Məhkəmə qərarları › İş №1(102)-190/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-190/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-190/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Osmanov Elman İsaməddin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.İ.Osmanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Bakı İdarəetmə və Texnologiya Kollecinin II kurs tələbəsi, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, CM-nin 126.3 və 221.2.1.-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 126.3-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 (il) il 06 (altı) ay müddətə, CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cinvyətlərin məcmusu üzrə cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, y etkinlik yaşına çatmayan Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmiş, xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Məhkum 2019-cu il mayın 14-də saat 1220 radələrində təhsil aldığı ünvan 2 ünvanında yerləşən «Bakı İdarəetmə və Texnologiya Kolleci»nin 1-ci mərtəbəsindəki 137 nömrəli sinif otağında «Kompüter şəbəkələri» dərsi zamanı pəncərədən kollecin həyətində dayanan «Kompüter şəbəkələri» fakültəsinin İİ kurs tələbəsi X16 (Zərərçəkmiş şəxs) ilə söhbətləşərkən sonuncu nun həmin kollecdə təhsil alan, fiziki cəhətdən zəif olan Şahid14 onun qardaşı adlandırmasını özünə təhqir kimi sayıb bəhanə edərək dərsi tərk etdikdən sonra X12 (Zərərçəkmiş şəxs) dayandığı yerə gəlmiş, çox saylı tələbələrin olduğu yerdə heç bir əsaslı səbəb olmadan öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə cəmiyyət tərəfindən qəbul olunmuş ümumi əxlaq normalarına və davranış qaydalarına zidd olmaqla ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik edib yüksək səslə X12 (Zərərçəkmiş şəxs) ünvanına nalayiq söyüşlər söyərək zor tətbiq olunması ilə, yəni bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və başı ilə zərbələr endirməklə xuliqanlıq etmiş, göstərilən vaxt tələbələrin onları ayırmaları və kollecdən qovulacaqları ilə bağlı xəbərdarlıqlarından sonra o, təkrarən öz qanunsuz hərəktlərini başqa yerdə davam etdirmək niyyəti ilə oranı tərk edib ünvan 2 ünvanında yerləşən binanın qarşısında da yüksək səslə X12 (Zərərçəkmiş şəxs) ünvanına nalayiq söyüş söyərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, bu zaman ətrafda olan tələbə yoldaşlarının onları ayırmaları və yuxarıda qeyd edilən ünvandakı binanın sakinlərinin irad bildirmələri səbəbindən təkrarən öz qanunsuz hərəkətlərini başqa yerdə davam etdirmək məqsədi ilə saat 1226-da X16 (Zərərçəkmiş şəxsla) ilə yolun digər tərəfinə keçib ünvan 4 ünvanında yerləşən «Şüa» sağlamlıq kompleksinin qarşısında yüksək səslə yenidən X12 (Zərərçəkmiş şəxs) ünvanına nalayiq söyüş söyərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərərək müşayiət olunan qərəzli hərəkətlər törətmiş, sonuncuya zor tətbiq olunması ilə, yəni yumruq və təpik zərbələri endirməklə ümumilikdə sol almacıq nahiyəsinin, burun belinin, sol çiyin qurşağının ön səthinin qançırları, sol qaşüstü nahiyənin, sol alt göz qapağının, boynun sol bayır səthinin, sol bazunun aşağı 1/3-nin önbayır səthlərinin, sol saidin orta 1/3-nin ön səthinin, sol ayaq pəncərəsinin ön səthinin sıyrıqları kimi həyat və sağlamlıq üçün təhlükəli olmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirib təkrarən xuliqanlıq etdiyi müddət ərzində, saat 1227-də X14 (Zərərçəkmiş şəxs) heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti lə qəsdən ayağı ilə bir dəfə sonuncunun şokogen zona olan xaya nahiyəsindən vuraraq insan həyatı üçün təhlükəli olmaqla sağlamlığına ağır zərərvurmaya aid xayalığın və xayanın qapalı küt travması xəsarətini yetirməsi ilə müşayiət olunan, ağır dərəcəli birincili ağrı şoku səbəbindən ürəyin reflektor dayanması nəticəsində ehtiyatsızlıqdan X12 (Zərərçəkmiş şəxs) ölümünə səbəb olmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum və onun müdafiəçisi E.İ.Osmanov tərəfindən ayrı-ayrılıqda və zərər çəkmiş şəxsin hüquqi varisi X9 (X5) və nümayəndəsi X6 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 28 yanvar 2021-ci il tarixli qərarı ilə Məhkum və müdafiəçisi E.İ.Osmanov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum onun təqsirli bilindiyi CM-nin 126.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə ona hökmlə CM-nin 221.2.1-ci maddəsi ilə və hazırki qərarla CM-nin 126.3-cü maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 01 iyul 2022-ci il tarixdə Məhkum müdafiəçisi E.İ.Osmanov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseyn Cavid Vaqif oğlundan ib arət tərkibdə) 18 avqust 2022-ci il tarixli qərarı ilə müdafiəçi E.İ.Osmanovun vəsatəti təmin edilməmiş, onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasından isə imtina edilmişdir. Həmin qərardan Məhkum müdafiəçisi E.İ.Osmanov kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Müdafiəçi E.İ.Osmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Məhkum müdafiəçisi kimi 12 yanvar 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixinədək COVİD-19 xəstəliyinə yoluxaraq evdən çıxa bilməmiş və 01 iyun 2022-ci il ta rixədək, yəni praktik sağlam olması barədə arayış ona verilənədək intensiv müalicə almışdır. Kassasiya şikayetinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə Bakı Apellyasiya Məhkəməsində 18 avqust 2022-ci il tarixdə baxılarkən məhkəmə iclası zamanı sədrlik edən yalnız hüquqlarını müdafiə etdiyi şəxsdən “zərər çəkmiş şəxslə barışıq əldə edib-etməməsini soruşmuş, bu kimi sualın baxılan məsələyə aid olmamasına baxmayaraq qərarda göstərilən formal əsaslarla buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. Bu haqda qəbul etdiyi qərarında isə məhkəmə onun 03 mart 2022-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində başqa bir mülki iş üzrə cavabdehin nümayəndəsi qismində iştirak etdiyini, həmçinin xəstəliyə tutulanadək 11 aydan çox vaxt keçməsini, lakin həmin müddət ərzində kassasiya şikayəti vermədiyini, kassasiya şikayətini verə bilməməsinin üzrlü səbəbdən olması barədə hər hansı “ağlabatan” dəlil təqdim etmədiyini qeyd etmişdir. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq müdafiəçi E.İ.Osmanov onun kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə m əhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi E.İ.Osmanovun bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsi ni istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktını n müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxar aq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Üm umiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alın ması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli ola n bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tu tulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəaları”nda müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. İş materiallarından görünür ki, 25 iyun 2020-ci il tarixli Qanunla CPM-nin 410-cu maddəsinə edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarı apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə iştirak etmiş Məhkum, müdafiəçisi E.İ.Osmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi K.M.Askerovun (X2), onun nümayəndəsini n və dövlət ittihamçısının iştirakları ilə elan olunmuş, qərarın surəti isə Məhkum təqdim edilməsi üçün 28 yanvar 2021-ci il tarixli 1(103)-384/2021 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Göründüyü kimi, kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 12 (on iki) aylıq prosessual müddətin axımı müdafiəçi üçün 28 yanvar 2021-ci il tarixdən başlamış və sonuncunun həmin şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 28 yanvar 2022-ci il tarixdə başa çatmışdır. Məhkum müdafiəçisi E.İ.Osmanov isə yalnız 01 iyul 2022-ci il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan 1 (bir) il 05 (beş) ay 04 (dörd) gün sonra hə min qərardan kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermiş, vəsatətində isə göstərilən müddəti buraxmasının səbəbini 12 yanvar 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixinədək COVİD-19 xəstəliyinə yoluxaraq evdən çıxa bilməməsi və 01 iyun 2022-ci il tarixədək, yəni praktiki sağlam olması barədə arayış ona verilənədək intensiv müalicə alması ilə əlaqələndirmişdir. Eyni zamanda müdafiəçi 12 yanvar 2022-ci il tarixədək 28 yanvar 2021-ci il tarixli qərardan kassasiya şikayəti verməməsinin səbəblərini hər hansı qaydada, yəni müvafiq sübutlara istinad edərək onların prosessual müddətin buraxmasının səbəbini üzrlü hesab edilməsinə dəlalət edən sübutlar kim qiymətləndirilməsini hər hansı şəkildə əsaslandırmamışdır. Halbuki, C PM-nin 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, müdafiəçisi E.İ.Osmanov istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, məhkəmə aktlarının, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, sonuncu CPM-nin 410. 1.4-cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin məhz yuxarıda göstərilən üzrlü səbəblərə görə buraxmasını isə izah etməmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi E.İ.Osmanov vəsatətində 12 yanvar 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixinədək COVİD-19 xəstəliyinə yoluxaraq evdən çıxa bilməməsini və 01 iyun 2022-ci il tarixdə praktiki sağlam olması barədə arayış ona verilənədək intensiv müalicə almasını qeyd etsə də, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, o, mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində 03 mart 2022-ci il tarixdə keçirilmiş yekun məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili qismində iştirak etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd e dir ki, müdafiəçi E.İ.Osmanov, özünün də qeyd etdiyi kimi, 12 yanvar 2022-ci il tarixdə COVİD-19 virusuna yoluxmuş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarı elan olunandan həmin xəstəliyə yoluxanadək 11 aydan çox vaxt keçmişdir. Lakin həmin müddət ərzində müdafiəçi E.İ.Osmanov kassasiya şikayəti verməmiş, kassasiya şikayətini verə bilməməsinin üzrlü hesab edilməsinə dair hər hansı dəlil təqdim etməmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb o lmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum müdafiəçisi tərəfindən verilmiş vəsatətdən məhkum barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra istər məhkumun, istərsə də müdafiəçi E.İ.Osmanovun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulmaları, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onların radəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum və onun müdafiəçisi E.İ.Osmanovun 28 yanvar 2021-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında vermələrinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onların apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da onlar sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişlər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum müdafiəçisi E.İ.Osmanovun 18 avqust 2022-ci il tarixli qər ardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.İ.Osmanovun və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, bu qərardan Məhkum müdafiəçisi E.İ.Osmanov tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar