Məhkəmə qərarları › İş №1(102)-1898/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1898/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1898/2025 16.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçinin iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmündən Məhkumun müdafiəçisi tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Sadıxov Rasim Əkrəm oğlu (sədrliyi ilə), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) 30 aprel 2024-cü il tarixli 1(101)-105/2024 nömrəli hökmü ilə xx.xx.1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, xxx-da qeydiyyatda olmaqla xxx küçəsi, nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri i lə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, onun CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 5 avqust 2022-ci tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ittihamından CM-in 237.2.2-ci maddəsinin xaric edilməsi müəyyən edilmişdir. H əmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxslər Məhkum və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrliyi və məruzəsi ilə), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) 23 oktyabr 2024-cü il tarixli 1(103)-1499/2024 nömrəli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apelly asiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, onun CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə, CM-in 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümum i rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 5 avqust 2022-ci tarixdən hesablanması, CM-in 52.2.6-cı maddəsinə əsasən Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiq edilməməsi müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs da CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmündən Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əl bir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşıyaraq gəzdirmiş və saxlamış, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə etmiş, daşımış və saxlamış, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirdirməklə kultivasiya etmiş, onları və hissələrini toplamışdır. Belə ki, Gürcüstan Respublikası vətəndaşı Məhkum, Təqsirləndirilən şəxs oğlu və barələrində cinayət işi ayrılmış qeyriləri ilə təkrarən qabaqcadan əlbir olan qrup şəxs halında 2022-c i ilin iyun ayının əvvəllərində satış məqsədi və tamah niyyəti ilə Məhkum məxsus XXX küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib ümumilikdə külli miqdarda – 3724 ədəddən artıq sayda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, bundan əlavə 2022-ci ilin iyul ayından satış məqsədi və tamah niyyəti ilə həmin kollarının bir hissəsinin hissələrini toplayaraq həmin ünvanda qurutmaqla külli miqdarda – 36 kiloqram 710 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qanunsuz hazırlayaraq əldə edib saxladıqları yerə daşımaqla narkotik vasitənin külli miqdarda – 36 kiloqram 700 qram çəki də olan hissəsini həmin ünvanda gizlətmişlər, qalan 10 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs öz üzərində saxlamış, Təqsirləndirilən şəxs, Məhkum və qeyrilərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 3 avqust 2022-ci il tarixdə saat 02.00-da Məhkum məxsus XXX küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin evin həyatyani torpaq sahəsinə baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikləri ümumi təmiz çəkisi 2 ton 606 kiloqram olan külli miqdarda 3724 ədəd əkilibbecərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkil əri, həmçinin torpaq sahəsində yerləşən yarımtikilidən bir ədəd sellofan torbada külli miqdarda 36 kiloqram 700 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tikilinin giriş qapısından sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın siyirtməsindən 32 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “RA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mə rkəzdən alışan, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı, döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub 3 avqust 2022-ci il tarixdə saat 07.30-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə 10 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış baxış zamanı Məhkum məxsus XXX küçəsində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş çətənə kolları və qurudulmuş marixuana ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa barəsində axtarış elan edilmiş Məhkum Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2022-ci il tarixdə saat 19.00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində saxlanılmış, 6 avqust 2022-ci il tarixdə saat 11.15-də Məhkum müvəqqəti yaşadığı xxx nömrəsiz fərdi yaşayış evində onun icazəsi, razılığı və iştirakı ilə keçirilən ifadəsinin yerində yoxlanılması, həmçinin axtarış və götürm ə aparılan zaman həmin evin dəhlizində divardan asılmış bir ədəd narıncı rəngli əl çantasının içərisindən qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesan edilən tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və 8 ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə 2008-ci ildə istehsal olunmuş, döyüş sürsatları hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x1 8 mm Kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstrukslyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum elan olunmuş ittiham tam şəkildə qanunsuzdur, qərəzlidir və Azərbaycan Respublikası Cinayət Qanunvericiliyin tələblərinə, AR Konstitusiyasına tam şəkildə ziddir. Belə ki, hər şeydən əvvəl istintaq orqanı Məhkum bu cinayətləri törətməsinə dair əməlini təsdiq edən hər hansı bir sübut müəyyən edib cinayət işinə əlavə etməmişdir. İstintaq orqanı Məhkum bu cinayətdə iştirakının olmasını yalnız ehtimal və güman edir. Məhkum istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid9 XXX küçəsində yerləşən bağ massivini almamış, ona 20.000 manat məbləğində beh verməmiş, həmin həyətdə olmamışdır. Onun ümumiyyətlə Şahid9 o həyətindən məlumatı olmamışdır. Heç bir narkotik vasitə əkməmiş, becərməmiş və yığmamışdır. Yalnız İlknur adlı qadının evindən tapılmış tapança və 8 patronun ona aid olmasını etiraf edir. Təqsirləndirilən şəxs və X adlı şəxslə heç bir vaxt cinayət əlaqəsinə girməmiş, onlarla narkotik vasitə əkməmiş, becərməmişdir. Qurudulmuş marixuana saxlamamış və satmamışdır. 33 ədəd patronda ona məxsus olmamışdır. Narkotik vasitənin əkilib-becərilməsində, kultivasiya edilməsində və yığılıbqurudulmasında Məhkum qarşı heç bir sübut müəyyən edilmədiyi halda ona qanunsuz ittiham irəli sürülmüş və həmçinin ittihamda göstərilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmişdir. Halbuki, əlbirlik faktı müt ləq qayda da sübuta yetirilməlidir. Lakin, bununla bağlı istintaq orqanı hər hansı bir sübut müəyyən etməmişdir. Məhkum anası əvvəlcədən vəfat etmişdir. Torpaq sahəsi üçün beh verən qadın Məhkum anası da ola bilməz. Bundan əlavə, Məhkum özünü narkotik vasitə ilə bağlı təqsirli bilmir, onun heç vaxt narkotik vasitə ilə əlaqəsi olmamış, narkotik vasitədən istifadə etməmiş və onun satışı ilə məşğul olmamışdır. Əvvəllər məhkum olunmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, Məhkum CM-in 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3cü maddələri ilə verilmiş ittiham tam qanunsuz və əsassızdır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində bu fakt kifayət qədər araşdırılmadan Məhkum edilmişdir. Odur ki, Məhkum CM-in 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan əməl i sübuta yetirilmədiyindən bu hissədə hökmün ləğv edilməsi, ona bu maddələrlə bəraət verilməsi və onun üzərində yalnız CM-in 228.2.1-ci maddəsinin saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi çıxış edərək, narkotik vasitələrin əkildiyi həyətin məhkuma aid olmadığını, məhkumun həmin əraziyə heç vaxt getmədiyini, həmin torpaq sahəsinin sahibinin guya 20.000 manat məbləği beh aldıqdan sonra məhkuma satdığını, lakin notarial müqavilə bağlanmadığını, bu ifadənin belə məhkumun günahsız olmasını sübut etdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dö vlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmünün Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin h üdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsa slar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əmə ldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiə tərəfinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə ç ıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmə, daşıyaraq gəzdirmə və saxlama, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə etmə, daşıma və saxlama, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqd arda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirdirməklə kultivasiya etmə, onları və hissələrini toplama ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olund uğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində CM-in 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi onun və digər Təqsirləndirilən şəxs verdikləri izahat və ifadələri, şahid qismində dindirilmiş X1, Şahid5, Şahid3, Şahid4, Şahid2, Şahid9, Şahid8, X13 və X9 ifadələri, 9 iyun 2022-ci il tarixli qərar, “axtarış, baxış və götürmə aparılması barədə” 8 iyun 2022-ci il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk, 8 iyun 2022-ci il tarixli aqronom rəyi, Azərba ycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyun 2022-ci il tarixli 7/596 nömrəli məhkəmə-bioloji ekspertiza rəyi, “ifadələrin yerində yoxlanılması, axtarış və götürmə barədə” 6 avqust 2022-ci il tarixli protokol, “evə baxış keçirilməsi və götürmə haqqında” 3 avqust 2022-ci il tarixli protokol, məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 4789 nömrəli rəyi, maddi sübutlar, istintaq hərəkətlərinə dair protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaqla əldə etməsini, daşımasını və saxlamas ını, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirdirməklə kultivasiya etməsini, onları və hissələrini toplamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarış, baxış və götürmə aparılması barədə” 8 iyun 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, mütəxəssis-aqronomun iştirakı ilə videoçəkiliş aparılmaqla Məhkum iştirakı olmadan X küçəsində yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsinə baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edilmiş ümumi təmiz çəkisi 182 kiloqram 510 qram olan külli miqdarda 1 6707 ədəd əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Həmçinin 8 iyun 2022-ci il tarixli aqronom rəyindən müəyyən olunur ki, həyətyanı sahə 1200 kvm sahəsi olan ərazidə, əkilməsi və becərilməsi qadağan olunan 10-80 sm müxtəlif hündürlükdə 167707 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Bu bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, suvarılmış və alaq edilmişdir. O cümlədən, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyun 2022-ci il tarixli 7/596 nömrəli məhkəmə-bioloji ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... vət. Məhkum həyətindən aşkar olunmuş...” yazılar və imzalar olan 20 ədəd torbalarda yaş vəz iyyətdə, ümumi sayı 16707 ədəd, ümumi çəkisi – 182510,0 qram bitki nümunələri, əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. -Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd olunanlarla yanaşı Məhkum şübhəli şəxs qismində verdiyi 5 avqust 2022-ci il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 6 avqust 2022-ci il tarixli ifadələrindən müəyyən olunur ki, 2022-ci ilin fevral ayında tanışı X20 qəsəbəsi, ünvan 2 ünvanda yerləşən həyət evini sotunu 1500 manatdan əldə etmiş, ilkin ödəniş kimi X-ə 7.000 manat vermiş, 20.000 manat borclu qalmışdır. Həmin həyət evində yaşamasa da orada 18 sot ölçüdə olan həyətdə çətənə bitkilərini əkib-becərmiş, özündən başqa heç kim o kollara qulluq etməmişdir. İş materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” 3 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçi və mütəxəssis-aqronomun iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evin girişindən sağ tərəfdə yerləşən həyətdən 3724 ədəd çətənə bitkisinə bənzər, tikilinin giriş qapısından sol tərəfdə 1 ədəd göy rəngli polietilen torbada açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələri, evin giriş qapısından sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın siyirməsindən 33 ədəd patrona bənzər əşya, 2 ədəd “Sammsung” markalı mobil telefon və plastik bank kartı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs çətənə kollarını qohumu X-lə tanışı Məhkumun 2 ay bundan əvvəl əkdiyini, 1 ay olar ki, özünün suvarma işləri a pardığını, kultivasiya etdiyini, vaxtaşırı olaraq qulluq göstərdiyini, X-in ona şəxsi istifadəsi üçün marixuana verdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, X və Məhkumla razılaşıb kultivasiya etdikləri və yetişdirdiyi çətənə kollarını qurudaraq marixuana əldə etdiklərini, həmin kütlələri qablaşdıraraq bükülüdə saxladığını, patronların və göy rəngli “Samsung” markalı mobil telefonun, bank kartının Məhkuma, qara rəngli “Samsung” markalı mobil telefonun X-ə məxsus olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Maştağa qəsəbə sakinləri X15, X5 və X16 izahatlarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə X adlı şəxsin sonuncuya məxsus və X küçəsindəki həyətində tikinti işləri aparmışlar, onla rın işlədiyi həyətin sahibinin adı X-dir. Bu vətəndaşlar ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş və ifadələrində də Maştağa qəsəbəsi, X küçəsindəki həyətdə X adlı şəxsin sifarişi ilə 7-8 iyun tarixlərində tikinti işləri görmüş, əmək haqqını onlara X ödəməyi öhdəsinə götürmüş və həmin həyətin sahibi X-dir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edilərək qanunvericiliyə müvafiq qiymətləndirilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində di ndirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Məhkum müdafiəçisinin kassasiya şikayətində qeyd edilmiş hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmama sına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəmə si isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum ona apellyasiya instansiyası məhkəməsinin hökmü ilə istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəflərindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək, Məhkum CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi ibtidai istintaq orqanının gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı i ddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nət icə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.”. İş materiallarından görünür ki, məhkəmələr tərəfin dən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində iki azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü Məhkum aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar