Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-190/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum müdafiəçisi - X80nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2018 -ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Allahverdiyeva, hakimlər T.X.Nəsrullayeva və N.A.Kərimovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1993-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 07 sentyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər M.S.Hüseynov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum apellyasiya şikayəti, habelə həmin apellyasiya şikayətinə Müdafiəçi əlavəsi qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə tövsif olunmuş əməli həmin maddələrdən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 07 sentyabr 2017-ci il tarixdən hesablanması qərara alınmış, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən, Məhkumqəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə qanunsuz olaraq odlu silah əldə edərək saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Məhkum 05 sentyabr 2017-ci ildə saat 22 radələrində, ünvan4ndə, “XXX55” adlı kafedə X2 digər şəxslərin yanında onun arxasınca danışmaqda günahlandıraraq, belə hərəkətlərin həqiqətdə baş verib-vermədiyini bilmədən, yəni münaqişə yaratmaq üçün cüzi səbəbi əsas gətirməklə ictimai iaşə yeri olan həmin kafedə digər şəxslərin gözü önündə ona qarşı üstünlüyünü isbat etmək və özünə qarşı hörmət tələb etmək niyyəti ilə nalayiq söyüşlərlə təhqir edib yumruq zərbələri ilə döydükdən sonra, bilavasitə ləyaqət inin alçaldılması ilə nəticələnən həmin hərəkətlərinə görə sonuncudan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün 2016-cı ilin may ayında ünvan6ndə yerləşən dəniz sahilindən tapıb qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, lüləsi kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən 12 kalibrli “İJ-18” modelli 869569 nömrəli yivsiz təklüləli odlu ov tüfənginin kəsiyini uzun müddət qanunsuz saxladığı “XXX77” massivindəki xarabalıqdan götürüb odlu silahın yerinin dəyişdirilməsi məqsədilə idarə etdiyi “OKA” markalı **-xx xx xx -*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz daşıyaraq gəzdirməklə 06 sentyabr 2017-ci il tarixdə saat 22 radələrində, ünvan 2 ünvanda yerləşən “XXX66” adlı kafenin qarş ısında bir ədəd patronla doldurduğu tüfəngi onu görüb üzərinə gələn XX334a doğru nişan almaqla bir dəfə atəş açaraq, sonuncuya ümumilikdə həyat üçün təhlükəli və sağlamlığa ağır zərər vuran-sağ saidin yuxarı 1/3 nahiyəsindən sağ yuxarı ətrafda dirsək sinirinin tam qopmasına, mil sinirin hissəvi zədələnməsinə, mil sümüyün və sümük defekti ilə müşahidə edilən dirsək sümüyün yerini dəyişən açıq qəlpəli sınıqlarına səbəb olmuş bir ədəd xəsarət yetirmiş, XX334un dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirə salınmadan cərrahi əməliyyat aparılması nəticəsində həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da XX334u qanunsuz əldə edib saxladığı, daşıdığı və gəzdirdiyi odlu silahla qisas almaq niyyət i ilə öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrindən 126.1-ci maddəsinə dəyişdirsə də, Məhkum məsuliyyətini yüngülləşdirən halları, o cümlədən cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını – kifayət qədər, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsirindən törətməsini isə - ümumiyyətlə nəzərə almamış, nəticədə Məhkum həmin maddə ilə həddindən artıq ağır, ədalətsiz cəza təyin edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində cəzanın təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlah iyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməy ə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməsinə baxmayaraq, Məhkum məsuliyyətini yüngülləşdirən halların lazımınca və hamısının nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cin ayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar olaraq könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində, zərərçəkmiş şəxslə barışıq əldə etmə isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuşdur. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran haldır. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin ehtiva etdiyi (CM-in 59.1.8 və 59.1.9-59.1.13-cü maddələrind ə göstərilən) cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza (və yaxud digər cinayət hüquqi xarakterli tədbir) ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin Məhkum cəzasının məsuliyyəti yüngülləşdirən hallar lazımınca və tam şəkildə nəzərə alınmadan təyin edildiyi üçün həddindən artıq ağır və ədalətsiz olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. Belə ki, kassasiya şikayətində irəli sürülmüş (məsuliyyəti yüngülləşdirən halların lazımınca nəzərə a lınmaması haqqında) iddianın əksinə olaraq, birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti (həmçinin müdafiəçinin apellyasiya şikayətinə əlavəsi) ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya məhkəməsi Məhkum əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrindən 126.1-ci maddəsinə dəyişdirməklə yanaşı məhz iş üzrə müəyyən edilmiş təqsirkarın könüllü gəlib təqsirini boynuna alması (CM, maddə 59.1.10), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışığın əldə edilməsi və sonuncunun şikayət və tələbinin olmaması (CM, maddə 59.1.12) kimi cəzanı yüngülləşdirən və cinayətin odlu silahdan istifadə etməklə törədilməsi kimi cəzanı ağırlaşdıran hallardan çıxış etməklə Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində (5 il müddətə) cəza təyin etmiş və həmin maddədə, eləcə də CM-in 228.1-ci maddəsində göstərilən cinayətlərin məcmusu üzrə cəza təyin edərkən də CM-in 66.3-cü maddəsində nəzərə tutulmuş cəzanın təyin edilməsi üsullarından daha güzəştlisini (qismən toplamanı) tətbiq etməklə Məhkum qəti cəzasının müddətini müəyyən etmişdir. Apellyasiya məhkəməsi müdafiə tərəfinin istinad etdiyi (cəzaya aid) halları düzgün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, baxıla n işdə CM-in 61.1.10-cu maddəsində göstərilən cəzanı ağırlaşdıran halın olması, təyin olunan cəzanın təqsirkarın islah olunmasına təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə - Məhkum daha yüngül cəzanın təyin edilməsini tələb edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə yuxarıda qeyd olunan cəzaları təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cinayətlərin məcmusu üzrə təyin cəzanın edilməsinə, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 63.3, 58.3 və 41.2- ci maddələrini n tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Kassasiya şikayətində istinad olunan, lakin məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilməyən xüsusatlara gəldikdə, kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu səbəbdən kassasiya kollegiyası mübahisələndirilən məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayarkən müdafiəçinin kassasiya şikayətində gətirdiyi, lakin birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etmədikləri hallardan çıxış edə bilməz. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 may 2018-ci il tarixli q ərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçikassasiya şikayətitəmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 23 may 2018-ci il tarixliqərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-190/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-190/2020
15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver