Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1894/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və bəraət almış şəxs X11 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə da ir cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X20 və X5 ibarət tərkibdə) 2 mart 2023-cü il tarixli hökmü ilə 10 iyul 1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai h əbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 22 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, X14 və X3 ibarət tərkibdə) 17 may 2023-cü il tarixli hökmü ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 02 mart 2023-cü il tarixli, 1(101)-322/2023 nömrəli hökmü ləğv edilmiş, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübut a yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilmişdir. X11 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalan 5,721 qram çəkidə psixotrop maddə metamfetamin həmin materiala əlavə edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat dövlət büd cəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmiş, X13 tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş əsasən X21 şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 5,821 qram kustar üsulla hazırlanmış "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Azad Mürsəlov həmin tarixdə saat 13:00-da ünvan 2 ünvanının qarşısında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 14:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən iki ədəd sellofan bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 3,148 qram və 2,673 qram olmaqla ümumilikdə k ülli miqdarda 5,821 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmənin birinci dəlilinə görə, işdə olan məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə Azad Mürsəlovun burun kökünün sol yarısında və sol dizinin ön səthində 1-2 gün əvvələ uyğun gələn, dərəcəsi təyin edilməyən qançır xəsarətlərinin aşkar edilməsi işdəki sübutların mötəbərliyinə şübhə yaratmışdır, Şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona təzyiq göstərilməsini təsdiqləyən dəlil kimi qəbul oluna bilməz. İşdən görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli rəyində Azad Mürsəlovun burun kökünün sol yarısında və sol dizinin ön səthində dərəcəsi təyin edilməyən qançırların aşkar edilməsi və həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılma nəticəsində yaranmağa xarakterik olması qeyd edilmiş, həm də bu ekspert tədqiqatı 2022-ci ilin mart ayının 23-də başlanaraq həmin ayın 30-da başa çatmış (rəy xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir), rəydə Azad Mürsəlovun konkret hansı gün (tarix) tibbi müayinəsinin aparılması, həmçinin xəsarətlərin kənar şəxslər tərəfindən yetirilmə nəticəsində yaranmağa xarakterik olması göstərilməmişdir. Digər tərəfdən, Azad Mürsəlovun polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə müraciəti əsasında Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli qərarla şəxsin müraciətində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma za manı 2022-ci ilin iyun ayının 9-da A.Mürsəlovun şəxsən təqdim olunmaqla və tibbi sənədlər əsasında tibbi ekspertin müayinəsindən keçirilməsi təşkil edilmiş və alınmış məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi əsasında onun bədəni üzərində saxlanıldığı vaxta uyğun gələn hər hansı bir xəsarət aşkar olunmamışdır. Azad Mürsəlovun polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətlərinə məruz qalmaması təkcə həmin rəylə deyil, həmçinin araşdırma və hazırki işin məhkəmə baxışı zamanı dindirilmiş polis əməkdaşlarının (Şahid1, Şahid3, Şahid4 və Şahid2 Bəhrəm oğlunun) izahat və ifadələri ilə də təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş və məhkəmələrdə baxış keçirilmiş şəxsin tibbi kartasında onun saxlanıldıqdan cəmi 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə B akı İstintaq Təcridxanasına gətirilməsi və oradakı tibbi baxışı zamanı da üzərində hər hansı bir zədənin müəyyən olunmaması qeyd edilmişdir ( İş materiallarından görünür ki, ibtidai araşdırma mərhələsində A.Mürsəlovun barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, o, şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmişdir. Belə ki, ilkin araşdırma mərhələsindən başlanaraq A.Mürsəlovun hüquqlarını müdafiə etmək üçün ona özünün istəyi əsasında seçilmiş vəkil təqdim edilmiş, şəxsin özünün razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesinin əvvəlindən sonuna qədər onun iştirakı ilə keçirilmiş əksər prosessual hərəkətlərdə iştirakı təmin olunmuşdur. İşdən görünür ki, təqsirlə ndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində müdafiəçisinin iştirakı ilə işin hallarına uyğun olaraq psixotrop maddəni üzərində saxlamasına dair qismən etiraf məzmunlu ifadələr vermişdir Təqsirləndirilən şəxs X11 üzərindən külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar edilməsi faktının doğruluğu onun özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri (əməlini qismən etiraf etmiş və psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün əldə etdiyini demişdir.), əməliyyat-axtarış tədbirinin aparılmasına dair qərar və protokollar, 22 mart 2022-ci il tarixdə tərtib edilmiş və videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə haqqında protokol, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq materialları tam sübu ta yetirilmişdir. Lakin, Azad Mürsəlovun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə olan metamfetamini məhz satış məqsədilə əldə etməsini təsdiqləyən konkret sübutları xüsusi qeyd etmək zərurəti vardır. Azad Mürsəlovun əldə etdiyi psixotrop maddə olan metamfetaminin çəkisi onun gündəlik ehtiyac həcmindən - şəxsi istehlak miqdarından 38 dəfədən, külli miqdarın aşağı həddindən isə 2.9 dəfədən çox olmuş, külli miqdar təşkil etmiş, həmçinin bükümlərə ayrılmış və iki bükümdə qablaşdırılmış vəziyyətdə olmuşdur. Lakin, Azad Mürsəlovun psixotrop maddəni satış məqsədilə əldə etməsini göstərən dəlillər təkcə onun çəkisinin külli miqdar təşkil etməsi və bükümlərə ayrılması ilə məhdudlaşmamış, həmçinin istifadəsində olmuş (055) ***-**-** nömrəsindən məhkəmə qərarı əsasında çıxarılmış məlum atlar da onun külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq etmişdir. A.Mürsəlovun əməlinə hüquqi qiymət verilərkən hər hansı bir sübutu etibarsız hesab etsə belə məhkəmə digər sübutların hər birinin ayrıca tədqiqindən imtina etməkdə və yalnız gəldiyi bəraət qənaətini təsdiqləyən dəlilləri əsaslandırmaqda haqlı mövqedə olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırkı hökmü çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiy a protestində X11 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxsin müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutl arın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146- cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi, X13 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X13 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair cinayət işi üzrə CPM- nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digə r qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifə ləri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X13 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Apellyasiya icraatı zamanı dindirilmiş təqsirləndirilən şəxs X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisi olsa da, saxlanıldığı gün üzərində hər hansı bir qadağan olunmuş əşya, o cümlədən metamfetamin və silah olmamışdır. Saxlanılarkən yanında dostu İsgəndər olmuşdur. Onları "Banditizmə” gətirmişlər. İdarədə ona işgəncə vermişlər, onun saçını kəlbətinlə yolmağa başlamışlar. Onda silah olduğunu, silahı verməyi, əks halda vəziyyətinin yaxşı olmayacağını bildirmişlər. Ona çoxsaylı hədələr gəldikdən sonra deyilən narkotiki boynuna götürməyə məcbur olmuşdur. Yəni, guya onun üzərində metamfetamin olduğunu və özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa, saxlanıldıqdan dərhal sonra üzərinə baxış keçirilməmiş, təxminən 2 saatdan sonra İdarədə üzərinə baxış keçirilmişdir. Həmçinin onun müdafiə hüququ da pozulmuşdur. Belə ki, şübhəli şəxs qismində tutularkən və üzərinə baxış keçirilərkən ümumiyyətlə vəkil olmamışdır. Necə ola bilər ki, şübhəli şəxs qismində tutulması barədə protokolda yalandan vəkilin iştirakı qeyd edilmiş, lakin az sonra üzərinə video çəkilişlə baxış keçirilərkən həmin vəkil "yoxa çıxmışdır”. Göründüyü kimi cinayət işi üzrə ittihamı təsdiq edən "sübutlar” qanunsuz yolla, habelə onun müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum edilmişdir. O, 2014-cü ildən etibarən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Tutulduğu gün o, dostu İskəndərlə birlikdə çay içdikdən sonra gəlib maşına oturmuşlar. Qəflətən polis əməkdaşları maşına girmiş və onların maşınında silah olduğunu bildirmişlər. Onu və İskəndəri qandallayıb, baş idarəyə gətirmişlər. Onlara işgəncə vermişlər, onun saçını kəlbətinlə yolmağa başlamışlar. Onda silah olduğunu, silahı verməyi, əks halda vəziyyətinin yaxşı olmayacağını bildirmişlər. Ona çoxsaylı hədələr gəldikdən sonra deyilən narkotiki boynuna götürməyə məcbur olmuşdur. Əslində isə onun üzərində narkotik vasitə olmamışdır. Döyülməyi ilə bağlı şikayət etmiş, prokurorluqdan gəlib onun izahatını almışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. X11 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra X11 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. 22 mart 2022-ci il tarixdə işlədiyi idarənin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə getmişlər və saat 13:00-da ünvan 2 ünvanının qarşısında Mürsəlov Azadı tanışı Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi "Kia" markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlamışlar. Özlərini təqdim etdikdən sonra onların da şəxsiyyətlərini m üəyyən etmişlər və barələrində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar etiraz etmədən birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X8 tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə şübhəli şəxs Azad Mürsəlova paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri kö nüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Azad Mürsəlov əynində olan gödəkçəsinin cibində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarının arxa sağ cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibində olan 2 manat pulu və əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Azad Mürsəlov təqdim etdiyi 01 ədəd sellofan bükümün içində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Azad Mürsəlovun təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisindən 02 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda hər iki sellofan bükümün i çərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Azad Mürsəlovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Azad Mürsəlov üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri Göyçay şəhərində "Göyçay Bazarı”nın yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi "Vəli" adlı şəxsdən 4 mart 2022-ci il tarixdə saat 20-21 radələrində ümumilikdə 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Azad Mürsəlovun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 2 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Azad Mürsəlovun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Azad Mürsəlovun üzərindən aşkar edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şahid5 üzərinə şəxsi axtarış və sonuncunun idarə etdiyi Baş İdarənin həyətində saxlanılmış "Kia" markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı Şahid5 üzərindən və avtomobildən qanunsuz maddələr və əşyalar aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın və baxışın nəticələrinə dair proto kollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Baş İdarədə təqsirləndirilən şəxs X11 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmuş, lakin sonradan bu məlumat təsdiqini tapmamışdır. Azad Mürsəlov özü narkotik istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq göstərilməmiş, belə təzyiqin göstərilməsi barədə onda məlumat yoxdur. Təzyiqlə bağlı Azad Mürsəlovun dedikləri yalandır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3, Şahid4 və Şahid2 Bəhrəm oğlu eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməsi barədə sonuncunun ifadələrini təkzib etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, özü taksi fəaliyyəti ilə məşğul olur. 22 mart 2022-ci il tarixdə səhər vaxtı Bakı şəhərinə gələn zaman tanışı X15 da idarə etdiyi avtomobillə Göyçay şəhərindən Bakı şəhərinə gətirmişdir. Onlar 3-cü mikrorayon dairəsinə, "50 qəpik” çay evinə çay içməyə gəlmişlər. Azad həmin çay evində gözləmişdir ki, ona pul gətirsinlər, onun benzin pulunu versin, o getsin. Bu zaman polis əməkdaşları onları saxlayıb Baş İdarəyə gətirmişlər. Onları ayrı otaqlara salmışlar, sənədlərə imza etmişlər. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o, Azadın narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Azadın üzərinə şəxsi ax tarış keçirilərkən o, iştirak etməmişdir, ona görə də Azadın üzərindən nəsə aşkar olunmasını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, belə ki, o, ibtidai istintaqda ifadə verməmiş, təzyiq altında olduğu üçün qorxub, ifadələri imzalamışdır. xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1994-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X11 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr eldə edərək saxlaması və daşıması bildirilir; Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, Azad Mürsəlov əynində olan gödəkçəsinin cibində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarının arxa sağ cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibində olan 2 manat pulu və əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi 01 ədəd sellofan bükümün içində "şüşə" adı ilə psixotrop maddə olduğunu bildirmişdir. Azad Mürsəlovun təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisindən 02 ədəd şəffaf sellofan büküm aşkar olunmuş, həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda hər iki sellofan bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar m addələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Azad Mürsəlovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Azad Mürsəlov üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri 21 mart 2022-ci il tarixdə saat 20-21 radələrində Göyçay şəhərində yerləşən "Göyçay Bazarı"nın yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi "Vəli" adlı şəxsdən ümumilikdə 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Azad Mürsəlovun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respubli kası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 2 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Azad Mürsəlovun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Azad Mürsəlovun üzərindən aşkar edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid5 üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid5 üzərindən qanunsuz hər hansı əşya və predmetlər aşkar edilməmişdir; Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və CD-R diskin məzmunundan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten ə hatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı X11 istifadəsində olmuş +**********23 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. X11 müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir.. Canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 157/mEş nömrəli rəyindən görünür ki;
1. X12 burun kökünün sol yarısında və sol dizin ön səthində qançırlar aşka r edildi.
2. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılaraq bədənin müvafiq nahiyələrinin küt əşyalara dəyməsi nəticəsində yarana bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3624 nömrəli rəyindən görünür ki, X1 və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən birinci instansiya məhkəməsi X15 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göstərilən məhkəmə ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları X13 qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, "İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. Apellyasiya məhkəməsi həmçini n qeyd etmişdir ki, X11 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb və işgəncə verib zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu nəzərə alaraq hesab edir ki, kif ayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X11 ağır cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Belə ki, Apellyasiya məhkəməsinin müəyyən etdiyi nəticəyə əsasən: - Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun 10 iyun 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, X11 22 mart 2022-ci il tarixdə polislər tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi həmin tarixdən 2 ay 10 gün sonra, yəni 02 iyun 2022-ci il tarixdə prokurorluğa daxil olmuş və bundan sonra məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Mübahisəsizdir ki, bu müddət ərzində X11 xəsarət izləri artıq silinmişdir və buna görə də ekspert 10 iyun 2022-ci il tarixli rəyində hə r hansı xəsarətin olmadığını qeyd etmişdir. Göründüyü kimi, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, X11 döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti q aldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçiril miş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. X13 zor tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində 10 iyun 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilsə də, həmin rədd qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, hadisədən 2 ay 10 gün sonra əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, əvvəlki rəyə və X12 xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi qərarını əsas götürməklə, hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. -X2 onun yanında olmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilməklə şəxsi axtarış zamanı X11 üzərindən psixotrop maddə aşkar edildiyini göstərən Şahid5 birinci instansiya məhkəməsində tamamilə fərqli ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadələrini təkzib etmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "....polis əməkdaşları onları saxlayıb Baş İdarəyə gətirmişlər. Onları ayrı otaqlara salmışlar, sən ədlərə imza etmişlər”. Bundan başqa,ibtidai istintaq materiallarında, o cümlədən əməliyyat müvəkkillərinin və Şahid5 ifadələrində şübhəli şəxs qismində saxlanılmış X11 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri Göyçay şəhərində "Göyçay Bazarı”nın yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi "Vəli" adlı şəxsdən 4 mart 2022-ci il tarixdə saat 20-21 radələrində ümumilikdə 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını göstərsə də, ittiham fərqli məzmunda elan edilərək onun psixotrop maddəni şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə əldə etddiyi göstərilmişdir. Həmçinin qeyd edilməlidir ki, ibtidai istintaq orqanı adı qeyd edilən "Vəli" adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətin də ümumiyyətlə axtarış-əməliyyat tədbirləri həyata keçirməmiş, hətta bu barədə Göyçay rayon polis şöbəsinə sorğu verməmişdir. -X11 müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X10 şübhəli şəxs X11 hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Müdafiəçi prosessual imzalamaq üçün gəlmiş, cinayət prosesində adı təqsirləndirilən şəxsin müdafiəçisi qismində keçən müddət ərzində dövlət büdcəsi hesabına təyin olunmuş X6 hüquqlarını müdafiə etdiyi X11 xeyrinə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış (məsələn, həbs qətimkan tədbiri seçilməsi barədə qərardan şikayət verməsi, hər hansı şəxsin şahid qismində dindirilməsi və başqa vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1 -ci maddsinə əsasən cinayət prosesini həyata keçirən orq an şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydadatutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. "İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinin "c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi "Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcə yi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apelyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübu tlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X13 bəraət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmə nin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normaları na görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X11 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X11 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı m addələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin tör ədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühak iməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İns an hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi bor cudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 17 may 2023-cü il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.