Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1897/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum o lunmuş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-239/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər M.M.Ağalarov (sədrlik edən və məruzəçi), F.Ə.Qəniyev və S.İ.Əliyev) 3 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib, 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 11 (on bir) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli 2 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-239/2025 nömrəli 14 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər E.Z.Əliyev (sədrlik edən), M.Ə.Abbasov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 «Kontakt Home» mağazalar şəbəkəsindən müxtəlif növdə məişət əşyalarını ucuz qiymətə alıb baha qiymətə satmaqla birgə qazanc əldə edə biləcəklərinə dair yalan vəd verərək biznesə yatırım etmək adı ilə 2021-ci ilin may ayının əvvəllərindən həmin ilin iyul ayının ortalarına kimi olan müddə t ərzində sonuncunun hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 80.630 manat pul vəsaitini sonuncu dəfə metronun Nəriman Nərimanov stansiyasının qarşısında nağd şəkildə ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda 80.630 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin Məhkum təkrarən Zərərçəkmiş şəxs1 ona məxsus «Volkswagen Touareg» markalı avtomobili 20.000 manat qarşılığında almaqla bağlı yalan vəd verərək aldatmış və 2021-ci ilin iyul ayının sonlarında həmin avtomobili Zərərçəkmiş şəxs1 heç bir ödəniş etmədən sonuncunun iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş X11 İdarəsində öz adına rəsmiləşdirməklə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xe yli miqdarda 20.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ucuz qiymətə kondisioner alaraq baha qiymətə satmaqla birgə qazanc əldə edə biləcəklərinə dair yalan vəd verərək biznesə yatırım etmək adı ilə sonuncunun 2021-ci ilin may ayının sonlarında ünvan 2 ünvanında 8.500 manat, 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında 8.500 manat və 18 iyun 2021ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına İstirahət Parkında 5.100 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda 22.100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 xaricdən ucuz qiymətə «İphone» markalı mobil telefon gətirmək adı ilə yalan vəd verərək 12 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında sonuncunun hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 1.100 manat məbləğində pul vəsaitini ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1.100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 onu İsveçrənin Bern şəhərində şokolad fabrikində ilə düzəldəcəyi ilə bağlı yalan vəd verərək 02 iyun 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək olan müddət ərzində sonuncunun hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 1.200 manat məbləğində pul vəsaitini sonuncu dəfə Zərərçəkmiş şəxs4 tərəfindən 22 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərinin ərazisində «Leobank» mobil tətbiqi vasitəsilə istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4098-5844-5042-2827 nömrəli bank kartının hesabına köçürülməsi yolu ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1.200 manat məbləğində maddi ziyan vurmaqla tə krar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə ələ keçirəcəkləri pulu sonradan aralarında böləcəklərinə dair əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar fəaliyyətin icrası üçün Məhkum 7 oktyabr 2022-ci il tarixdə 022 nömrəli «Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi» əsasında Təqsirləndirilən şəxs1 direktoru olduğu "xxxx" MMC-dən icarəyə götürdüyü X1 məxsus **-GB-*** qeydiyyat nişanlı «BMW 528i» markalı avtomobili heç bir rəsmi sənədləşmə aparmadan satıb əldə olunan pulu öz aralarında bölmək və sonradan av tomobili satdıqları şəxsdən onun adına heç bir sənədləşmə olmadığı üçün qanuni yollarla geri qaytarmaq məqsədilə Təqsirləndirilən şəxs1lə razılaşmış, daha sonra o, avtomobilə müştəri tapması üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş və beləliklə də, sonuncunun müştəri qismində tapdığı Zərərçəkmiş şəxs5 Gündüz oğluna avtomobili öz avtomobili kimi təqdim edərək qardaşının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına görə təcili pula ehtiyacı olduğunu və buna görə avtomobili dəyərindən ucuz qiymətə satdığını, avtomobilin qeydiyyat şəhadətnaməsinin də qardaşının üzərində olduğunu, buna görə avtomobili yalnız bir neçə gündən sonra onun adına rəsmiləşdirə biləcəklərini yalandan bildirərək onu aldadıb etibarından sui-istifadə etməklə 26 oktyabr 2022-ci il tarixdə saat 02: 00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən «İst petrol» yanacaq doldurma məntəqəsinin qarşısında ondan 21.300 manat pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Gündüz oğluna xeyli miqdarda 21.300 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 xaricdən ucuz qiymətə «İphone» markalı mobil telefon gətirmək adı ilə yalan vəd verərək 21 oktyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 1.965 manat məbləğində pul vəsaitini sonuncu dəfə Zərərçəkmiş şəxs6 tərəfindən 16 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdə «Leobank» mobil tətbiqi vasitəsilə öz adına olan «X12» ASC tərəfindən emissiya edilmiş 4613-86030994-9377 nömrəli bank kartının hesabına köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 1.965 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 xaricdən ucuz qiymətə 06 ədəd «İphone» markalı mobil telefon gətirmək adı ilə yalan vəd verərək 16 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək olan müddət ərzində hissəhissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonunc unun, ümumilikdə, 6.125 manat məbləğində pul vəsaitini sonuncu dəfə Zərərçəkmiş şəxs7 tərəfindən 21 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdə «Leobank» mobil tətbiqi vasitəsilə öz adına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4098-5844-5042-2827 nömrəli bank kartının hesabına köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs7 alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 xeyli miqdarda 6.125 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq epizodunun ittihamdan xaric olunması, Məh kum əməllərinin CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif olunması, zərər çəkmiş Zərərçəkmiş şəxs5 epizodu üzrə ziyanın tam ödənilməsini, Zərərçəkmiş şəxs5 şikayət və tələbinin olmamasını nəzərə alıb, Məhkum həbsdə olduğu müddətlə kifayətlənib, onun həbsdən azad olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, məhkəmə cinayət təqibi ilə əlaqədar bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə qərəzli mövqe tutmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı dələduzluq epizodu ilə əlaqədar bütün şübhələri təqsirləndirilən şəxsin əleyhinə qiymətləndirmişdir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs5 qarşı törədilmiş dələduzluq cinayəti ilə əlaqədar ziyan tam ödənilsə də nəzərə alınmamışdır. Eyni zamanda istintaq orqanı, birinci instansiya, eləcə də apellyasiya instansiya məhkəməsi Məhkum qarşı CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Cinayət-Prosessual Məcəllənin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmişlər. Sübutetmə qaydalarının pozuntuları ilə əldə olunmuş Məhkum şərh edilən əməlində dələduzluq cinayətinin tərkibinin olması və həmin əməllərə görə onun CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticə isə qanuni, əsaslı və mötəbər sayıla bilməz. Məhkum aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması onun əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi zərər çəkmiş tərəfi qane edəcək səviyyədə lazımınca yerinə yetirə bilməməsi, aralarındakı münasibətlə rin sonradan mülki qaydada notarial müqavilə ilə rəsmləşdirməsi nəzərə alınaraq Məhkum əməli CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Məhkum mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir və həmin epizod üzrə cinayət hadisəsinin baş vermədiyini və əməlində cinayət tərkibinin olmadığını təsdiq edir. Hazırki cinayət tərkibinin dispozisiyasından və şərhindən göründüyü kimi, həmin cinayət tərkibinin yaranması üçün mütləq şəkildə özgənin əmlakını ələ keçirmə faktı olmalıdır. Lakin işin faktiki hallarından görünür ki, həmin pul vəsaitləri Məhkum tərəfindən ələ keçirilməmişdir. Bu baxımdan qeyd olunan xüsusatlar bir daha Məhkum əməlində CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmadığı halını təsdiq edir. Məhkum cinayət əməlinə görə məhkum olunduğu cinayət mühakimə icraatının nəticəsi olan ittiham hökmünün və apellyasiya instansiya məhkəməsinin qərarının çıxarılmasında kifayət qədər istər maddi, istərsə də prosessual pozuntular yer almış və yetərli mübahisəli məqamlar mövcuddur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsi, lakin ziyanın tam ödənilməsini nəzərə alaraq cəzanın sanksiya həddində minimuma endirilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təm in edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yən i bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Verilmiş şikayətdə məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi xahiş olunur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində bu əməlin külli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictim ai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksi ni tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təq sirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitəd ir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsin də nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxmış birinci instansiya və apellyasiya instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd ed ilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təxminən 3 il, Təqsirləndirilən şəxs2 isə təxminən 2 ildir tanıyır. Onların hər ikisi ilə yaxşı münasibəti var. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə 20 il Xətai rayonunda qonşu olmuşlar. 2021 ci ildə oradan köçmüşlər. X9 Nazirliyində işləmişdir. 2019-2020-ci illərdə o, ticarətlə məşğul olmağa başlamışdır. Əşyaları ucuz qiymətə alıb, baha qiymətə satmaqla mənfəət əldə etmişdir. Bir müddət sonra ticarətlə əlaqədar pul lazım olduğu üçün Zərərçəkmiş şəxs1 faizə 6.000 manat pul götürmüşdür. Götürdüyü pulun qarşılığında hər həftə aldığı 6000 manat qalmaq şərti ilə etdiyi alverdən asılı olaraq ***-**** manat arasında ödəniş etməklə ona faizə 11000 manat pul ödəmişdir. Bir neçə ay sonra artıq ödəniş etmək imkanı olmamışdır. Anardan ödədiyi pulları borcundan çıxmasını xahiş etmişdir. Sonuncu isə etiraz edib, uzun müddətdir pul vermədiyini, faizin 7000080000 manata qədər artdığını bildirmişdir. Anara 70000-80000 manat pul ödəmək imkanının olmadığını bildirmiş, sonuncu isə bununl a razılaşmamışdır. Bir müddət sonra Anar ona FHN-də xidməti işi ilə əlaqədar problemlərinin olduğunu, dövlət əmlakını və maddi vəsaiti mənimsədiyini bildirib, ondan 70000-80000 manatı tələb etmişdir. Həmin vaxt onlar Əhmədli rayonunda yerləşən evlərini satışa qoymuşlar. Anar onu hədələyərək, əgər pulunu qaytarmasa, atasına hər şeyi deyib, evi öz adına keçirməsini tələb edəcəyini demişdir. Anar atasına borc barədə məlumat verməsin deyə onun dedikləri ilə məcbur razılaşmışdır. Daha sonra sonuncunun avtomobilinə əyləşmişlər. Anar ondan aralarındakı danışığı yazı formasına salaraq ona sms kimi göndərməyi tələb etmiş, bu yazını əlində sübut olaraq saxlayacağını bildirmiş, o da razılıq vermişdir. 2021-ci ildə ona məxsus olan Kia Optima markalı maşını satışa çıxarıb, Anara məxsus olan Volkswagen Touareg markalı maşını ondan almışdır. Anar maşını ona etibarnamə əsasında vermiş və o, həmin maşını idarə etməyə başlamışdır. Anara maşını satıb pulun bir hissəsini verəcəyini, qalan hissəsini isə daha sonra imkanı olduqca ödəyəcəyini bildirmiş, sonuncu razılıq vermişdir. Bir müddət sonra Anar ona maşını borc pul qarşılığında girov qoyacağını bildirib, maşını borc pul aldığı şəxsin adına keçirtmişdir. Həmin şəxs də ona maşını sürməyi üçün etibarnamə vermişdir. Öz maşınını sata bilmədiyi üçün bir müddət sonra Anara maşına görə ödəməli olduğu pulu verə bilməmiş və maşını ona geri qaytarmışdır. Sonra Anarın ona verdiyi etibarnamənin müddəti qurtarmışdır. Daha sonra Anarın borclarına görə maşına həbs qoyulmuş, Anar borcunu ödədikdən sonra maşınını geri almışdır. Anar onunla görüşüb, maşını gü ya onun girov qoyduğunu və ona müəyyən məbləğdə pul verildiyini demişdir. Lakin Anarın dedikləri doğru deyil. Maşın qanunla nəzərdə tutulmuş qaydada Anar tərəfindən başqa şəxsin adına keçirilmiş və buna dair rəsmi sənəd də var. Zərərçəkmiş şəxs1 80630 manat ziyan vurmamışdır. Sonunucudan sadəcə 6000 min manat borc pul almış, faizləri ilə 11 min manata yaxın Anara pul ödəmişdir. Wolkswagen markalı maşınla isə heç bir əlaqəsi yoxdur. O, maşını Anardan almış, bir müddətdən sonra başqa bir maşını satıb ondan aldığı maşının ödənişini etməli olmuşdur. Lakin həmin alqısatqı alınmadığına görə maşını Anara geri qaytarmışdır. Sonuncunun maşını onda cəmi 20-30 gün qalmışdır. Həmin epizod üzrə özünü təqsirli bilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun qohumudur, onunla heç bir iş görməmiş və sonu ncudan 22100 manat pul almamışdır. Sonuncudan bir dəfə 3000, növbəti dəfə isə 2000 dollar borc almış və qaytarmışdır. Elnarəyə 5000 dollardan əlavə aylıq faiz də ödəmişdir. İmkanı olmadığı vaxtlarda sonuncuya aylıq faiz ödəyə bilmədiyinə görə sonuncu ondan yığılan faizləri tələb etmiş, o da imkanının olmadığını bildirmişdir. 21000 borc belə yaranmışdır. Elnarə ona pulu başqasından faizə alıb, ona faizə verdiyini, pul verənin onu sıxışdırdığını demişdir. Sonuncunun pis vəziyyətdə qalmaması üçün həmin məbləği ödəyəcəyini desə də, hazırda buna imkanı yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 22000 manat pul aldığı məzmunda ifadə verməmişdir. Digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1100 manat alıb qaytarmış, Zərərçəkmiş şəxs4 1200 manat pul alıb qaytarmış, Zərərçəkmiş şəxs6 1965 m anat pul alıb qaytarmış, Zərərçəkmiş şəxs7 isə 6125 manat alıb qaytarmışdır. Zərərçəkmiş şəxs5 21300 manat məbləğində ziyan vurmuşdur, həmin epizod üzrə özünü təqsirli bilir. Belə ki, Təqsirləndirilən şəxs1 məxsus «Rent a car»dan götürdüyü «BMW 528i» markalı maşını 20 gün sürüb, hər günə görə ödəniş etmişdir. Maşını girov qoymaq fikri barədə Murada zəng edib demişdir. Sonuncuya bildirmişdir ki, həmin gecə borc qaytarmalıdır, maşını girov qoyub pul götürəcək, girovdan qalan məbləğdən ona da 3000 manat pul verəcəkdir. Lakin girov məsələsi alınmamış, maşını bir nəfərə sataraq onun qapısına qoymuşdur. Maşını 2-3 günə sənədləşdirəcəyini, alınmasa pulu qaytarıb, maşını geri götürəcəyini demişdir. Ceyhun və Rəşad adlı alverçilər ona 18600 manat vermiş, sonra çıxıb getmişdir. O, Murada söz verdiyi kimi 3000 manat vermişdir. Həmin məbləğ maşının icarəsi ilə bağlı olmamış, maşını girov qoymasına göz yumduğuna görə Murada vəd verdiyi pul olmuşdur. Maşının günlük icarə haqqını ayrıca ödəmişdir. Sonra Rəşad və Ceyhun adlı alverçilərin maşını Ramiz adlı şəxsə satdıqlarını öyrənmişdir. Ona 18600 manat pul verilmişdir. Maşının Ramizə 21300 manata satılmasını tutulduqdan sonra öyrənmişdir. Qalan 2700 manatın 1700 manatını Rəşad və Ceyhun müstəntiq Telman Babayevə ödəmişlər. Müstəntiq özü 1700 manatın onda olduğunu, ziyan nə vaxt ödənilsə, 1700 manatı ondan götürmələrini bildirmişdir. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər FHN-də işləmiş, daha sonra öz xahişi ilə işdən ayrılmışdır. Təqsirləndirilən şəxs Məhkum ilə ünvan 5van ında yaşadığı binada qonşu olmuşdur. O, həmin binanın 2-ci mərtəbəsində, Oruc isə 5-ci mərtəbədə yaşamışdır. Orucla qonşu kimi münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin sentyabr ayında Oruc ailəsi ilə birlikdə həmin ünvandan köçmüşdür. 2021-ci ilin aprel ayında, ünvan 5vanında yaşadığı binanın həyətində Orucla söhbət edərkən sonuncu bildirmişdir ki, «Kontakt Home» mağazalar şəbəkəsinin məsul şəxsləri ilə birgə biznes qurub, həmin mağazadan texniki məhsullar və mebelləri çıxarıb, Bakı şəhərində yerləşən müxtəlif otellərə satmaqla yaxşı gəlir əldə edir. Oruc «Kontakt Home» mağazalar şəbəkəsindən daha çox texniki məhsullar və mebellər çıxarıb satmaq istədiyini, lakin, bütün pullarının dövriyyədə olduğunu, onda lazımi pul olduğu təqdirdə birlikdə həmin bizneslə məşğul olaraq, yaxşı qazanc əld ə etməyin mümkün olduğunu dedikdə, o, sonuncunun təklifi ilə razılaşmışdır. Oruc bu işə külli miqdarda pul vəsaitinin lazım olduğunu demişdir. O, Oruca birlikdə iş görmək şərti ilə pul verəcəyini bildirmiş, Oruc qazanacağı pulun yarısını ona verəcəyini bildirmişdir. Sonuncuya birinci dəfə, 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Xəzər» univermağının qarşısında 3500 ABŞ dolları ekvivalentində olan 5950 manat pul vermişdir. Bundan 1 həftə sonra, Oruc ona 1000 manat pulu qazanc adı ilə vermişdir. Növbəti dəfə, Oruc əlavə texniki məhsullar və mebellər almaq üçün, ona 6630 manat pul lazım olduğunu bildirmiş, 2021-ci ilin iyun ayının əvvəllərində, o, 3900 ABŞ dolları ekvivalentində olan 6630 manat pulu yenə də, Bakı şəhəri Xətai rayonu, Gəncə p rospektində yerləşən «Xəzər» univermağının qarşısında Orucla görüşüb, ona vermişdir. Bundan sonra, eyni adla Oruc ondan 6000 manat pul istəmiş və o, bu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında sonuncu ilə görüşərək, ona 6000 manat pul vermişdir. Bundan bir neçə gün sonra xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında Orucla görüşüb, sonuncuya 10200 manat pul vermişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında Orucla yenidən görüşüb, sonuncuya 3500 ABŞ dolları ekvivalentində olan 5950 manat pul vermişdir. Oruc ondan qeyd etdiyi pulları aldıqdan sonra, xx.xx.2021-ci il tarixdə, axşam saatlarında, Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Nərimanov adına istirahət parkı»nda, xx.xx.2021ci il tarixdə ondan aldığı 10.200 manat pulu qaytarmaq adı ilə görüşsə də, sonuncu, həmin gün ondan aldığı pulu 2.800 manat əlavə qazancla birlikdə qısa bir müddətdə geri qaytarmaq bəhanəsi ilə aldadaraq vaxt qazanmışdır. 2021-ci ilin iyul ayının əvvəllərində o, yenidən Orucun vədinə inanaraq sonuncu ilə Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında görüşərək, ona 3400 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin iyul ayında Orucla Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında görüşüb, sonuncuya 9800 manat pul vermişdir. Daha sonra, eyni adla 2021-ci ilin iyul ayının ortalarında Məhkum ilə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Nərimanov adına istirahət parkı»nda müxtəlif vaxtlarda görüşərək, müvafiq olaraq, 1100 manat, 5600 manat, 2000 manat, 3000 manat, 2100 manat, 1500 manat, 1400 manat, 700 manat, 2400 manat, 2800 manat, 3400 manat, 1900 manat, 3000 manat, 1400 manat və son dəfə 400 manat olmaqla, ümumilikdə 32.700 manat sonuncuya pul vermişdir. Bununla da, Məhkum ondan «Kontakt Home» mağazalar şəbəkəsindən texniki məhsullar və mebelləri çıxarıb, Bakı şəhərində yerləşən müxtəlif otellərə satmaqla bağlı birlikdə biznes qurmaq və yaxşı gəlir əldə etmək adı ilə qaytarmış olduğu pulları çıxmaq şərti ilə 2021-ci ilin may ayının əvvəllərində 2021-ci ilin iyul ayının ortalarınadək olan müddət ərzində ümumilikdə 80.630 manat pul almışdır. Bundan başqa, 2008-ci il buraxılışlı və a tası Cəlal Nəbiyevin adından ona baş etibarnamə ilə verilmiş «Volkswagen» markalı, «Touareg» modelli, «**-HH-***» dövlət qeydiyyat nişanlı avtomobili satmaq fikrində olduğunu Oruca dedikdə, sonuncu həmin avtomobili almaq istədiyini bildirmişdir. O, avtomobili 21.000 manata satmaq istədiyini demiş, sonuncu 20.000 manat verə biləcəyini bildirmiş və o, razılaşmışdır. Avtomobilin alqı satqısına görə pulu çatışmadığı üçün, 2021-ci ilin iyul ayının sonlarında Oruc ilə öhdəlik müqaviləsi bağlamışdır. Sonuncu özündə nağd şəkildə 10000 manat pulu olduğunu, qalan 10000 manat pulu isə bankdan kredit şəklində çıxarıb, ona ümumilikdə 20000 manat pul verəcəyini bildirmişdir. Daha sonra, Oruc Baş X11 İdarəsinə getmələrini təklif etmiş və onlar həmin yerə getmişlər. Həmin vaxt, Oruc Fariz adlı şəxsə zən g edib, sonuncunu BDYPİ-nə dəvət etmiş və o, gəldikdən sonra, aralarında avtomobilin alqı satqısına görə öhdəlik müqaviləsi bağlanmışdır. Bundan sonra, avtomobili həmin gün Nərimanov rayonunda yerləşən «Nərimanov adına istirahət parkı»nda Oruca təhvil vermişdir. Lakin, 1 aydan artıq müddət keçsə də, Oruc avtomobilin pulunu verməmişdir. Buna görə də avtomobili geri götürmüşdür. Avtomobili idarə edərkən, Bakı şəhəri Mərdəkan Qala yolunda X11 əməkdaşları tərəfindən saxlanılmış və avtomobilə Lombard təşkilatının müraciəti əsasında həbs qoyulduğu bildirilmiş və avtomobil Qala qəsəbəsində yerləşən cərimə meydançasına aparılmışdır. Bu məsələyə aydınlıq gətirmək üçün Oruca zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə Lombardın Fariz adlı əməkdaşı ilə görüşmüşdür. So nuncu Orucun avtomobili Lombarda qoyub 10000 manat pul götürdüyünü, pulun 2 aylıq ödənişini etmədiyindən, avtomobilin üzərinə həbs qoyulduğunu bildirmişdir. O, avtomobili həbsdən çıxartmaq üçün Fariz adlı şəxsə 4000 manat pul ödəmişdir. Daha sonra, Fariz adlı şəxs avtomobilin alğı-satqısına görə öhdəlik müqaviləsi bağlamış və aylıq ödənişlərin qeyd edildiyi ödəniş qrafiki həmin müqaviləyə əlavə olunmuşdur. Avtomobilə görə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «McDonalds» restoranının qarşısında Farizə 1225 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən 82 nömrəli məktəbin qarşısında 1225 manat olmaqla, ümumilikdə 2450 manat pul ödəmişdir. 2021-ci ilin dekabr ayında avtomobili 20800 manata satıb, Farizə avtomobilin qalıq borcunu tam olar aq ödəmişdir. Ümumilikdə Lombarda 12250 manat pul ödəmişdir. Beləliklə, Məhkum «Kontakt Home» mağazalar şəbəkəsindən texniki məhsullar və mebelləri çıxarıb, Bakı şəhərində yerləşən müxtəlif otellərə satmaqla bağlı birlikdə biznes qurmaq və yaxşı gəlir əldə etmək adı ilə 80630 manat, «Volkswagen» markalı, «Touareg» modelli, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 20000 manat məbləğində almaqla bağlı vəd verərək etibarından sui-istifadə etməklə onu aldadaraq, ümumilikdə 100.630 manat məbləğində pulunu ələ keçirmişdir. O, Orucdan pulunu tələb etsə də, sonuncu, ona yalnız 11.000 manat pul qaytarmış, qalan pulu qaytarmamışdır. İlkin izahatında məbləği səhv qeyd etmiş, sonradan telefondakı yazışmalara və dəftərdəki qeydlərinə baxdıqdan sonra düzəliş edib, məbləğin 82000 manat yox, 8063 0 manat olduğunu göstərmişdir. Bacısı oğlu da Oruca borc verdiyinin şahidi olmuşdur. Heç kimə faizə pul verməmişdir. Get contact proqramında adının “faizə pul verən” kimi qeyd olunmağının səbəbini bilmir. İşdə olan 2 sentyabr 2021-ci il tarixli “öhdəlik müqaviləsi”ndən görünür ki, həmin müqavilə X6 ilə, Zərərçəkmiş şəxs1 arasında bağlanmışdır. Müqavilənin şərtlərinə görə, Zərərçəkmiş şəxs1 «Volkswagen» markalı «Touareg» modelli «**-HH-***» dövlət qeydiyyat nişanlı avtomobili, mülkiyyətçisi X3 12250 (on iki min iki yüz əlli) manata almaq barədə sonuncu ilə razılaşmış və həmin məbləği 10 (on) ay müddətinə, hər ay 1225 (min iki yüz iyirmi beş) manat ödəməklə, tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür (cild 2, i.v.65-67). İşdə olan «Whatsapp» yazışmalarından görünür ki, təqsirləndirilən şəxs Mə hkum, zərər çəkmiş Zərərçəkmiş şəxs1 80.630 manat borcunun olduğunu etiraf etmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsim Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kim i etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öh dəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 178.3.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 178.3.2-ci maddəsi ilə tövsif edib onu həmin maddə ilə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Bununla belə cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənası baxımından məhkuma təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqs irli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbay can Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər». Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömə k etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasından aydın görünür ki, cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, cinayətin və yaxud təqsirləndirilən şəxs in ictimai təhlükəliliyini aşkarlayan digər hallara (əlamətlərə) aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda şəxsin barəsində CMin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törə dilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli hökmündə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ona dəymiş maddi ziyanın əvəzi tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı şikayəti və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs3 təqdim etdiyi notarial qa ydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Məhkum qarşı qarşı şikayəti, mülki iddiası və tələbi yoxdur, onunla barışmışdır. İşdəki Zərərçəkmiş şəxs4 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Məhkum qarşı qarşı şikayəti, mülki iddiası və tələbi yoxdur, onunla barışmışdır. İşdəki Zərərçəkmiş şəxs6 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ona dəymiş maddi ziyanın əvəzi tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı şikayəti və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs7 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ona dəymiş maddi ziyanın əvəzi tam ödənilmişdir, onlar barışmışla r, ona qarşı şikayəti və tələbi yoxdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qeyd edilən cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Məhkum ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Cəlil oğlunun xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Məhkum heç bir şikayət, mülki iddia və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmiş və onlar barışmışlar, gələcəkdə ondan heç bir şikayət və tələbi olmayacaqdır. Beləliklə, iş materiallarından göründüyü kimi hazırda bütün epizodlar üzrə zərər çəkmiş şəxslərə dəymiş ziyan ta m ödənilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Məhkum cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, Məhkum Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasına dair digər hərəkətlərin edilməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngüllə şdirən hallar qismində cəza təyini cəzanın növünün və həddinin seçilməsi zamanı nəzərə alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin tətbiq olunması və ona törətdiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun o lmayan cəza hesab edilir. Həmin Məcəllənin 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasib ətdə Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il 4 (dörd) ayadək endirilsin. Azərbaycan Respublikası CM-i n 67.1-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 ay 11 günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 ay 20 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki təyin edilən cəza ilə qismən birləşdirilməklə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1897/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1897/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver