Məhkəmə qərarları › İş №1(102)-1900/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1900/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1900/2025 03.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi X4 iştirakları ilə, 9.05.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2amış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1264/2024 nömrəli 27 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim A.HTağıyevin sədrliyi, E.A.Nuriyev və K.N.Muxtarovdan ibarət tərkibdə) 1(101)-233/2024 nömrəli 28 mart 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 5 avqust 2022-ci il tarixdən 7 avqust 2022-ci il tarixədək 2 gün müddət, 21 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək 1 gün müddət, ümumilikdə 3 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gü n müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1264/2024 nömrəli 27 may 2024-cü il tarixli qərarı ilə (hakimlər C.V.Hüseyn (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibində) аpellyаsiyа şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 128-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi, Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 6 (altı) ay həddində müəyyən edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 5 avqust 2022-ci il tarixdən 7 avqust 2022-ci il tarixədək 2 gün müddət, 21 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək 1 gün müddət, ümumilikdə 3 gün müddət ona təyin edilm iş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum zərərçəkmişin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini təkrarən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 04:40 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev-2, mənzil-78 ünvanında qara ciyərin serrozu diaqonozu ilə yataq şəraitində m üalicə olunan xəstə atası X1 şiddətli ağrılar baş qaldırdığına görə X12 göstərilməsi üçün çağırılmış Bakı şəhəri 41 nömrəli X12 Stansiyasının həkimi Zərərçəkmiş şəxs xəstə E.İlyasovu müayinə etdikdən sonra xəstəni yaşayış yeri üzrə həkim təyinatından sonra xəstəxanaya apara biləcəyini deyib, müalicə üçün xəstəxanaya aparılmasından imtina etdiyindən, mənzildə aralarında baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs saçından və qolundan tutaraq bir neçə dəfə otağın divara çırpmaqla ona sağ bazunun və sağ budun qançırları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında özünün narkotik vasitəyə təlabatını ödəmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Heydər Əliyev kompleksinin yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 0,399 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 15 manat pul müqabilində əldə edib üzərində saxlayaraq daşımış, sonuncu xx.xx.2022-ci il tarixdə, saat 21:30-da həmin narkotik vasitəni üzərində daşıyarkən Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş və saat 23:10-da bölmənin inzibati otaqlarının birində üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman onun əlindəki qəhvəyi rəngli «Prada Mila na» yazısı olan əl çantasının içərisindən 1 ədəd şəffaf selofana bükülmüş təmiz çəkisi 0,399 qram qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 1 ədəd ağ rəngli kağıza bükülmüş halda tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən maddələrə aid olmayan təmiz çəkisi 0,227 qram şəffaf kristallardan ibarət maddə, 2 ədəd içərisində heroin izləri olan 1 ml-lik şpris və 2 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə “Elbəy” və İİR-nın vətəndaşı “Behzad” adlı şəxsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq 17,234 qram çəkidə külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayaq daşımış, təkrarən xx.xx.2022-ci il tarixdə İİR-nın vətəndaşı “Behzad” adl ı şəxsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 116,991 qram çəkidə narkotik vasitə - heroinin alınmasını sövdələşdikdən sonra, tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitələrin satışını aralarında razılaşaraq həmin narkotik vasitəni özündə saxlamaqla daşımış, DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 22:10-da qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-nə dəvət olunmuş və xx.xx.2023-cü il tarixdə, saat 01:12-də üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən Məhkum əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,000 qram və 0,234 qram olmaqla ümumilikdə külli miqdarda 17,234 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən bir ədəd bükümdə külli miqdarda 116,991 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya məhkəməsinin qərarı ilə CM-in 128-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1264/2024 nömrəli 27 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi və onun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.11-ci maddəsinə tövsif edilməklə, ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şi kayətdə göstərilmişdir ki, üzərində aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Həmçinin, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilib, ağır epilepsiya xəstəsidir, törətdiyi cinayət əməlinin törədilməsindən peşmandır, səhvini başa düşüb və göstərillənləri nəzərə alaraq daha yüngül cəza təyin edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə Məhkum, müdafiəçisi Müdafiəçi4nın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəy işdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve rib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkuma istinad edilən cinayət əməlinə düzgün hüquqi qiymət verilmədiyi mübahisə edilir, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona daha yüngül cəza təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyətini nəzərədə tutur və bu əməl min manatdan min beş yüz manatadək miqdarda c ərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, e mal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə”; Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə”; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıq dan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 m art 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hü quq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olu nmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabər liyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkumnin tərəfindən ittiham edildiyi cinayətin törədilmə sinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4212 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 176”-li dairəvi möhür əksi, “Məhkum (imza)” yazısı və imzalar olan 2 zərfdəki, - 1 ədəd bükümdə təmiz çəkisi 0,399 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; - 1 ədəd bükümdə təmiz çəkisi 0,227 qram şəffaf kristallardan ibarət maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən maddələrə aid deyildir; - 2 ədəd 1 ml-lik şprislərin içərisində və 2 ədəd elektron tərəzilərin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Həmçinin məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6804 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata t əqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs Məhkum üzərindən aşkar edilmiş.... “yazısı və imzalar olan paketdəki, 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 17,000 qram və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,234 qram, ümumi təmiz çəkisi 17,234 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.... “yazısı və imzalar olan paketdəki, 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 116,991 qram qəhvəyi rəngli yumuşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkum üzərindən aşkar edilərək gö türülmüş heroinlər və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 4549 nömrəli və xx.xx.2022-ci il tarixli 7219 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslərin üzərlərində şəx si axtarışın gedişatını əks etdirən 2 ədəd DVD-R disklər maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmış və iş üzrə digər maddi sübutlar keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 17,084 qram və 116,791 qram narkotik vasitə olan heroin saxlanması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 0,349 qram narkotik vasitə olan heroin, 02 ədəd içərisində heroin izləri olan 1 ml-lik şpris və 02 ədəd üzərində heroin izləri olan elektron tərəzi saxlanması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Aşağı instansiya məhkəməsində DVD-R diskə məhkəmə iclasında baxış keçirilərək m üəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə, saat 23:10-dan, saat 23:40-dək qeydə alınmışdır. Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-də həmin bölmənin təhiqatçısı, sahə inspektoru və inspektor kriminalistinin iştirakı ilə Məhkum üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilir. Sonuncu əlində olan qəhvəyi rəngli “Prada Milano” yazısı olan çantanın içərisindən 1 ədəd üzərində “Villiger” yazısı olan dəmir siqaret qabını, 1 ədəd elektron tərəzini və 2 ədəd 1 ml ölçüdə şprisi çıxararaq masanın üzərinə qoyur. Həmin dəmir siqaret qabının içərisində kiçik ölçülü 1 ədəd elektron tərəzi, 1 ədəd şəffaf sellofana bükülmüş büküm və 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar edilir. Məh kum selofona bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə olan “kakos”, kağız bükülünün içərisində olan maddənin isə limon duzu olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu ərazisində Mehdiabad adlı ərazidən tanımadığı şəxsdən 15 manata aldığını bildirir. Bundan sonra həmin bükümlər, elektron tərəzilər və siqarət qutusu 2 ədəd boş zərfə qoyularaq ayrı-ayrılıqda qablaşdırılır, zərflərin ağzı Binəqədi RPİ-nin 7-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 176 nömrəli möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən üzəri imzalanır. Aşağı instansiya məhkəmələrində iş materiallarında olan DVD-R diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə, saat 01:12-dən, saat 01:45-dək qeydə alınmışdır. DİN -nin Baş Narkotiklərlə Mübarizə İdarəsində həmin idarənin təhiqatçısı, əməliyyat müvəkkiləri və müdafiəçilərin iştirakı ilə Məhkum üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilir. Sonuncu əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd sellofan bükümü, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edir. Sonuncu təqdim etdiyi sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirir. Daha sonra həmin bükümə təhqiqatçı tərəfindən baxılır və bükümün içərisindən 1 ədəd yaşıl rəngli sellofan büküm və 1 ədəd kağız büküm aşkar edilir. Həmin bükümlərin içərisində qəhvəyi rəngli, spesifi k qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilir. Bundan sonra şəxsi axtarış davam etdirilir və Məhkum əynində olan gödəkçənin sol iç cibindən 8 manat pul aşkar edilir. Daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən 1 ədəd zərfdə qablaşdırılıb DİN-nin “Zərflər üçün” 6 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Eyni zamanda Məhkum məxsus 8 manat pul sonuncuya qaytarılır, sonuncuya aid “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür. Daha sonra digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilir. Sonuncu əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən üzər i yapışqan lentlə bağlanmış 1 ədəd qırmızı rəngli sellofan bağlamanı və həmin şalvarın sağ yan cibindən 3 manat pulu təqdim edir. Sonuncu təqdim etdiyi 1 ədəd sellofan bağlamanın içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirir. Daha sonra həmin bağlamaya təhqiqatçı tərəfindən baxılır və bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilir. Bundan sonra şəxsi axtarış davam etdirilir və Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmir. Sonuncunun üzərindən aşkar olunmuş 1 ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddə 1 ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin “Zərflər üçün” 6 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Eyni zamanda Təqsirləndirilə n şəxs məxsus 3 manat pul sonuncuya qaytarılır. Bundan sonra şübhəli şəxs Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddələri anket məlumatlarını dəqiq bilmədiyi “Behzad” adlı İİR-nın vətəndaşından aldığını, həmin şəxslə təxminən 4-5 il əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını və ondan öz istifadəsi üçün narkotik vasitə heroin aldığını, təxminən bir həftə əvvəl “Behzad”la “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona 600 manat dəyərində narkotik vasitə heroin sifariş verdiyini, narkotik vasitənin 200 manat pulunu əvvəlcədən “Behzad” adlı şəxsin verdiyi kart hesabına köçürdüyü üçün həmin günü onun verdiyi kart hesabın əlavə olaraq 400 manat pul köçürdükdən sonra “Behzad” adlı şəxsin həmin narko tik vasitəni “Elbəy” adlı şəxsin vasitəsi ilə ona göndərdiyini və həmin günü Elbəy”lə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3 MKR dairəsi yaxınlığında görüşüb ondan narkotik vasitəni aldığını, “Elbəy”in Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşadığını, lakin anket məlumatlarını dəqiq bilmədiyini, “Behzad”ın “Elbəy” vasitəsi ilə ona göndərdiyi narkotik vasitə keyfiyyətsiz olduğu üçün yenidən “Behzad”la saxlayıb narkotik vasitəni qaytararaq pulunu geri istədiyini, lakin sonuncunun ona verdiyi narkotik vasitəni yenisi ilə dəyişdirə biləcəyini dediyini bildirir. Və xx.xx.2022-ci il tarixdə, saat 12:00-13:00 radələrində “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə “Behzad”la əlaqə saxlayıb göndərdiyi narkotik vasitəni yenisi ilə dəyişdirilməsini təkrar bildirdikən sonra sonu ncunun yenidən onunla əlaqə saxlayıb ona göndərəcəyi narkotik vasitənin Bakı şəhərində qoyduğu yerin fotoşəkillərini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdiyini, bundan sonra tanışı Təqsirləndirilən şəxs birlikdə gedib narkotik vasitəni götürməyi təklif etdiyini və sonuncu onun təklifi ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs və digər tanışı Şahid1 ilə birlikdə həmin günü təxminən saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsinə gəlib Şahid1 yolda dayanmasını, onun Təqsirləndirilən şəxsla birlikdə Ə.Salamzadə küçəsində narkotik vasitənin gizlədildiyi yerə gəlib sonuncunun içərisində narkotik vasitə olan sellofan bağlamanı ağacın yanında gizlədildiyi yerdən götürüb cibinə qoyaraq birlikdə geri qayıtdıqlarını və yolda tanışları Şahid1yla gör üşüb piyada getdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirir. Həmçinin Məhkum tanışı Təqsirləndirilən şəxs onunla birlikdə narkotik vasitəni götürməyə getməkdə marağının olmadığını, sonuncunun sadəcə ona kömək etdiyini, onun üzərində əlavə narkotik vasitə olan heroin olmasından Təqsirləndirilən şəxs əvvəlcədən məlumatının olmadığını, digər tanışı Şahid1 isə nə onun üzərində nə də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından, onların nə üçün Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsinə getmələrindən məlumatının olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Məhkum dediklərini təsdiq edərək sonuncunun xx.xx.2022-ci il tarixdə axşam vaxtı birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsinə gedib orada gizlədilmiş narkotik vasitəni götürməkdə ona köməklik etməsini xahiş etdiyini, onun təklifi ilə razılaşdıqdan sonra Məhkum və digər tanışları Şahid1 ilə birlikdə həmin günü saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsinə gəldiklərini, Şahid1 onların xahişi ilə yolda dayanıb gözlədiyini, onun isə Məhkum ilə birlikdə Ə.Salamzadə küçəsində ağacın yanında narkotik vasitənin gizlədildiyi yerə gəlib oradan narkotik vasitəni sellofan bağlamada götürüb cibinə qoyub geri qayıtdığını, onları gözləyən Şahid1yla görüşüb birlikdə piyada getdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirir. Həmçinin Təqsirləndirilən şəxs tanışı Məhkum üzərində əlavə narkotik vasitə olan heroin olmasından məlumatının olmadığını, birlikdə saxlanıldıqları Şahid1 onların Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsinə narkotik vasitə götürməyə getmələrindən və onu götürmələrindən məlumatının olmadığını bildirir. Bundan sonra tədqiqatçının tərtib etdiyi protokol iştirakçılara ucadan oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər olmadığından və protokol düzgün tərtib edildiyindən bütün iştirakçılar tərəfindən imzalanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyu n 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM- in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli Bakıldə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva et mədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumnin əməlində CM-in 128, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumnin əməlini CM-in 128, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini təhlil edərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkm işdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsir karın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə k onkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və y a az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü ma ddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Məhkumnun özünü qismən təqsirli bilməsini, Hepatit-C və epilepsiya xəstəliklərindən əziyyət çəkməsini, gənc olmasını və əvvəllər məhkum olunmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstə rişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tə dqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-504/2024 nömrəli 24 dekabr 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumnun barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)1264/2024 nömrəl i 27 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar