Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1891/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Mirişli Mirtağı Miriş oğlunun iştirakları il ə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 1(101)-134/2022 nömrəli (hakimlər: Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət məhkəmə tərkibdə) hökmü ilə 12 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaq la, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 3 noyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə həmçinin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da təqsirli bilərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə xərcləri məsələsi həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Hacıbalayev Hücrəddin Seyfəddin o ğlu, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Şəfiyeva Gülsabah Nəsib qızı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli 1(103)99/2023 nömrəli (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə i lə təqsirli bilinib ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə CM-in 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla ona qəti olaraq 9 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökm həmçinin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə də dəyişdirilmişdir. Qərardan dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Üzrə şöbəsinin p rokuroru, Təranə Məmmədova tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli 1(102)-1864/2023 nömrəli (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2023-cü il tarixli 1(103)-2133/2023 nömrəli (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsi ilə), Kazımov Elşən Cələddin oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 206.3.2ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinib ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə CM-in 234.1, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışd ır. Hökm həmçinin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə də dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəsissəsindən daxil olmuş 7 oktyabr 2024-cü il tarixli ərizə ilə Məhkum məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1891/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1891/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver