Məhkəmə qərarları › İş №1(102)-1895/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1895/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1895/2023 13.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 6 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1983-cü ildə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan2də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 9 iyun 2022-ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.F.İbrahimov, hakimlər M.Ə.Abbasov və R.A.Qaraqurbanlıdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair müddəa hökmdə n xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edərək, yaşadığı ünvan3 ünvanda yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq cəmi 53 ədəd ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkilərinə xüsusi aqrotexniki qaydada qulluq göstərərək külli miqdarda kultivasiya etmiş, kultivasiya etdikdən sonra həmin çətənə (kannabis) bitkilərindən təmiz çəkisi 10400,0 qramını qanunsuz olaraq sa tış məqsədi ilə küllü miqdarda kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq əldə etməklə, yaşadığı evin həyətində yerləşən saxlanc yerində kisədə saxlamış, 09 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Xəzər RPİ-nin 1-ci PŞnin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum yaşadığı ünvandakı həyətyanı sahəsinə 10 iyun 2022-ci il tarixdə saat 00:30-da keçirilən baxış zamanı həyətdəki sahədə daş hasara yaxın yerdə taxta ilə əhatə olunmuş torpaqda sintetik kisələrlə əkilmiş 53 ədəd ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin həyətdə olan saxlanc yerində isə tərkiblərinə görə 53 ədəd çətənə bitkiləri ilə eynilik təşkil edən sintetik torbada qurudulmuş vəziy yətdə təmiz çəkisi 10400,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin halları tam, hərətərfli və obyektiv araşdırılmamış, sübutlar düzgün tədqiq edilibqiymətləndirilməmiş, o cümlədən yaşadığı evin qarşısında gözləyən ailə üzvlərinin və başqa yaxın qohumlarının kisədəki qurudulmuş halda olan marixuananın polislər tərəfindən onun həyətində gətirilib qoyulmasını görmüş ailə üzvləri müvafiq vəsatət qaldırmasına baxmayaraq ibtidai istintaqda və məhkəmədə dindirilməmiş, polislər tərəfindən övladlarının da tutulması üçün hədələndiyi üçün məcburi yyət qarşısında həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməsinə dair ifadələrinə və videoçəkilişlə aparılan həyətinə və evinə baxış keçirilərkən söylədikdlərinə təqsirliliyini təsdiq edən sübut kimi istinad olunmuş, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə razılaşmayan ilkin olaraq onun müdafiəsini həyata keçirən vəkilin bir gün sonra başqa vəkillə əvəz olunmasına, hal şahidlərinin baxışda iştirak etməmələrinə, onun özünün məhkəmədə verdiyi ifadələrinə əhəmiyyət verilməmiş, həyətinə baxış keçirilərkən çəkilən videgörüntüdə onun özünün deyil, polis əməkdaşının içərisində qurudulmuş marixuana olan kisəni göstərdiyi və bununla da həmin narkotik vasitənin ona aidiyyətinin olmadığı təsdiq olunduğu halda apellyasiya məhkəməsində məhkəmə kollegiyası tərəfindən işdə olan iki “CD”- yə baxış keçirilməmiş, nəticədə yalnız 53 ədəd çətənə bitkisini onlardan əldə edəcəyi narkotik vasitəni özünün istifadəsi üçün əkib becərdiyi, həmin hələ yetişməmiş, çəkisi təxminən 14 kq. çətənə kollarından ittihamda göstərilən, təxminən 10 kq. qurudulmuş marixuananı əldə etmək mümkün olmadığı və bunu baxışda iştirak edən mütəxəssisaqronom məhkəmədə dindirilərkən təsdiq etdiyi halda, o, özünü təqsirli bildiyi CM-in 237.2.3-cü maddəsi ilə yanaşı əsassız və qanunsuz olaraq satış məqsədi ilə qurudulmuş marixuana hazırlamaqda və saxlamaqda təqsirli bilinmiş, eləcə də işə baxılarkən ailə vəziyyəti, özünün və ailə üzvlərinin vərəm xəstəliyindən əziyyət çəkməsi və digər məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlən halların yoxlanılmasını t əmin etmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair ədalətli qərarın çıxarılmasını, yəni faktiki olaraq həmin qərarın ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlill ərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə sübutların məhkəmələr tərəfindən düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitəsini qanunsuz olaraq hazırlama, saxlama cinayətini törətmədiyi halda, sübutların ziddinə olaraq həmin cinayəti törətməkdə təqsirli bilindiyini, Cinayət Məcəlləsinin 237.2.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilsə də, ona cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.1 1 və 416.1.21ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətindən göründüyü kimi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsini mübahisələndirməmiş, müvafiq olaraq da bu hissədə ittihamın əsaslandırılması üçün birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin hökmündə gətirilən sübutları və müəyyən edilmiş hallar ı qəbul etmişdir. Məhkəmə kollegiyası da Məhkum Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması hissəsində birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri şübhə altına almaq üçün əsas görmür. Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə Məhkumun irəli sürdüyü dəlillər cinayət prosesi gedişində lazımınca araşdırılmamış və əsaslandırılmış şəkildə cavablandırılmamışdır. Belə ki, ibtidai istintaq zamanı Məhkumun barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinə Xəzər Rayon Məhkəməsində baxılarkən məhkəmənin 11 iyun 2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittihamda göstərilən 10400,0 qram qurudulmuş marixuananın ona məxsus olmaması, polis əməkdaşlarının videoçəkilişdən əvvəl onun ailə üzvlərini də narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham edəcəkləri ilə hədələdikləri üçün kamera qarşısında guya həmin narkotik vasitənin ona məxsus olmasını yalandan bildirməsi barədə ifadə vermiş, eyni dəlili cinayət işinin materialları ilə tanış olarkən də təkrarlamış (təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında 25 avqust 2022-ci il tarixli protokol), lakin müstəntiq həmin dəlili yoxlamadan, 11 iyun 2022-ci il tarixdən sonra təqsirləndirilən şəxsin özünü belə dindirmədən vəsatətə baxılması haqqında 25 avqust 2022-ci il tarixli qərarı ilə həmin dəlili əsassız hesab etmiş, ittiham aktınd a isə ümumiyyətlə belə dəlilin irəli sürüldüyünü qeyd etməməmiş, əvəzində Məhkum özünün müdafiəsi üçün narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlakı üçün əldə etməsi, əkməsi, becərməsi barədə dəlil irəli sürdüyünü göstərərək, müstəsna olaraq bu məsələyə münasibətini bildirmiş, beləliklə də ibtidai istintaqın gedişində müdafiə tərəfinin sözügedən dəlili araşdırılmamışdır. Məhkum eyni dəlili birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən də irəli sürmüş və məhkəmə istintaqının gedişində ifadə verərkən göstərmişdir ki, qurudulmuş marixuana ona məxsus deyil, bu narkotik vasitəni onun yaşadığı evin həyətindəki saxlanc yerinə polis əməkdaşları qoyaraq onu iki oğlunu da tutacaqları ilə hədələyərək narkotik vasitənin ona məxsus olduğunu deməyə məcbur etmişlər. Bakı Ağır Cina yətlər Məhkəməsi də bu dəlilin yoxlanılması üçün lazımi araşdırma aparmadan, hökmdə təqsirləndirilən şəxsin həmin ifadəsini digər sübutlarla (o cümlədən, saxlanc yerinə içərisində narkotik vasitə olan kisəni polis əməkdaşlarının yerləşdirməsi və ora baxış keçirilərkən özünün deyil, polis əməkdaşının həmin kisənin olduğu yeri göstərməsi barədə kassasiya şikayətində də təkrarlanan məlumatı baxışın videogörüntülərini əks etdirən “CD” ilə) müqayisəli şəkildə təhlil etmədən, beləliklə də gəldiyi nəticəni əsaslandırmadan cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirmişdir. Halbuki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin CM-in 234.4.3-cü maddəsi ilə əlaqəli olan hissəsini inkar etməsi ilə yanaşı, birinci instansiya məhkəməsində şahid qismində dind irilmiş, 09 iyun 2022-ci ildə Məhkum yaşadığı evin həyətinə baxış keçirilərkən mütəxəssis-aqronom qismində iştirak etmiş Şahid3 da ibtidai istintaqda “Məhkum yaşadığı evin həyətinə giriş qapısının sol hissəsində yerləşən saxlanc yerindən 1 kisə quru vəziyyətdə spesifik iyli ot kütləsinin aşkar edildiyini” bildirdiyi halda, məhkəmədə “mən evdən qurudulmuş marixuana aşkar edilməsində iştirak etməmişəm” məzmunda ifadə vermişdir. Apellyasiya instansiyası məhkəməsinin də Məhkum şərh edilən dəlilini araşdırmadığı və əsaslandırılmamış şəkildə həmin dəlili rədd etdiyi ondan görsənir ki, məhkəmənin yekun qərarında Məhkum apellyasiya şikayətində və ona uyğun olaraq məhkəmə iclasında etdiyi çıxışda 10400,0 qram qurudulmuş marixuananın ona məxsus olmadığına və əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair iddiasının və bu maddə ilə ona bəraət verilməsinə dair tələbinin əsassız olduğu ibtidai istintaq zamanı toplanaraq birinci instansiya məhkəməsində baxılmış sübutlarla təsdiq olunduğu göstərilsə də, məhkəmə iclas protokolunda nəinki bu nəticəyə əsas olmuş araşdırmanın aparıldığını əks etdirən, hətta Məhkum həmin dəlillərinin dinlənildiyini belə təsdiq edən qeydlərə rast gəlinmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 26 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokolunda yekun qərarın həmin müddəlarının ziddinə olaraq göstərilmişdir ki, Məhkum müdafiəçisi çıxışında məhkum edilmiş şəxsin evli, himayəsində 3 azyaşlı uşağının olmasını, əlilliyini nəzərə alaraq ona daha yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmiş, Məhkum da çıxışında müdafiəçi si ilə razı olduğunu bildirərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Dəlillər dinlənilmədiyi, müvafiq olaraq da bu dəlillərin yoxlanılması üçün araşdırma aparılmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin onların əsassız olmasına dair qənaətə gəlməsi əsaslandırılmış nəticə kimi qiymətləndirilə bilməz. Təsvir edilənlər CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama münasbətdə məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərətəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını g östərir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-prosessual qanunun 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zam anı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir” (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan cinayət-prosessual qaydalara əməl olunmadan əldə edilmiş – Məhkum satış məqsədi ilə 10400,0 qram n arkotik vasitəni (qurudulmuş marixuananı) qanunsuz olaraq hazırlamasının və saxlamasının, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə də mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Odur ki, Məhkum kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun şərh edilən dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (birinci və apellyasiya instansiyası məhkəmələrində CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qər ar ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində cinayət işinə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar