Məhkəmə qərarları › İş №1(102)-1894/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1894/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1894/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyev) 1(099)-314/2021 nömrəli, 17 may 2022-ci il tarixli hökmü ilə xx xxx 1993-cü ildə Cəlilabad rayonu, Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, N.ünvan 1 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X5 və Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-33,929 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda-4,934 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 23 noyabr 2021-ci il tarixdə tanışı Məhkum1 və X2 370 (üç yüz yetmiş) manat məbləğində pul müqabilində satmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Elşad Əliyev) 1(106)-659/2022 nömrəli 28 iyul 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il 6 (altı) aya endirilmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Məhkumun müdafiəçisi Qədirov Qədir Nazim oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Qədirov Qədir Nazim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 20 dekabr 2022-ci il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 19 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Məhkum2 ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərba ycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum2 müdafiəçisi Qədirov Qədir Nazim oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2022-ci il tarixli qərardan Məhkum2 müdafiəçisi Qədirov Qədir Nazim oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar