Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1893/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Xamməd Nuriyev, hakimlər Oruc Cəlilov və Əli Əliyev) 1(099)-694/2021 nömrəli 25 noyabr 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2aşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddət ə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2021ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası (bundan sonra – İİR) vətəndaşı ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanılması, daşınması, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi və satışı barədə qabaqcadan razılığa gələrək bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına ke çirilərək, Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivinin qarşısında, yolun kənarında “Əsgərabad” lövhəsinin yanında gizlədilmiş bir ədəd sellofan bükümdə külli miqdarda, 43,876 qram çəkidə psixotrop maddə metamfetamini götürmək məqsədi ilə 04 avqust 2021-ci il tarixdə saat 19.30 radələrində həmin yerə gələrək, qeyd edilən psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə yaxalanaraq rayon polis şöbəsinə gətirildikdən sonra şəxsi axtarış keçirilərkən qeyd edilən külli miqdarda, 43,876 qram çəkidə psixotrop maddə metamfetamin onun əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olmaqla aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim İlkin Abdullayev, hakimlər Rafiq Cəfərov və Elşad Əliyev) 1(106)-196/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətində xahiş etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və Azərbaycan Respublikasının CM-in 32.5, 206.2-ci maddələri ilə bəraət verilməsinə, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cina yət işi üzrə Azərbaycan Respublikası cinayət-prosessual və cinayət qanunvericiliyində nəzərdə tutulan maddi və prosessual normaları pozulmuşdur. Belə ki, kassator hesab edir ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların ümumi məcmusu ilə Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yox, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əlamətlər sübuta yetirilir. Bu sübutların məcmusu şəxsin satış niyyətinin olmasına kifayət etmir. Bu fakt yəni, sübutların şəxsin əməlinə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə qiymət verilməsinə iş üzrə toplanmış sübutların kifayət etməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, şəxs tutulduğu andan sonuncu məhkəmə prosesinədək bütün çıxışlarında nar kotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçi olduğunu qeyd edir və üzərindən çıxan narkotik vasitələrin ona məxsus olduğunu etiraf edir. Həmçinin Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin etirafı yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qeyd edilən normanın tələbinə əsasən də şəxsin ifadəsi ittihamın əsası kimi sübut kimi qiymətləndirilə bilməz. İş üzrə şahid kimi tanınmış hər 3 polis əməliyyat müvəkkili həm istintaq dövründə, həm də məhkəmədə verdikləri ifadələrində qeyd etmişlər ki, şəxsin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitəni satması və ya başqa şəxsə ötürməsi faktı aşkar olunmamışdır. Şəxsi axtarış və diskə baxış keçirilməsi protokolları satış məqsədini müəyyən etmədən ümumilikdə şəxsin narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımasını və saxlamasını sübut edir. Yəni bu sübut növləri ilə satış niyyətinin sübut olunmasını mülahizə etmək heç bir daxili inama və məntiqə sığmır. İş materiallarında qeyd olunan ekspert rəylərində isə şəxsin üzərindən çıxan maddələrin narkotik vasitə olduğu təsdiq edilir və həmçinin şəxsin özünün narkotik vasitə istifadəçisi olduğu sübut olunur. Bu sübutlar da satış niyyətini sübut etməyə kifayət etmir. Ekspert rəyinin məzmununda qeyd olunur ki, şəxsin narkomaniya xəstəliyi mövcuddur və məcburi müalicəyə ehtiyac vardır. Habelə, iş materillarında olan telefon rabitəsi məlumatlarında da təqsirləndirilən şəxsin narkoti k vasitələrin satışı ilə məşğul olmasını sübut edən hər hansı bir hal aşkar edilməmişdir. Şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut etmək üçün polis orqanları tərəfindən hər hansı bir agent cəlb edilməmiş, Məhkum narkotik vasitələri satarkən tutulmamışdır. Qeyd olunanları əsas götürərək müdafiəçi hesab edir ki, şəxsin əməlində narkotik vasitələrinin satışı, niyyəti sübut olunmur, iş üzrə toplanmış sübutlar bu şübhəni sübut etməyə kifayət etmir və ona görə də şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Həmçinin satış niyyəti ilə bağlı bir çox faktlar məhkəmələr tərəfindən kifayət qədər araşdırılmamış, əvəzində isə psixotrop maddənin miqdarının çox olması əsas gətirilərək şəxsin əməl inə satış niyyətinin olması qiyməti verilmişdir. Apellyasiya məhkəməsində məhkəmə istintaqının təzələnməsi ilə bağlı vəsatət versə də, vəsatət təmin edilməmişdir. Əsas şübhə edilən məqam ondan ibarətdir ki, Məhkum Sumqayıt şəhər sakinidir, ailəsi ilə birlikdə orada yaşayır və işləyir. 4 avqust 2021-ci il tarixdə o, ömründə ilk dəfə Biləsuvar şəhərində olurdu. Bundan əvvəl heç vaxt Biləsuvarda olmayıb. Əməliyyat müvəkkilləri ifadələrində qeyd edirlər ki, onlarda Məhkum psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq haqqında məlumat olmuşdur. Necə ola bilər ki, fəaliyyətləri Biləsuvar şəhəri ilə məhdudlaşdırılan əməliyyat müvəkkilləri ilk dəfə Biləsuvar şəhərində olan şəxs barəsində dərhal belə dəqiqləşdirilmiş məlumat sahibi olurlar. Ən adi məntiq bu ehtimalı aradan qaldırır. Şəx s barəsində belə bir məlumat olsa idi o, elə yaşadığı Sumqayıt şəhərində cinayət məsuliyyətinə cəlb edilə bilərdi. Deməli əməliyyat məlumatı psixotrop maddənin olduğu yer barəsində olmuşdur. Polis əməkdaşları da ifadələrində qeyd etdikləri kimi orada müşahidə aparıb Məhkum Polis şöbəsinə dəvət etmişdirlər. Həmçinin məhkəmə tərəfindən psixotrop maddənin ora kim tərəfindən qoyulması, naməlum İran vətəndaşının və onun mobil nömrəsinin başqa hansı cinayət əməllərində adı çəkilməsi barədə məlumatlar şahidlər ilə dəqiqləşdirilməmişdir. Məhkəmə tərəfindən qeyd olunan məsələlər araşdırılması şəxsin əməlinin tövsifi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki əməliyyat məlumatının narkotik vasitənin yeri barədə olması Məhkum qaçaqmalçılıq cinayətində iştirakını təkzib edir. Məhkəmə kollegiyası iş in materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən e dilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi2 kassasiya şikayətində Məhkum ittihamından Azərbaycan Respublikasının CM-in 32.5,206.2-ci maddəsi ilə bəraət verilməsinə, onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edilməsinə və ona CM-in 234.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkum özünü birinci instansiya məhkəməsində təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətməsi məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə və işin digər sübutlarla tam təsdiq edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi təsdiq edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, sosial şəbəkə vasitəsi ilə tanış olduğu – şəxsiyyəti məlum olmayan İİR sakini ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə – heroinin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublika sının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirəcəyi metamfetamini əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd vermiş, bundan sonra İİR sakini müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – bir ədəd bükümdə təmiz çəkisi 43,876 qram psixotrop maddə – metamfetamini məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla keçirməklə Biləsuvar şəhərində yol kənarına yerləşdirib bu barədə Məhkum 04 avqust 2021-ci ildə məlumat vermiş, sonuncu həmin gün saat 20 radələrində qeyd olunan yerdən metamfetamini əldə edib üzərində saxlamaqla daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı həmin şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən üz ərindən qeyd olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, işin faktiki halları, o cümlədən təqsirləndirilən şəxs Məhkum müntəzəm gəliri olmadığı halda şəxsi istehlak miqdarından təxminən 292 dəfə artıq psixotrop maddə – metamfetamini qanunsuz əldə etməsi, həmin maddənin pulunu əvvəlcədən deyil, əldə etdikdən bir neçə gün (maddəni realizə etdikdən) sonra ödəyəcəyini İran İslam Respublikasında yaşayan şəxslə razılaşdırması onun həqPiqətəndə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan maddələrin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Buna görə də, birinci inst ansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə düzgün nəticə çıxarılmışdır. Odur ki, həmin tövsifedici əlamətin məhkəmənin hökmündən çıxarılmaqla Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddələri ilə bəraət verilməsinə, onun əməlinin AR CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edilməsinə əsas yoxdur. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası Məhkum qanunsuz əldə etdiyi və daşıdığı narkotik vasitənin miqdarını nəzərə alaraq, həmçinin onun həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etməsi və daşıması barədə kassasiya şikayətinin dəlilini də əsaslı hesab etmir. Beləliklə, məhkəmə kolle giyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarının təsviriəsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qe yd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə dəlilləri əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlilərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Məhkum əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etsə də, ona cəza təyin edərkən Məhkum cəzasını yüngülləşdirən halları kifayət dərəcədə nəzərə almamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi məhkumun himayəsində üç nəfər azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, işdə cəzanı ağırlaşdıran halın olmamasını, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi i lə əsaslı və ədalətli olduğundan razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kolleg iyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1893/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1893/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver