Məhkəmə qərarları › İş №1(102)-1899/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1899/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1899/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Təqsirləndirilən şəxs1 müdafiəçisi Xasayev Vüqar Nəriman oğlunun iştirakları ilə, Bakı şəhəri Su raxanı Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 134, 228.2.1 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 228.2.1 və 228.4-cü maddələri ilə və Məhkum CM-in 228.2.1, 228.4 və 302.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Yusubov Orxan Hümbət oğlu, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi V.N.Xasayev və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmü ilə (sədr lik edən hakim Nuriyev Elnur Aləm oğlu) Təqsirləndirilən şəxs4, 6 aprel 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2016-cı il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən isə bu cəza 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 134, 228.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 134-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2016-cı il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.3, 181.2.5 və 170.3-cü maddələri ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) gün müddəti hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, CM-in 228.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əmə llərini törətməkdə təqsirli bilinərək, CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 40.3-cü maddəsinin tələbinə uyğun olaraq xitam verilmiş, Məhkum, 4 iyun 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəa liyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşamış, CM-in 228.2.1, 228.4 və 302.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə, CMin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 302.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 CM-in 228.2.1 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 isə CM-in 228.4 və 302.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini t örətməkdə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Şahid20, X7, Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, qanunsuz olaraq soyuq silah əldə etmiş, eləcə də hədənin icra ediləcəyini real nümayiş etdirərək şəxsi öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin aprel ayında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan Kamran adlı şəxsə sifariş verdiyi 01 ədəd “AKM” markalı 7,62 mm kalibrli avtomat silahı, ona aid sandıqçanı və patronları Bakı şəhəri, Xəzər rayonu, Mərdə kan qəsəbəsində gizlədildiyi yerdən əldə edib daşıyaraq yaşadığı ünvan 7 ünvanında saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs4 aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs1, tanışları Şahid20 və X7 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında əldə edilmiş razılığa uyğun olaraq hədənin real icra ediləcəyim nümayiş etdirmək məqsədi ilə tanışı Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçən zaman Təqsirləndirilən şəxs1 “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM markal ı, nc 4968 №-li avtomat silahdan həmin evin hasarı və qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz S600” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində, Şahid20 isə “Aziz-Dragon” modelli 12 mm kalibrli, 18PA 0062 №-li tüfəngdən havaya atəş açaraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 evində təmir işlərini yerinə yetirən Təqsirləndirilən şəxs2 tanışı Şahid20 qara idman çantasında gətirəcəyi odlu silahı və döyüş sursatını ondan qəbul edərək saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı ilə həmin silahları və döyüş sursatını Şahid20 qəbul etdikdən sonra özünün yaşadığı ünvan 9 ünvanına daşıyaraq orada saxlamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublik asının vətəndaşları Təqsirləndirilən şəxs4, Şahid20, X7, Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, qanunsuz olaraq soyuq silah əldə etmiş, eləcə də hədənin icra ediləcəyini real nümayiş etdirərək şəxsi öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin aprel ayında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan Kamran adlı şəxsə sifariş verdiyi 01 ədəd “AKM" markalı 7,62 mm kalibrli avtomat silahı, ona aid sandıqçanı və patronları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində gizlədildiyi yerdən əldə edib daşıyaraq yaşadığı ünvan 7 ünvanında saxlamışdır Bundan sonra Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs4, tanışları Şahid20 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilmiş razılığa uyğun olaraq hədənin real icra ediləcəyini nümayiş etdirmək məqsədi ilə tanışı Şahid1 idarə etdiyi “Toyota Prıus” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrındə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçən zaman “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli “AKM” markalı, ƏC 4968 №-lı avtomat silahdan həmin evin hasarı və qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz S600” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomob il istiqamətində, Sabit İsmayılzadə isə “Aziz-Dragon” modelli, 12 mm kalibrli, 18PA-0062 №-lı tüfəngdən havaya atəş açaraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 evində təmir işlərim yerinə yetirən Təqsirləndirilən şəxs2 tanışı Şahid20 qara idman çantasında gətirəcəyi odlu silahı və döyüş sursatını ondan qəbul edərək saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı ilə həmin silahları və döyüş sursatını Şahid20 qəbul etdikdən sonra özünün yaşadığı ünvan 11 ünvanına daşıyaraq orada saxlamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs4, Şahid20 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, döyüş sursatını ə ldə etmiş, daşımış və saxlamış eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 evində təmir işlərini yerinə yetirən Təqsirləndirilən şəxs2 tanışı Şahid20 qara idman çantasında gətirəcəyi odlu silahı və döyüş sursatını ondan qəbul edərək saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı ilə həmin silahları və döyüş sursatını Şahid20 qəbul etdikdən sonra özünün yaşadığı ünvan 12 ünvanına daşıyaraq orada saxlamışdır. Məhkum Azərbaycan Respublikasının vətəndaşları Şahid20, X7 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozara q əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda şəxsin hüquq və qanunla qorunan mənafelərini əhəmiyyətli pozmaqla “Əməliyyat axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş insanların güdülməsi əməliyyat-axtarış tədbirini qanunsuz keçirmiş, Şahid20 və digərləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, Məhkum 13 sentyabr 2022-ci il tarixdə Şahid20 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi “Toyota Prıus” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01 ədəd “Kalaşnikov” konstruksiyalı 7,62 mm kalibrli “ AKM” markalı PİC 4968 №-li avtomat silahı ünvan 13 ünvanından sonuncunun ünvan 14 fərdi yaşayış evinə qanunsuz olaraq daşımış, eləcə də 2019-cu ilin sonlarında istintaqa məlum olmayan şəraitdə 01 ədəd beşbarmaq formalı soyuq silah hesab olunan predmeti qanunsuz olaraq əldə edib 04 oktyabr 2022-ci il tarixədək gəzdirmişdir. 12 oktyabr 2022-ci il tarixdə saat 01:24-01:25 dəqiqələrdə Məhkum Şahid20 təşkilatçılığı ilə qrupun digər üzvləri X7 və Təqsirləndirilən şəxs3 ilə birlikdə əməliyyataxtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda özünün idarə etdiyi “Toyota Prius” markalı **EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içərisində ədavətləri olan Zərərç əkmiş şəxs1 olduğu “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili güdmüş, həmin qəsəbədəki Sülh və Ramiz Qəhrəmanov küçələrinin kəsişməsində işıqforda dayanmasından istifadə edib Şahid20, X7 və Təqsirləndirilən şəxs3 hədənin icra ediləcəyini real nümayiş etdirmək məqsədi ilə həmin avtomobilə əllərində bıçaqla hücum etmiş, Şahid20 və X7 avtomobilin yan şüşələrini bıçaqdan istifadə etməklə sındıraraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının vətəndaşları Şahid20, X7, Məhkum və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda şəxsin hüquq və qanunla qorunan mənafelərini əhəmiyyətli pozmaqla “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş insanların güdülməsi əməliyyat-axtarış tədbirini qanunsuz keçirmiş, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, eləcə də hədənin icra ediləcəyini real nümayiş etdirmək məqsədi ilə şəxsi öldürməklə hədələmişdir. Belə ki, 12 oktyabr 2022-ci il tarixdə saat 01:24-01:25 dəqiqələrdə Nazım Nəzərov Şahid20 təşkilatçılığı ilə qrupun digər üzvləri X7 və Məhkum ilə birlikdə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda sonuncunun idarə etdiyi “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avto mobillə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içərisində ədavətləri olan Zərərçəkmiş şəxs1 olduğu “Mercedes-Benz" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili güdmüş, həmin qəsəbədəki Sülh və Ramız Qəhrəmanov küçələrinin kəsişməsində işıqforda dayanmasından istifadə edib Şahid20 və X7la birlikdə hədənin icra ediləcəyini real nümayiş etdirmək məqsədi ilə həmin avtomobilə əlində soyuq silah hesab olunan bıçaqla hücum etmiş, sonuncular avtomobilin yan şüşələrini bıçaqdan istifadə etməklə sındıraraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi O.H.Yusubov, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmi ş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə) 28 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmiş, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş məhkum Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 ədəd “Samsung Galaxy A23” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** və ******-**-** nömrəli simkartlar, eləcə də 1 ədəd “Samsung Galaxy Note20 Ultra” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, məhkum Təqsirləndirilən şəxs4 istifadəsində olmuş 1 ədəd “iphone 13 Pro Max” markalı mobil telefon və ona quraşdırılmış * **-***-**-** nömrəli sim-kart Təqsirləndirilən şəxs4 yaxın qohumlarına, Məhkum istifadəsində olmuş “POCO M3 Pro” markalı mobil telefon isə Məhkum yaxın qohumlarına qaytarılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi O.H.Yusubov, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi V.N.Xasayev və Məhkum ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi O.H.Yusubov - həmin qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs4 barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini və onun dərhal məhkəmə zalından həbsdən azad edilməsini; məhkum Təqsirləndirilən şəx s1 – həmin qərarın qismən dəyişdirilərək barəsində ədalətli qərar qəbul edilməsini; məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi V.N.Xasayev – həmin qərarın hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə dəyişdirilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini; Məhkum – qərarın dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına, “Məhkəmə hökmü haqqında” Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi ittihama və onun və digərlərinin barələrində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi O.H.Yusubov həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən hər hansı şəxsə qarşı hədə-qorxu gəlinməsi məhkəmə araşdırılması zamanı həm zərər çəkmiş şəxslərin, həm şahidlərin ifadələri, həm də digər sübutlarla təsdiqini tapmamış, belə sübutlar ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən əldə olunmamış və tədqiq edilməmişdir. Cinayət işin materiallarından müəyyən olunduğu kimi, Təqsirləndirilən şəxs4 ibtidai ar aşdırmanın ilkin mərhələsindən başlayaraq həbsdə saxlanılır və bu səbəbdən də onun, yaxud da məhkum edilmiş digər şəxslərin şahidlər Şahid1, X2 və ya başqa şəxslərə məhkəmədə verdikləri ifadələri ilə bağlı hər hansı təzyiqin göstərilməsi istisna olunur. İşə məhkəmələr tərəfindən baxılarkən müdafiə tərəfi israrla iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında dindirilməsinin təmin edilməsini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs1 həm Suraxanı Rayon Məhkəməsinə, həm də Apellyasiya Məhkəməsinə gəlməyərək məhkəmədən açıq-aşkar yayınmışdır və bu hal da zərər çəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməsi kimi qiymətləndirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs4 iş materiallarına əlavə edilmiş fotoşəkillərdən onun sifət nahiyəsində müxtəlif xə sarətlərin olması görünür ki, bu hal da onun polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təsirlərə məruz qalmasına və ibtidai araşdırma zamanı həqiqətə uyğun olmayan ifadələr verməsinə dəlalət edir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı məlum olmuşdur ki, hazırkı işə Suraxanı Rayon Məhkəməsində baxılarkən 23 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının audioyazısı aparılmamışdır ki, bu hala görə də apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmış, lakin bunun da nəticəsində Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübutlar əldə olunmamış, əksinə, araşdırılmış sübutlarla onun həmin ittiham üzrə təqsirsizliyi müəyyən edilmişdir. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi toplanmış və araşdırılmış sübutlara, o cümlədən adı çəkilən məhkumun məhkəmə iclaslarında verdiyi ifadələrinə qanuna müvafiq qaydada düzgün qiymət verməmiş və nəticədə Təqsirləndirilən şəxs4 qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi O.H.Yusubov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, o, üzərində olan əşyanı könüllü olaraq təhvil verdiyinə görə ona elan edilmiş ittihamdan CMin 228.4-cü maddəsinin müddəaları xaric edilməli və həmin hissədə cinayət işinin icraatına xitam verilməlidir. Qeyd olunan halı nəzərə alaraq kassasiya şi kayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarının qismən dəyişdirilərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində CPM-in və CM-in bəzi maddələrinə, məhkum Təqsirləndirilən şəxs1 barəsinə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi V.N.Xasayev həmin şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunvericiliyinin normalarına düzgün riayət edilməməsinə hüquqi qiymət verməyərək, zərurət olmadan, hüquqlarını müdafiə etdiyi şəxsə aşağı həddə cəza təyin edilməsinə əsas verən, yəni törətdiyi cinayətləri etiraf edərək səmimi peşman olması kimi cəzanı yüngülləşdirən halların mövcud olmasına, habelə təyin edilən cəzanın onun ailə vəziyyətinə ağır təsir göstərəcəyini (təqsirləndirilən şəxs ailəlidir, himayəsində xəstə tənha anası, həyat yoldaşı vardır, atası vəfat etmişdir, habelə digər qardaşı da məhkum olunduğuna görə ailəsi hazırda ağır durumdadır) nəzərə almamış, habelə cəza təyin etmənin prinsiplərinə əməl etməyərək ona təyin olunmuş cəzanın müddətini azaltmalı olduğu halda bunu etməmişdir. Qanuna görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 228.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 5 il müddətində müəyyən edildiyindən və onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratdığından ona həmin maddə ilə 2 il 6 aydan az müddətə azadlıqdan məhrum etmə cəzası təyin ol una bilməz. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 CM-in 228.2.1-ci maddəsi ilə bundan da artıq, yəni 3 il 6 ay müddətə, CM-in 228.4-cü maddəsi ilə isə 1 il müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə kifayətlənməmiş, həm də CM-in 66.2. maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq və ya az ciddi cəzanı daha ciddi cəza ilə əvəz etmək əvəzinə ona bu cəzalara tam toplamaq yolu ilə qəti cəza təyin etmiş, bununla da ədalətlilik prinsipini pozmuş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə əsassız olaraq razılaşmışdır. Odur ki, məhkum Məhkum1in müdafiəçisi V.N.Xasayev qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarının hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə dəyişdirilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyini, həmçinin cəzasını yüngülləşdirən halların olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəzanın təyin edildiyini qeyd etmişdir. Bununla bağlı irəli sürdüyü dəlillərə əsaslanaraq o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinın Cinayət Kollegiyasının qərarının dəyişdirilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi O.H.Yusubov məhkəmə iclasına gəlməmiş, məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Məhkum isə məhkəmə iclasında iştirak etmək arzularını bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi V.N.Xasayevin rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Məhkum, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi O.H.Yusubovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM -in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsindən məhkum Təqsirləndirilən şəxs4 20 noyabr 2025-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizəsində o, müdafiəçisi tərəfində n verilmiş kassasiya şikayətini geri götürdüyünü və bu səbəbdən də həmin şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs4 ərizəsi 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 20 noyabr 2025-ci il tarixli 3-16-17/17/50/2756/2025 saylı məktubla müşaiyət edilmişdir. Məhkum Təqsirləndirilən şəxs4 müraciəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CP M-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin tələbindən görünür ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələbinə görə, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Təqsirləndirilən şəxs4 ərizəsini nəzərdən keçiri b onun müdafiəçisi O.H.Yusubov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması haqda dövlət ittihamçısı H.B.İmranovun və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi V.N.Xasayevin çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 CM-in 134, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından adı çəkilən məhkumun müdafiəçisi O.H.Yusubov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin müraciət üzrə kassasiya icraatına xitam verilməli, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi V.N.Xasayev tərəfindən verilmiş kassasiya şikayətlərinə isə mahiyyəti üzrə baxılma lıdır. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi V.N.Xasayev tərəfindən verilmiş kassasiya şikayətlərinin məzmunlarından göründüyü kimi, onların müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarından verdikləri həmin şikayətlərində məhkum Təqsirləndirilən şəxs1 onun CM-in 228.4-cü maddəsi ilə əsassız və qanunsuz olaraq məhkum olunmasını, eyni zamanda məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi V.N.Xasayev və digər Məhkum isə cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan sonuncuya və Təqsirləndirilən şəxs1 həddindən artıq ağır cəzaların təyin edilməsini, bu məsələlərlə bağlı sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini iddia edərək öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələblərini CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələ rində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi V.N.Xasayevin kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Təqsirləndirilən şəxs1 və Məhkum barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübu tların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qər arından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin q ərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbi t edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüqu qlarının təmin edilməsini, müvafiq orqanların üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmalarını, cinayət əməllərini törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsini və sair vəzifələri qoyur. Bununla yanaşı göstərilən konstitusiyon tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Kon stitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə döv lət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış v əsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş ü çün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndiri lən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin h ökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişd ir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiy ası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həy ata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud d a cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməli nin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qər əzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut v ə digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübh əli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutla rın mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutl ar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhk əmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsasl ılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə A vropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qi ymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Məhkum onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətmələri barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparmaqla baxaraq birinci instansiya məhkəməsinin digər məhkum olunmuş şəxslərlə yanaşı Təqsirləndirilən şəxs1 də ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini,o cümlədən CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına aid hissədə gəldiyi nəticə ilə razılaşmış və məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində göstərilənlərin əksinə olaraq hesab etmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs4, Şahid20, X7, Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, eləcə də qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirmiş, bundan başqa isə də hədənin icra ediləcəyini real nümayiş etdirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarına əsasən, məhkum Təqsirləndirilən şəxs1 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni əsasən bu iş üzrə məhkum olunmuş digər şəxslərin ibtidai araşdırma zamanı verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərər çəkmiş şəxs2, habelə şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid15, Şahid9, Şahid13, Şahid3, Şahid14, Şahid17, Şahid6 və Şahid7 ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında verdikləri ifadələri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin iş üzrə gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutların toplanması və araşdırılmasına, onların qiymətləndirilməsinə, habelə sübutetməyə dair CPM-in 124, 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolver ilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkum olunmuş və zərər çəkmiş şəxslərin, habelə şahidlərin dindirilmələri, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Hazırki iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla, xüsusən də zərər çəkmiş şəxslərin, məhkum olunmuş Təqsirləndirilən şəxs1 və digər məhkumların isə ibtidai araşdırma zamanı verdikləri ifadələrindən (həmin ifadələr birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyində n məhkəmə kollegiyası onların hazırkı qərarda təkrar təsvirinə ehtiyac görmür) görünür ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin aprel ayında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan Kamran adlı şəxsə sifariş verdiyi 1 ədəd “AKM” markalı 7,62 mm kalibrli avtomat silahı, ona aid sandıqçanı və patronları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində gizlədildiyi yerdən əldə edib daşıyaraq yaşadığı ünvan 7 ünvanında saxlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədənin icra ediləcəyini real nümayiş etdirərək şəxsi öldürməklə hədələmişdir. Bu halları təsdiq edən iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılaraq qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutlara, habelə yuxarıda qanunun normalarına verdiyi təfsirə əsaslanaraq, mə hkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri tam əsaslı və qanuni olaraq CM-in 134, 228.2.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmiş, həmçinin onun CM-in 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 73.2-ci maddəsinin tələbinə uyğun olaraq zərər çəkmiş şəxslə barışdığına görə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə nəticəyə gələn birinci və apellyasiya instansiyası məhkəmələri istər sübutların tədqiq edilməsi, istərsə də onların qiymətləndirilməsi zamanı hər hansı pozuntuya, o cümlədən məhkum Təqsirləndirilən şəxs1 həm Konstitusiyada, həm “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasında, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına yol verməmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları isə kifayət qədər əsaslandırılmışdır. Belə olan halda isə, həmin aktların qanunsuz və əsasız olması barədə fikir yürütmək mümkün deyil. Bütün təsvir edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə, o cümlədən CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə düzgün olaraq təqsirli bilinib məhkum olunmuş və bu haqda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən CPM-in 416.1.11-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmişdir. Məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum açıq-aşkar a ğır cəzanın təyin edilməsi barədə həm onların, həm də müdafiəçi V.N.Xasayevin kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-in 2.1 və 2.2ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə ci nayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu t ələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mə rhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cina yət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 5 9.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zər ərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdir ən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144, 145 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə cinayət-mühakimə icraatını aparan orqanlar, o cümlədən məhkəmələr cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamalı, yoxlama zamanı toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməli, hökm isə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı dedikdə təkcə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə dəlalət edən deyil, həmçinin onun barəsində bu ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə əsas olan və bu məsələnin də düzgün həllinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respub likası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin ed ilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhəkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqori yasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından a çıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təqsirləndirilən şəxs1 və Məhkum barələrində seçilmiş cəza tədbiri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, onların hər birisinin törətdikləri əməllərə görə təqsirli bilindikləri CM-in 228.2.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, həmçinin Məhkum təqsirli bilindiyi CM-in 302.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, bu maddələrdə göstərilən cinayətlər isə CM-in 15.2 və 15.3-cü maddələrinə əsasən böyük ictmai təhlükə törətməyən, az ağır və ağır cin ayətlər kateqoriyalarına aid edilir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-in 228.2.1, 228.4 və 302.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 barəsində isə təqsirli bilindiyi CM-in 228.2.1 və 228.4-cü maddələri ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən adları göstərilən məhkumların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, bu cinayətlərin törədilmə şəraitini və sonuncuların şəxsiyyətlərini səciyyələndirən halları, habelə Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, Təqsirləndirilən şəxs1 isə törətdiyi cinayətləri etiraf edərək əməlindən səmimi peşma n olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, onun əməlində cinayətlərin residivinin olmasını isə CM-in 61.1.1-ci maddəsinin tələbinə uyğun olaraq cəzanı ağırlaşdıran hal qismində kifayət qədər nəzərə almış və onlara həm qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzaların həddində, həm də cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəzalar təyin etmiş, apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmış və onlara təyin olunmuş həmin cəzaların hər hansı şəkildə yüngülləşdirilməsi üçün heç bir yeni hal müəyyən etməmişdir. Təhlil edilən məsələ ilə bağlı məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər də Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2 016-cı il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.3, 181.2.5 və 170.3cü maddələri ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 8 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və onun ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı sonuncu məhkumluğu ödənilmədən o, yenidən hazırkı iş üzrə təqsirli bilindiyi qəsdən az ağır və böyük ictimai təhlükə törətməyən cinayətləri törətmişdir. Əvvəla, CM-in 83.3.4-cü mad dəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur (iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə təqsirli bilindiyi cinayət əməllərini cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduqdan sonra altı il müddət keçməmiş törətmişdir). CM-in 18.1-ci maddəsində isə təsbit edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin müəyyən edilməsi həmçinin ona cəzanın CM-in 65.2-ci maddəsinin tələbləri nəzər alınmaqla təyin edilməsinə də əsas yaratmışdır. Belə ki, CM-in 6 5.2-ci maddəsində müəyyən edilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Yalnız CM-in 65.3-cü maddəsində göstərilən əsaslar, yəni CM-in 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, qanunverici residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəzanın CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunmasına imkan verir. Göründüyü kimi, Nəsimi Rayon Məhkəməsi iş üzrə çıxardığı 6 noyabr 2023-cü il tarixli hökmündə tamamilə qanuni və əsaslı olaraq Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin müəyyən edilməsini nəzərə alıb ona təqsirli bilindiyi CM-in 228.2.1 və 228.4-cü maddə ləri ilə CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin məhkəmənin bu nəticəsi ilə razılaşıb məhkum olunmuş şəxsin barəsində CM-in 65.3-cü maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Məhkum cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu cəzaları dəyişdirmədən qüvvədə saxlanılmasını mümkün bilərkən qeyri-humanistliyə və ədalətsizliyə yol verməmiş, digər tərəfdən isə istər apellyasiya, istərsə də kassasiya şikayətlərinə məhkəmə baxışları zamanı həmin cəzaların növünə və həddinə təsir göstərə biləcək yeni hallar toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, adları çəkilən məhkumlar və Təqsir ləndirilən şəxs1 müdafiəçisi V.N.Xasayev də belə sübutları istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim etməmişlər. Halbuki, apellyasiya və kassasiya icraatları zamanı məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, ilk növbədə bu məsələni həll edən birinci instansiyası məhkəməsi CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almamış olsun, yaxud CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış hansısa halı əsassız olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilsin. Hazırki cinayət işi üzrə çıxarılmış hökmdən və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından məhkəmələrin bu kimi hallara yol vermələri görünmür. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPMin 416.1.21-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini qeyd edərək kassasiya müraciətlərinin heç bir dəlilləri ilə razılaşmır, bu dəlillər üzərində qurulmuş tələblərin təmin edilməsini mümkün bilmir və məhkum Təqsirləndirilən şəxs1 və özünün kassasiya şikayətlərinin təmin edilməsi, Məhkum kassasiya şikayəti ilə bağlı məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxılmasına dair müdafiəçi V.N.Xasayevin, kassasiya şikayətlərinin hər birisinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi V.N.Xasayevin kassasiya şikayətləri təmin edilməməli, Təqs irləndirilən şəxs1 CM-in 228.2.1 və 228.4-cü, Məhkum isə CM-in 228.2.1, 228.4 və 302.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı adları çəkilən məhkum olunmuş şəxslərə aid hissələrdə və baxılmış kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 414-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs4 ərizəsi təmin edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından onun müdafiəçisi O.H.Yusubov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Məhkum, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi V.N.Xasayevin hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 228.4-cü maddələri ilə, Məhkum isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.4 və 302.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Məhkum aid hissələrdə və baxılmış kassasiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar