Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1900/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 30 mart 2023-cü il tarixli hökmü ilə 13 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6 9.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzanın icrasının əvvəlinin cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icra sına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulması, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə) 17 may 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(011)208/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,104 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 1,013 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 36-cı PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 21 yanvar 2023-cü il tarixdə saat 00:15-də ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3ləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,104 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,013 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, işin apellyasiya baxışında və birinci instansiya məhkəməsində şəxsin cəzasını yüngülləşdirən eyni hallar (təqsirləndirilən şəxsin əməlini etiraf edərək səmimi peşman olması, ilk dəfə cinayət əməli törətməsi və məhkum olunması, fəaliyyət qabiliyyəti olmayan qardaşı üzərində qəyyum təyin edilməsi), cəzasını ağırlaşdıran halların isə olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin “törətdiyi əməlləri etiraf edərək səmimi peşman olması” yalnız onun davranış və hərəkətləri təhlil olunduqdan sonra cəzanı yüngülləşdirən hal və davranışının adekvat qiymətləndirilməsi kimi qəbul edilə bilər, işdən görünür ki, Məhkum yalnız polis tərəfindən saxlanıldıqdan sonra narkotik vasitə qəbul etməsini etiraf etmiş, bundan başqa, üzərində aşkar edilmiş maddələri hansı mənbədən əldə etməsi barədə səmimi ifadələr verməməkiə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan hüquq-mühafizə orqanları əməkdaşlarına köməklik göstərməmiş, Məhkum hərəkətlərində könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmamışdır. Bu halda isə məhkəmələr təqsirləndirilən şəxs barəsində «əməlini səmimi etiraf etməsini» yalnız onun formal ifadəsi əsasında cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqsız olmuş, “səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən deyil, daha çox məişət üslubunda ifadə olunan məna baxımından yanaşmış, bununla da, CM-nin 59.2, habelə CPM-nin 139.0.5-ci maddələrinin tələbləri nəzərə alınmamışdır. Məhkum iki fərqli növdən, biri psixotrop maddə olan metamfetamini, digəri narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış, heroinin çəkisi şəxsi istehlak miqdarından təxminən 7.3 dəfədən, metamfetaminin çəkisi isə 6.7 dəfədən artıq olmuşdur. Burada, narkotik vasitə və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması törədilən cinayətin ictimai təhlükəliliyinin dərəcəsini daha da artırmış, xüsusən də şəxsin əldə etdiyi miqdarda narkotik vasitədən uzunmüddətli istifadə etməsi onun təsiri altında başqa cinayət törətməsi ehtimalına şərait yaratmışdır. Məhkum təyin edilmiş cəzanın növü həm onun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, eyni əmələ görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol açmışdır. Nəticədə isə, eyni cinayət əməlləri törətmiş və barəsində oxşar yüngülləşdırici hallar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilm əsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası yekun qərar qəbul edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, törədilməsi hallarını'nəzərə almayaraq cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, nəticədə əsassız olaraq məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası m əhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, c inayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağ ıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər bi rinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi o lmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və fəaliyyət qabiliyyəti olmayan qardaşı üzərində qəyyum olmasını) və ağırlaşdıran halın olmamasını nəzə rə almışdır. Belə ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin Məhkum cəza təyin olunması ilə bağlı mövqeyi ilə razılaşmış və kassasiya protestinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, habelə məhkumların şəxsiyyət inə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət vermiş, təyin olunmuş cəzanın məqsədini təmin edən cəza təyin etməklə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab etmiş və təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini mümkün saymamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasın ın təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiya sı həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlillərini əsassız hesab edərək məhkum edilmiş şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha sərt cəza növü ilə əvəz edilməsinin məq sədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlük əlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan və dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmadığından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bə ndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımın dan açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bi r cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cin ayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təq sirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1900/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1900/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver