Məhkəmə qərarları › İş №1(102)-1895/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1895/2019

26.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1895/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X5 ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs X9, Zərərçəkmiş şəxsin hüquq varisi X6, Məhkum edilmiş şəxs Cəlilov Fərid Aydın oğlunun, Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.3cü maddəsi ilə məhku m edilmiş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 24 may tarixli 1(105)-232/2018 nömrəli qərarından məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli, 1(101)-892/2014 nömrəli hökmü ilə (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və Ə.N.Osmanov) 1988-ci il 3 yanvar tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “xxxx” ASC-də əməliyyatçı işləmiş, Ağsu şəhəri, H.Əliyev küçəsi, ev 45-də qeydiyyatda olmaqla yaşayan Məhkum CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhru m edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 2014-cü il 1 iyul tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum 2014-cü il 23 fevral tarixdə idarə etdiyi “VAZ-21154” minik markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən saat 16:30-da Bakı-Şamaxı-Yevlax yolunun 113-cü kilometrində, Şamaxı rayonu ərazisində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz h ərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, həmin yerdə ötmə əməliyyatı aparmamalı, 1.1 xəttini (bütöv ağ xətti) kəsib keçməməli və qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, ötmə əməliyyatı aparmaq üçün yolun ortasında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarıb öz yoluna qayıdarkən avtomobilin qabaq sağ hissəsi sağ tərəfdə eyni istiqamətdə düzünə hərəkətdə olan F.İ.Mirzəyevin idarə etdiyi Kamaz-65115C markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəyə rək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin“VAZ-21154” markalı avtomobilin sərnişinləri X8 alın nahiyəsində yara, kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi və X1 İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların qapalı sınığı, sol ağ ciyərin cırılması, sağ bud sümüyünün qəlpəli sınığı, alt çənədə və hər iki diz oynaqlarında yara, sol mil-bilək oynağında sıyrıq, daxili qanitirmə kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölmələrinə, habelə “xxxx” Açıq Səhmdar Cəmiyyəti X7 İstismar idarəsinə məxsus “Kamaz-65115C” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 426 manat məbləğində, X10 məxsus “VAZ-21154” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 2.321 manat məbləğində ziyan yetirilməsinə səbəb olmuşdur. Bak ı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli hökmündən məhkum edilmiş Məhkum müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquq varisi C.F.Şahbazov apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və Məhkum cəzasının ağırlaşdırlmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2016-cı il 22 iyun tarixli 1(105)-244/2016 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum edilmiş Məhkum həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Daha sonra, Məhkum ərizə ilə müraciət e dərək kassasiya şikayətinin geri qaytarılmasını və şikayətə baxılmasına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2016-cı il 17 noyabr tarixli 1(102)-1693/2016 nömrəli qərarı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkum edilmiş Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2016-cı il 22 iyun tarixli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli 1(102)-1146/2017 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2016-ci il 22 iyun tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 24 may tarixli 1(105)-232/2018 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum ona təyin olunan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. Məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi həmin qərardan 2019-cu il 14 noyabr tarixdə kassasiya şikayəti vermiş dir. O, qərarın ləğv edilməsini və Məhkum barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 24 may tarixli qərarında qismən məhkəmə istintaqı aparıldığı göstərilsə də, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli qərarında göstərilən məcburi göstərişlərin heç birini nəzərə almamış, kassasiya instansiya məhkəməsində göstərilən səhvlərin aradan qaldırılması üçün heç bir araşdırma aparmamışdır. Bunun əvəzinə, məhkəmə ilk növbədə təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq və birinci instansiya zamanı özünü təqsirli hesab etmədiyini, apellyasiya bax ışı zamanı isə özünü təqsirli hesab etdiyini göstərsə də, Məhkum apellyasiya məhkəməsində “etirafedici ifadəsini” öz qərarında göstərməmişdir. Göstərə də bilməzdi, çünki Məhkum istər ibtidai istintaq, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya icraatı zamanı heç bir vaxt özünü təqsirli hesab etməmiş, bütün ifadələrində eyni məzmunlu ifadə verərək özünü təqsirsiz hesab etmişdir. Belə ki, apellyasiya icraatı zamanı da verdiyi ifadəsində təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi eyni məzmunlu ifadəsini apellyasiya baxışı zamanı da təkrar etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum ifadəsini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək qiymət vermək əvəzinə, təqsirlə ndirilən şəxsin özünü təqsirli bildiyini qeyd etməklə kifayətlənmişdir. Lakin onun apellyasiya baxışı zamanı verdiyi yuxarıda qeyd edilən ifadəsini qərarında göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadəsini digər sübutlarla müqayisəli şəkildə yoxlamamış, həmin ifadədə göstərilən dəlillərin həqiqiliyini müəyyən etmək üçün ətraflı araşdırma aparmamışdır. Müdafiə tərəfinin şahidi kimi birinci instansiya məhkəməsində ifadə verən şahid M.İbrahimxəlilovun ifadəsinin sübut kimi qəbul etməyən birinci instansiya məhkəməsinin səhvlərini təkrarlayan apellyasiya instansiyası məhkəməsi 2018-ci il 24 may tarixli qərarında adıçəkilən şahidin ifadəsini göstərməmiş, ona qiymət verməmişdir. Bununla da müdafiə tərəfinin təqdim etdiyi sübuta qərəzli münasibətini ortaya qoymuş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 33.4-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 338.1-ci maddəsinə əsasən, məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri barəsində aşağıdakı hərəkətləri yerinə yetirir: 338.1.3. məhkəmə istintaqının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutların işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatə tlərinin olub-olmamasını aydınlaşdırır. CPM-in 338.2-ci maddəsinə əsasən, məhkəmə istintaqının tamamlanması barədə vəsatəti həll edərək məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması tələbini rəhbər tutur. Məhkəmə, CPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən məhkəmə istintaqının tamamlanması üçün müdafiə tərəfinin əlavə şahid qismində dindirilməsini tələb etdiyi şəxsləri məhkəməyə dəvət etməmiş və vəsatətin rədd edilməsinin zəruriliyini əsaslandırmamışdır. Baxmayaraq ki, apellyasiya məhkəməsinin qərarını ləğv edən kassasiya instansiyası məhkəməsinin qərarında göstərilir ki, “birinci instansiya məhkəməsi hökmdə yalnız ibtidai istintaq orqanının təqdim etdiyi və məhkəmədə tədqiq olunan sübutları sadalamaqla, onl arın məzmununu göstərməklə kifayətlənmiş, sübutlarda əks etdirilən konkret olaraq hansı məlumatların məhkumun qeyd olunan maddə ilə təqsirli bilinməsinə əsas verdiyini, nə səbəbdən müdafiə tərəfinin irəli sürdüyü dəlillərlə razılaşmadığını açıqlamamış, iş üzrə mövqeyini, sübutların qiymətləndirilməsi məsələsi ilə bağlı nəticəni əsaslandırılmamışdır. Halbuki, məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrində ittihamın təsdiq edilməsində şübhələrin yaranmasını şərtləndirən bir sıra məlumatlar mövcuddur və eyni zamanda həmin sübutlarda ( ifadələrdə və ekspert rəyində ) əks etdirilən digər məlumatlar da ittihamın birmənalı olaraq təsdiq olunduğu qənaətinə, məhkumun ona istinad edilən cinayəti törətdiyi nəticəsinə gəlmək üçün kifayət etmir. Apellyasiya instansiyası məhkəməsi də yuxarıd a göstərilən çatışmazlıqları aradan qaldırmamış, bunun üçün hər hansı bir tədbir görməmişdir...” Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli, 1(102)-1146/17 nömrəli qərarında aşağı instansiya məhkəmələrinin Məhkum təqsirli bilinməli olduğuna dair nəticəyə gəlinərkən sübutlardan biri kimi məhkəmə-lifli materialların ekspertizasının 2014-cü il 24 mart tarixli, 4374 saylı rəyinə əsaslandıqları, lakin həmin ekspert rəyindən avtomobilin bütün oturacaqlarındakı lifli materiallar tam şəkildə və kimə məxsusluğu müəyyən edilmədiyi qeyd edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin həmin göstərişini və müdafiə tərəfinin həmin ekspertiza rəyi ilə bağlı mövqeyini, apellyasiya şikayətinin dəlilini nəzərə almamışdır. Bun dan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli qərarında iş materiallarında olan “Canlı şəxsin ekspertizası” barədə olan 2014-cü il 10 mart tarixli, 80 saylı və 2014-cü il 6 iyun tarixli, T109/2014 saylı ekspert rəyləri və “Meyitin ekspertizası” barədə 2014-cü il 3 mart tarixli, 03 saylı ekspertiza rəyi arasında olan ziddiyyətlərin də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən araşdırılmadığı göstərilmiş və bunun apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi əsaslarından biri kimi qeyd etmişdir. Belə ki, kassasiya məhkəməsinin həmin qərarında həm canlı şəxsin, həm də meyitin ekspertizası barədə rəylərin hər ikisindən də həm Məhkum, həm də R.Fazilzadənin hər ikisinin baş nahiyəsində əmələ gələn xəsarətlərin ekspert bi r halda sükana və ya şitə dəyməsi nəticəsində, digər halda avtomobil salonunda əmələ gəlməsi barədə ziddiyyətlər vardır. Həmin ziddiyyətlərin aradan qaldırmaq məqsədilə VAZ-21015 markalı 90 DJ-463 dövlət qeydiyyat nişanlı avtomaşının sol (sürücü) oturacağından, sükan üzərindən, sükanın arxasından şitdən və maşının pedal hissəsindən müdafiəçinin iştirakı ilə ekspert tərəfindən tədqiqat üçün qan ləkə nümunələri götürülməsi və ekspert qarşısında götürülmüş qan ləkələrinin bioloji əlamətlərinə görə Məhkum məxsus olub-olmaması barədə müdafiə tərəfindən məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən heç bir əsaslandırma olmadan vəsatət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instans iya məhkəməsinin vəsatəti təmin etməməsi barədə mövqeyini haqlı hesab etmişdir. Məhkəmə, kassasiya məhkəməsinin həmin mövqeyini nəzərə almayaraq “Canlı şəxsin” və “Meyitin ekspertizası” barədə iş materiallarında olan ekspertiza rəyi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni 2018-ci il 24 may tarixli qərarında təkrarlamaqla kifayətlənmişdir. Qeyd edilənlərdən görünür ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli qərarında öz əksini tapmış göstərişləri nəzərə almamış, apellyasiya şikayətinin dəlillərini araşdırmamış, sübutları tam, obyektiv və qərəzsiz şəkildə qiymətləndirməmiş, nəticədə CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi məhkəmə iclasında kassasiya şikayətində göstərilənləri müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Dövlət ittihamçısı məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Zərərçəkmiş şəxs A.Ə.Cəlilov məhkəmə iclasında çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi C.F.Şahbazov kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, cinayət işi həm ibtidai istintaq orqanı, həm də məhkəmələr tərəfindən kifayət qədər araşdırılmış, Məhkum əməli təkzibolunmaz sübutlarla, ekspertiza rəyləri ilə öz təsdiqini tapmış və bunun nəticəsində də o, CM-in 263.3-cü maddəsi ilə təqsir li bilinərək, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Məhkum baş vermiş hadisədə özünü təqsirli bilmiş, məhkəmə istintaqının yekunlaşdıraraq özü barəsində ən yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Bundan əlavə, Məhkum baş vermiş hadisədə təqsiri iş üzrə keçirilmiş müxtəlif ekspertiza rəyləri, şahid ifadələri ilə öz təsdiqini tapmış, onun əməli əsaslı olaraq CM-in 263.3-cü maddəsi ilə tövsif edilmiş və ona məhkəmə tərəfindən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayəti cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və iş üzrə bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir əsas yoxdur. Məhkum özünü təqsi rli bilmirdisə, nəyə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 2018-ci il 24 may tarixli qərarından 1 il yarımdan sonra kassasiya şikayəti verirdi və özünə əmin idisə, öz təqsirsizliyini sübut etmək istəyirdisə, bir il yarım gözləməyə nə ehtiyac var idi. Bütün bunlar onu göstərir ki, o, hadisənin üstündən xeyli vaxt keçməsindən istifadə edərək bəraət almaq və özünün digər sosial statusunu təmizə çıxarmaq məqsədilə hazırkı kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. C.F.Şahbazov göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2018-ci il 24 may tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi C.F.Şahbazov etirazda göstərilənləri müdafiə edərək kassasiya şikayətinin təmin olunmamasını, apelly asiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. CPM-in: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübu tlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikd ə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli 1(102)-1146/2017 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2016-ci il 22 iyun tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Ali Məhkəmə qərarında gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Məhkəmə kollegiyası belə qənaətə gələrkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Hiro Balani İspaniyaya qarşı məhkəmə işində (1994-cü il 9 dekabr tarixli qərar) əriz əçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. İş materiallarından göründüyü kimi, Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində özünün müdafiəsi üçün bir sıra hallara və dəlillərə istinad etmişdir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, onların heç biri məhkəmə baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən yo xlanılmamış, ifadələrdə göstərilən məlumatlar araşdırılmamış, ittihamın təsdiq edilməsində yaranmış şübhələr aradan qaldırılmamış, bunun üçün hər hansı bir tədbir görülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə yalnız ibtidai istintaq orqanının təqdim etdiyi və məhkəmədə tədqiq olunan sübutları sadalamaqla, onların məzmununu göstərməklə kifayətlənmiş, sübutlarda əks etdirilən konkret olaraq hansı məlumatların məhkumun qeyd olunan maddə ilə təqsirli bilinməsinə əsas verdiyini, nə səbəbdən müdafiə tərəfinin irəli sürdüyü dəlillərlə razılaşmadığını açıqlamamış, iş üzrə mövqeyini, sübutların qiymətləndirilməsi məsələsi ilə bağlı nəticəni əsaslandırılmamışdır. Halbuki, məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrində ittihamın təsdiq edilməsində şü bhələrin yaranmasını şərtləndirən bir sıra məlumatlar mövcuddur və eyni zamanda həmin sübutlarda (ifadələrdə və ekspert rəyində) əks etdirilən digər məlumatlar da ittihamın birmənalı olaraq təsdiq olunduğu qənaətinə, məhkumun ona istinad edilən cinayəti törətdiyi nəticəsinə gəlmək üçün kifayət etmir. Apellyasiya məhkəməsi də yuxarıda göstərilən çatışmamazlıqları aradan qaldırmamış, bunun üçün hər hansı bir tədbir görməmişdir.”. Kassasiya şikayətində haqlı olaraq qeyd edilir ki, “Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 24 may tarixli qərarında qismən məhkəmə istintaqı aparıldığı göstərilsə də, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli qərarında göstərilən məcburi göstərişlərin heç birini nəzərə almamış, kassasiya instansiya məhkəməsində göstərilən səhvlərin aradan qaldırılması üçün heç bir araşdırma aparmamışdır....Məhkum ibtidai istintaq və birinci instansiya zamanı özünü təqsirli hesab etmədiyini, apellyasiya baxışı zamanı isə özünü təqsirli hesab etdiyini göstərsə də, Məhkum apellyasiya məhkəməsində “etirafedici ifadəsini” öz qərarında göstərməmişdir...”. İşdən göründüyü kimi, Məhkum əvvəlki icraatlarda olduğu kimi apellyasiya instansiyası məhkəməsində də icraat zamanı özünü təqsirli hesab etməmiş, apellyasiya şikayətini müdafiə etmiş, əvvəllər verdiyi ifadələrini təsdiq etmişdir (İV cild, iş v.34, 35). Apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə qərar qəbul etmiş, məhkəmə iclasına sədrlik edən Məhkum özünü təqsirli bilib-bilm əməsi barədə soruşmuş, Məhkum özünü təqsirli bilmədiyini bir daha bəyan etmişdir (İV cild, iş v.36, 37). Bundan sonra, məhkəmə sübutların araşdırılmasının ardıcıllığı barədə qərar qəbul etmiş, Məhkum ona elan olunmuş ittiham üzrə ifadə verməyi təklif etmişdir. Məhkum məhkəmə iclasında ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq etdiyini, buna baxmayaraq, hazırda özünü təqsirli hesab etdiyini bildirərək, barəsində olan cinayət işi ilə əlaqədar keçirilən proseslərin yekunlaşdırılmasını və yekun qərar qəbul edilməsini istədiyini qeyd etmiş, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Sədrlik edən məhkəmə istintaqı zərurətinin aradan qalxdığını bildirmiş, məhkəmə kollegiyası məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul etmişdir (İV cil d, iş v. 37). Beləliklə, Məhkum ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq etməsinə baxmayaraq, özünü təqsirli hesab etdiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi əvvəlki ifadələrini (o cümlədən, hadisə zamanı sükan arxasında olmadığına dair ifadəni) təsdiq edən Məhkum etirafının məzmunun məhz nədə ifadə olunduğuna aydınlıq gətirməmiş, bununla bağlı Məhkum dindirməmiş, Məhkum etirafı yalnız onun bəyanatı olaraq qalmış, bununla da onun etirafının məzmununun digər sübutlarla birgə yoxlanılmasına və qiymətləndirilməsinə dair CPM-in yuxarıda qeyd edilən normalarının, habelə, 126.6-cı maddəsinin tələbləri pozulmuşdur. CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə büt ün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, məhkəmə qərarında Məhkum istinad edilən əməl aşağıdakı məzmunda göstərilir: “...Məhkum 23.02.2014-cü il tarixdə idarə etdiyi “VAZ-21154” minik markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən saat 16:30-da Bakı-Şamaxı-Yevlax yolunun 113-cü kilometrində, Şamaxı rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələr inə ziyan vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, həmin yerdə ötmə əməliyyatı aparmamalı, 1.1 xəttini (bütöv ağ xətti) kəsib keçməməli və qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, ötmə əməliyyatı aparmaq üçün yolun ortasında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarıb öz yoluna qayıdarkən avtomobilin qabaq sağ hissəsi sağ tərəfdə eyni istiqamətdə düzünə hərəkətdə olan F.İ.Mirzəyevin idarə etdiyi Kamaz-65115C markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin -“VAZ-21154” markalı avtomobilin sərnişi nləri X8 alın nahiyəsində yara, kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi və X1 İİİ-İV-V-VİVİİ-Vİİİ qabırğaların qapalı sınığı, sol ağ ciyərin cırılması, sağ bud sümüyünün qəlpəli sınığı, alt çənədə və hər iki diz oynaqlarında yara, sol mil-bilək oynağında sıyrıq, daxili qanitirmə kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölmələrinə, habelə “xxxx” Açıq Səhmdar Cəmiyyəti X7 İstismar idarəsinə məxsus “Kamaz-65115C” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 426 manat məbləğində, X10 məxsus “VAZ-21154” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 2321 manat məbləğində ziyan yetirilməsinə səbəb olmuşdur.”. “Yol hərəkəti haqqında” Qanunda aşağıdakılar təsbit olunmuşdur: Maddə

36. Yol hərəkəti iştira kçılarının əsas vəzifələri və hüquqları İ. Yol hərəkətinin iştirakçıları: (...) 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; (...) Maddə

69. Yolun nişanlanması (...) Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; (...) Məhkəmə qərarında “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinin pozulduğu qeyd edilsə də, bunun (1.1 xəttini kəsib keçmənin), habelə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən hadisənin baş verməsindən bilavasitə əvvəl “ötmə” (hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçmə) əməliyyatının həyat a keçirildiyinin məhz hansı sübutların məcmusu ilə təsdiq edildiyi göstərilməmiş, buradan, “Yol hərəkəti haqqında” Qanunun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş tələblərin pozulmasının və bundan irəli gələn (faktiki baş vermiş) nəticələrin məhz “1.1 xəttini kəsib keçməklə ötmə əməliyyatının həyata keçirilməsi” ilə səbəbli əlaqədə olduğu əsaslandırılmamışdır. Beləliklə, CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulduğuna dair şikayətin dəlilləri əsaslı olduğundan, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə aid hissədə təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün apellyasiy a instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməli olduğundan, şikayət cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Yuxarıda göstərilənlərə və CPM-in 419.10.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. CM-in 263.3-cü maddəsi ilə məhkum edilmiş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 24 may tarixli 1(105)232/2018 nömrəli qərarı məhkum edilmiş Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və iş həmin məhkəmədə yenidən baxılmağa təyin edilsin. Şikayət cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi tələbinə aid hissədə təmin olunmasın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzd ür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov Z.M.Quliyev R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar