Məhkəmə qərarları › İş №1(102)-1899/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1899/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1899/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmü ilə (hakimləri X3 (sədrlik edən), X8 və X9 oğlundan ibarət tərkibdə) xxx, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 07 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il noyabrın 28-də cəzasının sonu ilə az ad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 15-dən hesablanması müəyyən edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, X7 və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə) 15 avqust 2022ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli h ökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən 07 (yeddi) il müddətə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və psixotro p maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Hafis adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmadığı vaxtda və yerdə sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,392 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2,324 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 2021-ci il sentyabrın 15-də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 21:45-də ünvan 1 ünvanının qarşısında saxlanaraq şöbəyə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən dörd ədəd bükümdə ayrıayrılıqda 2,214 qram, 0,879 qram, 0,906 qram və 0,483 qram olmaqla ümumi təmiz çəkisi 4,392 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin və dörd ədəd bükümdə ayrıayrılıqda 0,367 qram, 0,368 qram, 0,619 qram və 0,970 qram olmaqla ümumi təmiz çəkisi 2,324 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının həddini əsassız olaraq azaltmışdır, (CM-nin 62 və 65.3-cü maddələri tətbiq olunmaqla), bu baxımdan da, məhkəmən in istinad etdiyi dəlillərin təhlili hüquqi nöqteyinəzərdən çox əhəmiyyətlidir. Əvvəla mübahisəsiz müəyyən olunur ki, işin apellyasiya baxışında birinci instansiya məhkəməsindən, fərqli olaraq cəzanı yüngülləşdirən hər hansı bir hal ümumiyyətlə müəyyən edilməmişdir. İşdən görünür ki, məhkəmə kollegiyası yekun qərarında cəzanın həddini azaldarkən heç bir əsaslandırma aparmamış, yalnız ümumi ifadələrlə Məhkum törətmiş olduğu cinayətin xarakterini, narkotik vasitənin miqdarının az olmasını, bununla da ona təyin olunmuş cəzanın ağır olmasını müstəsna hal kimi nəzərə aldığını qərarda göstərmişdir. Göründüyü kimi, məhkəmə bu hissədə cəza təyininə dair cinayət qanunu normalarının tələblərinə, eləcə də formalaşmış ümumi məhkəmə təcrübəsinə hüquqi tənzimetmə üslubunda yanaşmamış, sübut etmə predmet inə dair CPM-nin 139.0.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 iyun 2010-cu il tarixli hökmü ilə (həmin hökm Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır) Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, ağır cinayətə görə məhkumluğun ödənilməsi üçün qanunda nəzərdə tutulmuş 6 illik müddət keçmədən, yəni 15 sentyabr 2021-ci il tarixdə hazırki ağır cinayəti törətmişdir. Məlumdur ki, Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilə dək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur, lakin əməlində cinayətlərin təhlükəli residivi mövcud olduğundan, CM-nin 65.2-ci maddəsinin tələbinə görə ona təyin edilə biləcək azadlıqdan məhrum etmə cəzası 12 ilin üçdə ikisindən, yəni 8 ildən aşağı ola bilməzdi. Lakin, CM-nin 65.3-cü maddəsi bu haldan istisna olaraq nəzərdə turmuşdur ki, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi heç bir müstçsna hal müəyyən etmədən öz qənaətini formal da olsa əsaslandırmaq üçün CM-nin 65.3 və 62-ci maddələrinə istinad edərək, Məhkum təqsirli bilindiyi maddə üzrə cəza təyin edə biləcəyi minimal hədd olan 8 ildən daha aşağı həddə, yəni 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, qanunun həmin tələblərini zahirən pozmasa da, şəxsiyyəti və həyat şəraiti mənfi xarakterizə olunan, əməlində cinayətlərin təhlükəli residivi olan bir məhkuma, cəza təyin etməsi üzrə formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik və cəzanın fərdiləşdirilməsi prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edi lməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasın ın apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin olunması barədə çıxışını din ləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2022-ci il tarixli qərarı ləğv edilməklə, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən məhkuma CM-nin 62-ci maddələrinə istinad edərək, Məhkum təqsirli bilindiyi maddələr üzrə cəza təyin edə biləcəyi minimal hədddən daha aşağı həddə cəza təyin edilməsinin əsassız olması ilə bağlı kassasiya protestinin dəlilləri ilə razılaşaraq, hesab edir ki, məhkəmə tərəfindən məhkuma təyin edilmiş cəza cəzanın sosial ədalətin bərpası, islahedici və preventiv məqsədləri baxımından ədalətli deyildir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının, məhkumun əməllərində cinayətlərin təhlükəli residivi olmasına baxmayaraq, minimum həddində əsas cəza təyin etməklə, cinayət qanununun normaları, Ali Məhkəmənin Plenumunun qərarlarındakı mövqeyi diqqətdən kənarda qalmış, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və törədilməsi halları düzgün nəzərə alınmamışdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəc əsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Qeyd edilən Plenum Qərarının 8-ci bəndinə əsasən “CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərə cəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır”. Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən ikinci qaydaya görə isə məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunan halların müəyyən edilməsi s əbəbindən şəxsin barəsində cəzanın məhz bu hallara (CM-in 62-ci maddəsinə) müvafiq olaraq təyin edilməsi (bir tərəfdən müstəsna halların, digər tərəfdən residivin olması kimi toqquşan xüsusatların rəqabətini birincinin xeyrinə həll etməsi) haqqında nəticəyə gələrsə, artıq təqsirkara Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən tələbləri nəzərə almadan cəza təyin edir. Yəni, bu halda məhkəmə Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərildiyi kimi yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ağır cəza növündə və bu cəzanın dörddə üçü (xüsusi təhlükəli residivə görə) və yaxud üçdə ikisi (təhlükəli residivə görə), və yaxud yarısı (residivə görə) həddində deyil, maddənin sanksiyasında nəzərdə tutulmuş istənilən daha yüngül növ cəzanı və yaxud h əmin maddənin sanksiyası daxilində lakin, CM-in 65.2-ci maddəsində qeyd olunan hədlərdən aşağı həddə, habelə Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərildiyi kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud ümumiyyətlə maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edə bilər. Bütün hallarda Cinayət-Prosessual Məcəllənin 353.2-ci maddəsinə müvafiq olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən qaydaya əsasən (CM-in 65.2-ci maddəsində göstərilən imperativ tələbləri) nəzərə almadan cəza təyin etməsi, o cümlədən CM-in 62-ci maddəsi ilə ehtiva olunan halların mövcud olması müvafiq surətdə əsaslandırılmalıdır. Hökmün nəticəvi hissəsində isə cəzanın təyin edilməsi üzrə qərarda (müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edildiyi hallarda) Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə istinad etmək tələb olunmur və yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cinayət qanunvericiliyində işin müstəsna halları anlayışını müəyyən edilməmişdir. Ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə və qərarda əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayət in motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayətin ictimai təhlükəliliyini azaldan başqa hallar dedikdə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olası ödənilməsi və ya aradan qaldırılması, zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldiliş digər hərəkətlərin edilməsi və s. başa düşülməlidir. Eyni zamanda, cəzanı yüngülləşdirən halların (məsələn: təqsirkarın himayəsində bir azyaşlı uşağın olması, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardımın göstərilməsi, cinayət nəticəsində dəymiş maddi zərərin könüllü olaraq ödənilməsi, zərərçəkmiş şəxslə razılıq əldə edərək onunla barışması) hökmdə sadəcə sadalanması, onların məcmusunun müstəsna hallar kimi qiymətləndirilməsi CM-in 62-ci maddəsinin tətbiqini zəruri etmir. CM-in 62-ci maddəsinin tətbiqini zəruri edən mühüm əlamət ondan ibarətdir ki, cəzanı yüngülləşdirən hal və yaxud bu cür halların məcmusu törədilmiş cinayətlə əlaqəli olmalı, törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmalı, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğu müəyyən edilməlidir. İş material larından görünür ki, Məhkum Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 07 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Apellyasiya Məhkəməsinin 2010-cu il 18 avqust tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, sonuncu 2019-cu il noyabrın 28-də cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Göründüyü kimi, hazırki əməlin törədildiyi 15 sentyabr 2021-ci il tarixdə Məhkum əməlində əvvəlki cinayətinə görə müəyyən edilmiş məhkumluq müddəti ödənilməmiş və əməlində cinayətlərin təhlükəli residivi (CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdə n ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivi sayılır) mövcud olmuş, o yenə də əvvəlki əməlindən və çəkdiyi cəzanın islah təsirindən heç bir nəticə çıxarmayaraq, eyni qəbildən cinayət əməlində - qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlama cinayətini törətməkdə təqsirli bilinmişdir. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, apellyasiya instansiyası məhkəməsi CM-nin 65.3 və 62-ci maddələrinə istinad edərək, Məhkum təqsirli bilindi yi maddələr üzrə cəza təyin edə biləcəyi minimal hədd olan 8 ildən daha aşağı həddə, yəni 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, qeyd edilən normaları tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiaların əsaslı olduğu müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərdən çıxış edərək kassasiya protestinin bu barədə dəlilləri ilə razılaşaraq mübahisələndirilən qərarda cəzanı yüngülləşdirən halların cinayətin ictimai təhltikəliliyini əhəmiyyətli dərəcədə aşağı salmasının nəinki əsaslandırılmadığını, hətta bunun müəyyən edildiyinin belə apellyasiya məhkəməsinin qərarında əks etdirilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, Məhkum şəxsiyyəti və həyat şəraiti bu qədər mənfi xarakterizə olunması, əməlində cinayətlərin t əhlükəli residivi olmasını təkrarən qeyd etməklə, törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasını, lakin apellyasiya məhkəməsi tərəfindən cəza təyini zamanı həmin halların nəzərə alınmadığını qeyd edir. Halbuki, yuxarıda sadalanan normaların tələblərindən də aydın olur ki, cəza təyini zamanı törədilmiş cinayətin keyfiyyət göstəricisinin nəzərə alınması imperativ qaydada müəyyən olunmuşdur. Törədilmiş cinayətin xarakterini, yəni, keyfiyyət göstəricisini analiz edərkən müəyyən olunur ki, məhkum R.Talıbovun törətmiş olduğu cinayət əməli ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan ağır cinayətlər kateqoriyasına aiddir. Əməlin ictimai təhlükəliliyinin xarakteri isə qəsdin obyektinin, predmetinin sosial əhəmiyyətli dəyər, maraq və sərvətlər sistemindəki mövq eyinə əsasən müəyyən edilir ki, bu dəyər, maraq və sərvətlərin mühafizəsi də insan və vətəndaşın hüquq və azadlıqlarının, əhalinin səhhət və sağlamlığının, ictimai qayda və ictimai təhlükəsizliyin qorunmasının təmin edilməsi üçün çox mühüm əhəmiyyətə malikdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası Məhkum törətmiş olduğu cinayətin xarakterini ümumiyyətlə nəzərə almadan, narkotik vasitənin miqdarının az olmasına görə (yəni yalnız cinayətin təhlükəlilik dərəcəsinə istisna etməklə) ona təyin olunmuş cəzanın ağır olmasını müstəsna hal kimi nəzərə almış, ona təyin edilmiş cəzanın maddənin sanksiyası həddində residiv nəzərə alınmadan azaldılması üçün CM-nin 65-ci maddəsinin 3-cü hissəsinin tətbiq edilməsini əsassız olaraq məqsədəmüvafiq hesab etmişdir. Kassa siya məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum narkotik vasitənin miqdarının az olmasına görə ona təyin olunmuş cəzanın ağır olmasını müstəsna hal kimi nəzərə alaraq cəzasının azaldılması qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi əsassız olaraq təyin etdiyi cəzanın məhkumun törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayıb, ədalətli hüquqi nəticə kimi qənaətbəxş deyildir. Eyni zamanda apellyasiya məhkəməsini qeyd edilən qərarının nəticəvi hissəsində CM-nin 62-ci maddəsinə istinad etmək əvəzinə CM-nin 65.3-cü maddəsinə istinad etməklə müvafiq Plenum qərarında qeyd edilmiş (qərarın 11-ci bəndi, sonuncu abzas) tələblərin pozuntusuna da yol vermişdir. Beləliklə, göstərilənlərlə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin etdiyi 07 il müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza, aşağı həddə olmaqla şəxsin törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayıb, ədalətli hüquqi nəticə kimi qənaətbəxş olmayıb, təyin edilmiş cəza cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini təmin etməyərək, məhkumun şəxsiyyətinə, onun törətmiş olduğu cinayətlərin ağırlıq dərəcəsinə uyğun gəlməməkdədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işinapellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının məhkuma cəza təyin edilməsi hissəsində yenidən keçirilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRAR A ALDİ: Kassasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar