotik vasitə satmamışdır. İttihamda göstərilən narkotik vasitə isə ümuiyyətlə ondan aşkar olunmamışdır. O, saxlanılan gün onun özün də və onun maşınında heç bir narkotik vasitə olmamışdır. Üzərinə baxış keçirilməsi BNMİ-nin təhqiqatçısı tərəfindən videoçəkilişlə aparılmışdır. Çəkiliş iki dəfə olmuşdur. Birinci dəfə təkliflə razı olmadığından çəkiliş yarımçıq dayandırılmış, lakin ikinci dəfə qorxusundan razılaşası olmuşdur. Belə ki, çəkilişdən əvvəl ona boynuna götürəcəyi narkotik maddələr verilmiş, polisin diqtəsi ilə həmin maddələri cibinə qoymuş və çəkiliş zamanı çıxarıb təqdim etmiş, həmçinin öyrədildiyi kimi, təqdim etdiyi narkotik vasitənin özünə məxsus olduğunu, 200 manata “Məmməd” adlı İran vətəndaşından “WhatsApp” proqramı vasitəsilə danışıb aldığını bildirmişdir. Lakin ona qarşı irəli sürülmüş ittihamın məzmununda onun iranlıya 130 manat pul ödədiyi yazılmışdır. Onun üzərində şəxsi axtarış aparılarkən 130 mana t ifadəsi işlətməmiş, polisin öyrətdiyi kimi 200 manat demişdir. Çəkilişdən əvvəl mobil telefonu onun özünə qaytarılmış və o, həmin telefonu da çəkiliş vaxtı çıxarıb təqdim etmişdir. Onun mobil telefonu saxlanıldıqdan sonra sənədləşmə aparılanadək polisdə olmuş, kiminləsə danışılıb danışılmamasından onun xəbəri olmamışdır. O, tutulandan biriki gün sonra yaşadığı ünvanda da axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, o, hadisədən xeyli müddət əvvəl lizinq qaydalarına uyğun “Ravon-Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşın almış, maşını satan Şahid6 adlı şəxslə aralarında olan müqaviləyə əsasən ona aybaay pul ödəmişdir. Həmin maşından o, taksi kimi istifadə etmiş, lakin avtomaşının sahibinə olan borcu saxlanılması ilə əlaqədar tam ödəyə bilməmişdir. O, polis əməkdaşları tərəfindən tutulub aparılarkən onun “Ravon-Neksiya” markalı həmin maşını da polislərdən biri, daha doğrusu Şahid2 Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yanınadək sürmüş, orada saxlayıb adını bilmədiyi başqa birinə vermiş, sonuncu isə idarə edərək Badamdardakı Narkotiklərlə Mübarizə İdarəsinin həyətinə aparmışdır. Həmin avtomaşında, avtomaşına nəzarət edilməsi üçün müasir GPS sistemi quraşdırılmış, nəzarət isə maşını satan Şahid6 mobil telefonunda olmuşdur. Maşının bütün hərəkət sxemi, dayanacaqları çox dəqiqliklə GPS sistemində görünmüşdür. Maşının mühərriki işə salınan kimi GPS avtomatik olaraq işə düşmüşdür. Maşın Narkotiklərlə Mübarizə İdarəsinə aparıldıqdan sonra avtomaşınında axtarış aparılıbaparılmamasından onun xəbəri olmamışdır. Ona məxsus həmin avtomaşının təqribən bir həftə Narkotiklərlə Mübarizə İdarəsinin həyətində saxlanıldığını, sonra isə qohumlarına verildiyini o, sonralar eşitmişdir. Eşitdiyinə görə maşını gedib götürmələri üçün Narkotiklərlə Mübarizə İdarəsindən onun anasına zəng olunmuş, anası isə onun əmisi oğlu X5 demiş və sonuncu qonşuları ilə gedib maşını götürmüş və yaşadıqları ünvana aparmışlar. Təqsirləndirilən şəxs Məhkum ifadəsinin yekununda göstərmişdir ki, o, “kakos” kimi tanınan heroindən və “patı” olaraq tanınan psixotrop maddədən istifadə etmiş, həmin narkotiki və psixotrop maddəni Bakı şəhərinin Yasamal rayonu ərazisində tanımadığı şəxslərdən alıb əldə etmişdir. “WhatsApp” proqramı vasitəsilə narkotik vasitə almağı tərgitmişdir. Belə ki, o, bir dəfə razılaşılan yerə narkotik qoymaları üçün pul köçürmüşdür. Bundan sonra onun gedib narkotiki götürməsi üçün narkotikin qoyulduğu yerin fotoşəkli çəkilməli və ona göndərilməli olduğu halda, aldadılımış, narkotik qoyulmamış və onun pulu batmışdır. Ondan sonra heç vaxt bu yola narkotik almamışdır. Özü narkotikdən istifadə edən olsa da, heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. Özü taksi sürücüsü işləmiş, qazancı yaxşı olmuş və istifadəsi üçün narkotik ala bilmişdir. Narkotik vasitə satmağa ehtiyac olmamışdır. Onun həbsi üçün məhkəməyə aparılarkən o, narkotikin və psixotrop maddənin ona məxsus olmadığını, boynuna götürməsi üçün polis tərəfindən məcbur edildiyini hakimə də danışmış, hətta dövlət hesabına təyin olunan vəkildən də imtina etmişdir. Lakin yekunda iş m aterialları ilə tanış olarkən barəsində qətimkan tədbiri ilə bağlı olan qərarda özünü təqsirli bilməsinin göstərildiyini görmüşdür. İbtidai araşdırma zamanı verdiyi ifadəsində Məhkum göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bildiyini qeyd etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ondan aşkar edilib götürülmüş narkotik vasitəni və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamış və tutulduğu vaxt heç bir yerdə işləməmişdir. O, təxminən iki ilə yaxındır ki, narkotik vasitə hesab edilən heroindən və psixotrop maddə sayılan metamfetamindən istifadə etmişdir. 18 iyun 2021-ci il tarixdə, saat 19 radələrində, Yasamal rayonu, ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin yaxınlığında üzdən tanıdığı İran İslam Respublikasının (bundan sonra: İran və ya İİR) vətəndaşı olduğunu öyrənib bildiyi Məmməd adlı şəxsdən 130 manat pul verərək özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq əynində olan şalvarın sol yan cibinə qoyub yaşadığı evə gəlmişdir. O, aldığı narkotik vasitə heroindən və metamfetamindən bir qədərini istifadə etmiş, qalan maddələri sellofana büküb əynidə olan şalvarın sol yan cibinə qoyub özü istifadə etmək məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs Məhkum tədqiq olunan həmin ifadələrinin davamında göstərmişdir ki, 22 iyun 2021-cı il tarixdə, saat 23:00 radələrində o, yaşadığı ev dən çıxıb evin qarşısında, yəni Yasamal rayonu, X.Mustafayev küçəsi ev 25 ünvanının qarşısında dayanarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, onu Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. 28-cı Polis Bölməsinin xidməti otaqlarının birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı iki ədəd şəffaf selofan bükümdə olan büklünü çıxardıb təqdim etmişdir. Həmin büklünün birində heroin, digər büklüdə isə metamfetamin olmuşdur. O, həmin maddələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 18 iyun 2021-ci il tarixdə, saat təxminən 2 3:00 radələrdə Yasamal rayonu ərazisində yerləşən «ASAN» xidmətin yaxınlığında İran vətəndaşı kimi tanıdığı Məmməd adlı şəxsdən ümumiikdə 130 manata aldığını və özünün istifadə etməsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş iki ədəd şəffaf selefan büklüdə olan maddələr müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib olunan protokol müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs Məhkum tədqiq olunan həmin ifadələrinin yekununda göstərmişdir ki, o, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri özünün istifadəsi üçün alıb əldə etmiş, heç kəsə narkotik vasitə və psixotrop maddə satm amış və ya hədiyyə verməmişdir. O, Yasamal RPİ-nin 28-ci PB-nə aparılarkən və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum tədqiq olunan 24 iyun 2021-ci il tarixli ifadəsinə münasibət bildirib göstərmişdir ki, onun ifadəsi müstəntiq tərəfindən şəxsi axtarış və götürmə barədə protokola uyğunlaşdırılmaqla yazılmış, ondan demək olar ki, heç nə soruşulmamışdır. Kompyüterdə yazılmış həmin ifadələrini isə oxumadan imzalamışdır. Ona görə də ifadəsində narkotik vasitəni 200 manata deyil, 130 manata aldığı qeyd olunmuşdur. Hansı qaydada saxlanılması, hansı qaydada BNMİ-nə aparılması, ona qarşı fiziki və psixoloji təzyiqlər göstərilməsi, narkotik vasitəni və psixotrop maddəni necə bo ynuna götürməsi barədə artıq sərbəst ifadəsinin əvvəlində göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin BNMİnin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 22 iyun 2021-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayon ərazisində dövriyyəsi ilə məşqul olması, yəni üzərində daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı müvafiq sənədləşmə aparılmış, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə elə həmin gün müvafiq qərar qəbul edilmiş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və BNMİnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət ə məliyyat qrupu yaradılmışdır. 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində əməliyyat qrupu ünvan 7 ünvanın yaxınlığında piyada hərəkətdə olan Məhkum saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə aparılmışdır. Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarının birində BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Məhkum şübhəli şəxs qismində tutulmuş, onun, əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Məhkum özünün və vəkili X8 iştirakı ilə videoçəkiliş aparılmaqla Məhkum üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Məhkum da əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərin birinin içərisində olan maddə narkotik vasitə hesab edilən heroin və digər bü kümün içərisində olan maddənin isə psixoitrop maddə hesab edilən metamfetamin olduğunu, həmçinin təqdim etdiyi maddələri dörd gün əvvəl Yasamal rayonu ərzisində yerləşən “ASAN” xidmət mərkəzinin yaxınlığında adını İran vətəndaşı “Məmməd” kimi bildiyi şəxsdən «zakladka» yolu ilə almışdır. Yəni Məhkum deməsinə görə o, İran vətəndaşı ilə mobil əlaqə saxlamış, sonuncu narkotik vasitəni “ASAN” xidmətin yanına atdırmış, o da gedib oradan həmin narkotiki özünün istifadə etməsi məqsədi ilə götürərək üzərində saxlamışdır. Məhkum deməsinə görə o, aldığı narkotik maddələrə 130 manat pul vermişdir. Aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən elektron tərəzidə ayrıayrılıqda çəkilmiş, heroinə bənzər kütlənin təqribən 5 qram, psixotrop maddənin isə bağlama ilə birlikdə təqribən 10 qram, ümumilikdə isə t əqribən 15 qrama olduğu yadında qalmışdır. Şahid2 ifadəsinin davamında göstərmişdir ki, daha sonra Məhkum üzəri axtarılmış, ondan bir ədəd «Samsung» markalı mobil telefon götürülmüş, qanunla qadağan olunmuş başqa bir əşya aşkar edilməmişdir. Təhqiqatçı Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bir ədəd zərfə qoyaraq qabalşdırmış, zərfi möhürləmiş və zərf bütün iştirakçılar, o cümlədən Məhkum özü və vəkili Kərim Bağırov tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş dayandırılmış və şəxsi axtarış və götürmə prosesi barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol da eyni şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsində daha sonra göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımamış, on unla şəxsi münasibəti olmamışdır. Məhkum saxlanıldıqdan sonra BNMİ-nə deyil, birbaşa Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilmişdir. Məhkum saxlanılarkən onun üzərində dərhal şəxsi axtarış aparılmamış, onun mobil telefonu götürülməmişdir. Məhkum onların istifadəsində olmuş nömrəsini və markasını xatırlamadığı şəxsi avtomaşınla 28-ci PB-nə aparılmışdır. Məhkum BNMİ-də olmamışdır. Məhkum mobil telefonu əvvəlcədən götürülməmiş, o, telefonu şəxsi axtarış zamanı çıxarıb təqdim etmişdir. Heydərovun istifadəsində avtomaşın olubolmamasını o, bilməmiş, polis əməkdaşları tərəfindən onun avtomaşını BNMİ-nə və ya Yasamal RPİ-nin 28-ci PB-nə aparılmamış, onlar tərəfindən onun Məhkum maşınına baxış keçirilməmişdir. 22 iyun 2021-ci il tarixdə Məhkum qanunsuz olaraq kül li miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olsa da, həmin istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindəonun narkotik vasitə hesab edilən heroini və psixotrop maddə hesab edilən metamfetamini satdığı konkret şəxsləri və ya belə şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, həmçinin göstərmişdir ki, Məhkum daxil olmuş əməliyyat məlumatına əsasən saxlanıldıqdan sonra birbaşa Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış, təhqi qatçı dəvət olunmuş və orada Məhkum üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Məhkum BNMİ-yə aparılmamışdır. Məhkum özünün maşını olmamış, onlar tərəfindən Məhkum maşını BNMİ-nə və ya Yasamal RPİ-nin 28-ci PB-nə aparılmamış və ya onun maşınına baxış keçirilməmişdir. Məhkum saxlanılarkən və ya 28-ci PB-nə aparıldıqdan sonra üzərində qeyri-rəsmi heç bir axtarış aparılmamış, ondan heç nə götürülməmiş, ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmiş, zorla ona hər hansı narkortik vasitə və ya psixotrop maddə verilməmiş və boynuna alması tələb edilməmişdir. Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Yasamal rayonu ərazisində satışı ilə məşqul olması barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitə hesab edilən heroini və psixotrop maddə hesab edilən metamfetamini satdığı konkret şəxsləri və ya belə şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum 22 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində ünvan 8 ünvanın qarşısında narkotik vasitələri üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb, Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış, üstündə şəxsi axtarış aparılarkən Məhkum əynindəki qara rənglı şalvarının sağ yan cibindən bır ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqdim olunan şübhəli maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və heroin narkotik vasitəsinə şübhəli maddənin 5,38 qram, metamfetamin psixotrop maddəsinə şübhəli maddənin isə 10,77 qram olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun şalvarının sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilib götürülmüşdür. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, sorğu zamanı Məhkum üzərində aşkar edilmiş narkotik maddələri 4-5 gün əvvəl Yasamal rayonu ərazisində yerləşən “Asan” xidmət mərkəzinin yaxınlığında İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsin vasitəsi ilə özünün istifadəsi ü çün alıb əldə etdiyini bildirmişdir. Daha sonra həmin protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış və götürmə aparılarkən təqdim etdiyi heroin narkotik vasitəsinə bənzər maddə və metamfetaminə psixotrop maddəsinə bənzər maddə qablaşdırılmış, zərfin üzəri iştirakçı polis əməkdaşları, Məhkum özü və sonuncunun müdafiəçisi Kərim Bağırov tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, yekunda təhqiqatçı Nizami Omarov tərəfindən müvafiq protokol tərtib edilmiş və həmin protokol elan olunmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışvə götürmə aparılarmasının gedişatı texniki vasitə kimi «SONY» markalı videokameradan istifadə olunmaqla videolentə alınmış və elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “CD” formatlı diskə köçürülərək pr otokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd “CD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxılan həmin diskin yaddaşında 01 ədəd fayıl olduğu müəyyən edilmişdir, fayılda olan videogörüntü 23 iyun 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntülərdən görünür ki, baxış keçirilməsi Yasamal RPİ-nin 28-ci PB-nin xidməti iş otağında aparılır, baxışda Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X6, BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid2, həmin İdarənin əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs qismində tutulmuş Məhkum və onun müdafiəçisi X12 iştirak edir. Şübhəli şəxs Məhkum h üquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olubolmaması soruşulduqda Məhkum Dadaş oğlu əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Məhkum bildirir ki, onun üzərindən aşkar edilmiş bükümklərin birinin içərisində narkotik vasitə hesab edilən heroin, digər bükümün içərisində isə psixotrop maddə hesab edilən metamfetamin vardır. Həmin narkotik vasitəni və psixotrop maddəni o, dörd gün əvvəl Yasamal rayon ərazisində yerləşən “Asan” xidmət mərkəzinin yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan “Məmməd” adlı şəxsdən özü istifadə etmək məqsədi ilə almış və üzərində saxlamışdır. Həmçinin protokoldan görünür ki, bundan sonra şəxsi axtarış və götürməni aparan təhqiqatçı X1 Rasim Əlibal a oğlunun üzərinə baxış keçirir, lakin baxış zamanı hər hansı bir əşya aşkar edilmir. Bundan sonra Məhkum üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılır, bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokol və zərfin üzəri Məhkum və iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyun 2021-ci il tarixli və təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd “CD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protkolların müqayisəli təlqiqi zamanı müəyyən edilmişdir ki, “şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda Məhkum iki ədəd bükümdə olan şübhəli maddələri əynində olan şal varının sağ yan cibindən çıxarıb təqdim etməsi göstərilsə də, diskə baxış protokolunda Məhkum qeyd olunan maddələri sol yan cibindən çxarıb təqdim etdiyi qeyd olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, “şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda Məhkum təqdim etdiyi maddələrin elektron tərəzi vasitəsi ilə çəkilməklə çəkilərinin müəyyənləşdirilməsi, şəxsi axtarış prosesində sonuncunun şalvarının sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonun aşkar edilib götürülməsi göstərilsə də, qeyd olunan bu iki məsələ “CD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protkolun məzmununda ümumiyyətlə yer almamışdır. Məhkəmə baxışı zamanı 01 ədəd CD formatlı diskə yüklənmiş təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış və g ötürmə aparılması prosesinin videogörüntüləri nümayiş olunmuş və müəyyən edilmişdir ki, CD formatlı diskdə olan videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyun 2021-ci il tarixli və «CD diskə baxış keçirilməsi haqqında” 24 iyun 2021-ci il tarixli protokolların məzmunu il oxşar olsa da, videogörüntülərlə protokolların məzmunu arasında ziddiyyətlər də mövcuddur. Belə ki, videogörüntülərlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum şübhəli maddələri təqdim edərkən həmin maddələri 4-5 gün əvvəl iranlı “Məmməd” adlı şəxsin vasitəsilə 200 manata alıb əldə etdiyini göstərsə də, “200 manata alıb əldə etdiyi” ifadəsi protokollarda qeyd olunmamış, axtarış nəticəsində şalvarının qabaq sol cibindən bir ədəd “Samsung” markalı mobil t elefonun aşkar edilib götürülməsinə baxmayaraq, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda “Samsung” markalı mobil telefonun Məhkum sol arxa cibindən aşkar edildiyi göstərilmiş, «CD diskə baxış keçirilməsi haqqında” 24 iyun 2021-ci il tarixli protokolda isə Məhkum mobil teldefon, o cümlədən “Samsung” markalı mobil telefonun götürüldüyü ümumiyyətlə qeyd olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs Məhkum yaşadığı ünvan 9 ünvanında keçirilmiş axtarış və götürmə haqqında tərtib olunan 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti nəticəsində ünvanda hər hansı qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə və ya psixotrop maddələr aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq e dilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 6/2557 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Məhkum şəxsi axtarış zamanı təqdim etdiyi...” və s. yazılar, imzalar olan kağız paketdə 01 ədəd bükümdə olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir, təmiz çəkisi 10,032 qram təşkil edir, 01 ədəd bükümdə olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 4,745 qram təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş narkoloji ekspertizasının 24 sentyabr 2021ci il tarixli, 3610 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan as ılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-texniki ekspertizasının 30 iyul 2021-ci il tarixli, 5/689 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsunq Galaxy A 10s” markalı, “SM-A107F modelli “**********63816, **********13814” “imei” kodlu mobil smartfon tədqiqat zamanı işlək vəziyyətdə olmuş, lakin rəyin «Tədqiqi hissəsi»nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək və təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizli yin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların mü əyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təh lil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının və Qanununlarının, Avropa Konvensiyasının və s. tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxs Məhkum hələ saxlanılarkən kobud qanun pozuntularına yol verilmiş, Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 22 iyun 2021-ci il tarixli qərarın 5-ci bəndinin və Azərbaycan Respublikası DİN-nin BNMİ-i üzrə «əməliyyat qrupunun yaradılması haqqında» Ə157-008- 21 saylı, eyni tarixli əmrin məzmunundan görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edib saxlaması barədə daxil olmuş məlumat yoxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid2 (qrupun rəhbəri) və həmin İdarənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliy yat qrupu yaradılmış və həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi məhz qeyd olunan iki nəfər əməliyyatçıya həvalə edilmişdir. İstər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı dindirilmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 «əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərara və müvafiq əmrə uyğun olaraq təqsirləndirilən şəxs Məhkum ətrafında keçirilmiş əməliyyat tədbirində ikisindən başqa qeyri əməkdaşların iştirak etmədtiyini, sonuncunun 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində əməliyyat qrupunun üzvləri olaraq ikisi tərəfindən saxlanılıb Yasamal RPİ-nin 28-ci PB-nə aparıldığını ifadələrində göstərmişlər. Lakin məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Məhk um məhkəmə baxışı zamanı verdiyi ifadəsində 22 iyun 2021-ci il tarixdə, saat təqribən 22-23 radələrində yaşadığı evin qarşısında küçədə saxladığı özünə məxsus “Ravon-Neksiya” markalı maşına yaxınlaşarkən gözlənilmədən saylarını dəqiq bilmədiyi, lakin təqribən 8-10 nəfər mülki geyimli şəxslərin ona yaxınlaşıb cəld hərəkətlərlə onu tutmalarını, kimliklərini bilmədiyi üçün onlarla əlbəyaxa olduğunu, onu yerə yıxıb sürümələrini, amma həmin vaxt onu tutuan şəxslərdən Şahid2 adlı birinin özünü təqdim edib, polis olduqlarını ona dediyini, yəni onu saxlayanların iki nəfər deyil, qat-qat çox olduqlarını göstərmişdir. Təqsirləndirilən şəxs Məhkum qeyd olunan xüsusatla bağlı göstərdiklərini məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasənda iş üzrə əlavə şahid olaraq dindirilən Şahid3 (təqsirl əndirilən şəxsin anası) və Şahid5 bir daha təsdiq etmişlər. Şahid3 oğlu Məhkum təqribən 10-12 nəfər tərəfindən aparıldığını qohumlarından eşitdiyini qeyq etmiş, Şahid5 isə Məhkum təqribən 10-12 nəfərin döyə-döyə aparmalarını şəxsən gördüyünü, danışıqlardan həmin şəxslərin BNMİ-nin əməkdaşları olduqlarını öyrəndiyini göstərmişdir. Qeyd olunan şahid ifadələri də, Məhkum yaradılmış əməliyyat qrupunun üzvləri olan iki nəfər polis əməkdaşı tərəfindən deyil, daha çox polis əməkdaşı tərəfindən saxlanılıb aparıldığını bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilən təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadəsində 22 iyun 2021-ci il tarixdə, saat təqribən 22-23 radələrində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polislər onu özlərin ə məxsus dövlət qeydiyyat nömrəsini bilmədiyi, “Mitsubişi” markalı cip modelli maşına mindirmiş, dərhal üst-başını axtarmış, heç nə tapa bilmədikdə üzərindən onun idarə etdiyi avtomaşının açarlarını götürmüş və onu “Mitsubişi”-də Yasamal RPİ-nin 28-ci PB-nə deyil, birbaşa BNMİ-nə aparmışlar. Təqsirləndirilən şəxs Məhkum, həmçinin ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən tutulub aparılarkən onun lizinq qaydalarına uyğun alıb idarə etdiyi, sahibi tərəfindən CPS cihazı ilə təmin olunmuş “Ravon-Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşın həyətlərində olmuş, həmin maşını Şahid2 adlı polis Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yanınadək sürmüş, orada isə saxlayıb adını bilmədiyi başqa birinə vermiş, sonuncu isə onun maşınını idarə edərək BNM İ-nin həyətinə aparmışdır. Lakin məhkəmə baxışı mərhələsində iş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində təqsirləndirilən şəxs Məhkum daxil olmuş əməliyyat məlumatına əsasən yaşadığı evin qarşısında saxlayıb BNMİ-nə deyil, birbaşa Yasamal RPİ-nin 28-ci PB-nə apardıqlarını göstərsələr də, 22 iyun 2021-ci il tarixdə Məhkum məxsus hər hansı markadan olan avtomaşını BNMİ-nə və ya Yasamal RPİ-nin 28-ci PB-nə apardıqlarını ümumiyyətlə inkar etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində Məhkum polis əməkdaşları tərəfindən BNMİ-nə aparılmasından dərhal sonra, sonuncunun günü 25 manat ödəməklə idarə etdiyi “RavonNeksiya” markalı avtomaş ını apardıqlarını göstərmişlər. Şahid3 ifadəsində oğluna məxsus avtomaşını polis əməkdaşı olan Şahid2 sürüb apardığını, hətta avtomaşını idarə etməyə başlayarkən sürətlə idarə etdiyindən ətrafdakılara ziyan vura biləcəyini göstərmişdir. Şahid5 ifadəsində hətta polis tərəfindən avtomaşının aparılmasına etirazını bildirdiyini, lakin polislərdən birinin “maşın getməlidir” deməklə avtomaşını sürüb apardıqlarını göstərmişdir. Şahidlər Şahid3, Şahid4 və Şahid5 Məhkum məxsus avtomaşının bir neçə gün BNMİ-nin həyətində qaldığını və qonşu İlqar adlı şəxs də daxil olmaqla onların birlikdə gedib həmin avtomaşını BNMİ-nin həyətində işə salıb Məhkum və özlərinin yaşadıqları məhəlləyə apardıqlarını təsdiq etmişlər. İş materiallarından görünür ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində özünə məxsus “Ravon-Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşın təqsirləndirilən şəxs Məhkum kirayəyə verdiyini, avtomaşına CRS sistemi quraşdırıldığını, maşını GPS proqramı vasitəsi ilə özünün mobil telefonunda izlədiyini göstərmiş, kirayə haqqı ilə bağlı maşını izləyərkən maşının Badamdar qəsəbəsində BNMİ-nin həyətində olduğunu müəyyən etdiyini, özünün BNMİ-nə yaxınlaşıb maraqlandıqda maşının İdarənin həyətində olduğunu öyrəndiyini, həftənin üçüncü günü GPS-lə təkrar maşını izlədikdə isə maşının Yasamalda Xıdır Mustafayev küçəsində, yəni Məhkumgilin küçəsində olduğunu gördüyünü təsdiq etmişdir. Bundan başqa, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi GPS.az şirkəti tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 21-098 saylı hesabatla **-ZN- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 23 iyun 2021-ci il tarixdə, saat 00:52:20-dən 29 iyun 2021-ci il saat 20:30:15-ədək Bakı şəhəri, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, yəni BNMİ-nin inzibati binasının yerləşdiyi küçədə 6 gün hərəkətsiz dayandırılmış vəziyyətdə olduğunu, yalnız 29 iyun 2021-ci il saat 20:38:46-da isə Xıdır Mustafayev küçəsində, yəni təqsirləndirilən şəxs Məhkum yaşadığı ünvanda olduğunu, bu xüsusat üzrə dindirilmiş şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6 ifadələrinin həqiqətə uyğunluğunu, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 isə bilə-bilə yalan ifadə verdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum ətrafında keçirilməli olan əməliyyat-axtarış tədbirləri ilə bağlı qəbul edil miş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 22 iyun 2021-ci il tarixli qərarın 3-cü bəndində Məhkum olduğu yerin müəyyən edilməsinin, tutulduqdan sonra üstünün yoxlanılmasının və polis orqanına gətirilməsinin nəzərdə tutulması ilə yanaşı, həm də onun nəqliyyat vasitəsinin müşahidəsinin aparılması və hətta nəqliyyat vasitəsinə baxış keçirilməsi də nəzərdə tutulmuşdur. Lakin təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş “Ravon-Neksiya” markalı, **AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının 22 iyun 2021-ci il tarixdə BNMİ-nin polis əməkdaşları tərəfindən Məhkum yaşadığı ünvandan götürülüb BNMİ-nin inzibati binasının yerləşdiyi ünvana aparılmasına və həmin ünvanda 6 gün müddətində hərəkətsiz saxlanılmasına baxmayaraq, avtomaşına qanuni əsaslarla hər hansı formada baxış keçirilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanının sübutlar siyahısında məhkəməyə təqdim etdiyi Məhkum əməliyyatçılar tərəfindən saxlanılması barədə BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid2 BNMİ-nin rəisinə ünvanladığı 22 iyun 2021-ci il tarixli raportda, Məhkum saat 23:35-də şübhəli şəxs qismində tutulması haqqında 22 iyun 2021ci il tarixli protokolda, Məhkum üzərində 23 iyun 2021-ci il tarixdə, saat 00:20-dən saat 00:32-dək şəxsi axtarış aparılmasını nəzərdə tutuan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokolda, həmçinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrində təqsirləndirilən şəxs Məhkum sonuncular tərəfindən saxlanıldıqdan sonr a dərhal Yasamal RPİ-nin 28-ci PB-nə aparıldığı qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum bu xüsusatı tamamilə inkar etmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, Rasimin aparıldığını görüb onun telefonuna zəng etmiş, zəngə özünü BNMİ-nin əməkdaşı Səttar kimi təqdim edən şəxs cavab vermiş və Rasimin telefonunun onda olduğunu bildirmişdir. Səttar adlı şəxs hələ həmin vaxt orada hadisə yerində olmuş, qızı, “qardaşımın telefonu sizdə nə edir?” deyib qardaşına məxsus “Samsung” A3 markalı telefonu Səttardan almaq istədikdə sonuncu qızına qarşı zor tətbiq edib telefonu verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində qohumu Məhkum 22 iyun 2021-ci il tarixdə, saat təxminən 23 radələrində saxlanıldıqdan sonra Yasamal R Pİ-nin 28-ci PB-nə deyil, birbaşa BNMİ-nin inzibati binasına aparıldığını, orada saxlanıldığını, yalnız növbəti gün gündüz Yasamal RPİ-nin 28ci PB-nə bir daha təsdiq edərək Rasimin saxlanılmasından sonra özünün istifadəsində olan ***-***-**-** və yaxud ***-***-**-** mobil telefon nömrəsi ilə Rasimin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini, telefona BNMİ-nin əməkdaşı Şahid2 cavab verdiyini, Rasimə necə kömək etmək ətrafında bir neçə dəfə Səttarla zəngləşib söhbət etdiyini, sonuncunun onlardan 30.000 manatdan 10.000 manatadək müxtəlif məbləğlərdə rüşvət istədiyini, 23 iyun tarixdə səhər BNMİ-nin qarşısına gedib Rasimin orada olduğunu öyrəndiyini, Səttar «Prado» markalı maşınla işə gələrkən BNMİ-nin qapısının ağzında onunla görüşdüyünü, Şahid2 son sözünün 10.000 ma nat olduğunu, tanışının məsləhəti ilə 5000 manatı toplayanacan Rasimin artıq Yasamal RPİ-nin 28-ci PBnə aparıldığı öyrəndiyini bildirilmişdir. Şahid4 ifadəsində Səttarla danışmaq üçün yalnız «WhatsApp»la Rasimin telefonuna zəng etdiyini, telefonun Səttarda olduğunu və zənglərə sonuncunun cavab verdiyini göstərmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ******-**-** saylı və Şahid4 ifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinin 22 iyun 2021-ci il tarixdə, saat 22:00-dan 23 iyun 2021-ci il tarixə, saat 00:00- dək olan müddət ərzindəki əhatə dairəsi, həmin mobil nömrələrə daxil olan və nömrələrdən çıxan zənglər barədə məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. İş materiallarından görünür ki, mə hkəmə araşdırması ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla 22 iyun 2021-ci il tarixdə, saat 23:12:02-dən, yəni o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sorğu olunan vaxtadək GPRS (internet, paketli radio rabitə) üzərindən 4.767 saniyə danışıq aparılmış və mobil nömrə həmin müddətdə əvvəlcə Nəsimi, saat 23:35-dən sornra isə Yasamal rayonlarının əhatə dairəsində olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış aparılması Yasamal RPİ-nin 28-ci PB-də 23 iyun 2021- ci il tarixdə, saat 00:20-də başlanmış və saat 00:32-dək, yəni 12 dəqiqə ərzində davam etmişdir. Həmin pr otokoldan görünür ki, şəxsi axtarışın aparıldığı 12 dəqiqə ərzində təqsirləndirilən şəxs Məhkum üzərində olan narkotik vasitəni və psixotrop maddəni çıxarıb təqdim etmiş, elektron tərəzidə çəkilməklə hər iki şübhəli maddənin miqdarı müəyyənləşdirilmiş, bundan sonra Məhkum üzərində şəxsi axtarış keçirilmiş, onun şalvarının sol arxa cibindən bir ədəd «Samsung» mobil telefon aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs Məhkum üzərində «Şəxsi axtarış və götürmə aparılmasıhaqqında” 23 iyun 2021-ci il tarixli protokolun və məhkəmə baxışı zamanı nümayiş olunan şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən videogörüntülərin müqayisəli təhlili göstrir ki, tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokol videogörüntülərə uyğunlaşdırılmaqla tərtib edilmişdir. Lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ******-**-** saylı mobil telefona dair "xxxx" MMC-dən götürülmüş məlumatlarla müəyyən edilmişdir ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla 22 iyun 2021-ci il tarixdə, saat 23:50:00-dan başlayaraq GPRS (internet, paketli radio rabitə) üzərindən fasiləsiz olaraq 2489 saniyə (41,4 dəqiqə) danışıq aparılmışdır ki, qeyd olunan bu müddət təqsirləndirilən şəxs Məhkum üzərində 23 iyun 2021-ci il tarixdə şəxsi axtarışın aparıldığı saat 00:20-dan saat 00:32-dək olan müddəti də əhatə edir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında 03 iyun 2022-ci il tarixli məhkəmə iclasında qəbul edilmiş müvafiq qərarından müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sorğu verilməklə təqsirləndirilən şəxs Məhkum BNMİ-nin əməkdaşları tərəfindən 22 iyun 2021-ci il tarix də daxil olmaqla Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə aparılıb-aparılmaması, aparıldığı təqdirdə hansı tarixdə və vaxtda aparılması, qeydiyyata alınıb-alınmaması, həmçinin 28-ci Polis Bölməsinə aparılma əsasları barədə məhkəməyə rəsmi arayış verməsi tələb olunmuşdur. Yasamal RPİnin 28-ci PB-si 22 iyul 2022-ci il tarixli məktubla təqsirləndirilən şəxs Məhkum ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı Azərbaycan Respublikası DİN-nin BNMİ-nə müraciət etməyi məhkəməyə məsləhət görmüşdür. Bundan sonra 08 avqust 2022-ci il tarixli sorğu ilə Bakı şəhər BPİ-nə, Yasamal RPİyə və RPİ-nin 28-ci Polis Bölməsinə eyni xahişlə təkrar müraciət olunmuş, həmçinin Yasamal RPİ-nin 28ci PB-nin 22 iyul 2022-ci il tarixli məktubla verdiyi cavaba məhkəmə öz münasibətini bildirmişdir. Qeyd olunanlara baxmayaraq, Yasamal RPİ-nin 28-ci Polis Bölməsindən təkrar sorğuya verilən 16 avqust 2022-ci il tarixli cavabdan görünür ki, Polis Bölməsinin vəzifəsi Bölməyə gətirilən şəxslər üzərində prosessual hərəkətlərin aparılması üçün yalnız xidməti otaq təmin etməkdən ibarət olmuş, gətirilən şəxslər barədə heç bir qeydiyyat aparılmamışdır. Həmin məktubla məhkəməyə edilən «tövsiyə»dən görünür ki, Məhkum 22 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirilib-gətirilməməsini və gətirilmə əsaslarını aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası DİN-nin BNMİ-nə müraciət olunmalıdı r. Hansı ki, işdə olmaqla məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin rəisinin imzası ilə Yasamal RPİ-nin rəisinə ünvanlanmış 008-xx-xx-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilinən Məhkum Yasamal RPİ-nin Müvəqqəti Saxlama Yerində (MSY) saxlanılmasından ötrü müraciət edilmişdir. Qeyd olunanlara məsul olan Yasamal RPİ-nin 28-ci Polis Bölməsindən məhkəmə sorğularına uyğun cavablar verilməli olduğu halda, belə cavab verilməmiş, lakin Bakı şəhər BPİ 28 avqust 2022-ci il tarixli məktubla Məhkum 22 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin inzibati ərazisində saxlanılıb həmin PB-nə aparı lması, orada baş idarənin əməkdaşları tərəfindən müvafiq sənədləşmənin aparılması və aidiyyatı üzrə iəhvil verilməsi barədə ümumi sözlərlə məhkəməyə məlumat vermiş, amma bunu təsdiq edəcək heç bir sənədi məktuba əlavə etməmişdir. Bununla belə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, Məhkum 18 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı “ASAN” xidmət mərkəzinin inzibati binasının yaxsınlığında şəxsiyyəti müəyyənləşdirilməmiş «Məmməd» adlı şəxsə 130 manat pul ödəməklə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə çəkisi 4,745 qram olan külli miqdarda heroin narkotik vasitəsini və bir ədəd bükümdə çəkisi 10,032 qram olan külli miqdarda metamfetamin psixotr op maddəsini əldə edib üzərində saxlamaqla daşıması və 22 iyun 2021-ci il tarixdə, saat 23:00 dəqiqədə Azərbaycan Respublikası DİN-nin BNMİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına aparılması, orada üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitənin və psixotrop maddənin külli miqdarda aşkar edilib ondan götürülməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə qarşı toplanmış sübutlar Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbl ərinin pozulması ilə əldə olunduğundan məhkəmə baxışı zamanı araşdırılan həmin sübutlar, təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdı r. Həmçinin qeyd olunur ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş s übutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə d əqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə mü vafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr Məhkum xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəm ə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Məhkum özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhk um Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təs bit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət m ühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar