Məhkəmə qərarları › İş №1(102)-1898/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1898/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1898/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 30 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İ.A.Mahmudov (sədrlik edən və məruzəçi), M.A.Xankişiyev və F.Ə.Qəniyev) 30 iyun 2021-ci il tarixli 1(101)-990/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətinə az adlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və R.M.Abdulov) 30 sentyabr 2021-ci il tarixli 1(103)-1367/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(101)-990/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli 1(103)-1367/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi 01 mart 2022-ci il tarixdə kassasiya şikayəti verərək Bakı A pellyasiya Məhkəməsinin qeyd olunan qərarının dəyişdirilərək qərardan Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsinin xaric edilməsini və məhkuma aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarına əsasən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyü üçün kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən 14 dekabr 2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarına əsasən Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(101)-990/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli 1(103)-1367/2021 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək qeyd edilən qərardan kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, 1(103)-1367/2021 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan (Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarixli, 1(103)-1367/2021) qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü tarixli qərarının ləğv edilməsi və vəsatətlərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı təqsirləndirilən şəxs Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsində rəsmi qaydada verildiyi vaxtdan 1 illik kassasiya şikayəti vermə müddəti ötürülmədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət olunmuşdur. Eyni zamanda bildirmək istəyirik ki, bu qərardan Azərbaycan Respublikası Ali Mə hkəməsinə kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı da təqsirləndirilən şəxsə gec gəlib çıxmışdır. Həmçinin qeyd etmək istəyir ki, həm qanunvericiliyin tələbinə, həm də məhkəmə təcrübəsinə görə təqsirləndirilən şəxslər barəsində hər hansı bir şikayətin verilməsi yalnız təqsirləndirilən şəxsin öz razılığı və istəyi nəticəsində mümkündür. Yəni onun hüquqlarını müdafiəçi müdafiə etsə də, müdafiəçi özü müstəqil şəkildə, yəni təqsirləndirilən şəxsin istəyi və razılığı olmadan hər hansı bir şikayət ərizəsi ilə müraciət edə bilməz. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən onların vəsatətləri baxılarkən həmin qərarın elan olunduğu zaman müdafiəçinin məhkəmə iclasında iştirak etməsi ni nəzərə alaraq kassasiya şikayətinin verilmə müddətinin də həmin vaxtdan, yəni qərarın elan olunduğu gündən hesablanması əsas götürülmüşdür. Təbii ki, bu da qanunvericilik baxımından yolverilməzdir. Ona görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən vəsatətə baxılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 410.1.4 və 410.1-1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi bu səbəbləri əsassız və qanunsuz olaraq rədd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tar ixli 1(103)-1367/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin ba şlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. İş materiallarından da göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli məhkəmə iclası həm məhkumun, həm də onun müdafiəçisinin iştirakı ilə keçirilmiş və məhkəmənin baxış iclasında qəbul edilmiş məhkəmə qərarından kassasiya şikayətinin verilməsi müddəti və qaydası proses iştirakçılarına izah edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı elan olunduqdan sonra qərarın surəti Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq poçt vasitəsilə tərəflərə göndərilmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti verilir. Məhkum müdafiəçisinin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qərarın elan edildiyi vaxtdan (29 dekabr 2022-ci il tarixdən) 04 aydan çox müddət keçdikdən sonra daxil olmuşdur. Bundan əl avə kassasiya şikayətində məhkumun güclü stress keçirməsi və bu səbəbdən sağlamlığında problemlər yaranması qeyd edilsə də, bununla bağlı məhkəməyə hər hansı tibbi sənədlər və ya digər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aş ağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə müdafiəçi tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 1 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1367/2021 nömrəli 30 may 2023-cü il tarixli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1367/2021 nömrəli 30 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsas lı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1367/2021 nömrəli 30 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar