Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1899/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Quliyev Fuad Qoçu oğlunun iştirakları ilə, x xxxxx 1989-cu ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əv vəllər məhkum olunmamış, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Quliyev Fuad Qoçu oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 1(074)-2/2023 nömrəli hökmü ilə (hakim F.Yaqubov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə Məhkum 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) gün həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətin 3 (üç) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, Məhkum əsas cəzasını çəkmiş hesab edilməsi, Məhkum təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının əvvəlinin hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), R.Ə.Ağayev və A.İ.İsmayılov) apellyasiya protesti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin olunmuş CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) gün həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddəti nin başlanğıcının 29 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi Odlar Yurdu Universitetində tanış ol duğu Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, sonuncunun 2014-cü ildə həmin Universitetə qəbul olunmuş qızı X imtahan kəsirlərini yazdıracağını yalandan vəd verib aldadaraq, 2016-cı ilin oktyabr ayının ortalarında Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında ondan 4000 manat pul alıb vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs12 məxsus 4000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməkl ə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib işlədiyi Odlar Yurdu Universitetində tanış olduğu cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs12 qudası Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək, sonuncunun həmin Universitetdə təhsil alan gəlini X4 dərslərə getmədən birinci və ikinci kursları bitirərək, qiymətlərini yazdıracağını yalandan vəd verib aldadaraq, 2017-ci ilin yanvar-fevral ayları ərzində ayrıayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında hissə-hissə olmaqla, ümumilikdə 7500 manat məbləğində p ulunu alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs13 məxsus 7500 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncunun əvvəllər Dillər Universitetində təhsil almış, lakin imtahan kəsirlərinə görə təhsilini bitirib diplomunu ala bilməyən tanışı Zərərçəkmiş şəxs15 31 ədəd imtahan kəsirlərini özünün təhsil sahəsində olan yüksək vəzifəli tanışları vasitəsi ilə yazdıraraq diplomun alınmasında köməklik edəcəyini yalandan vəd verib aldadaraq, 2017-ci ilin may ayı ərzində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, bir hissəsini ünvan 3 ünvanında yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında, bir hissəsini isə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 83 ünvanında yerləşən Respublika Dəri-Zöhrəvi Dispanserinin inzibati binasının qarşısında alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs15 məxsus 12000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək, sonuncunun ali məktəbə qəbul olunmayan qızı X özünün həmin dövrdə işlədiyi Odlar Yurdu Universitetinə q əbul etdirəcəyini yalandan vəd verib aldadaraq, 2017-ci ilin təxminən ortalarında Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının daxilində qısa vaxt intervalı ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə iki dəfəyə pulunu alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs14 məxsus 8000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2017-ci il tarixdən Odlar Yurdu Universitetinin Abituriyent hazırlıq fakültəsinin dekanı vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncunun qızı X iş yerini Şamaxı rayonu, Qonaqkənd kənd orta məktəbinin biologiya müəllimi vəzifəsindən Bakı şəhəri 193 saylı orta məktəbə dəyişdirəcəyini yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, 9000 manat məbləğində olan hissəsini 2017-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binasının qarşısında, 3300 manat məbləğində hissəsini isə 2018-ci ilin aprel ayının ortalarında ünvan 6 ünvanında yerləşən K ooperasiya Universitetinin inzibati binasının qarşısında alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 12300 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2017-ci il tarixdən Odlar Yurdu Universitetinin Abituriyent hazırlıq fakültəsinin dekanı vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi Odlar Yurdu U niversitetində tanış olduğu Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edərək, sonuncunun 2015-ci ildə həmin Universitetə qəbul olunmuş qızı X5 növbəti illər üçün təhsil haqqını 2800 manatdan 1400 manatadək endirəcəyini yalandan vəd verib aldadaraq, 2018-ci ilin yanvar ayının ortalarında Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının daxilində ondan 1400 manat pul alıb vədinə əməl etməyək, Zərərçəkmiş şəxs16 məxsus 1400 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək, sonuncunun Ukrayna Respublikasının Avropa Universitetini bitirmiş oğlu X ali təhsil alması haqqında diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq etdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2018-ci il tarixdə, saat 17 radələrində ünvan 7 ünvanında yerləşən «Azəriqaz» İstehsalat Birliyinin inzibati binasının qarşısında ondan 2840 manat pul alıb vədinə əməl etməyək, Zərərçəkmiş şəxs11 məxsus 2840 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsəd ilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib işlədiyi Odlar Yurdu Universitetində tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun həmin Universitetdə təşkil olunmuş hazırlıq kurslarında təhsil alan qızı X ali təhsil müəssisəsinə qəbul olunması üçün qəbul imtahanlarında az topladığı balları keçid balınadək artıraraq, işlədiyi Universitetə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, 5000 manat məbləğində olan hissəsini xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İd arəsinin inzibati binasının qarşısında 3000 manat məbləğində hissəsini xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Sülh küçəsində yerləşən “Javid” Ticarət mərkəzinin qarşısında, 1100 manat məbləğində hissəsini isə xx.xx.2018-ci il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ünvan 10 ünvanında yerləşən inzibati binasının qarşısında ondan alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 9100 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, özünü Təhsi l Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, X vasitəsi ilə tanış olduğu onun qonşusu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, sonuncunun arvadı X3 iş yerini Şabran rayonu, Aygünlü kənd tam orta məktəbinin riyaziyyat müəlliməsi vəzifəsindən Bakı şəhəri 81 saylı orta məktəbə dəyişdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2018-ci il tarixdə ünvan 11 ünvanında yerləşən Bakı şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasının qarşısında ondan 7000 manat pul alıb X aralarında bölərək, şəxsi ehtiyacları üçün istifadə edib vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs10 məxsus 7000 manat məbləğində özgənin əmlakın ı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, X vasitəsi ilə tanış olduğu onun qonşusu Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, sonuncunun arvadı X1 Bakı şəhəri 81 saylı orta məktəbə ibtidai sinif müəllimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2018ci il tarixdə ünvan 13 ünvanında yerləşən 11 saylı Şəhər Poliklinikasını n qarşısında ondan 13000 manat pul alıb X aralarında bölərək, şəxsi ehtiyacları üçün istifadə edib vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs9 məxsus 13000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanış olduğu Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edərək, sonuncunun oğlu X təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarə edilməsi fakültəsində imtahan kəsirlərini həll edəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 2000 manat məbləğində hissəsini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən X8rşısında Zərərçəkmiş şəxs19 10000 manat məbləğində hissəsini isə xx.xx.2019-cu tarixdə, sonuncunun qohumu, cinayətdən xəbərsiz Şahid8 vasitəsi ilə, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şəki” restoranının yaxınlığında alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs19 məxsus 12000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə y olu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edərək, sonuncunun tibbi təhsil almaq istəyən arvadı Şahid7 2 saylı Tibb Kollecinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 4000 manat hissəsini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən «Emiland» dükanın qarşısında, Zərərçəkmiş şəxs17 iş yerinin yaxınlığında, 1000 manat hissəsini xx.xx.2019-cu il tarixdə, eyni ünvanda, 300 manat hissəsini xx.xx.2019-cu il t arixdə Zərərçəkmiş şəxs17 yaşadığı ünvan 14 ünvanının qarşısında, 200 manat hissəsini isə xx.xx.2019-cu il tarixdə eyni ünvanda alıb vədinə əməl etməyərək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs17 məxsus 5500 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü məhkəmə, polis və bank strukturlarında geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanışı, cinayətdən xəbərsiz Nümayəndə2 anası Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edərək, sonuncunun əldən kreditlə, il kin ödəniş kimi 10000 manat nağd pul verməklə, üç il müddətinə, aylıq 300 ABŞ dolları məbləğində ödəniş etmək şərti ilə, aldığı «Hyundai İX-35» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilinin üzərində olan cərimələri, ödənilməmiş kredit faizlərini, məhkəmə tərəfindən qoyulmuş həbs qərarını guya öz əlaqələri vasitəsi ilə sildirəcəyini və avtomobili mülkü yüklülükdən azad edəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən “Elmlər Akademiyası” metrostansiyasının çıxışının qarşısında ondan 10000 manat pul alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs18 məxsus 10000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu i lə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edərək, sonuncunun oğlu X Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 12000 manat hissəsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 3000 manat hissəsini xx.xx.2020-ci il tari xdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs20 məxsus 15000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışları Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, həmin şəxslərin qızı X13 Yurdu Universitetinə müəllim kimi düzəldəcəyini və oğlu X hər hansı bir dövlət işinə düzəldəcəyi ni yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 10000 manat hissəsini xx.xx.2020-ci il tarixdə aralarındakı inam yaranması üçün Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ASAN Xidmət Mərkəzindəki notariat kontorunda notarius vasitəsi ilə borc müqaviləsi bağlamaqla, 6000 manat hissəsini 2021-ci ilin mart ayında ünvan 16 ünvanında yerləşən evində alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus 16000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanışı, cinayətdən xəbərsiz X9 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edərək, sonuncunun Azərbaycan Respublikası Bədən Tərbiyəsi Akademiyasında təhsil almış oğlu X diplomunu alması üçün qalmış imtahan kəsrlərini həll edəcəyini vəd verib aldadaraq, 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Koala Park”ın yanında, cinayətdən xəbərsiz Şahid6 vasitəsi ilə 4000 manat pulu alıb vədinə əməl etməyək, Zərərçəkmiş şəxs21 məxsus 4000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduz luq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanışı, cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, sonuncunun arvadını Bakı şəhərində 181 saylı orta məktəbə müəllim kimi işə düzəldəcəyini vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ərazisində Şahid3 vasitəsi ilə 3706 manat dəyərində 2180 ABŞ dolları və 1300 manat pulu alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş ş əxs4 məxsus 5006 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Star Otel”də istirahət məqsədilə gəldiyi vaxt, orada tanış olduğu Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, sonuncunun oğlu Şahid13 Bakı şəhərində Kooperasiya Texnikumuna tələbə kimi qəbul olunmasını təmin edəcəyini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayr ı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 2021-ci ilin sentyabr ayının əvvəllərində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Eldorado” mağazasında “Milliön” ödəmə terminalından istifadə edilməklə, istifadəsində olan hesab kartına mədaxil etdiyi 1200 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla əldə edərək, daha sonra 1800 manat hissəsini isə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Bakıxanov prospekti ərazisində alıb vədinə əməl etməyək, ümumilikdə Zərərçəkmiş şəxs7 məxsus 3000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təh sil Nazirliyi sistemində işləməklə, geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Star Otel”də istirahət məqsədilə gəldiyi vaxt, orada tanış olduğu, cinayətdən xəbərsiz Şahid5 tanışı Zərərçəkmiş şəxs22 etibarından sui-istifadə edərək, sonuncunun arvadı X6 Qəbələ şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə xx.xx.2021-ci il tarixdə Şahid5 tərəfindən Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən “Milliön” ödəmə terminalından istifadə edilməklə, istifadəsində olan hesab kartına mədaxil etdiyi 4000 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla əldə edərək, daha sonra xx.xx.2021-ci il tarixdə Şahid5 tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsində yerləşən “eManat” ödəmə terminalından istifadə edilməklə, istifadəsində olan hesab kartına mədaxil etdiyi 1000 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla, əldə edib vədinə əməl etməyək, ümumilikdə Zərərçəkmiş şəxs22 məxsus 5000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, ö zünü Təhsil Nazirliyi sistemində işləməklə, geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Star Otel”də istirahət məqsədilə gəldiyi vaxt, orada tanış olduğu Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, sonuncunun oğlu Şahid4 Bakı şəhərində Kooperasiya Texnikumuna tələbə kimi qəbul olunmasını təmin edəcəyini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 3700 manat hissəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət aralığında, Bakı şəhəri Yasamal rayonu ərazisində, “20 yanvar” metrostansiyasının yaxınlığında 300 manat hissəsini isə 2021-ci ilin se ntyabr ayının sonlarında Şamaxı şəhəri, X19 küçəsində yerləşən mərkəzi rayon bazarının yaxınlığında alıb vədinə əməl etməyərək, ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 4000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması və ya cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işi faktiki hallarının müəyyən edilmə sinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayarkən işə qərəzli, qeyri-obyektiv yanaşmış, işin faktiki hallarına uyğun gəlməyən ehtimallara əsaslanaraq qərar qəbul etmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması və ya cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum həmçinin qeyd edir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini və onlarla barışmasını, islah olunduğunu nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şi kayətlərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum və müdafiəçi F.Quliyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum və müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkum barəsində olan cinayət işinə obyektiv baxılması və təyin olunmuş cəzanın yüngülləşdirilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bü tün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cin ayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-in 178.2-ci maddəsinə görə “Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesa b edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilsə də, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, şəxslə r Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs22 ifadələri, şahidlər Nümayəndə2 Həsən qızı, Şahid8, Şahid5, Şahid1, Şahid2, Şahid6, Şahid10, Şahid9, Şahid7, Şahid12, Şahid13, Şahid4 və Şahid3 ifadələri, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən Şamaxı rayon polis şöbəsinə xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş 1 ədəd kompakt diskə baxış keçirilməsi haqqında protokol, disklərə baxış keçirilməsi haqqında protokollar, xx.xx.2022-ci il tarixli protokol, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 30683 nömrəli rəyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/264 nömrə li rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmi ş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi ald adılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kolle giyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı K onstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətmək də təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əmə li törətdiyini, törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərin bir qisminə dəymiş ziyanı ödəməsini və həmin şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, o cümlədən zərərçəkmiş şəxslərin bir qisminə dəymiş zərərin ödənilməməsini, həmin zərərçəkmiş şəxslərin məhkumdan şikayətçi olmalarını və dəymiş ziyanın ödənilməsi barədə tələblərini, müəyyən epizodlar üzrə təqsirini etiraf etməməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə al malıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1899/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1899/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver