Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1892/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Əliyev Həbib Əli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 17 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi H.Ə.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum, xx xxxxx 1971-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı Qarnizonu Hərbi Tribunalının 1 noyabr 1995-ci il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 88-1 və 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 19 dekabr 1999-cu il tarixli qərarı ilə dövlət əmlakını mənimsəməsi əməli 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-in 93-3-cü maddəsinin 3-cü hissəsinə tövsif edilərək həmin maddə əsasında ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 17 fevral 2000-ci il tarixdə CM-in (köhnə redaksiyada) 50-2-ci maddəsinə əsasən 2 (iki) il 8 (səkkiz) ay 11 (on bir) gün müddətə əməyə mütləq cəlb edilməklə şərti olaraq cəzadan azad olunmuş, Binəqədi Rayon Məhkəməsinin 2 sentyabr 200 2-ci il tarixli hökmü ilə CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 31 may 2008-ci ildə cəzasının sonu ilə azad olunmuş, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs və başqası ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən danışaraq razılıq əldə etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın niyyəti ilə planlaşdırıb qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində Məhkum idarə etdiyi «BMW» minik markalı Az **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobill ə ünvan 3 ünvanında yerləşən yaşayış binasının həyətinə gələrək həmin binada 44 nömrəli mənzildə yaşayan, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs mənzilə gəlişini müşahidə edib məlumat vermək və sonuncunun külli miqdarda əmlakını ələ keçirdikdən sonra birlikdə hadisə yerindən uzaqlaşmaq üçün X10 və qrupun digər üzvü ilə birlikdə avtomobildə, Təqsirləndirilən şəxs isə yaşayış binasına daxil olaraq 44 nömrəli mənzilin yerləşdiyi blokda gözləmiş və həmin gün saat 12:40 radələrində Zərərçəkmiş şəxs əlində tutduğu kompüter çantası ilə həyətə daxil olub bloka doğru hərəkət etdiyini müşahidə edən başqa şəxs Məhkum mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng vurub bu barədə onu məlumatlandıraraq basqın üçün hazırlaşmasına dair xəbərdarlıq etmiş, bu zaman Məhkum ətrafa nə zarət etmək və zərurət olarsa, xəbərdarlıq etmək üçün avtomobili tərk edib yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, başqa şəxs isə «BMW» markalı Az **-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək hadisə yerindən maneəsiz şəkildə uzaqlaşmaq üçün hadisə yerinin yaxınlıqdakı həmin rayonun Ülvi Bünyadzadə küçəsi 8 ünvanında yerləşən Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb gözləmiş, bu zaman Təqsirləndirilən şəxs qeyd olunan binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən pilləkənlərlə yuxarı qalxan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona yumruqla qəsdən çoxsaylı zərbələr vuraraq alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz q apağının cırılmış- əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş - cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oynağının sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək içərisində Zərərçəkmiş şəxs məxsus milli valyuta ilə 5540 (beş min beş yüz qırx) manat ekvivalentində 200000 (iki yüz min) Rusiya rublu, 365500 (üç yüz altmış beş min beş yüz) manat ekvivalentində 215000 Amerika Birləşmiş Ştatları dolları və 108000 (bir yüz səkkiz min) manat məbləğində pul vəsaiti olan 35 (otuz beş) manat dəyərində kompüter çantasını Zərərçəkmiş şəxs əlindən alıb binanı tərk edərək həyətdə onu gözləyən Məhkum yaxı nlaşaraq birlikdə «BMW» markalı Az **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerini tərk edib uzaqlaşmaq məqsədi ilə ardıcıllıqla ünvan 4 ünvanında yerləşən Əbu Bəkr məscidinə doğru piyada hərəkət etmiş və bütün bu müddət ərzində qeyd olunan avtomobillə ərazini müşahidə edən başqa şəxsin onlara yaxınlaşmasından sonra Məhkumla birgə həmin avtomobilə əyləşib ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, onun külli miqdarda, yəni 479075 (dörd yüz yetmiş doqquz min yetmiş beş) manat məbləğində pulunu quldurluqla ələ keçirmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Mirzəbə yov Zaur Əzizağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi H.Ə.Əliyev kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki yekun məhkəmə aktlarından Məhkum CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəaların xaric edilməsini və onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək, on a təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü madddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi H.Ə.Əliyev həmin şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclası nda hüquqlarını müdafiə etdiyi Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə qismən təqsirli bilərək səmimi peşmançılığını bildirmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs bilavasitə hücum edib ona ağır dərəcəli bədən xəsarəti yetirən, valyuta ilə dolu çantanı əlindən zorla alan o, deyil, məhkum Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinin materiallarından görünür ki, hazırki iş üzrə məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs biri-birinə zidd ifadələr versələr də ibtidai araşdırma zamanı onların arasında üzləşdirmə keçirilməmiş, məhkəmələr isə toplanmış sübutlara qanunda nəzərdə tutulmuş qaydada qiymət verməyərək, Məhkum törətdiyi əməlinin tövsifində səhvə yol vermişlər. Halbuki, Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vuran xəsarətləri cinayətin bilava sitə icraçısı olan Təqsirləndirilən şəxs yetirmiş və onların əvvəlcədən bu haqda razılıqları olmamışdır. Bundan başqa, məhkəmələr fərqli əməllər törətmiş məhkumlara eyni cəzanın – on bir il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edərkən cəzanın fərdləşdirilməsi prinsipinə də əməl etməmiş, bununla da cinayət qanunu normalarının tələblərini pozmuşlar. İş üzrə toplanmış və araşdırılmış sübutlar isə Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarından onun CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəaların xaric edilməsi və ona cəzanın CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin olunması üçün əsaslar yaratmışdır. Odur ki, müdafiəçi H.Ə.Əliyev qeyd olunanları nəzərə alaraq onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırıl mış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi müdafiəçi H.Ə.Əliyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən sübutların CPM-in 143-146-cü maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, bunun nəticəsində Məhkum əməlinin CM-in 181.3.3-cü maddəsi ilə düzgün tövsif edilməməsini və hüquqlarını müdafiə etdiyi şəxsə açıq-aşkar ağır cəzanın təyin edilməsini iddia edərək öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu M əcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi H.Ə.Əliyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə xatırladır ki, kassasiya instansiyası məhkəməs inin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məs ələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalana n qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsas ları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərərçəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini, müvafiq orqanların üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmalarını, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinay ət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini və sair vəzifələri qoyur. Bununla yanaşı göstərilən konstitusiyon tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət mə suliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə ə lverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiha m olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müv afiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onu n xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu hüquqdan istifadə edərək müvafiq nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi möv qe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyy əti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmaya n şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüs usi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinay ət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi pros edur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin b aş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edi lmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyekti v yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhk əmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004 -cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5- ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Belə ki, Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı o lmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin ara dan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkum CM-in 181.3.2 və 181.3.3-cü maddələ ri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvaq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və müdafiəçi H.Ə.Əliyevin kassasiya şikayətində göstərilənlərin əksinə olaraq hesab etmişdir ki, Məhkum hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxslə və başqası ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən danışaraq razılıq əldə etməklə hücuma məruz qalmış şəxsin əmlakını ələ keçirmək məqsədilə onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqını, yəni quldurluq cinayətinin törədilməsini planlaşdırdırıb 16 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində qrupun digər üzvləri ilə birlikdə özünün idarə etdiyi “BMW” markalı Az **FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yerləşən yaşayış binasının həyətinə gəlmiş, həmin binada 44 nömrəli mənzildə yaşayan, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs gəlişini müşahidə edib məlumat vermək və sonuncunun külli miqdarda əmlakını ələ keçirdikdən sonra birlikdə hadisə yerindən uzaqlaşmaq üçün Məhkum qrupun digər üzvü ilə birlikdə avtomobildə, Təqsirləndirilən şəxs isə yaşayış binasına daxil olaraq 44 nömrəli mənzilin yerləşdiyi blokda gözləmiş, həmin gün saat 12:40 radələrində Zərərçəkmiş şəxs əlində tutduğu kompüter çantası ilə həyətə daxil olub bloka doğru hərəkət etdiyini müşahidə edən başqa şəxs Məhkum mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng vurub bu barədə onu məlumatlandıraraq basqın üçün hazırlaşmasına dair xəbərdarlıq etmiş, bu zaman Məhkum ətrafa nəzarət etmək və zərurət olarsa, xəbərdarlıq etmək üçün avtomobili tərk edib yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, başqa şəxs isə «BMW» markalı Az * *-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərək hadisə yerindən maneəsiz şəkildə uzaqlaşmaq üçün hadisə yerinin yaxınlığında - Ülvi Bünyadzadə küçəsi, 8 ünvanında yerləşən “Əbu Bəkr” məscidi istiqamətində əlverişli yerdə saxlayıb gözləmiş, bu zaman Təqsirləndirilən şəxs qeyd olunan binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən pilləkənlərlə yuxarı qalxan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona yumruqla qəsdən çoxsaylı zərbələr vuraraq ona alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz qapağının cırılmış- əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş - cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oynağının sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib içərisində zərərçəkmiş şəxsə məxsus milli valyuta ilə 5540 (beş min beş yüz qırx) manat ekvivalentində 200.000 (iki yüz min) Rusiya rublu, 365.500 (üç yüz altmış beş min beş yüz) manat ekvivalentində 215.000 Amerika Birləşmiş Ştatları dolları və 108.000 (bir yüz səkkiz min) manat məbləğində pul vəsaiti olan 35 (otuz beş) manat dəyərində kompüter çantasını sonuncunun əlindən alıb binanı tərk edərək həyətdə onu gözləyən Məhkum yaxınlaşaraq birlikdə «BMW» markalı Az **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerini tərk edib uzaqlaşmaq məqsədi ilə ardıcıllıqla ünvan 5 ünvanında yerləşən “Əbu Bəkr” məscidinə doğru piyada hərəkət etmiş və bütün bu müddət ərzində qeyd olunan avtomobillə ərazini müşahidə edən başqa şəxsin onlara yaxınlaşmasından sonra Məhkumla birgə həmin avtomobilə əyləşib ərazidən uzaqlaşmış, bununla da qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, onun külli miqdarda, yəni 479.075 (dörd yüz yetmiş doqquz min yetmiş beş) manat məbləğində pulunu quldurluqla ələ keçirmişlər. Müdafiəçi H.Ə.Əliyevin kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinayət işinin materiallarına əsasən, Məhkum onun təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146- cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məkum Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, iş üzrə ibtidai araşdırma zamanı təyin edilərək keçirilmiş müxtəlif ekspertizaların rəyləri, xüsusən də məhkəmə-tibbi ekspertizasının 25 avqust 2022-ci il tarixli 875 saylı rəyi ilə, telefon danışıqlarının aparılması haqqında məlumatlarla, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə və maddi sübutlarla tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, məhkəmələ rin iş üzrə gəldikləri nəticənin əsasında duran bu sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərin dindirilmələri, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayar aq, müdafiəçi H.Ə.Əliyev Məhkum digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək quldurluq cinayətini, yəni onun həmin şəxslərlə birlikdə Zərərçəkmiş şəxs külli miqdarda əmlakını – pul vəsaitini ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməsi ilə, nəticə etibarı ilə isə bu cinayətin törədilməsində icraçı qismində iştirak etməsi və onun törətdiyi əməlin 181.3.2-ci maddəsi ilə düzgün tövsif edilməsi ilə razılaşıb bu halı mübahisələndirməsə də, kassasiya şikayətində məhkum olunmuş şəxsin Zərərçəkmiş şəxs həyat və sağlamlığına ağır zərər vuran hər hansı xəsarətlər yetirmədiyini və buna görə də onun əməlinin düzgün olmayaraq CM-in 181.3.3-cü maddəsi ilə tövsif edilməsini iddia edir, buna görə onun bu maddə ilə təqsirli bilinib məhkum olunmasına dair müddəaların yekun məhkəmə aktlarından xaric edilməsi barədə tələb irəli sürür. Məhkəmə kollegiyası bu tələblə bağlı kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün ilk növbədə cinayət qanunu normalarının tələblərinə müraciət edərək qeyd edir ki, CM-in 181.1-ci maddəsində quldurluq cinayətinin tərkibi özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın kimi təsbit edilmişdir. Həmin cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilməsinə görə cinayət məsuliyyəti müvafiq olaraq CM-in 181. 3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuşdur. CM-in 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.2-ci maddəsinin tələblərindən görünür ki, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 35.1-ci maddəsində göstərilmişdir ki, icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. Cinayət qanunu bu normalarının birgə təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxs digər şəxs və ya şəxslərlə hər hansı cinayətin törədilməsi barədə qabaqcadan əlbir olub razılaşdıqda və bu cinayətin törədilməsində bilavasitə iştirak etdikdə o, təkcə həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə görə deyil, həm də bu cinayətin baş vermiş bütün nəticələrinə görə məsuliyyət daşıyır. Eyni ilə iki və ya daha çox şəxs quldurluq cinayətinin törədilməsi, yəni zərər çəkmiş şəxsin əmlakını açıq yolla ələ keçirmək məqsədilə onun həyatı və sağlamlığı üçün zorakılıqda basqın etmələri barədə qabaqcadan əlbir olub razılaşdıqda və bu cinayətin obyektiv cəhətini təşkil edən əsas hərəkətlərin əsas hissəsini – basqını və əmlakın ələ keçirilməsini həmin şəxslərdən bir, qalan hissəsini isə digər şəxslər icra etd ikdə, həmin şəxslərin hamısı quldurluq cinayətinin icraçıları hesab edilir və belə olan halda onların hamısı təkcə bilavasitə etdikləri hərəkətlərə görə deyil, həmçinin bu cinayətin bütün nəticələrinə görə məsuliyyət daşıyırlar. Məsələn, təhlil edilən cinayətin törədilməsi və bu zaman istənilən məbləğdə əmlakın ələ keçirilməsi barədə iki şəxs qabaqcadan əlbir olaraq razılaşdıqda, onlardan biri bilavasitə basqın əməllərini törətdikdə, digəri isə onu sığrortalamaq məqsədilə hadisə yerinə nəzarət funksiyasını həyata keçirdikdə, basqın nəticəsində isə zərər çəkmiş şəxsin külli miqdarda əmlakı ələ keçirildikdə həmin şəxslərin hər ikisi məhz zərərçəkmişə külli miqdarda ziyan vurmaqla quldurluq cinayətini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər, baxmayaraq ki, onların belə nəti cənin baş verməsi barədə əvvəlcədən heç bir razılıqları olmamışdır. Belə olan halda, bilavasitə basqın hərəkətlərini etmiş şəxs zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda, hətta onun bu barədə cinayətin digər icraçıları ilə əvvəlcədən sövdələşməsi olmasa belə, cinayətin bütün icraçıları bu nəticəyə görə də cinayət məsuliyyətinə cəlb edilməlidilər. Belə nəticəyə gəlmək üçün əsas tələb isə ondan ibarətdir ki, cinayətin törədilməsində icraçı qismində iştirak edən bütün şəxslər həmin cinayətin subyekti olmalıdılar. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlara görə, Məhkum Təqsirləndirilən şəxslə və digər şəxslə hər hansı başqa talama (oğurluq və ya soyğunçuluq) cinayətinin deyil, məhz quldurluq cinayətinin törədilməsi, yəni Zərərçəkmiş şəxs külli miqdarda əmlakını ələ keçirmək məqsədilə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə basqın etmələri barədə əvvəlcədən sövdələşmiş, Təqsirləndirilən şəxs də bu sövdələşməyə uyğun olaraq həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri etməklə eyni zamanda zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla ona basqın edərək onun külli miqdarda əmlakını ələ keçirmiş və bu zaman heç də ümümi niyyətdən kənara çıxmamış, onun hrəkətləri isə həmçinin cinayətin digər iştirakçılarının (icraçılarının) qəsdi ilə əhatə olunmuş, yəni sonuncu bu hərəkətləri edərkən cinayətin ekstsessi baş verməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunu normalarına yuxarıda verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin kassasiya şikayətində istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini ə ks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı)... İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin, bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin, qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəf indən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər... Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçı nın hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyy ətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kə nara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamə tləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hər əkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü m addəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı)... Həmçinin, Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə istinad edilmir. Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak e tdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 3 mart 2005-ci il tarixdə qəbul edilmiş “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Azərbaycan Respublikası CM-i n 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Azərbaycan Respublikası CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağl amlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq Azərbaycan Respublikası CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, Azərbaycan Respublikası CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sa ğlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən tamamilə haqlı olaraq Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, onun külli miqdarda pulunu quldurluqla ələ keçirməsi əməli CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, apellyasiya instansiyası məhkəməsi də bu haqda birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən he ç də CPM-in 416.1.2-ci maddəsi ilə yanaşı, həm də CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verməmişdir və belə olan halda adı çəkilən məhkumun CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair müddəaların hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından xaric edilməsi, bununla da kassasiya şikayətinin bu hissədə təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkum açıq-aşkar ağır cəzanın təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərinə, buna görə onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə həmin cəzanın yüngülləşdirilməsi barədə bu müraciətdə irəli sürülmüş tələbə münasibət bildirən məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifəl əri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından sö hbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət -hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ict imai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zər ərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəza nın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan m ülahizə xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144, 145 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə cinayət-mühakimə icraatını aparan orqanlar, o cümlədən məhkəmələr cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamalı, yoxlama zamanı toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməli, hökm isə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı dedikdə təkcə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə dəlalət edən deyil, həmçinin onun barəsində bu ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə əsas olan və bu məsələnin də düzgün həllinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdir ən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağ lı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhəkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçiril məsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxsl ərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və a iləsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edil ən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum barəsində seçilmiş cəza tədbiri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, onun törətdiyi əmələ görə təqsirli bilindiyi CM-in 181.3.2 və 181.3.3-cü maddələrinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, bu maddələrdə göstərilən cinayətlər isə CM-in 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxl adığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsini, əməlindən səmimi peşman olmasını, ittihamnın mahiyyəti üzrə səmimi ifadələr verərək cinayətin açılmasında iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın həddə kifayət qədər qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməs i isə bu cəzanı dəyişdirmədən qüvvədə saxlanılmasını mümkün bilərkən qeyri-humanistliyə və ədalətsizliyə yol verməmiş, digər tərəfdən isə istər apellyasiya, istərsə də kassasiya şikayətinə məhkəmə baxışları zamanı həmin cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, məhkum və onun müdafiəçisi də belə sübutları istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Halbuki, apellyasiya və kassasiya icraatları zamanı məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, ilk növbədə bu məsələni həll edən birinci instansiyası məhkəməsi CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq oluna n hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almamış olsun, yaxud CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış hansısa halı əsassız olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilsin. Hazırki cinayət işi üzrə çıxarılmış hökmdən və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından məhkəmələrin bu kimi hallara yol vermələri görünmür. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün həmin şəxsin barəsində CM-in 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti n törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün ed ən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azald an) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası vurğulayır ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin t örədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təm in edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübulara əsasən Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, yaxud da aradan qaldıran və ya onun özünün ictimai təhlükəli şəxs olmaması barədə nəticəyə gəlməyə əsas verən heç bir müstəsna hal müəyyən edilməmiş, məhkumun müdafiəçi H.Ə.Əliyev d ə kassasiya şikayətində bu kimi hallara istinad etməmişdir. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində CMin 62-ci maddəsinin tətbiq edilməsi, yəni ona təyin olunmuş cəzanın müddətinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzədə tutulmuş cəzanın aşağı həddindən az həddədək endirilməsi və ya həmin cəzanın azadlıqdan məhrum etməklə bağlı olmayan digər cəza ilə əvəz edilməsi üçün əsaslar görmür, kassasiya şikayətinin dəlillərini isə qəbul edilməz sayaraq həmin şikayətin bu hissədə də təmin edilməsini mümkün bilmir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin heç bir dəlili ilə razılaşmayaraq onları qəbuledilməz sayır və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi H.Ə.Əliyevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmr anovun çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi H.Ə.Əliyevin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi H.Ə.Əliyevin kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 i yul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1892/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1892/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver