Məhkəmə qərarları › İş №1(102)-190/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-190/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-190/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)-73/2023 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1998-ci il tarixində Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ucar şəhəri T.İsmayılov küçəsi ev 29da qeydiyyatda olmaqla Göyçay şəhəri Ə.Kərim küçəsi bina 27, mənzil 13-də yaşayan, Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edi lmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Ucar şəhəri T.İsmayılov küçəsi ev 29-da qeydiyyatda olmaqla Göyçay şəhəri Ə.Kərim küçəsi bina 27, mənzil 13-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum və Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, Məhkum şəxsiyyəti məlum olmayan İlqar adlı şəxslə qabaqcadan əl bir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini sonuncunun sifarişi əsasında və bildirməsinə əsasən məlum olmayan şəxs tərəfindən Ağstafa-Sadıqlı avtomobil yolunun 34-cü kilometrliyində, üzərinə “34” rəqəmləri həkk olunmuş yol nişanının yaxınlığına qoyulmuş kolun dibindən götürüb əldə edərək Təqsirləndirilən şəxs Göyçay rayonundan Ağstafa rayonuna getmək üçün taksi kimi sifariş verdiyi Şahid1 məxsus “VAZ-21093” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacısı Təqsirləndirilən şəxslə birlikdə Göyçay rayonu istiqamətində daşıyan zaman xx.xx.2022-ci il tarixdə saat 22:50-də o və bacısı Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi avtomob illə birlikdə Ağstafa-Sadıqlı avtombil yolunun Saloğlu qəsəbəsindən keçən hissəsində saxlanılmış, “VAZ-21093” markalı **-UZ*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin gün saat 23:33-dən xx.xx.2022-ci il tarixə saat 00:14 radələrinədək olan müddət ərzində baxış zamanı avtomobilin arxa sağ oturacağının üstündən 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 140,352 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1850 qram təşkil edən narkotik vasitə olan heroin və 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1880 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

4. Təqsirləndirilən şəxs qardaşı Məhkum və şəxsiyyəti məlum olmayan İlqar adlı şəx slə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini sonuncunun sifarişi əsasında və bildirməsinə əsasən məlum olmayan şəxs tərəfindən Ağstafa-Sadıqlı avtomobil yolunun 34-cü kilometrliyində, üzərinə “34” rəqəmləri həkk olunmuş yol nişanının yaxınlığına qoyulmuş kolun dibindən götürüb əldə edərək Göyçay rayonundan Ağstafa rayonuna getmək üçün taksi kimi sifariş verdiyi Şahid1 məxsus “VAZ-21093” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Məhkumla birlikdə Göyçay rayonu istiqamətində daşıyan zaman xx.xx.2022-ci il tarixdə saat 22:50-də o və Məhkum Şahid1 idarə etdiyi avtomobillə birlikdə Ağstafa-Sadıqlı avtombil yolu nun Saloğlu qəsəbəsindən keçən hisəssində saxlanılmış, “VAZ-21093” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin gün saat 23:33-dən xx.xx.2022-ci il tarixə saat 00:14 radələrinədək olan müddət ərzində baxış zamanı avtomobilin arxa sağ oturacağının üstündən 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 140,352 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1850 qram təşkil edən narkotik vasitə olan heroin və 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1880 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X7 və X2 ibarət məhkəmə tərkibində) 6 oktyabr 2022-ci il tarixli, 1(100)-346/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, CM-in 68.1.1- 1-ci maddəsinin tələbinə əsasən iki günə bir gün hesablamaq yolu ilə 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il m üddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 25 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 25 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən barələrində məcburi narkoloji müalicə xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülmələri müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəflərinə dair məsələlər də həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxslər Məhkum və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən), X6 və X1 ibarət məhkəmə tərkibində) 18 yanvar 2023-cü il tarixli, 1(104)-73/2023 nömrəli qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 1(100)-346/2022 nömrəli hökmündən məhkum edilmiş şəxslər Məhkum və Təqsirləndirilən şəxs tərəfi ndən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 1(100)-346/2022 nömrəli hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılması, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən iki günə bir gün hesablamaq yolu ilə 1 (bi r) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) müddətə azadlıqdan məhrumetmə cəzasının 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılması, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 1(100)-346/2022 nömrəli hökmünün apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)-73/2023 nömr əli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

9. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlilləri qismində barəsində müvafiq halları (ilk dəfə məhkum olması, eyni cinayətə görə qardaşının da cəza çəkməsini, ailədə iki nəfərin həbsdə olmasının ailəsi üçün ağır maddi nəticəyə səbəb olması, övladının yaşlı anasının himayəsində olması, onun təlim-tərbiyəsi ilə məşğul ola bilməməsi.və.s) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gə ncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)-73/2023 nömrəli qərarının dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

10. Məhkum kassasiya şikayətinin dəlilləri qismində barəsində müvafiq halları (ailədə iki nəfərin eyni zamanda həbs edilməsi, səhvini anlaması, əməlindən səmimi peşman olması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)-73/2023 nömrəli qərarının dəyişdirilməsini və barəsində daha yün gül cəza təyin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

12. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi k assasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətlərində tərəflərindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onla rın məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, onlara daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

18. Odur ki, kollegiya məhkumların kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)-7 3/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. Cəzanın təy in edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

23. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cin ayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

25. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

26. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum və Təqsirləndirilən şəxs özlərinə münasibətdə həddindən artıq ağır və ədalətsiz cə zanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.

27. Belə ki, Məhkum və Təqsirləndirilən şəxs barələrində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 8 il müddətinə, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini endirərkən ona əsaslanmışdır ki, Məhkum və Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilərkən, Təqsirləndirilən şəxs qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində bir azyaşlı uşağının olması, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsi, cinayətin açılmasına fəal köməklik göstərməsini, Məhkum gənc olmasını, məhkumluğunun olmamasını nəzərə almamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

29. Göründüyü kimi, Məhkum və Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilmə sinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncuların cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumların kassasiya şikayətlərinin dəlilləri qismində sadaladığı yüngülləşdirici halları əsas götürmüşdür.

30. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum və Təqsirləndirilən şəxs cəzalarının yüng ülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətlərində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəm əsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

32. Qeyd olunanlar məhkumların kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətləri təmin edilməməli, onların barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)73/2 023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(104)73/2023 nömrəli qərarı məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar