Məhkəmə qərarları › İş №1(102)-1896/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1896/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1896/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkum X4 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, on un həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli, 1(103)-364/2024 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.12.2023-cü il tarixli, 1(101)- 525/2023 nömrəli hökmü ilə (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə), 07 avqust 1989-cu ildə Xocavənd rayonunun Əmirallar kəndində doğulmuş, işləməyən, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Xocavənd rayonunun Əmirallar kəndində pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanda yaşamış X9 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X4 həbsdə saxlandığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 525/2023 nömrəli hökmündən məhkumun Müdafiəçi tərəfindən apellyasiya şikayəti, Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti vermişdir. Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə) 2024-cü il 13 mart tarixli, 1(103)-364/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-525/2023 nömrəli hökmü təqsirləndirilən şəxs X6 xx.xx.2022-ci il tarixdə 6,863 qram narkotik vasitə heroinin aşkar olunması epizodu üzrə təqsirli bilinməsi hissəsində ləğv edilmiş və ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin epizod üzrə bəraət verilmiş, təkrar cinayətin törədilməsinin cəzanın təyini zamanı ağırlaşdırıcı hal kimi nəzərə alınmasına dair müddəalar hökmdən xaric edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-525/2023 nömrəli hökmü ilə X7 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilmiş və həmin cəzanın müddəti 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, X4 məhkəməyədək icraat zamanı 25 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 3 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs X4 2022-ci il 31 avqust tarixdən həbsdə olmaqla cəzasını çəkmiş hesab edilmiş və məhkəmə iclası zalından dərhal həbsdən azad edilmiş, hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material 6,863 qram narkotik vasitə heroinə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş və Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 6,863 qram narkotik vasitə heroin həmin materiala əlavə edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 2022-ci ilin aprel ayının əvvəllərinə təsadüf edən bir gündə, günorta saatlarında yaşadığı ünvan 1 evin qarşısında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 6,863 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib 6 ədəd bükümdə qablaşdırmaqla əynində olan boz rəngli parça materialdan ibarət cins şalvarının sağ yan cibindəki üzərində “Sobranie” sözü yazılmış qara rəngli siqaret qutusunun içərisində daşıyaraq saxlamış, 26 aprel 2022-ci il tarixdə saat 00:10 dəqiqədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtar ış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, “Məlikov” adına xəstəxananın qarşısında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gətirilmiş və həmin gün saat 03:00 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli parça materialdan ibarət cins şalvarının sağ yan cibindəki üzərində “Sobranie” sözü yazılmış qara rəngli siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,219 qram, 1,203 qram, 1,210 qram, 1,546 qram, 0,972 qram və 0,713 qram olmaqla ümumi təmiz çəkisi 6,863 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazı rlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, X9 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, “NZS” qəsəbəsində naməlum şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,565 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd bükümdə əldə etdikdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşımış, 31 avqust 2022-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekt i 191 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gətirilmiş və 31 avqust 2022-ci il tarixdə saat 10:30 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,565 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən X13 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2022-ci il 26 aprel tarixində üzərindən aşkar edilmiş külli miqdarda 6 bükümdə 6,863 qram çəkidə külli miqdarda narkotik vasitə heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Hökmlə həmçin in X9 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2022-ci il 31 avqust tarixində üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,565 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROKURORUN VƏ MÜDAFİƏ TƏRƏFİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkum X4 öz müdafiəsi üçün gətirdiyi dəlillər əməliyyat axtarış tədbirinin aparılmasına dair qərar və protokollardan, 27 aprel 2022-ci il tarix də tərtib edilmiş və Nüsrət Mustafayevin narkotik vasitə olan heroini xatırlamadığı şəxsdən əldə etdiyini bildirdiyi videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə haqqında protokoldan, eyni zamanda polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz hərəkətlərə məruz qalmasına dair halların istər ibtidai istintaq zamanı və eləcə də məhkəmə istintaqı zamanı hər hansı bir faktın olmaması və eyni zamanda, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəylərindən, bundan başqa, Nüsrət Mustafayevin istintaqın ilkin mərhələsində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələrindən və digər istintaq materiallarından tam sübuta yetirilmişdir. Bundan başqa iş materiallarında olan Binəqədi rayon prokurluğundan daxil olmuş cinayət işinin başlanılmasının rədd edilməsinə dair materialda olan Binəqədi RPİ-nin MSYsinin tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cinayət törətməkdə şübhəli bilinən vətəndaş X9 MSY-nə gətirilən vaxt onun üstünə baxış keçirilmişdir. Baxış zamanı, hər iki gözünün altında göyərtilər üz və alın nahiyyəsində göyərtilər, bədənin müxtəlif yerlərində yaralar aşkar edilmiş və gözlərinin içi qızarmışdır. Özünün deməsinə görə tutulmazdan əvvəl olmuşdur. İş materiallarında olan Binəqədi prokurorluğun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı X4 və polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Məhkəmə-tibbi ekspertizanın verdiyi rəydən müəyyən olunmuşdur ki, X6 xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində onun üzəri nə baxış keçirilən zaman “hər iki gözünün altında göyərtilər, bədəninin müxtəlif yerlərində yaralar, üz və alın nahiyəsində göyərtilər, hər iki gözündə qansızma” aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində bədəninə baxış keçirildiyi xx.xx.2022-ci il tarixdən 2-3 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Beləliklə, prokurorluq o nəticəyə gəlmişdir ki, X4 bədəni üzərində olan xəsarətlər onun saxlandığı tarixdən 2-3 gün əvvələ təsadüf etdiyindən polis əməkdaşlarının əməlində cinayət tərkibi müəyyən edilməmiş və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, məhkəmə kollegiyası ekspert rəyinə tənqidi yanaşmış, şəxsin 26 aprel deyil 25 aprel tarixində tutulmasını əsas göstərərək həmin xəsarətlərin də şəxsin tutulması zamanı alması ilə əlaqələndirmişdir. Lakin cinayət işinin materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulması qeydə alınmışdır. Belə olan halda ekspert rəyinin şübhə altına alınmasına əsas yoxdur. Bundan başqa, məhkum istintaqın ilkin mərhələlərində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zorakılıq göstərilmədiyini qeyd etmişdir. Belə olan halda təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli sonradan verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamışdır. Dövlət ittihamçısı bildirmişdir ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxs in cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahıya əsasən narkotik vasitə olan heroinin çəkisinin 0.15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, xalis çəkisinin 2 (iki) qramdan yuxarı olması külli miqdar kimi müəyyən edilmişdir. Narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitə və psixotrop maddənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində məhkumun üzərində aşkar olunmuş heroin ayrı-ayrı bükümlərdə olmaqla 6 büküm olmuş, gündəlik ehtiyacın yuxarı həddindən təxminən 45 dəfədən və külli miqdardan 3 dəfədən çox olmuşdur. Belə ki, narkotik vasitə olan heronin satış məqsədi ilə əldə etmiş Nüsrət Mustafayev istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq, narkotik vasitə olan heronin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bununla da məhkəmə sadalanan sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin məqsədyönlü və tutarlı dəlillər gətirmədən özünümüdafiə xarakterli ifadəsinə üstünlük verməklə toplanmış sübutları müqayisəli şəkildə təhlil etmədən apardığı birtərəfli araşdırmanın nəticələrinə əsaslanmaqla Hidayət Muxtarova əsassız olaraq hissəvi bəraət vermişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hazırki iş üzrə qərarı qəbul edərkən cinayət-prosessual qanunvericiliyin t ələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş və gəldiyi nəticə əsassız olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli hökmünün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçisi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya protestinin əsassız olduğunu bildirdilər və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək kassasiya protestinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna ə sas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hə r hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini həll edir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə ə sasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədal ətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun norm alarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi kassasiya protestində irəli sürdükləri dəlilləri həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələrində irəli sürmüş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılaraq əsaslandırılmış hökm çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibətdə hesab edir ki, məhkum X6 xx.xx.2022-ci il tarixdə 6,863 qram narkotik vasitə heroinin aşkar olunması epizodu üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirli bilinməsi işin faktiki halları ilə təkzib edilir. Belə ki, məhkum X6 xx.xx.2022-ci il tarixdə 6,863 qram narkotik vasitə heroinin aşkar olunması faktı şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair prosessual qaydalarının pozulması ilə aparılmış, həmin istintaq hərəkətində müdafiəçinin iştirakı təmin edilməmiş, onun polis əməkdaşları tərəfindən 25 aprel 2022-ci il tarixdə saxlanılması və fiziki təzyiqlərə məruz qalması nəticəsində cinayəti üzərinə götürməsi, məhkəmənin sorğularına cavab olaraq gəlmiş, anten-əhatə məlumatları, 25 aprel 2022-ci il tarixdə polis əməkdaşı olan Şahid8lə məhkum edilmiş şəxsin qohumu Şahid9lə arasında baş tutmuş danışıqla və xəsarətin ona saxlanıdığı, 25 aprel 2022-ci il tarixdə yetirilməsini güman etməyə əsas verən yuxarıda qeyd olunan hallara əsasən X6 xx.xx.2022-ci il tarixdə 6,863 qram narkotik vasitə heroinin aşkar olunması faktı sübuta yetirilməmiş hesab olu nmalıdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi digər dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyində xəsarətin aşkar olunduğu vaxtdan 2-3 gün əvvəl yaranmasına dair nəticə ilə bağlı ekspert tərəfindən rəydə elmi-tibbi nöqteyi nəzərdən heç bir əsaslandırılma aparılmamış və məhkəmə iclasında rəylə bağlı dindirilərkən həmin halı əsaslandıra bilmədiyindən həmin rəy xəsarətin yaranması ilə bağlı müddətə qiymət verilməsi üçün yetərli hesab oluna bilməz. Digər tərəfdən həmin müddət qəbul olunsa belə xəsarətin alınması və onun tutulma vaxtı, yəni 25 aprel 2022-ci il tarixə uyğun gəlir. Bununla yanaşı saxlanılan şəxsin üzərində xəsarətlərin tutulmamışdan əvvəl yaranması ilə bağlı polis əməkdaşları tərəfindən hər hansı bir sənədləşdirmə aparılmad ığından onun həmin xəsarətlərin tutulmamışdan qabaq alınmasına dəlalət etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxs X4 cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək ic raat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı biləbilə yalan ifadələr verilmişdir. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların m əcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli, 1(103)-364/2024 nömrəli qərarı ittiham tərəfinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-525/2023 nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X9 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli, 1(103)-364/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar