Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1892/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə və məhkumun m üdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), İlkin Abdullayev və Cəlil Nəbiyev) 1(099)138/2021 saylı, 07 aprel 2021-ci il tarixli hökmü ilə xx xxxx 1989-cu ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, A.Mustafayev küçəsi ev 36-da qeydiyyatda olmaqla Biləsuvar şəhəri, S.Vurğun küçəsi ev 74-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə t əqsirli bilinərək, 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum bacısı X2 qeyri-rəsmi nikahda olub boşandığı əri X6 tərəfindən ailənin dağılmasının əsas səbəbkarı kimi qəbul edilib mütəmadi nalayiq ifadələrlə təhqir olunması və 06 avqust 2020-ci il tarixdə yenidən Elxan Vəliyevin sərxoş vəziyyətdə zəng edib onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən sonuncu ilə münasibətləri birdəfəlik aydınlaşdırmaq üçün aralarındakı razılaşmaya əsasən həmin gün saat 21 radələrində idarə etdiyi “VAZ-2107” markalı, “T034UO-26” Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində “Platina” adlanan əraziyə gəlib Elxan Vəliyevi gözləmiş, lakin sonuncu həmin ünvana gəlmədiyindən və arzuolunmaz hadisənin baş verməsinin qarşısı alınması məqsədilə Elxan Vəliyevin əraziyə gələn dostları onu sakitləşdirdiyi üçün avtomobillə Biləsuvar şəhərinə doğru qayıdarkən hərəkətdə olan zaman Elxan Vəliyev yenidən dəfələrlə ona zəng edib nalayiq ifadələr işlədərək görüşməyə təkid etdikdə sonuncuya Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Ucuzluq Univermağı”nın qarşısında olduğunu bildirmiş, bir neçə dəqiqə sonra, saat 22 radələrində idarə etdiyi “Kia Sportage” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı maşınla həmin yerə gələn Elxan Vəliyev ondan avtomobilə əyləşməsini tələb etdikdə, o, buna məhəl qo ymayıb Elxan Vəliyevi şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək bu niyyətlə sonuncunun avtomobilinin sol ön qapısını açıb öz avtomobilində saxladığı, soyuq silah hesab edilməyən bıçaqla sükan arxasında əyləşmiş Elxan Vəliyevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə ölümünə səbəb olan ürəyin və dalağın zədələnməsi nəticəsində əmələ gələn daxili və xarici qanitirməsi ilə nəticələnən, döş qəfəsinin ön divarının daxilə keçən və ürəyi zədələyən, qarının sol tərəfinin daxilə keçən və dalağı zədələyən, qarının ön divarının daxilə keçən, lakin daxili üzvləri zədələməyən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran cəmi 3 ədəd xəsarət yetirərək Elxan Vəliyevi qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən), Rafiq Cəfərov və Elşad Əliyev) 1(106)-573/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi2 o nunla əsaslandırır ki, apelyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almış, lakin yuxarıda qeyd olunan xüsusatların təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi, iş üzrə şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilməsinə baxmayaraq, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməmişdir. Müdafiə tərəfi olaraq, məhkəmə kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmır. Ona görə ki, qeyd edilən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsi cinayət işinin materialları ilə tam sübuta ye tirilir. Eyni zamanda qeyd edilən cinayətin Məhkum tərəfindən zərərçəkmiş şəxs Elxan Vəliyevin əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsi istisna olunmur. Məlikəmə kollegiyası bu xüsusata ümumiyyətlə qiymət verməmiş, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsini yüngülləşdirici hal kimi nəzərə almamış və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 60.1-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olar aq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X3 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili məhkəmələ r tərəfindən cinayət əməlinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsi kimi halı nəzərə alınmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Məhkəmə kollegiyası məhkumun cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi ilə əl aqədar ona cəzanın Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməli olduğuna dair kassasiya şikayətinin dəlili əsaslı hesab etmir. Belə ki cinayət işinin materiallarından görünür ki, Məhkum zərərçəkmişlə görüşən zaman, yəni cinayətdən bilavasitə əvvəl və cinayət törətdiyi vaxt sonuncu ona qarşı hər hansı bir qanunsuz və əxlaqsız hərəkət etməmişdir. Məhkəmə kollegiyası işin halları nəzərə alaraq nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hadisədən əvvəl təqsirləndirilən şəxsin ünvanına telefonla söyüş söyməsi cinayətin qisas motivi ilə törədilməsi və buna görə təqsirləndirilən şəxsin əməlinin məhz CM-in 120.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsas kimi çıxış etsə də, həmin hala görə ona Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsi il cəzanın təyin edilm əsi üçün əsas vermir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 12 (on iki) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halları n olmasını müəyyən etməsələr də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter v ə başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş dən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1892/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1892/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver