Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-190/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Maraqlı şəxs XXX oğlunun müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qərarından verilmiş tə qdimata mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2014-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Bundan başqa, hökmlə "xxxx" İKB ASC-nin mülki iddiası təmin edilərək, "xxxx" İKB ASC- nin 6 saylı Filialından kredit yolu ilə götürülmüş digər avtomobillərlə yanaşı “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı), mühərrik nömrəsi 9977207, ban nömrəsi XTA212140D2115839 olan avtomobilin üzərinə həbs qoyulması qərara alınmış və həmin avtomobilin saxlanılması və "xxxx" İKB-nin 6 saylı filialının mülkiyyətinə verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə həvalə olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, hakimlər Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) 14 iyun 2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli qərarı isə dəyişdirilərək Məhkum zərərçəkmiş şəxslər Aslan Eynullayevə 9659 manat məbləğində, Babək Piriyevə 8250 manat məbləğində, Elnur Səfərova 9209 manat məbləğində və Şahin Tağıyevə 8500 manat məbləğində maddi ziyanın vurulmasına dair epizodlar üzrə "külli miqdarda ziyan vurma" sözləri (tövsifedici əlaməti) "xeyli miqdarda ziyan vurma" sözləri ilə (tövsifedici əlaməti) ilə əvəz edilmiş, qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə (Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2015-ci il tarixli qərarı ilə edilmiş dəyişiklik istisna olmaqla) dəyişdirilmədən saxlanılmışdır.
5. Baxılan cinayət işi ilə əlaqədar Şəki şəhərinin sakini XXX oğlu 08 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə müraciət edərək cinayət prosesinə cəlb olunmadığı halda Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 iyun 2014-cü il tarixli hökmlə onun maraqlarına toxunan qərarın qəbul edildiyini, bu qərarın 23 oktyabr 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən dəyişdirilmədən saxlanıldığını qeyd etmiş və apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ona məxsus “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilin üzərinə həbs qoyulması hissə sində ləğv edilməsinə dair kassasiya qaydasında təqdimatın verilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev təqdinmat verərək Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qərarı birinci instansiya məhkəməsinin hökmündə olan “"xxxx" İKB ASC-nin mülki iddiası təmin edilərək, "xxxx" İKB ASC-nin 6 saylı Filialından kredit yolu ilə götürülmüş “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı), mühərrik nömrəsi 9977207, ban nömrəsi XTA212140D2115839 olan avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobilin saxlanılmasının və "xxxx" İKB-nin 6 saylı filialının mülkiyyətinə verilməsinin Azərbaycan Respublikası Daxili İ şlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə həvalə olunması” haqqında qərarın dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini, həmin hissədə cinayət işinin yeni apellyasiya baxışına təyin ediməsini xahiş etmişdir. II. Təqdimatın dəlilləri
7. Təqdimat onunla əsaslandırılmışdır ki, hazırki işdə "xxxx" İnvestisiya Kommersiya Bankı (cinayət işinin 4-cü cildində, i.v. 248 və 383-də olan iddia ərizəsindən və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən göründüyü kimi) mülki cavabdeh qismində Məhkum göstərməklə “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilin özünün mülkiyyətinə verilməsi barədə mülki tələbi məhz təqsirləndirilən şəxsə qarşı irəli sürmüş, həmin əmlakın mülkiyyətçisi olan Rəsul Nurəliyev iş üzrə cinayət prosesinə heç bir şəkildə (hər hansı bir prosessual statusla) cəlb olunmadığı, hətta nəinki icraatı aparan orqan tərəfindən mülki cavabdeh qismində tanınmadığı, iddia ərizəsinə görə belə mülki cavabdeh olmadığı halda birinci instansiya məhkəməsinin hökmü ilə həmin əmlakından məhrum edilmiş, bu hissədə hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır.
8. Cinayət prosesi iştirakçısı olmayan şəxsin cinayət mühakimə icraatında mülkiyyətindən məhrum edilməsinin mümkünlüyünü əsaslandıran hər hansı bir hüquq normasının olmaması şəraitində məhkəmənin bu cür qərar qəbul etməsi, Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi və o nun təfsiri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi ilə də uzlaşmır.
9. Hazırki işdə cinayət-prosessual qanunda təqsirləndirilən şəxsdən və mülki cavabdehdən başqa digər, o cümlədən cinayət prosesinə cəlb olunmayan şəxslərin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar məcburi qaydada mülkiyyətlərindən məhrum edilmələrini nəzərdə tutan normalar olmadığı halda, Rəsul Nurəliyev mülkiyyətində olmuş “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilindən məhkəmə qərarı ilə məhrum edilmişdir.
10. Bu isə o deməkdir ki, Rəsul Nurəliyevin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, eləcə də Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququ p ozulmuşdur.
11. Cinayət mühakimə icraatında cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxsin üzərinə əmlak xarakterli öhdəliklərin qoyulmasının (onun mülki məsuliyyətə cəlb edilməsinin) yolverilməzliyi cinayət-mühakimə icraatının cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), habelə hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi (CPM, maddə 11) prinsiplərindən də irəli gəlir. 12.Təsvir olunanlardan görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş mülkiyyət hüququna təminat verən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin, Cinayət-Prosessual Məcəlləsinin 11, 18, 32-ci maddələrində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının prinsiplərinin və digər normala rının pozuntusunda, eləcə də cinayət prosesinə cəlb edilməyən şəxsin mülki məsuliyyət məsələsini cinayət işi üzrə icraatda həll etməklə məhkəmə baxışının hədlərini aşmasında ifadə olunmuş nöqsanı aradan qaldırmamış və bununla özü də həmin pozuntuları təkrarlamışdır.
13. Belə vəziyyətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.16-cı maddələri CPM-nin 9.2-ci maddəsi ilə birlikdə götürülməklə Rəsul Nurəliyevin müraciəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb etdiyindən, həmin qərar şərh edilən məsələyə aid hissəsində ləğv edilməldir.
14. Azərbaycan Respublikası CPM-nin 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin d igər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4-408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir.
15. Təqdimatda vurğulanmışdır ki, cinayət prosesində iştirak etməyən və heç bir şəkildə təmsil olunmayan Rəsul Nurəliyev bu icraatda mülkiyyət hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirmək imkanına, o cümlədən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmə qərarını yuxarı məhkəmə instansiyalarında mübahisələndirmək hüququna malik olmadığından, CPM-nin 408.3-cü maddəsinin mənası baxımından bu normanın ehtiva etdiyi “cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına to xunan şəxs” kimi qəbul edilməlidir.
16. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsini və yuxarıda qeyd edilən halları nəzərə alaraq, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qərarı “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin saxlanılması və "xxxx" İKB-nin 6 saylı filialının mülkiyyətinə verilməsi hissəsində ləğv edilməli və bu hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir.
17. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimatın təmin edilməsini və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 23 oktyabr 2014-cü il tarixli qərarı birinci instansiya məhkəməsinin hökmündə olan “"xxxx" İKB ASC-nin mülki iddiası təmin edilərək, "xxxx" İKB ASC-nin 6 saylı Filialından kredit yolu ilə götürülmüş “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **BM-*** dövlət qeydiyyat nişanlı), mühərrik nömrəsi 9977207, ban nömrəsi XTA212140D2115839 olan avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobilin saxlanılmasının və "xxxx" İKB-nin 6 saylı filialının mülkiyyətinə verilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə həvalə olunması” haqqında qərarın dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini, həmin hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məs ələlər
18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 408.3-cü maddəsində nəzərdə tutulmuş qaydada verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatına baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
19. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatından görünür ki, o, barıncı instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirməyib, cinayət prosesinə cəlb edilməyən və iş üzrə mülki cavabdeh qismində tanınmayan şəxsin mülkiyyətindən məhrum edilməsi haqqında qərar verməklə, apellyasiya məhkəməsinin isə həmin hissədə hökmü dəyişdirilmədən saxlamaqla qanunla müəyyən edilmiş səlahiyyətlərindən kənara çıxdıqlarına istinad edib, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının hissəvi ləğv edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.16-cı maddələrində göstərilən hallarla əlaqələndirmişdir.
21. Məhkəmə kollegiyası təqdimatla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Bu maddənin dördüncü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Mülkiyyət hüququnun təmin edilməsi prinsipini əks etdirən Azərbaycan Respublikası CPM-nin 18.1-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.
24. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət-mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərin ə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.
25. Azərbaycan Respublikası CPM-nin 93.1-ci maddəsinə görə isə cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır.
26. Göründüyü kimi cinayət-prosessual qanunvericilik normalarının cinayətmühakimə icraatında üzərinə mülkiyyət hüququnu məhdudlaşdıran vəzifələrin qoyula bildiyi şəxslərin dairəsini müstəsna olaraq cinayət törətmiş şəxs və yaxud onun törətdiyi cinayətə görə üzərinə mülki məsuliyyət qoyula bilən cinayət prosesində mülki cavabdeh qismində tanınmış şəxslə hüdudlandırmışdır. Cinayət-Prosessual Məcəlləsinin heç bir müdd əası həmin prosessual simaların xaricində digərlərinin, o cümlədən cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxslərin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar cinayət-mühakimə icraatı qaydasında mülki məsuliyyətə cəlb edilmələrinə, mülkiyyətlərindən məhrum edilmələrinə yol vermir.
27. Hazırki hazırki işdə isə "xxxx" İnvestisiya Kommersiya Bankı (cinayət işinin 4-cü cildində, i.v. 248 və 383-də olan iddia ərizəsindən və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən göründüyü kimi) mülki cavabdeh qismində Məhkum göstərməklə “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilin özünün mülkiyyətinə verilməsi barədə mülki tələbi məhz təqsirləndirilən şəxsə qarşı irəli sürmüş, həmin əmlakın mülkiyyətçisi olan Rəsul Nurəliyev isə hazırki iş üzrə cinayət prosesinə heç bir şəkildə (hər hansı bir prosessual statusla) cəlb olunmadığı, hətta nəinki icraatı aparan orqan tərəfindən mülki cavabdeh qismində tanınmadığı, iddia ərizəsinə görə belə mülki cavabdeh olmadığı halda birinci instansiya məhkəməsinin hökmü ilə həmin əmlakından məhrum edilmiş, bu hissədə hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası təqdimatda qeyd edilən mövqe ilə razılaşaraq qeyd edir ki, hazırki işdə də, cinayət-prosessual qanunda təqsirləndirilən şəxsdən və mülki cavabdehdən başqa digər, o cümlədən cinayət prosesinə cəlb olunmayan şəxslərin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar məcburi qaydada mülkiyyətlərindən məhrum edilmələrini nəzərdə tutan normalar olmadığı halda, XXX oğlunun mülkiyyətində olmuş “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilindən məhkəmələr tərəfindən məhrum edilmişdir. Belə ki, XXX oğlu, həmin avtomobili 10.000 manat pulun müqabilində Sultanov Pirəli Sultan oğlundan almış və 08 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən ona avtomobilə mülkiyyət hüququnu təsdiq edən AC seriyalı 132567 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” verilmişdir. Avtomobil ona satılarkən avtomobilinin üzərində həbsin olması, onun girovda və yaxud axtarışda olması barədə DİN BDYPİ-nin mərkəzi informasiya sistemində heç bir məlumat olmamışdır (notarial qaydada təsdiq olunmuş AC seriyalı 132 567 saylı şəhadətnamənin surəti müraciətə əlavə olunmuşdur).
29. Bu məlumatların doğruluğu rəsmi sənədlərlə təsdiq edilməsinə baxmayaraq, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr onların araşdırılmasını, XXX oğlunun isə avtomobilin son mülkiyyətçisi kimi işə cəlb edilərək dindirilməsini təmin etməmiş və sonuncunun avtomobili vicdanlı əldə edib-etməməsi yoxlanılmadan həmin əmlakın ondan alınaraq "xxxx" İKB-nin 6 saylı filialının mülkiyyətinə verilməsinə dair qərar qəbul edilmişdir.
30. Digər tərəfdən, cinayət-prosessual qanunvericiliyində təqsirləndirilən şəxsdən və mülki cavabdehdən başqa digər, o cümlədən cinayət prosesinə cəlb olunmayan şəxslərin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar məcburi qaydada mülkiyyətlərindən məhrum edilmələrini nəzərdə tutan normalar olmadığı ha lda, Rəsul Nurəliyev mülkiyyətində olmuş “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilindən məhkəmə qərarı ilə məhrum edilmişdir.
31. Bu isə o deməkdir ki, XXX oğlunun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, eləcə də Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququ pozulmuşdur.
32. Cinayət mühakimə icraatında cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxsin üzərinə əmlak xarakterli öhdəliklərin qoyulmasının və beləliklə, onun mülki məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi cinayət-mühakimə icraatının cinayət prosesində tərəflərin çəkişməsi (CPM 32-ci maddə), habelə hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi (CPM 11-c i maddə ) prinsiplərindən də irəli gəlir.
33. Belə ki, cinayət mühakimə icraatının təməl şərtlərindən biri olan cinayət prosesində tərəflərin çəkişməsi prinsipi Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəflərinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutur. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmənin qarşısında duran bütün məsələlər, o cümlədən əmlak xarakterli məsələlər üzrə də qərarlar cinayət prosesində tərəflərin çəkişməsi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin təmin olunduğu şəraitdə qəbul edilməlidirlər. Əks halda, Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinin tələbinə görə cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə aparılan və bu üzdən etibarsız olan prosesin gedişində qəbul edilmiş aktlar kimi onlar ləğv edilməlidirlər.
34. Azərbaycan Respublikası CPM-nin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinin ümumi məzmunu görə bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə hər bir tərəf məhkəmədə təmsil olunur, bu zaman hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir.
35. Cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxs isə nə Azərbaycan Respublikası CPM-nin 7.0.21-ci maddəsinin nəzərdə tutduğu ittiham tərəfində, nə də ki, həmin Məcəllənin 7.0.28-ci maddəsinin göstərdiyi müdafiə tərəfində təmsil olunmadığından, çəkişməli xarakterli cinayət prosesində müdafiə və ittiham tərəfinin malik olduqları prosessual hüquqlardan istifadə edə bilmir və beləliklə, özünə qar şı yönəlmiş (istər mülki iddia ərizəsi şəklində rəsmiləşdirilmiş, istərsə də şifahi, istərsə də məhkəmənin təşəbbüsünə əsaslanan) əmlak xarakterli tələblərdən müdafiə olunmaq imkanından tamamilə məhrum edilmiş vəziyyətdə olur.
36. Bu vəziyyətdə olan şəxsin cinayət mühakimə icraatında mülki məsuliyyətə cəlb edilib əmlak xarakterli öhdəliyə məruz qoyulması cinayət mühakimə icraatının təməl şərtlərinin, o cümlədən tərəflərin çəkişməsi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin və nəticə etibarı ilə şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməyə bilməz.
37. Təsvir olunanlardan görsənir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş mülkiyyət hüququna təminat verən Azərba ycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin, Cinayət-Prosessual Məcəlləsinin 11, 18, 32-ci maddələrində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının prinsiplərinin və digər normalarının pozuntusunda, eləcə də cinayət prosesinə cəlb edilməyən şəxsin mülki məsuliyyət məsələsini cinayət işi üzrə icraatda həll edib səlahiyyətlərini aşmasında ifadə olunmuş nöqsanı aradan qaldırmamış və bununla özü də həmin pozuntuları təkrarlamışdır.
38. Belə vəziyyətdə Azərbaycan Respublikası CPM-nin 416.12, habelə 416.16-cı maddələri həmin Məcəllənin 9.2-ci maddəsi ilə birlikdə götürülməklə apellyasiya instansiyası məhkəməsinin təqdimatla mübahisələndirilən qərarının ləğv edilməsini tələb etdiyindən, həmin qərar şərh edilən məsələyə aid hissəsində ləğv edilməli, təqdimat təmin edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası təqdimatın təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin Məhkum edilməsinə dair cinayət işi üzrə təqdimatı təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 oktyabr 2014-cü il tarixli qərarı qismən – XXX oğlunun mülkiyyətində olan ““VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı) avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin saxlanılaraq "xxxx" İKB-nin 6 saylı filialının mülkiyyətinə verilməsi hissəsində ləğv edilməli, cinayət işi həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qərarı birinci instansiya məhkəməsinin hökmündə olan "xxxx" İKB ASC-nin mülki iddiası təmin edilərək, "xxxx" İKB ASC-nin 6 saylı filialından kredit yolu ilə götürülmüş “VAZ 21214” markalı, 2013-cü il buraxılışlı, AZ 90-VK 516 dövlət qeydiyyat nişanlı (hazırda AZ **-BM-*** dövlət qeydiyyat nişanlı), mühərrik nömrəsi 9977207, ban nömrəsi XTA212140D2115839 olan avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobil in saxlanılmasının və "xxxx" İKB ASC-nin 6 saylı filialının mülkiyyətinə verilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə həvalə olunması” haqqında qərarın dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin və həmin hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.