Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-19/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlunun, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Hüseynova Pərvanə Valeh qızının i ştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-110/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hüseynova Pərvanə Valeh qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxx 1990-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs2 3 fevral 1979-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vət əndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla x2da yaşamışdır. 2. 02 yanvar 2021-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 182.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq cinsi münasibətdə olmasını bildirdikdən sonra aralarında olan intim əlaqələrini videolentə alaraq Zərərçəkmiş şəxs pul tələb etmələri barədə Təqsirləndirilən şəxs2 təklifini qəbul edib, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşadığı ünvan 5 ünvanda yerləşən evin qonaq otağında «Dahua» markalı videokamera quraşdıraraq 5 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaqla baş verənlərin gizli video çəkilişini apardıqdan sonra 2019-cu ilin avqust-sentyabr aylarında özünün «Whatsapp» sosial şəbəkəsində və mobil telefonu ilə yazdığı SMS mesajlarla, həmçinin Təqsirləndirilən şəxs2 Quba rayonu Qəçrəş kəndində Zərərçəkmiş şəxs məxsus evdə sonuncu ilə şəxsən görüşərək həmin görüntüləri göstərib onun haqqında olan rüsvayedici məlumatları yaxın qohumları arasında və sosial şəbəkələrdə yayacaqları ilə hədələməklə həmin məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs külli miqdarda, 75.000 (yetmiş beş min) manat məbləğində pul verməsini və ya həmin dəyərdə ev almasını tələb etmiş, Zərərçəkmiş şəxs həmin tələbləri yerinə yetirmədiyinə görə əldə etdikləri görüntüləri sonradan müxtəlif sosial şəbəkələrdə yaymışdır. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq cinsi münasibətdə olmasını bildikdən sonra sonuncuların arasında olan intim əlaqələrini videolentə alaraq Zərərçəkmiş şəxs pul tələb etmələri barədə Təqsirləndirilən şəxs1 təklif edib, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun yaşadığı ünvan 5 ünvanında yerləşən evin qonaq otağında «Dahua» markalı videokamera quraşdıraraq 5 avqust 2019-cu il ta rixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 Əlumurad qızının aralarında baş verən cinsi əlaqənin gizli video çəkilişini apardıqdan sonra, 2019-cu ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs1 özünün «Whatsapp» sosial şəbəkəsində və mobil telefonu ilə yazdığı mesajlarla, həmçinin Təqsirləndirilən şəxs2 Quba rayonunun Qəçrəş kəndində Zərərçəkmiş şəxs məxsus evdə sonuncu ilə şəxsən görüşərək həmin görüntüləri göstərib onun haqqındakı rüsvayedici məlumatları yaxın qohumları arasında və sosial şəbəkələrdə yayacaqları ilə hədələməklə, həmin məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs külli miqdarda, 75.000 (yetmiş beş min) manat məbləğində pul verməsini və ya həmin dəyərdə ev almasını tələb etmiş, Zərərçəkmiş şəxs həmin tələbləri yerinə yetirmədiyinə görə əldə etdikləri görünt üləri sonradan müxtəlif sosial şəbəkələrdə yaymışdır.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-777/2021 nömrəli, 01 oktyabr 2021ci il tarixli hökmü ilə: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 oktyabr 2021-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
5. Hökmdən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Orucov Vüsal Əkbər oğlu, Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri, eləcə də sonuncunun müdafiəçisi Hüseynova Pərvanə Valeh qızı tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-110/2022 nömrəli, 27 may 2022-ci tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)777/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli hökmü hər iki şəxs barəsində dəyişdirilmədən saxlanılmış.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Təqsirləndi rilən şəxs2 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hüseynova Pərvanə Valeh qızı tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
8. Məhkum Təqsirləndirilən şəxs2 aid kassasiya şikayətində onun baş vermiş cinayət hadisəsi ilə əlaqəsinin, eləcə də əməlində cinayət tərkibinin olmadığı, həmçinin təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilir və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-110/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarının ləğv edilməklə məhkum Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilir.
9. Məhkum Təqsirləndirilən şəxs1 aid kassasiya şikayətində onun əməlində cinayət tərkibinin olmadığı iddia edilir və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-110/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarının ləğv edilməsi ilə yanaşı cinayət işinin məhkəmə istintaqı ilə araşdırılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiya da işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bi ldirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində hər iki məhkumun əməlində cinayət tərkibinin, məhkum Təqsirləndirilən şəxs2 aid kassasiya şikayətində isə həmçinin onun baş vermiş cinayət hadisəsi ilə əlaqəsinin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublik ası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
16. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-110/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibinin olmadığı və təqsirliliklərinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkum Təqsirləndirilən şəxs1 və hər iki məhkumun müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin və şikay ətə əlavənin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələrinin təsdiqi onların özlərinin ibtidai istintaq dövründə və məhkəmədə verdikləri ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş protokollar, maddi sübutlar, ekspertiza rəyləri və digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onların təqsirli bilinmələr ini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin törədilməsində təqsirli olduqları barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı insta nsiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
26. Lakin məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı hissədə məhkəmələrin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, təyin olunmuş cəza ona münasibətdə cinayətin törədilməsi şəraitinə və şəxsiyyətini səciyyələndirən hallara uyğun olmamışdır.
27. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa q arşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-c i il tarixli qərarları).
28. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəz anın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbayc an Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
30. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci ümumi məzmununa görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müə yyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
31. Cəza siyasətinin tənzimlənməsinə yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında isə qeyd edilmişdir ki, Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrüb əsi haqqında” qərarı, № 4, § 8, 25 iyun 2003cü il).
32. Qeyd edilən maddi hüquq normalarının tələbləri və onlara aid Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəməsi Plenumlarının qərarlarının şərhlərini rəhbər tutmaqla cinayət işi materialları üzrə müəyyən edilən işin faktiki hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən halları, cəzasının yüngülləşdirməsinə təsir edə biləcək halları, habelə təyin olunmuş cəzanın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digə r məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin etməmişlər.
33. Belə ki, məhkum Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olsa da, məhkəmə kollegiyası həmin cinayətin törədilməsi şəraitinin də nəzərə alınmasını vacib hesab edir.
34. Bununla bağlı qeyd edilir ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs yaşadığı ərazidə yüksək nüfuza malik şəxs olmaqla, məscidin imamı olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 verdiyi ifadələrində zərərçəkmiş şəxslə aralarında olan tanışlığının dini öyrənmək üçün məscidə gedib-gələrkən yarandığını, zərərçəkmiş şəxs müəllimi olduğundan sonuncuya qarşı inamının yarandığını və psixoloji təsirində olduğunu göstərmişdir.
35. Daha sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində, həmçinin müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərində onlar arasında olan münasibətlərin sonradan şəxsi münasibətlərə çevrilməsinə əsas olaraq Zərərçəkmiş şəxs onu inandırmaqla psixoloji təsir altına saldığını, uzun illər dini nikahda olduqlarını və mənəvi təzyiqə məruz qaldığını bildirmişdir.
36. Zərərçəkmiş şəxs verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi münasibətdə olduğunu, onunla dini nikaha girdiyini təkzib etməmiş, həmçinin aralarında olan telefon yazışmalarından da görünür ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxsə 10 ildir münasibətdə olduqlarını bildirdikdə sonuncu bunun inkar edən hər hansı etirazedici cavab yazmamış, dolayısı ilə bu halı təsdiq etmişdir.
37. Bundan başqa məhkəmələr məhkum Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən hal olaraq himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alsalar da, təyin edilən cəzanın təkbaşına böyütdüyü övladlarının həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamışlar.
38. Belə ki, Təqsirləndirilən şəxs1 ilə keçmiş əri X3 ilə arasında olan nikah pozulduqdan sonra onların 21 may 2010-cu il və 13 dekabr 2013-cü il təvəllüdlü ümumi uşaqları anaları Təqsirləndirilən şəxs1 himayəsinə verilmişdir.
39. İş materiallarında olan ailə tərkibi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi 2 azyaşlı övladı və 20 may 1957-ci il təvəllüdlü anasından ibarətdir. Təqsirləndirilən şəxs1 hazırda azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkdiyindən azyaşlı uşaqları ahıl yaşında olan anasının himayəsindədir.
40. Eləcə də, iş materiallarında ol an Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur.
41. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailə vəziyyətini, yəni himayəsində olan azyaşlı uşaqlarının hazırda yaşlı anasının himayəsində olmalarını, hazırki cinayəti zərərçəkmiş şəxslə aralarında uzun illər davam edən şəxsi münasibətlərdən irəli gələn vəziyyət nəticəsində törətməsini müstəsna hallar kimi qiymətləndirir və hesab edir ki, bu halların müstəsna olaraq nəzərə alınması həmçinin cəzanın fərdiləşdirilməsi ilə uzlaşan nəticədir.
42. Beləliklə, məhkəmə ko llegiyası qeyd edilənləri işin müstəsna halları kimi qiymətləndirməklə belə nəticəyə gəlir ki, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli, ona təqsirli bilindiyi cinayət qanunu normasının sanksiyasında müəyyən edilən aşağı həddən də az cəza təyin edilməlidir. Bu cəza vasitəsi ilə də Təqsirləndirilən şəxs1 islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
43. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hüseynova Pərvanə Valeh q ızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)110/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs1 barəsində cəza təyini hissəsində dəyişdirilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hüseynova Pərvanə Valeh qızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-110/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza hissəsində dəyişdiril sin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-110/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.