Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-19/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum1 müdafiəçisi Müdafiəçi28, Məhkum4 müdafiəçisi Müdafiəçi22 v ə Zərərçəkmiş şəxs7 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarından məhkum Müdafiəçi2 müdafiəçisi Müdafiəçi5, Məhkum1 müdafiəçisi Müdafiəçi28, məhkum Şahid36 müdafiəçisi Müdafiəçi13, Məhkum3 müdafiəçisi Müdafiəçi29, Məhkum4 müdafiəçisi Müdafiəçi22 və zərərçəkmiş şəxs “Yelo Bank” tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər S.S.Hüseynov (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və Z.Q.Ağayev) 30 mart 2021-ci il tarixli, 1(101)-63/2021 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 179.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2019-cu il tarixdən hesablanmış, Məhkum3 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.5,179.3.2, 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5,179.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2019-cu il tarixdən hesablanmış, Məhkum2 Azərbaycan Respublikası CM-in 179.3.2, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.2 və 313cü maddələri ilə təqsirli bilinərək CM-in 179.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2019-cu il tarixdən hesablanmış, Məhkum4 Azərbaycan Respublikası CM-in 179.3.2, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-in 179.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum e tmə cəzası, CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 mart 2021-ci il tarixdən hesablanmış, məhkum X6 Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-in 73-1.3-ci maddəsinə əsasən onun CM-in 179.3.2-ci madd əsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə üzrə cinayət təqibinə xitam verilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmişdir, Məhkum10 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-in 179.3.2ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhku m edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Məhkum10 təyin olunmuş 3.000 manat cərimə cəzasının ödənilməmiş hissəsi olan 2.550 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək, qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və 2.550 manat cərimə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X10 oğlu, Məhkum8, Məhkum6, Məhkum7, Məhkum12 və Məhkum9 da təqsirli bilinərək məhkum olunmuşlar. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və El man Əhmədov ) 04 aprel 2022-ci il tarixli 1(105)-13/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-63/2021 nömrəli hökmü Məhkum11 və mülki iddia hissədə ləğv edilmiş, məhkumlar Məhkum8, Məhkum7 və Məhkum10 aid hissədə dəyişdirilmiş, Məhkum11 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, Məhkum8 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, Məhkum7 CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, Məhkum10 CM-in 67.1-ci maddəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 9 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3.000 manat cərimə cəzasının ödənilməmiş hissəsi olan 2.550 manat cərimə cəzası “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən hökmdən xaric edilmiş, onun üzərində qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya şikayətləri qismən təmin edilmişdir. 14 aprel 2023-cü il tarixdə Məhkum10 müdafiəçisi Müdafiəçi13 kassasiya şi kayəti Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Məhkum10 müdafiəçisi Müdafiəçi13 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının mübahisələndirilən qərarı 04 apr el 2022-ci il tarixdə elan edilmiş və proses iştirakçılarına göndərilmiş, iş üzrə digər məhkumlar və onların müdafiəçiləri kassasiya şikayətlərini cinayət prosessual qanunvericiliyinə uyğun müddətdə vermiş, lakin məhkum Müdafiəçi10 müdafiəçisi Müdafiəçi13 isə kassasiya şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsinə 14 aprel 2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protesti nin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Yuxarıda göstərilən hallar hazırki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarından məhkum Müdafiəçi10 müdafiəçisi Müdafiəçi13 kassasiya şikayətinə baxılmasına mane edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsi nəzərə alınmaqla məhkəmə kollegiyası bildirir ki, məhkum Şahid36 müdafiəçisi Müdafiəçi13 yazdığı kassasiya şikayətinin verilmə müddə ti 04 aprel 2023-cü il tarixdə bitmiş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin kassasiya şikayətlərinin mümkünlüyünə baxılmamışdır. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Müdafiəçi10 müdafiəçisi Müdafiəçi13 kassasiya şikayəti baxışdan ç ıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli 1(105)-13/2022 nömrəli tarixli qərarından Məhkum10 müdafiəçisi Müdafiəçi13 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-19/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-19/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver