Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1894/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1182/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx xxxx-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Güloğullar ərazisi dairəsi, Qaradağlı kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanda fərdi yaşayış evində yaşamışdır. 2. 17 aprel 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 may 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 18 oktyabr 2022-ci il tarixdə, saat 21:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən adsız kafedə müştəri qismində olaraq tanışları ilə birlikdə rəqs edən zaman, onlarla eyni zamanda rəqs edən digər müştərilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 toxunmasına görə sonuncu tərəfindən bildirilmiş irada görə ilk öncə kafenin daxilində sözlə mübahisə etdikdən sonra saat 22 radələrində kafenin yaxınlığında küçədə söz mübahisəsi etdiyi Zərərçəkmiş şəxs2 kafenin içərisində ona bildirdiyi iradı bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ət rafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, sonuncunun sifət nahiyəsindən kəllə ilə bir dəfə vurmuş, bundan sonra tanışı Təqsirləndirilən şəxs ilə birlikdə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla bədəninin müxtəlif nahiyələrindən vurub ona, sağ çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ said nahiyəsinin dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan deşilmiş- kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, qarının ön divarının daxilə nüfuz edərək ürəyin sol mədəciyinin mənfəzə keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xuliqanlıq niyyəti ilə insan həyatı üçün t əhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 köməklik etmək istəyən sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs bıçaqla bədəninin müxtəlif yerlərindən vuraraq ona, pnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin ön və arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları, qaraciyərin cırılması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası, dalağın cırılması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs3 aşağı ətraf nahiyələrindən bıçaqla vurub o na hər iki sağrı nahiyələrinin və sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları kimi hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 yuxarı ətraf nahiyələrindən bıçaqla vurub ona döş qəfəsinin arxa səthinin onurğa sütunu proyeksiyasının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol kürək sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan s ağlamlığa az ağır zərər vuran, döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İİİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sağ tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sol yan səthinin orta qoltuqaltı xətt üzrə Vİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sol tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi hər biri dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlə r edərək xuliqanlıq etmiş və bir qrup şəxs tərəfindən, xuliqanlıq niyyəti ilə, iki və ya daha çox şəxsə qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-293/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 (y eddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CMnin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə ədalətli baxılmasını xahiş etmiş, məhkəmə iclasında apellyasiya şikayətini dəqiqləşdirərək, hökmün ona təyin edilmiş cəzanın azaldılmaqla dəyişdirilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1182/2024 nömrə li, 15 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-293/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmünün təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının 06 (altı) il 03 (üç) ay müddətinə endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzanın Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxla nılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 10.Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi kifayət qədər araşdırmamış, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin tətbiqində səhvə yol vermişdir ona görə ki, cinayət əməli ümumi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə deyil, təkcə zəruri müdafiə həddini aşmaqla törədilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1182/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi, əməlin tövsifinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsi ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş et mişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1182/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həm in qərarı qanuni və əsaslı hesab edir.
18. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edi lməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəl lənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olmasını iddia etsə də, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən cinayət qanununun normalarına riayət edilib-edilməməsinı yoxlamış, törədilən cinayətin sübuta yetirilməsi, cinayətin hüquqi tövsifinə dair gəldiyi nəticənin əsaslı olmasını müəyyən etmiş, yalnız Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun olmadığı əsası ilə hökmü cəza təyini hissəsində dəyişdirmişdir.
23. O cümlədən, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkəməyədək icraat dövründə özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf edən Məhkum məhkəmə qarşısında işin hallarına uyğun olmayan fərqli ifadə versə də, onun Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri məhkəmə araşdırmasından əvvəl müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, digər məhkum Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə, tanınmaya təqdim etmə haqqında, baxış və digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübut, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrinin dispozisiyalarından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsasla rının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
26. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada tə şkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1182/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1182/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.