Məhkəmə qərarları › İş №1(102)-1900/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1900/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1900/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2022-ci il tarixli qərarından Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Eldar Mikayılov (sədrlik edən və məruzəçi), Mahmud Ağalarov və Siyavuş Hacıyev) 22 oktyabr 2021-ci il tarixli 1(101)1240/2021 nömrəli hökmü ilə xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə, CM-in 32.4,312.1-ci maddəsi ilə 3 (üç) il mü ddətə, CM-in 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2020-ci il tarixdən hesablanmış, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayon Polis idarəsinin ünvan 3 ünvandakı inzibati binasında qeydiyyatda olan, ünvan 4 ünvanda yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 32.4,312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Məhkum3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçin in Məhkum2 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxslərə təkrar rüşvət verməyə təhrik etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu özgələrin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, Məhkum1 aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2017-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə görüşərək sonuncunun birinci instansiya məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu X5 cəzasının guya yuxarı instansiya məhkəmələrində olan səlahiyyətli tanışları vasitəsilə azaldılaca ğı ilə bağlı həmin məhkəmələrin vəzifəli şəxslərinə 14000 (on dörd min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, həmin pulun 5000 (beş min) manatını 2017-ci ilin 7 avqust tarixində Bakı şəhəri Nəsimi rayonu, Vaqif küçəsində yaşadığı evin yaxınlığında, 9000 (doqquz min) manatını isə 11 avqust 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında vahid qəsdlə aldatma yolu ilə Şahid1 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib onun xeyli miqdarda, yəni 14000 (on dörd min) manat məbləğində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı olmaqla həmin əmələ görə əvvəllər məhkum olunmuş Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət məsuliyyətinə cəlb edilmiş X6 cəzasını 5400 (beş min dörd yüz) manat pulun müqabilində guya Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağına atası Zərərçəkmiş şəxs2 inandıraraq, 16 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində ünvan 5 ünvanda yerləşən «Saatlı» binanın yaxınlığında 3000 (üç min) manat pulunu, 20 noyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 7 ünvanda yerləşən «Bizim Marketin» yanında 1400 (bir min dörd yüz) manat pulunu, 29 noyabr 2018-ci il tarixdə saat 19-30 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən «Arpaçay» kafesində 1000 (bir min) manat pulunu vahid qəsdlə aldatma yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 5400 (beş min dörd yüz) manat məbləğində əmlakını ələ keçirməklə, ona xeyli miqdarda ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, həmin əmələ görə əvvəllər məhkum olunmuş Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 övladı X3 adına tərtib edilmiş xarici ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən şəhadətnamənin veriləcəyinə yalandan vəd verərək inandırıb, onun 10 iyun 2018-ci il tarixdə saat 15 radələrində ünvan 8 ünvanda yerləşən metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında 5000 (beş min) manat pulunu, 18 aprel 2019-cu il tarixdə saat 15 radələrində ünvan 9 ünvanda yerləşən metronun «Qara Qarayev» stansiyasının qarşısında 500 (beş yüz) manat pulunu, üm umilikdə 5500 (beş min beş yüz) manat məbləğində əmlakını vahid qəsdlə aldatma yolu ilə, ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurub, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, Məhkum3 ilə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il yanvar ayının sonlarında Azərbaycan Respublikası vətəndaşı Şahid3 ilə görüşərək sonuncunun əvvəllər işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirməklə bağlı Dövlət Neft Şirkətinin Maliyyə İdarəsinin rəisinə 10000 (on min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, Şahid3 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhr ik edib, 2020-ci ilin fevral ayının 5-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Mc Donalds” kafesinin qarşısında 5000 (beş min) manat pulunu, 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, metronun «Koroğlu» stansiyasının çıxışının yaxınlığında 500 (beş yüz) manat pulunu vahid qəsdlə, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 ilə görüşərək sonuncuya məxsus Çin Xalq Respublikasından idxal edilmiş qızdırıcı ra diator məhsullarının nəzərdə tutulmuş həddən guya daha aşağı məbləğdə gömrük rəsmiləşdirilməsini həyata keçirəcəyinə inandırıb yalandan vəd verərək, 2020-ci ilin avqust ayının 20-də 20380 (iyirmi min üç yüz səksən) manat pul vəsaitini Qaradağ rayonu ərazisində Bakı Baş Gömrük İdarəsinin yaxınlığında aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası vətəndaşı Şahid2 ilə görüşərək sonuncunun işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Binəqədi neft-qaz çıxarma idarəsində guya daha yüksək vəzifəyə irəli çəkilməsi ilə bağlı Dövlət Neft Şirkətinin rəhbər vəzifəli şəxsinə 10000 (on min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, 2020-ci ilin avqust ayının sonunda 10000 (on min) manat pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində «Bakı Olimpiya» stadionunun yaxınlığında aldatma yolu ilə ələ keçirərək Şahid2 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum3 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və qabaqcadan əlbir olan b ir qrup şəxs halında aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum3 yuxarıda qeyd edilməklə əvvəllər məhkum olunduğu əməllərdən başqa, öz tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il yanvar ayının sonlarında Azərbaycan Respublikası vətəndaşı Şahid3 ilə görüşərək sonuncunun əvvəllər işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maliyyə idarəsində mühasib vəzifəsinə təyin elətdirməklə bağlı Dövlət Neft Şirkətinin Maliyyə İdarəsinin rəisinə 10000 (on min) manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət verməkdə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, Şahid3 vəzifəli şəxsə təkrar rüşvət verməyə təh rik edib, 2020-ci ilin fevral ayının 5-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Mc Donalds” kafesinin qarşısında 5000 (beş min) manat pulunu, 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, metronun «Koroğlu» stansiyasının çıxışının yaxınlığında 500 (beş yüz) manat pulunu vahid qəsdlə, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-200/2022 nömrəli 23 may 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 1(101)-1240/2021 nömrəli hökmü dəyişdirilmi ş, Məhkum1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etməsi əməllərinə görə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibi üzrə icraata xitam verilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittiham və təyin edilmiş cəza hökmdən xaric edilmiş, həmin hissədə cinayət təqibi üzrə icraata xitam verilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə, CM-in 32.4,312.2-ci maddəsi ilə 5 ( beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Məhkum3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəza ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla ona qəti olaraq 05 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya protesti qismən təmin edilmiş, apellyasiya şikayətləri qismən təmin edilmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum3 kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət qa nunvericiliyin müddəaları və Azərbaycan Respublikası Konstitusiyasının 61, 63, 71 və 129-cu maddələrinin tələbləri kobud pozulmuşdur. Belə ki, kassator M.T,Mehdixanov şikayətində qeyd edir ki, qanunvericiliyə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənildikdə, onlarla barışıq əldə etdikdə və ziyanın 25% dövlət nəfinə ödənildikdə şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Kassator qeyd edir ki, törətdiyi cinayət əməli nəticəsində üç nəfər zərərçəkmiş şəxslərə iş üzdə digər təqsirləndirilən şəxs Məhkum1 tərəfindən ziyan ödənilmiş, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuşdur. Bundan başqa kassator şikayətində himayəsində iki azyaşlı uşağının olmasını, kəskin miakard infarktı keçirdiyini nəzərə alıb ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş et mişdir. Həmçinin kassator barəsində təqsirli bilindiyi CM-in 32.4,312.1ci maddəsinin ittihamdan çıxarılmasını xahiş etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum1 barəsində qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə ittiham verilmiş və bu barədə hökmü çıxarılmışdir. Məhkum1 tərəfindən dəymiş ziyan tam olaraq ödənilsə də belə, CM-in 178.2.1, 178.2.2, 178.2.4cü maddələrlə ona həddindən artıq ağır cəza seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsində qeyd olunmuşdur ki, “Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhr ikçi sayılır”. Məhkum1 hərəkətlərində rüşvətə təhrik hərəkətləri də öz təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı verilən ifadələrdə də məhz Məhkum1 kimisə rüşvət verməyə təhrik etməsi göstərilməmişdir. İşdən görünür ki, Məhkum1 hərəkətlərində dələduzluq müəyyən olunmur. Məhkum1 qəsdən pul alınan vaxt bu əmlaka yiyələnmək niyyətinin olması öz təsdiqini tapmır. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-in 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Əgər Məhkum1 CM-in 32.4,312-ci maddəsi ilə ittiham verilirsə, hansı səbəbdən ərizəçilərin məsuliyyətə cəlb olunması məsələsinə baxılmamışdır? Tamamilə işin materiallarından aydındır ki, Məhkum1 əməllərində CM-in 32.4, 312.2-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublik ası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, məhkumlar M əhkum1 və Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə dələduzluq törətməsi və aldadılmış şəxsləri rüşvət verməyə təhrik etməsi, Məhkum1 isə həmin əməlləri təkrar törətməsi həm birinci instansiya məhkəməsində həm də apellyasiya instansiyası məhkəməsində, özlərinin ifadələri ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və digər iş materialları ilə tam təsdiq edilmişdir. Məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmi şdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumların əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respub likası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum3 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, məhkumların əməllərində müvafiq olaraq Azərbaycan Respublikası CMin 32.4,312.1 və 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından onların həmin maddələrlə təqsirli bilinmələri və cəzalandırılmaları qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, məhkəmə iclasında tədqiqi edilmiş sübutlar əsasında müəyyən edilmiş işin hallarından görünür ki, Məhkum1 və Məhkum3 Şahid3, Məhkum1 isə əlavə olaraq Şahid1 və Şahid2 məxsus əmlakı ələ keçirmək məqsədi ilə onları aldadaraq, müxtəlif məsələlərin onların xe yrinə həll edilməsi üçün rüşvət verməyə təhrik etmiş və rüşvət vermədə vasitəçilik etmək adı ilə onlardan pul almışlar. Həmçinin müəyyən edilmişdir ki, məhkumlar həmin pulları hər hansı bir vəzifəli şəxsə vermək üçün deyil, ələ keçirilməsi üçün almışlar. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il № 7 qərarının 36-cı bəndində qeyd edilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələ duzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə yanaşı CM-in 32.4,312.2-ci maddəsi ilə, Məhkum3 əməlləri Azərbaycan Respublikası CMin 178.2.1 və 178.2.4-cü maddələri ilə yanaşı CM-in 32.4,312.1-ci maddəsi ilə tövsif edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında verilmiş tövsiyələrə tam uyğun olmuş, kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır. Bundan başqa, Müdafiəçi2 kassasiya şikayətində rüşvət verilməsinə təhrik edilmiş şəxslər Şahid3, Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsi ilə c inayət məsuliyyətinə cəlb edilməli olduğu halda onların həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməməsinə istinadən Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə tövsif edilməsinin əsassız olmasını hesab etmişdir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən gətirdiyi bu dəlili də əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 may 2021-ci il tarixli qərarında istintaq orqanı nəticəyə gəlmişdir ki, Şahid3, Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-in 29, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlləri törətmişlər, lakin cinayət qanunu müddəalarına görə onların cinayət məsuliyyətindən azad edilməsi əsaslar olması ilə əlaqədar barələrində cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə koll egiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, nə cinayət, nə cinayət prosessual və nə də məhkumların Konstitusion hüquqlarını pozmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə sübutların əldə olunması və onların həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum3 qanunvericilikd ə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, hər iki məhkumun əməlləri düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsind ə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Məhkum1 Azərbaycan Respublikası CM-in 32.4,312.2ci maddəsi, Məhkum3 isə Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində olan cinayət təqibinin bu hissəsinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hans ı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkumlar Məhkum1 və Məhkum3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum3 təyin ediləcək cəzanın növü və həcmi müəyyən edərkən onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumla rın şəxsiyyətlərini və işin hallarını nəzərə almışdır. Məhkəmə kollegiyası işin hallarını və məhkumların şəxsiyyətlərini nəzərə alaraq apellyasiya məhkəməsi tərəfindən məhkumlara təqsirli bilindikləri maddələrin sanksiya çərçivəsində azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi əsaslı və qanuna uyğun hesab edir. Kassasiya şikayətlərinin dəlillərinə görə məhkumlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və ya təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası mə hkəməsinin Məhkum1 və Məhkum3 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar