Məhkəmə qərarları › İş №1(102)-19/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-19/2019

19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-19/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi iştirakları ilə, Xətai rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Xətai rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Habil Çingiz oğlu) xx xxxxxx 1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkm əklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 29 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilib cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli olaraq talayıb, xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2018ci il tarixdə saat 19 radələrində X3 və qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında X4 yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilin giriş qapısını açarseçmə üsulu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzildən 1 ədəd 3146 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye, bilərzik, sırğa cütü və üzükdən ibarət dəst, 1 ədəd 2131 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzükdən ibarət dəst, 1 ədəd 1873 manat dəyərində sarı-gümüşü rəngli meta ldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzükdən ibarət dəst, 1 ədəd 1398 manat dəyərində sarı rəngli metaldan boyunbağı, 1 ədəd 2478 manat dəyərində sarı rəngli metaldan boyunbağı, 1 ədəd 2726 manat dəyərində sarı rəngli metaldan boyunbağı və qolbaq dəsti, 1 ədəd 170 manat dəyərində sarı rəngli metaldan, üzərində “Aygün” yazısı və müxtəlif rəngli gözmuncuqları olan qolbaq, 1 ədəd 228 manat dəyərində sarı rəngli metaldan, halqa formalı sırğa cütü, 1 ədəd 117 manat dəyərində sarı rəngli metaldan sırğa cütü, 1 ədəd 140 manat dəyərində sarı rəngli metaldan üzərində mirvariyə bənzər muncuq olan sırğa cütü, 3 ədəd cəmi dəyəri 1612 manat olan sarıgümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd 154 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd ağ şəf faf qaş olan üzük, 2 ədəd cəmi dəyəri 462 manat olan sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan üzük, 1 ədəd 184 manat dəyərində sarı rəngli metaldan, üzərində boz rəngli qaş olan üzük, 4 ədəd cəmi dəyəri 584 manat olan sarı rəngli metaldan, 3 ədədinin üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd 839 manat dəyərində sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd 83 manat dəyərində sarı rəngli metaldan, ay-ulduz formalı kulon, 1 ədəd 80 manat dəyərində sarı-gümüşü rəngli metaldan, şir formalı kulon, 1 ədəd 70 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaş olan kulon, 1 ədəd 135 manat dəyərində sarı-gümüşü rəngli metaldan, kvadrat formalı, üzərində 3 ədəd ağ şəffaf qaş olan kulon, 2 ədəd cəmi dəyəri 64 manat olan gümüşü rəngli metal dan, kulonları üzərində ağ şəffaf qaşları olan boyunbağı, 1 ədəd 18 manat dəyərində gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd 8 manat dəyərində gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd 46 manat dəyərində gümüşü rəngli metaldan 3 hissəyə bölünmüş qolbaq, 3 ədəd cəmi dəyəri 30 manat olan gümüşü rəngli metaldan, 2 ədədinin üzərində qaşlar olan üzük, 1 ədəd 5 manat dəyərində gümüşü rəngli metaldan, boyunbağı və qolbaq dəsti, 2 ədəd cəmi dəyəri 10 manat olan üzərində firuzəyi rəngli daş və qaşları olan qolbaq, 2 ədəd cəmi dəyəri 5 manat olan üzərində gümüşü rəngli metaldan elementləri olan qara rəngli ipdən qolbaq, 2 ədəd cəmi dəyəri 10 manat olan gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü, 2 ədəd cəmi dəyəri 10 manat olan gümüşü rəngli metaldan, üzərində qaşa bənzər şəff af muncuqlar olan sırğa cütü, 1 ədəd 5 manat dəyərində sarı rəngli metaldan, üzərində ağ qaşları olan halqa formalı sırğa cütü, 1 ədəd 2 manat dəyərində sarı rəngli metaldan (qaralmış), üzərində müxtəlif rəngli muncuqlar olan sırğa cütü, 1 ədəd 5 manat dəyərində arı formasında sırğa cütü, 6 ədəd cəmi dəyəri 6 manat olan gümüşü rəngli metaldan, müxtəlif formalı sırğa cütü, 5 ədəd cəmi dəyəri 10 manat olan gümüşü rəngli metaldan, üzərində qaşları olan üzük, 5 ədəd cəmi dəyəri 5 manat olan gümüşü rəngli metaldan, müxtəlif formalı, bəziləri üzərində ağ şəffaf qaşları olan üzük, 4 ədəd cəmi dəyəri 4 manat olan sarı rəngli metaldan 1 ədədinin üzərində müxtəlif rəngli qaşları olan üzük, 2 ədəd cəmi dəyəri 3 manat olan sarı rəngli metaldan (qaralmış) üzük, 1 ədəd 1 manat dəyərində gümüşü rəngli me taldan, üzərində ağ şəffaf qaşları olan yaxa sancağı, 1 ədəd 1 manat dəyərində gümüşü rəngli metaldan, üzərində çəhrayi rəngli qaşları olan saç sancağı, 1 ədəd 15 manat dəyərində gümüşü rəngli metaldan, qara rəngli rezin kəməri, üzərində “Ulysse Nardin” yazısı və ağ şəffaf qaşları olan qol saatı, 1 ədəd 10 manat dəyərində sarı-gümüşü rəngli metaldan, ağ rəngli rezin kəməri, üzərində “Geneva” yazısı olan qol saatı, 1 ədəd 12 manat dəyərində gümüşü rəngli metaldan, qəhvəyi rəngli dəriyə bənzər materialdan kəməri, üzərində “Movado 8133-1" yazısı olan qol saatı, 1 ədəd 5 manat dəyərində gümüşü rəngli metaldan, qəhvəyi rəngli dəriyə bənzər materialdan kəməri, üzərində zəncir formalı elementi və qaşları olan qol saatı, 1 ədəd 10 manat dəyərində gümüşü rəngli metaldan, üzərində “Rolex” yazısı v ə ağ qaşları olan qol saatı, 1 ədəd 15 manat dəyərində sarı rəngli metaldan, bilərziyində qara rəngli emal hissələri, üzərində “Calvin Klein” yazısı, sverbladı altında ağ şəffaf qaşları və muncuqları olan qol-saatı, 1 ədəd 40 manat dəyərində “Samsung” markalı, ES65-5x model, Çin Xalq Respublikasında istehsal edilmiş çantası ilə birlikdə rəqəmsal fotoaparat və 2000 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 20965 (iyirmi min doqquz yüz altmış beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Məhkum barəsində qərar qəbul edərkən baş vermiş cinayətin törədilməsində onun rolunun çox cüzi olmasını nəzərə almamışdır. Belə ki, onun baş vermiş cinayətdə iştirakı yalnız binanın blokunun giriş qapısının açılmasını cinayəti törədən digər şəxslərə xəbər verməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində qərar çıxararkən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir iddia və tələbinin olmamasını törətdiyi əməlini səmimi etiraf etməsini, eyni zamanda ilk dəfə cinayət törətməsini və etdiyi hərəkətin cinayət xarakterli hərəkət olduğunu dərk etməməsini nəzərə almayaraq qeyri obyektiv qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Xətai rayon Məhkəməsi cinayət işi üzrə CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edərək 17 may 2018-ci il tarixli hökmü ilə Məhkum cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif etmişdir. Məhkumun apellyasiya şikayəti əsasında cinayət işin ə apellyasiya instansiyası məhkəməsində baxılarkən, toplanmış sübutların tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin edilməmiş, hökm dəyişdirilmədən saxlamışdır. Müdafiəçi kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağırlığını və cəza təyini zamanı bir sıra yüngülləşdirici halların nəzərə alınmadığını göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halları na və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, həmin hallarla yanaşı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində izah edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı razılaşmayaraq göstərir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum cəza təyin edilən zaman onun əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barı şmasını və dəymiş ziyanın ödənilməsini, onların heç bir şikayət və tələbinin olmamasını cəza təyini zamanı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə almışdır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanın məqsədi barədə qanunun tələbinə uyğun nəticəyə gəlmişdir. Cəzanın yüngülləşdirilməsi üçün əsas verən və cinayət işinin materiallarında mövcud olan hallar nəzərə alınmışdır. Bundan başqa, birinci və apelyasiya instansiy a məhkəmələrinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və qeyrisinin məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı Məhkum aid hissədədəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar