Məhkəmə qərarları › İş №1(102)-1900/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1900/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1900/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tar ixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Mahmud Ağalarov ibarət tərkibdə) 1(101)-661/2024 nömrəli 01 fevral 2024-cü il tarixli hökmü ilə xx xxx 1994-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən külli miqdarda 3505,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2089,6 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik va sitə qurudulmuş marixuananı və külli miqdarda 5563,8 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxsla birlikdə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib birlikdə kirayədə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb gizlətməklə saxlamışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Hadi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir q rup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Hadi” adlı şəxs və qeyriləri külli miqdarda 26002,771 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 46569,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 20150,6 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda və şəraitdə İmişli rayonu ərazisində dəqiq müəyyən edilməmiş yerdə yerləşdirib bu barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Məhkum məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı qabaqcadan razılıq əldə etdiyi Təqsirləndirilən şəxsla birlikdə 27 aprel 2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi “Kia Ceed” markalı 77B Z-697 dövlət nömrə nişanlı avtomobillə İmişli rayonu ərazisinə gedib şəxsiyyəti istintaqa məlum olmayan “Hadi” adlı şəxsin tapşırığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 26002,771 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 46569,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 20150,6 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib külli miqdarda 25897,3 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 46569,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 20150,6 qram çəkidə psixotrop maddə metamfetamini idarə etdiyi “Kia Ceed” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobildə, narkotik vasitə heroinin külli miqdarda 42,251 qramını öz üzə rində, külli miqdarda 63,220 qramını isə Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum 28 aprel 2023-cü il tarixdə saat 02-də Bakı-Astara İran avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyində yerləşən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunun yaxınlığında saxlanılaraq avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 63,220 qram çəkidə narkotik vasitə heroin, Məhkum əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 42,251 qram çəkidə narkotik vasitə heroin, bundan başqa həmin tarixdə Baş İdarənin inzibati binasının həyətində baxış zamanı Məhkum idarə etdiyi “Kia Ceed” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin arxa saxlanc yerindən bir ədəd idman çantasında 25 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1287,1 qram, 1034,6 qram, 1050,6 qram, 1015,6 qram, 1021,0 qram, 1102,1 qram, 1009,7 qram, 1025,4 qram, 991,0 qram, 1007,8 qram, 1007,9 qram, 1073,8 qram, 1036,4 qram, 1019,6 qram, 1025,8 qram, 1017,1 qram, 1065,3 qram, 1020,7 qram, 1027,0 qram, 997,0 qram, 1018,8 qram, 1009,1 qram, 1047,2 qram, 1013,3 qram və 973, 4 qram olmaqla külli miqdarda 25897,3 qram narkotik vasi tə heroin və 20 ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 961,1 qram, 988,5 qram, 1038,0 qram, 1038,7 qram, 1173,1 qram, 1007,2 qram, 1050,5 qram, 1049,3 qram, 1041,2 qram, 967,7 qram, 828,4 qram, 1010,6 qram, 1010,9 qram, 963,8 qram, 930,0 qram, 1060,2 qram, 1015,5 qram, 956,5 qram, 1039,8 qram və 1019,6 qram olmaqla külli miqdarda 20150,6 qram psixotrop maddə metamfetamin, bundan başqa avtomobilin arxa oturacağının üzərindən bir ədəd idman çantasında 9 ədəd və bir ədəd idman çantasında 13 ədəd bükümdə olmaqla ümumilikdə iki ədəd çantada 22 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2198,4 qram, 1030,4 qram, 1033,3 qram, 1035,8 qram, 1036,8 qram, 1038,0 qram, 1060,1 qram, 1049,2 qram, 1037,8 qram, 1040,5 qram, 1031,7 qram, 1045,9 qram, 1047,1 qram, 2092,8 qram, 3352,7 qram, 3753,7 qram, 3782,1 qra m, 4096,1 qram, 3379,4 qram, 4027,7 qram, 3825,4 qram və 3575,0 qram olmaqla külli miqdarda 46569,9 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs və Məhkum iştirakları yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış zamanı bir ədəd idman çantasında 4 ədəd bükümdə 1086,7 qram, 502,0 qram, 901,2 qram və 1015,7 qram olmaqla ümumilikdə külli miqdarda 3505,6 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd bükümdə 1040,9 qram və 1048,7 qram olmaqla ümumilikdə külli miqdarda 2089,6 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qur udulmuş marixuana və 5 ədəd bükümdə 1043,8 qram, 1217,3 qram, 1026,4 qram, 1145,5 qram və 1130,8 qram olmaqla ümumilikdə külli miqdarda 5563,8 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi yataq otağından aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 28 dekabr 2022-ci il tarixli 1(103)-1844/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2024cü il tarixli 1(101)-661/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 09 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində qeyd etmişdir ki, məhkum barəsində qəbul edilmiş hökm və qərar qanunsuz və ədalətsizdir. Müdafiəçi4 məhkəmə qərarlarının qanunsuzluğunu onunla əasaslandırmışdır ki, birinci instansiya məhkəməsində məhkumun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, 22 avqust 2023-cü ildə “Femida” vəkil bürosunun vəkili Müdafiəçi1 ilə müqavilə bağlanmış, lakin Müdafiəçi1 məhkəmə iclaslarına gəlməkdən yayınmış, təyin edilmiş 05 dekabr 2023-cü il, 14 dekabr 2023-cü il, 18 yanvar 2024-cü il və 25 yanvar 2024-cü il tarixlərdəki iclaslara üzrlü səbəb olmadan gəlm əmiş bununla da təqsirləndirilən şəxs Məhkum keyfiyyətli hüquqi yardım almaqdan məhrum etmişdir. Apellyasiya məhkəməsi yol verilmiş pozuntulara öz qərarında bir cümlə ilə belə münasibət bildirmişdir: “Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən vəsatət təmin edilməməli, eləcə də birinci instansiya məhkəməsində kifayət qədər araşdırma aparıldığından və hazırda hər hansı yeni sübutların tədqiqi məsələsinə zərurət olmadığından apellyasiya şikayətinə məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən keçirilməlidir”. Dövlət hesabına təyin edilmiş müdafiəçi vəkil L.İsgəndərova istintaqın sonunda və məhkəmədə Məhkum təqsirini etiraf etməməsini, istintaqda etirafedici ifadələri təzyi q altında verdiyini bildirməsini nəzərə almadan, Məhkum öz əməllərindən peşman olmasını bildirərək, sonuncunun müdafiə hüquqlarının açıq-aşkar pozmuşdur. Lakin bu ciddi prosessual pozuntuya da məhkəmə heç bir əhəmiyyət verməmişdir. Yuxarıda göstərilən faktlarla təsdiq olunur ki, Məhkum nəinki yüksək keyfiyyətli hüquqi yardım göstərilməmiş, demək olar ki, heç hüquqi yardım göstərilməmişdir. Bununla da birinci instansiya məhkəməsi Məhkum konstitusiya ilə verilmiş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etməmişdi. Yol verilmiş bu nöqsanlara apellyasiya instansiyası məhkəməsi münasibət bildirməmişdir. Bundan başqa müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, istintaq orqanı iş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılmasını təmin etməmişdir. Təqsirləndirilən şəxsl ər Məhkum və Təqsirləndirilən şəxs istintaqda narkotik vasitələrin İran İslam Respublikasından gəldiyini göstərmişlər. Lakin istintaq və əməliyyat orqanları külli miqdarda narkotik vasitənin sərhəddən necə və kimin vasitəsi ilə keçirilməsini, harada gizlədilməsini, buna kimlər yardımçı olmasını, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılmasını təmin etməmişlər. İş üzrə ilkin araşdırma və istintaq aparılarkən digər ciddi prosessual pozutulara da yol verilmişdir. Belə ki, Məhkum şübhəli şəxs kimi saxlanıldıqdan sonra “Şübhəli şəxsin” izahatı alınmış, hətta ona yalan məlumat verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq da edilmişdir. İş materiallarından görünür ki, Məhkum və Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 235.1-ci madd əsinə əsasən ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşmə aparmaq hüququna malikdir. Qanunun bu tələbinə baxmayaraq, sübutların yetərli olmasına əmin olmayan istintaqçı, ifadələrində heç bir ziddiyyət olmayan şəxslər arasında üzləşmə apararaq, qanunsuz vasitələrlə əlavə sübut yaratmağa çalışmışdır. Lakin məhkəmə istintaq orqanın diqqətini bu pozuntuya yönəltmək əvəzinə, hökmdə bu üzləşməyə sübut kimi istintaq etmişdir. Bu qanun pozuntuları onu göstərir ki, Məhkum cinayət törədib-törətməməsi, törədilmiş cinayətdə rolu və iştirakı mötəbər sübutlarla təsdiq olunmamışdır. İstintaq orqanı və məhkəmə baxışı zamanı tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Məhkum təqsirli olması barədə nəticə mötəbərliyi dərin şübhələr doğuran sü butlar üzərində qurulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli olduğuna əsaslı şübhələrin olmasına baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunsuz olaraq qüvvədə saxlamışdır. Məhkum cəza təyin edərkən məhkəmə maddi hüquq normalarını da pozmuş, onun əvvəllər məhkum olmaması, himayəsində yaşlı anasının olması, müsbət xarakterizə edilməsini nəzərə almadan ona maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə yaxın cəza təyin etmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı Məhkum müdafiə hüquqlarının pozulması nəzərə alınmadığına, sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyinə və maddi hüquq normalarının pozulmasına yol verildiyinə görə ləğv edilməli və ci nayət işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə a ktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi kassasiya şikayətində ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxs barəsində araşdırmanın obyektiv aparılmaması, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması barədə qeyd edir və məhkumun əməlində CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmasını mübahisələn dirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunun yuxarıda qeyd edilən normalarına görə Məhkum təqsirli bilindiyi cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları – di gər məhkumun və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, Məhkum əməlləri CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası həmin sübutlara nəzər salıb hesab edir ki, həmin sübutlarla məhkum edilmiş şəxslər Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması və məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki halları təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması barədə kassasiya şikayətinin dəlilinə gədikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmələrin hökm və qərarından görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qararda göstərmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması və onun əməlinin tövsifi ilə əlaqədar iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin g əldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətin in Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Kassatorun kassasiya şikayətinin digər dəlili məhkəmə baxışı zamanı Məhkum müdafiə hüququnun pozulması barədədir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 92-ci maddəsinə əsasən istintaq orqanı və məhkəmə istintaqı zamanı müdafiəçinin iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası CPM-in 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirl ər görməlidir. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, ictimai əhəmiyyət baxımdan qiymətləndirilməlidir. Çünki bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (qanunla qadağan olunmayan üs ul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) qarşılıqlı əlaqədədir və onların həyata keçirilməsini təmin edir. İş materialalrından görünür ki, vəkil Müdafiəçi1 bağlanılmış müqaviləyə əsasən məhkəməyə order vermiş və müdafiəçi qismində işə buraxılaraq birinci instansiya məhkəməsinin 22 avqust 2023-cü il tarixdə (hazırlıq iclası) 10 oktyabr 2023-cü il, 14 noyabr 2023-cü il və 16 yanvar 2024-cü il tarixdə məhkəmə iclaslarında iştirak etmişdir. Həmçinin iş materiallarında olan 25 yanvar 2024-cü il tarixli məhkəmə iclasının protokolundan və təqsirləndirilən şəxsin ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 imtina etməsi və ona dövlət hesabına müdafiəçi təyin edilməsi barədə məhkəməyə ərizə vermişdir. Məhkəmənin qərarına əsasən vəkil X2 ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi L.A.İsgəndərova 01 fevral 2024-cü il tarixdə yekun məhkəmə iclasında iştirak etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlər görülmüş, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmamışdır. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətinin Məhkum şübhəli şəxs qismində izahatı alınması zamanı qanunsuz olaraq onu yalan məlumat verməyə görə cinayət məsuliyyətə cəlb edilməsi barədə xəbərdar edilməsi ilə bağlı dəlili cinayət işinin materialları ilə uzlaşmır. Belə ki, işdə olan şübhəli şəxs Məhkum izahatından görünür ki, o, təhqiqatçı tərəfindən yalan məluma t verməyə görə deyil, CM-in 296-cı maddəsinə əsasən bilə-bilə yalan xəbərçilik barədə xəbərdar edilmişdir. Müstəntiq tərəfindən təqsirləndirilən şəxslərin ifadələrinin arasında ziddiyyətlərin olmadığı halda onların arasında üzləşdirmənin keçirilməsi isə kassasiya şikayətində qeyd edildiyi kimi kobud qanun pozuntusu kimi qiymətləndirmək olmaz, bu hal təqsirləndirilən şəxslərin hüquqlarının pozulması və ya cinayət işi üzrə araşdırmanın qeyri-obyektiv aparılmasına dəlalət etmir. Kassasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qan un pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum barəsindəki kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilə n cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri n əzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları isla h etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş, məhkəmənin bu mövqeyi iş materiallarına tam uyğun gəlir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qa nunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum tərəfindən qanunsuz olaraq 48 kiloqram 659 qram narkotik vasitə qurudulmuş marixuana, 29 kiloqram 402 qram narkotik vasitə heroin, və 25 kiloqram 713 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə etmiş və saxlamışdır. İşin bu halı Məhkum törətdiyi cinayət əməlini daha yüksək ictimai təhlükəlilik dərəcəsinə görə digər analoji cinayət əməllərindən fərqləndirir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən cinayət qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə riayət edilmişdir. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Göründüyü kimi, Məhkum tərəfindən törədilmiş cinayət əməlinə görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum X1 cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar