Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1894/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə XX XXXXX 1966-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2 may 2024-cü il tarixli 1(103)-230/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 1(101)-451/2023 nömrəli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), Ə.İ.Məmmədov və S.A.Məmmədzadə) X4 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3- cü maddəsinə əsasən, X2 həbsdə saxlandığı 3 (üç) ay bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində 6 (altı) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 17 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 may 2024-cü il tarixli 1(103)-230/2024 nömrəli hökmü ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), F.İ.Eyyubov və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 1(101)-451/2023 nömrəli hökmü ləğv edi lmiş. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən X2 CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X4 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 4,215 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3,840 qram külli miqdarda psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 23,531 qram narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 98,68 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək bir hissəsini üzərində, bir hissəsini isə mənzilində saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz döv riyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 30 iyun 2022-ci ildə saat 12:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 2/4 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli şalvarının sol yan cibindən bir bükümdə, təmiz çəkisi 3,123 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 3,161 qram ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırl anmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman mənzilin yataq otağındakı taxta konstruksiyalı divanın arxa hissəsindən aşkar edilmiş bir ədəd bağlamanın içərisində 01 ədəd sellofan torbada təmiz çəkisi 90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, mənzilin yataq otağındakı taxta konstruksiyalı divanın arxa hissəsindən aşkar edilmiş 01 ədəd dəri çantanın içərisindən iki ədəd bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə v ə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,462 qram və 0,630 qram olmaqla ümumi təmiz çəkisi 1,092 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə və onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram və 0,374 qram olmaqla ümumi təmiz çəkisi 0,679 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş ədəd bükümdə tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 4,720 qram, 4,780 qram, 4,775 qram, 4,482 qram, 4,774 qram olmaqla, ümumi təmiz çəkisi 23,531 qram tünd-qəhvəyi rəngli, qətranabənzər, kus tar üsulla hazırlanmış narkotik vasitə tiryək, 24 ədəd qəhvəyi rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,39 qram, 0,45 qram, 0,38 qram, 0,49 qram, 0,29 qram, 0,34 qram, 0,32 qram, 0,38 qram, 0,43 qram, 0,41 qram, 0,38 qram, 0,37 qram, 0,37 qram, 0,33 qram, 0,39 qram, 0,35 qram, 0,32 qram, 0,31 qram, 0,15 qram, 0,45 qram, 0,31 qram, 0,42 qram, 0,36 qram, 0,29 qram olmaqla tərkiblərinə görə bir-biri ilə və bəraət almış şəxs yaşadığı mənzildən aşkar edilən 01 bükümdə 90 qram çəkidə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan, ümumi təmiz çəkisi 8,68 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin dəri çantadan 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəl illəri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli 1(103)-230/2024 nömrəli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X3 CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Belə ki, bəraət almış şəxs törətdiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli şahidlərin ifadələri, əməliyyat tədbirlərinin keçirilməsi haqqında protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış digər materiallarla təsdiq edildiyindən, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə şahidlərin verdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, X2 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri t əkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd ed ilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarını düzgün tətbiq etmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslə r tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqanın və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən X4 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 4,215 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3,840 qram külli miqdarda psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 23,531 qram narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 98,68 qram narkotik vasitə qurudulmuş marixuanan ı qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək bir hissəsini üzərində, bir hissəsini isə mənzilində saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 30 iyun 2022-ci ildə saat 12:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 2/4 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli ş alvarının sol yan cibindən bir bükümdə, təmiz çəkisi 3,123 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 3,161 qram ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman mənzilin yataq otağındakı taxta konstruksiyalı divanın arxa hissəsindən aşkar edilmiş bir ədəd bağlamanın içərisində 01 ədəd sellofan torbada təmiz çəkisi 90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, mənzilin yataq otağındakı taxta konstruksiyalı divanın arxa hissəsindən aşkar edilmiş 01 ədəd dəri çantanın içərisindən iki ədəd bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə və onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,462 qram və 0,630 qram olmaqla ümumi təmiz çəkisi 1,092 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə və onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram və 0,374 qram olmaqla ümumi təmiz çəkisi 0,679 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırla nmış psixotrop maddə metamfetamin, beş ədəd bükümdə tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 4,720 qram, 4,780 qram, 4,775 qram, 4,482 qram, 4,774 qram olmaqla, ümumi təmiz çəkisi 23,531 qram tünd-qəhvəyi rəngli, qətranabənzər, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 24 ədəd qəhvəyi rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,39 qram, 0,45 qram, 0,38 qram, 0,49 qram, 0,29 qram, 0,34 qram, 0,32 qram, 0,38 qram, 0,43 qram, 0,41 qram, 0,38 qram, 0,37 qram, 0,37 qram, 0,33 qram, 0,39 qram, 0,35 qram, 0,32 qram, 0,31 qram, 0,15 qram, 0,45 qram, 0,31 qram, 0,42 qram, 0,36 qram, 0,29 qram olmaqla tərkiblərinə görə bir-biri ilə və bəraət almış şəxs yaşadığı mənzildən aşkar edilən 01 bükümdə 90 qram çəkidə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan, üm umi təmiz çəkisi 8,68 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin dəri çantadan 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. bəraət almış şəxs barəsində tərtib edilmiş ittiham aktında onun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlama cinayətini törətməsi ilə bağlı bəraət almış şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi, onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatının olmasına, şəxsi axtarış və götürmə aparılması haqqında tərtib еdilmiş prоtоkоla, bəraət almış şəxs ibtidai araşdırmanın əvvəlində şübhəli və daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən qismən özünü təqsirli bilməsi barədə verdiyi ifadələrinə, habelə şahidlər – polis əməkdaşları Şahid3 və Şahid2 ifadələrinə, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raporta, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokola, mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokola, məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3631 saylı rəyinə, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/711 saylı rəyinə, əlavə məhkəmə-bioloji ekspertizasının 09 avqust 2022-ci il tarixli, 7/787 saylı rəyinə, “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokola, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3831 s aylı rəyinə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 13693 saylı məktubundan, məktuba əlavə edilmiş CD diskdən və bununla bağlı tərtib olunmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola, həmçinin ekspertiza rəylərinə istinad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, əməliyyat müvəkkili Şahid2 29 iyun 2022ci il tarixdə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavininə müraciət edərək etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda bəraət almış şəxs qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, onun əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxal anması, narkotik vasitələrin, cinayətlərin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Eyni tarixli qərardan görünür ki, əməliyyat qrupu yaradılmış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələb lərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin Qanunun 16-cı maddəsinin İV hissəsinə əsasən Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilibedilməməsini yoxlamaq üçün əməli yyat-axtarış tədbirlərini keçirən orqana sorğu ilə müraciət etmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bəraət almış şəxs barəsində “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər keçirildiyi üçün sonuncunun barəsində əməliyyat-qeydiyyat işinin açılmadığı qeyd edilmişdir. Göründüyü kimi, əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, qanunun tələbləri kobud pozulmuş, əməliyyat-qeydiyyat işi açılmamış və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalı olduğu halda, qeydiyyata alınmamışdır. Cinayət işi materiallarından görünür ki, X4 ibtidai istintaqın ilkin mərhələsində, x x.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən (cild 1, səh 66) verdiyi ifadəsində Baş Narkotiklərlə Mübarizə İdarəsində verdiyi izahatını təsdiq etməmiş və bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində evdə olduğu zaman görmüşdür ki, evdə 20-yə yaxın adam var. Həmin vaxt evdə o və qaynı Faq olmuşdur. Həmin şəxslər mülki geyimdə özlərini təqdim etmədən onu yerə yıxıb və əllərini qandalla bağlayıb yataq otağına aparmışlar. Həmin otaqda qabağına çoxlu sayda narkotik maddələr (nəşə, patı, tiryək, kakos və s) qoyaraq ona məxsus olduğunu bildirmişlər. Sonra idarəyə tədqiqatçının yanına gedəcəklərini və çəkiliş aparılacağını bildirmişlər. Onu Səbail rayonunda yerləşən BNMİ-nə aparmışlar və cins şalvarının sağ yan cibinə 20 manat pul, guya evinin açarını və adını dəqi q bilmədiyi siqareti alışqanla birlikdə qoymuşlar. Həmin idarədə onu ayrı otağa aparmışlar və orada orta boylu polis əməkdaşı onu döyərək demişdir ki, o, mal satır və çəkiliş öncəsi ona verdikləri bükümlərin ona məxsus olmasını bildirməlidir. O qorxduğu üçün çəkiliş zamanı vəkilin yanında etiraf etmişdir ki, şalvarının yan cibindən çıxan bükümlər ona məxsusdur. Sonra vəkilin iştirakı ilə yaşadığı Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 2/4, mənzil 4 ünvanına getmişlər. Orada da çəkiliş zamanı əvvəlcədən mənzilinə qoyduqları narkotik bükümləri göstərərək bildirmişdir ki, ona məxsusdur və narkotik alveri ilə məşğul olur. BNMİ-də təsir altında verdiyi ifadəni təsdiq etməmiş, o, narkotik satıcısı olmamış, lakin narkotik vasitə istifadəçisidir. Təxminən 5-6 ilə yaxındır ki, narkotik vasitə marixun a qəbul edirdi. Verilən suallara cavabında göstərmişdir ki, o, saxlanılan zaman evdə və Baş Narkotiklərlə Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq edilmişdir. Onu döydükləri sağ ayağından, sol qol nahiyyəsindən, başından xəsarətlər almış, sinə nahiyyəsində ağrıları vardı. İş materiallarından göünür ki, bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini dəyişmiş, verilmiş ittihamın məzmununa uyğun ifadəsi qeyd olunmuş, lakin o, həmin ifadəni imza etməkdən imtina etmişdir. Həmçinin iş materiallarından görünür ki, bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə ona yenidən ittiham elan edilməsi ilə bağlı dindirilərkən ifadə verməkdən imtina etmiş, ifadəsini məhkəmədə verəcəyini bildirmiş, bundan əlavə cinayət işi materi alları ilə tanış olan zaman xx.xx.2022-ci il tarixli protokola verdiyi qeydində göstərmişdir ki, cinayət işinin materiallarında hadisənin real baş vermə mexanizmi ilə üst-üstə düşən ən doğru sənəd 1 iyul 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokoludur. Həmin protokolla müəyyən edilir ki, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr ona aid deyildir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X4 ifadəsində şəxsi axtarış və mənzilə baxış keçirilən zaman etirafedici izahat verməsinin, həmçinin xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini dəyişərək, verilmiş ittihamın məzmununa uyğun ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən edilmiş təzyiq ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəm əsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş X2 adına tərtib olunmuş Tibbi kitabçasında qeyd edilmişdir ki, o, həmin təcridxanaya daxil olanda həbs olunan zaman xəsarət almasını bildirmiş, boyunun arxa, yan və ön nahiyyəsində hər iki bazunun ön səthində, hər iki saidin ön səthində və döş qəfəsinin ön səthində qızartılar, sol baldırın ön səthində orta 3/1-də sıyrıntı, sağ budun ön səthinin aşağı 3/1-də sıyrılmış qərtməkli yara, sağ bazunun arxa 3/1-də qərtməkli yaralar, sol saidin ön səthində yuxarı 3/1-də qırmızımtıl rəngli qançır aşkar edilmişdir. İş materi allarında olan Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə toplanmış 717C-22 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, bəraət almış şəxs bildirmişdir ki, kiçik qızının oktyabr ayının sonlarında toyunu etmək istədiyi üçün polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, əslində isə döyülməmişdir. Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, o və Şahid3 bəraət almış şəxsu döyməmiş, ona qarşı fiz iki zor tətbiq etməmişlər. (cild 1, iş vərəqə 156158). İş materiallarında olan Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 polis əməkdaşları tərəfindən döyülməsi təsdiqini tapmadığı üçün cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, X2 emosional davranışının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının sonuncunun qollarından və boynundan tutmaları, sinəsindən arxaya çəkib saxlamalarında ifadə olunan əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd edilməsi haqq ında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, bəraət almış şəxsa yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncu əvvəlcə etiraz etməsə də, avtomobilə əyləşən zaman o və əməliyyat müvəkkili Şahid3 onun sağ və solunda oturmuşlar, bu onun xoşuna gəlməmiş və avtomobildə etiraz edərək özünü emosional aparmağa başlamış, onların sağda və solda oturmaqlarına etiraz etmiş və həmin vaxtı onlar Məlikovun qollarından tutub sakitliyə dəvət etmişlər, buna baxmayaraq bəraət almış şəxs oturduğu yerdə başını qabağa və dala hərəkət etdirmiş və onlar bəraət almış şəxs boynundan tutub, sinəsindən bir qədər arxaya çəkib saxlamaqla sakit olmasını tələb etmiş və bundan sonra o sakitləşmiş və onun yanında oturtd uqları vəziyyətdə də avtomobildə onlarla birlikdə idarəyə getmiş, ola bilər ki, sadalanan xəsarətləri bəraət almış şəxs özünü emosional aparan zaman orada avtomobildə almış, lakin onların niyyətləri bəraət almış şəxsa zor tətbiq etmək olmamış, sadəcə olaraq onu sakitləşdirmək üçün qollarından və boynundan tutmuşlar. Həmin vaxtı bəraət almış şəxs xəsarət almasını görməmiş, sonuncu da bu barədə onlara heç bir söz deməmişdir. Digər əməliyyat müvəkkili Şahid3 da eyni məzmunlu izahat vermişdir. (cild 2, iş vərəqə 84-85). Məhkəmə kollegiyası hesab edir ki, bəraət almış şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı araşdırma aparılsa da, bu formal olmuş, araşdırma zamanı xəsarətlərin xarakteri, törənmə müddətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası tə yin edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bəraət almış şəxs istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, o, tutulmamışdan 20 gün öncə İran İslam Respublikasının vətəndaşı olan “Ağa” adlı şəxsin vasitəsi ilə narkotik vasitəni “Kamelot” adlı restoranın yanında əldə etmişdir. Bununla bağlı qeyd edilir ki, bəraət almış şəxs istifadəsində olan mobil telefona baxış keçirən müstəntiq təqsirləndirilən şəxsin telefonunda “Ağa” adlı şəxsin, ümumiyyətlə, İran İslam Respublikasına aid hər hansı nömrə olmasına və bəraət almış şəxsla “Ağa” adlı şəxsin arasında əlaqələrin (yazışmaların, zənglərin və s) olmasına dəlalət edən hər hansı bir hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qan unvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təs bit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanu nun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaql a əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cin ayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlar ının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X3 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X2 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəra ət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndiri lən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz ol duğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkd ə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1894/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1894/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver