Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-19/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Əkbərov Sadiq Şamil oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Zeynal Qurban oğlu, hakimlər Məcidov X14 və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx xxxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəs ilə təqsirli bilinib, 04 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum olunmuşdur, ona görə ki, o, 25 dekabr 2016-cı il tarixdə saat 07 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 105 saylı marşrut xətti ilə işləyən Otoyol M-50.12 markalı ** TD *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu Bakı şəhəri Sabunçu rayonu Zabrat-Sabunçu şosesi ilə 30 km/saat sürətlə Zabrat qəsəbəsi tərəfdən Sabunçu qəsəbəsi istiqamətində hərəkət etdirərkən Zabrat-Sabunçu şossesinin 3-cü kilometrliyində yerləşən «xxxx» QSC-nin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, pi yada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda göstərilənlərə riayət etməyərək, ehtiyyatsızlıqdan hərəkəti istiqamətində piyada keçidi ilə yolun sağ tərəfindən sol tərəfinə keçən piyada X2 idarə etdiyi avtobusun qabaq sağ hissəsi ilə vurmuş, nəticədə X2 baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və mədəciklərinə qansızma, alm sümüyünün kəllə əsasına keçən xətti sınığı, ağ ciyərlərə qansızma, sağ bud sümüyünün yerini dəyişən açıq sınığı və həmin səviyyədə budun əzilmiş-cır ılmış yarası, sağ gicgah, sağ almacıq və burun nahiyələrinin, hər iki əlin, sağ budun, hər iki diz və sağ iç topuq nahiyələrinin sıyrıqları kimi ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdinbəyov Abid Kamil oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Məmmədov Qail Fazil oğlundan ibarət tərkibdə) 26 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci i l tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Eyni zamanda, Məhkum vəsatət verərək apellyasiya məhkəməsi qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkum vəsatətini hüquqi savadının olmaması səbəbi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının qeyd olunan vəsatətin kassasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən ötürülməsinə görə rədd edilməsi barədə çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 26 oktyabr 2017-ci ildə çıxarıldığı halda, kassasiya şikayəti məhkum tərəfindən 12 iyul 2019-cu il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən 20 aydan çox vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik o lmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə məhkumun hüququ savadı olmadığını və bu səbəbdən kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilməsinə istinad edilsə də, qeyd olunan dəlil qanunun yuxarıda göstərilən normasına uyğun olmadığına görə kassasiya şikayətinin vermə müddətinin bərpa olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, vəsatət rədd edilməl idir. Kassasiya şikayəti vermə müddəti bərpa olunmadığından kassasiya şikayətinə mahiyyəti üzrə baxıla bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-19/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-19/2020
07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver