Məhkəmə qərarları › İş №1(102)-190/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-190/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-190/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli, 1(106)-7/2024 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(064)-04/2022 nömrəli hökmü ilə (hakim: M.A.Bağırov) Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmış, barəsində CM -in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab olunmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindikdən sonra hesablanması müəyyən edilmiş, üzərinə, onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələr qoyulmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmış və hökmün icrası onların yaşayış yeri üzrə icra və probasiya xidmətinə tapşırılmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), P.V.Hacıyev və H.X.Bəhmənovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təqsirləndirilən şəxs Məhkum1 münasibətdə təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(064)-04/2022 saylı hökmü Məhkum1 aid hissədə dəyişdirilmiş, Məhkum1 Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum1 hökmlə təyin olunmuş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 may 2024-cü il tarixdən hesablanması qərara alınm ış, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiklərindən şəxsiyyəti istintaqa Mehnam kimi məlum olan şəxsin qabaqcadan vəd etməklə göstərdiyi köməkçiliyi ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qəsdən qanunsuz olaraq İran İslam Respublikasınd an Azərbaycan Respublikası istiqamətində keçmişlər. Belə ki, Məhkum1 və Məhkum2 ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiklərindən Azərbaycan Respublikasına gəlmək məqsədi ilə şəxsiyyəti istintaqa Mehnam kimi məlum olan şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmək üçün dövlət sərhəd xəttinin keçdiyi Araz çayının sahilinə gətirərək dövlət sərhədini qanunsuz yolla onunla birlikdə keçəcək şəxslə tanış etməklə qabaqcadan vəd etdiyi köməkçiliyi göstərməsi nəticəsində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 fevral 2021-ci il tarixdə saat 22 radələrində Azərbaycan Res publikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışlar. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq cəzanı yüngülləşdirən halları (məhkumun törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını) müəyyən edib, onları Məhkum2 cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum2 barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcələrinə uyğun olmayan şərti məhkum etməni tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Bu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum2 məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə Məhkum2 barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, əməlinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş hal la əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələlər i tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1.159.1.14-cü maddələrində sadalanan, eləcə də bu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1- ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit et mişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirl ər. Baxılan işdə Məhkum2 təqsirli bilindiyi əmələ görə cinayət qanununun 318.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Təqsirkar şəxsin cinayəti etiraf edib əməlinə görə təəssüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə, gercəkdən də onu müsbət cəhətdən xarakterizə edən hal kimi çıxış edir ki, bu da öz növbəsində dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 72-ci maddəsinin müddəalarına istinad etməklə (müəllifin fikrində qeyd olunan maddənin tətbiqi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar mövcud olmalıdır) məhkəmələr tərəfindən səmimi peşmançılığın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması ilə bağlı iddialarını əsassız olmasına dəlalət edir. Belə ki, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmamaqla, yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən konkret hallara münasibətdə təzahür edən formada göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətlə ri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CM-in 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər Odur ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin ardınca məhkəmə kollegiyası da o qənaətdədir ki, əməlin etiraf edilməsi, peşmançılığın ifadə olunması, cinayətə görə təəssüflənmək şəxsi belə davranış nümayiş etdirməyərək əməllərini inkar edən, peşman olmadığını bildirən, yəni törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır və Cinayət Mə cəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmin halın cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınması cinayət qanununun pozuntusu kimi şərh edilə bilməz. Çünki, artıq yuxarıda qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi cinayət qanununun 59.1-ci maddəsində göstərilməyən halların (yəni cinayətin törədilməsindən sonrakı davranışın səmimi peşmançılığa dəlalət edən, lakin Cinayət Məcəlləsinin 72-ci maddəsində əks olunmayan təzahür formalarının) da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Digər tərəfdən aşağı instansiya məhkəmələri Məhkum2 istinad edilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni qəsdin obyektini, təqsirin formasını, əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsini, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsini, üsulunu, baş vermiş nəticənin ağırlığını dəyərləndirərək belə nəticəyə gəlmişlər ki, həmin cinayət əməli 23 fevral 2021-ci il tarixdə, yəni ölkə ərazisində “COVİD-19” pandemiyası ilə əlaqədar məhdudiyyətlərin olduğu dövrdə baş vermiş və Fərahim Səfərov da, məhz pandemiya səbəbindən ölkə ərazisində qanuni yollarla daxil olmaqda yaranmış məhdudiyyətləri pozara q mühafizə olunan dövlət sərhədini pozmuşdur ki, ictimai təhlükəlilik dərəcəsinə görə bu əməl ağır nəticəyə səbəb olmamışdır. Göründüyü kimi məhkəmələr yuxarıda sadalanmış halları Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrinin tələblərini gözləməklə, şərti məhkum etmənin tətbiq edilməsində əhəmiyyətli olan digər əsaslarla, o cümlədən Məhkum2 törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi birlikdə götürməklə nəzərə almışlar ki, bu da məhkəmələrin şərti məhkum etmənin tətbiqi məsələsinə yanaşmalarının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında (yuxarıda sadalanmış) əksini tapmış izah və tövsiyələrinə uyğun olduğuna dəlalət edir. Kollegiya onu da nəzərə alır ki, şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə alınmış Məhkum2 şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar CPM-in 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum2 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir k i, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 barəsində olan 13 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 barəsində olan 13 may 2024-cü il tarixli, 1(106)-7/2024 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar