Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1901/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmü ilə (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, 8 noyabr 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan Azərbaycan Respublikasının vətəndaş ı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşayan, CM-in 311.3.3 və 311.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Məhkum üzərinə isə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarə ti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, davranışı üzərində nəzarətin Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, ona təyin edilmiş sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 28 dekabr 2017-ci il tarixli, 11/6 25-K nömrəli əmrlə keçirilmə qaydasında Bakı şəhəri Pirallahı rayon prokurorunun böyük köməkçisi vəzifəsinə işə qəbul olunmaqla, 18 fevral 2020-ci il tarixli 11/87-K nömrəli əmrlə Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, həmin vəzifədə işləyərkən öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarını, cinayət, cinayət-prosessual, inzibati xətalar, mülki-prosessual və digər qanunvericilik aktlarını, habelə Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”nı rəhbər tutmalı olmasına baxmayaraq, buna əməl etməyib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, törədilmiş və ya hazırl anan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, şübhəli şəxs tərəfindən cinayətin törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək, şübhəli şəxsi tutmaq, onu, zərərçəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə ( şəxsi müayinə) aparmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni X4 tanışı Şahid1 ona hədə-qorxu gəlməsi ilə əlaqədar 19 dekabr 2021-ci il tarixdə yaşadığı mənzildə ülgüclə hər iki qolunun bilək nahiyəsini kəsməklə özünü öldürməyə cəhd etməsi barədə 20 dekabr 2021-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə daxil olmuş müraciəti üzrə toplanmış və 28 dekabr 2021-ci il tarixli, 1182x-21 nömrəli dərkənar ilə icraatına daxil olmuş cinayət xarakterli yoxlama materialı üzrə ilkin araşdırma apararkən Şahid7 qeyd edilən hadisənin baş verməsində Şahid1lə yanaşı Şahid3 və Şahid2 da iştirakının olmasını bildirməsi ilə əlaqədar sonunc ulara və onların yaxın qohumlarına, hədə-qorxu tətbiq edib hədənin icrası üçün real hərəkətlər edərək material üzrə cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Qaradağ rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında, habelə 2022-ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan ***-*****-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” tətbiqetməsi vasitəsi ilə danışıqları zamanı, habelə, eyni niyyətlə, 9 yanvar 2022-ci il tarixdə Şahid3 atası Şahid4 xidməti otağında külli miqdarda maddi nemət olan 30000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəmiş, bundan sonra, 2022-ci ilin yanvar ayının ortalarında “WhatsApp” tətbiqetməsi vasitəsilə danışıqları zamanı Şahid1 həmin məbləği verməyə maddi imkanının çatmayacağını bildirdikdə cinayətkar niyyətini davam etdirib tələb etdiyi pul vəsaitinin məbləğini 15000 manata endirib külli miqdarda maddi nemət olan həmin pul vəsaitinin eyni niyyətlə təqdim olunmasını sonuncudan, habelə 2022-ci ilin yanvar ayının ortalarında Şahid2 və onun qardaşı Şahid5 özü üçün birbaşa yolla şəxsən hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəmiş, bundan sonra, 2022-ci ilin yanvar ayının sonlarında Şahid1 “WhatsApp” tətbiqetmə vasitəsilə danışıqları zamanı həmin niyyətlə 15000 manat pul vəsaitini də verməyə maddi imkanının çatmadığını, yalnız mülkiyyətində olan “Mercedes Benz ML350” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq əldə edəcəyi 8300 manatı həmin niyyətlə ona təqdim edə biləcəyini bildirdikdə, buna etiraz edib eyni xarakterli hədə-qorxu hərəkətlərini davam etdirib həmin niyyətlə külli miqdarda maddi nemət olan 10000 manat məbləğində pul vəsaitinin təqdim edilməli olmasını qeyd edərək, həmin məbləğdə maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla şəxsən hədəqorxu tətbiq etməklə vahid niyyətlə rüşvət qismində istəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi S.F.Əliyev tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarə t tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.F.Əliyev birgə kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi üçün həmin işin yenidən apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Birgə verdikləri kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin bəzi Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli və “”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarlarına, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən Məhkum və onun müdafiəçisi S.F.Əliyev kassasi ya şikayətini belə əsaslandırmışlar ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum CM-in 311.3.3 və 311.3.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən hər hansı bir sübut əldə olunmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrində şahidlərin ifadələrini təkzib edərək və onların qərəzli şəkildə ona böhtan atmalarını göstərərək ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmədiyini bildirmiş, işə əlavə edilmiş telefon danışıqlarının aparılmasına dair səs yazıları ilə də həmin ittiham sübuta yetirilməmişdir. Həmin danışıqlar isə Məhkum icraatında olmuş materiallar üzrə zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətinin törədilməsi nəticəsində v urulmuş ziyanın ödənilməsi ilə bağlı olmuşdur ki, bu hal da Məhkum Şahid1 külli miqdarda rüşvət istəməsinə dəlalət etmir. Lakin, işə mahiyyəti üzrə baxan məhkəmələr Məhkum təqsirlilik məsələsini həll edərkən sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada - tam, hərtərəfli və obyektiv yoxlamadan qiymətləndirməmiş, həmin sübutların sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə kifayət etməməsinə əhəmiyyət verməmişlər. Bundan başqa, kassasiya şikayətinin müəllifləri qeyd etmişlər ki, rüşvətin predmeti olması iddia olunan pul vəsaitlərinin mövcudluğu məsələsi və hansı məqsədlə istifadə olunması ümumiyyətlə məhkəmələr tərəfindən araşdırılmamış, həmçinin ibtidai istintaq zamanı Məhkum Şahid1 ona məxsus olan avtomobili satmağa məcbur etməsi ba rədə sonuncu həqiqətə uyğun olmayan ifadələr versə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Şahid1 məxsus olan “Mercedes ML 350” markalı avtomobilin satılması barədə məlumatı o, “turbo.az” saytına 23 dekabr 2021-ci il tarixdə öz nömrəsi ilə yerləşdirmiş və 23 yanvar 2022-ci il tarixdə həmin məlumat onun tərəfindən yenilənmişdir. Bu hal digər sübutlarla da təsdiq edilmişdir. Bundan başqa kassasiya şikayətində o, da vurğulanmışdır ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı Şahid1 şahid kimi yenidən dindirilməsi və apellyasiya şikayətinə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla həyata keçirilməsi barədə müdafiə tərəfi vəsatət qaldırsa da, məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir. Halbuki, bu zəruri olmuşdur ona görə ki, Şahid1 son radan özü də Məhkum təqsirinin olmaması istiqamətində ifadələr vermiş, lakin birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxararkən bu ifadələri nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvə yol vermişdir. Qeyd olunan dəlillərə əsaslanaraq Məhkum və onun müdafiəçisi S.F.Əliyev onlar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi S.F.Əliyev tərəfindən birgə verilmiş kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifləri məhkəmələr tərəfindən əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina edilməsini, toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verilmədiyini, yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etdiyini, Məhkum təqs iri sübuta yetirilmədiyi halda onun qanunsuz olaraq məhkum edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının ləğv edilməli olması barədə tələblərini CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.1-416.1.3 və, 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə cinayə t təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi S.F.Əliyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını həmin materiallarla əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Üm umi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilm ədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının lə ğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni ci nayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericil iyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə, həmçinin Məhkum barəsində cəza tədbiri seçilərkən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63 -cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsind ə bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliy inə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konsti tusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərə kət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında əksini tapmışdır. Belə ki, kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz ə ksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterl i tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qal masına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstəri lmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məh kəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ə dalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyə t kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxs in təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və anti sübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM -in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsasl ana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət müh akimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayət in törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi ü zrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblər ə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən amillərdən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yo lla əldə edilmiş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apelly asiya instansiyası məhkəməsi də hətta müdafiəçi S.F.Əliyev işə qismən məhkəmə istintaqı aparılmaqla baxılması və birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş Şahid1 şahid qismində təkrarən dindirilməsi barədə vəsatət qaldırsa da, həmin vəsatəti qanuna müvafiq qaydada müzakirə edib onun təmin edilməməsi barədə qərar qəbul etməklə birinci instansiya məhkəməsi tərəfindən qərəzsiz şəkildə və tam araşdırılmış sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək və bu sübutların Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət törətməkdə təqsirli olmasına dəlalət etməsini, belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək ibtidai araşdırma orqanının və Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. İş materiallarından görünür ki, istər birinci instansiya məhkəməsinin məhkəmə iclasında, istərsə də apellyasiya şikayətinə məhkəmə baxışı iclasında həm məhkum olunmuş şəxs, həm də onun müdafiəçisi iş üçün əhəmiyyət kəsb edən başqa sübutları məhkəmələrə təqdim etməmiş, bununla bağlı başqa vəsatətlər qaldırmamış (birinci instansiya məhkəməsinin məhkəmə iclasında ətraflı dindirilmiş və ibtidai araşdırma zamanı verdiyi ifadələrdən fərqli məzmunda, lakin digər sübutlarla uzlaşmayan ifadələr vermiş Şahid1 təkrarən dindirilməsi barədə vəsatət istisna olmaqla) və belə olan halda apellyasiya instansiyası məhkəməsi artıq a raşdırılmış sübutlar həcmində apellyasiya şikayətinə baxaraq hazırda kassasiya qaydasında mübahisələndirilən qərarı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etmədiyindən CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmiş və bununla bağlı kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Eyni zamanda əsasən Məhkum və Şahid1 birinci instansiya məhkəməsində verdikləri ifadələri üzərində qurulmuş kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr bu ifadələri də təhlil edib onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verməklə həmin ifadələri işin faktiki hallarına və bu halların arxasında duran digər sübutlara uyğun olmayan ifadələr hesab etmiş və həm prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələri nəzərə alaraq gəldikləri nəticə üzrə müvafiq sübutlara üstünlük vermələrini qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmışlar, Məhkəmə kollegiyası bu məsələ də məhkəmələrin prosessual hüquq normalarının hansısa tələblərinin pozuntusuna yol vermələrini görmür və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün heç bir qanun pozuntusuna, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədq iq edilmiş bir sıra sübutlara müraciət etməklə onların təhlil edilməsini zəruri bilir. Belə ki, ibtidai araşdırma zamanı Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ondan şikayət edən Şahid1 işlədiyi Qaradağ rayon prokurorluğuna Şahid7 özünü öldürmə həddinə çatdırılması ilə bağlı yalnız icraatında olan materiallar üzrə izahat verməsi üçün çağırmasını, bununla əlaqədar olaraq onunla telefon danışıqlarını aparmasını, lakin istər bu danışıqlar zamanı, istərsə də onunla prokurorluqda görüşərkən sonuncudan hər hansı məbləğdə pul şəklində rüşvət istəməməsini bildirsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında bir qədər fərqli ifadələr verərək göstərmişdir ki, 19 dekabr 2021-ci il tarixdə Şahid7 yaşadığı evdə hər iki qolunu kəsərək intihara cəhd etməsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən 28 dekabr 2021ci il tarixdə Qaradağ rayon prokurorluğuna materiallar daxil olmuş və rayon prokuroru tərəfindən həmin materiallar üzrə ilkin araşdırmanın aparılması ona həvalə etmişdir. Araşdırma zamanı o, Şahid7, Şahid1, Şahid3 və Xin izahatlarını almış, lakin materiallar üzrə yekun qərar qəbul etməmişdir. Araşdırma zamanı Şahid7 izahat verərək göstərmişdir ki, Şahid1 ona hədə qorxu gələrək X adlı şəxsə verdiyi pulu ondan tələb etmiş, Şahid1 isə izahatında Günelə hədə- qorxu gəlmədiyini, X adlı şəxsin isə onu aldadaraq işə düzəltmək adı ilə ona 26 min manat məbləğində pul verdiyini bildirmişdir. Daha sonra o, Şahid1lə, Şahid7 və digərləri ilə telefon danışıqları aparmış, bu danışıqların əsas məqsədi isə yaranan problemi həll etmə k olmuşdur, çünki göstərilən məbləğdə pul vermiş şəxslər Şahid1 və Şahid3dən əl çəkməmiş, onlar da buna görə X4ü narahat etmiş, Şahid1 isə aldığı pulları X4ə verdiyini dediyi üçün həmin şəxslər öz pullarını Şahid7 tələb etmişlər. Buna görə sonuncunun anası Y xanım da onun yanına gələrək onlara köməklik etməsini xahiş etmiş, o, da bu xahişə əsasən Şahid1lə telefonla söhbətlər apararaq dələduzluq nəticəsində pullarından məhrum olunmuş şəxslərin pullarını qaytarmaq lazım olduğunu ona bildirmiş və bütün söhbətlər də yalnız bu məzmunda olmuşdur. O, heç kimdən, o cümlədən Şahid1 icraatında olan materiallar üzrə onların xeyrinə qərar qəbul edilməsi üçün pul və sair nemət istəməmiş və ittiham olunduğu cinayət əməlini törətməmişdir. Əvvəla Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasın da verdiyi, öz məzmununa görə fərqli ifadələrinin iş üzrə toplanmış və araşdırılmış digər sübutlarla müqayisəli təhlili göstərir ki, Məhkum əvvəl Şahid1 ümumiyyətlə hər hansı məbləğdə pul istəməməsini, sonra isə bu pulun onlara qarşı edilmiş dələduzluq nəticəsində hansısa zərərçəkmiş şəxslərə verilməsi üçün istəməsini bildirsə də, həmin ifadələr nəinki biri-biri ilə, həm də araşdırılmış digər sübutlarla da qətiyyən uzlaşmır. İlk növbədə məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq qeyd edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə istinad olunan əməli törədərkən icraatında izahatı aldığı şəxslərin dələduzluq cinayətini törətdiklərinə görə təqsirləndirilmələrinə dair cinayət işi, habelə hər hansı material deyil, Şahid7 özünü öldürmə dərəcəsinə çatdırılmasına dair ma teriallar olmuş, sonuncu bu materiallar üzrə verdiyi izahatında əsasən Şahid1 ona hədə-qorxu gəlməsini və buna görə intihara cəhd etməsini bildirmiş, araşdırma da məhz bununla bağlı verilmiş şikayət üzrə aparılmış və Məhkum həm Şahid1lə, həm də izahatları alınmış digər şəxslərlə həmin materiallar üzrə cinayət işinin başlanılıb-başlanmaması məsələsini müzakirə etmiş, hətta bu müzakirələr zamanı Şahid1in barəsində cinayət işinin başlanması mümkünlüyünü də onun nəzərinə çatdırmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmələrin yekun aktlarında ətraflı təsvir olunmuş telefon danışıqlarının aparılmasına dair səs yazılarının (Məhkumla Şahid1 arasında müxtəlif tarixlərdə telefonla aparılmış söhbətlərin) da təhlili göstərir ki, bu danışıqlar heç də hər hansısa şəxsə vurulmuş ziyanın ödənilməsi nə dair mövzuda deyil, Məhkum icraatında olan materiallar üzrə Şahid1 barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilməsi mümkünlüyü üzrə aparılmış, Məhkum da belə qərar qəbul edə bilməsini sonuncunun nəzərinə çatdıraraq hər hansı şəxsə və ya şəxslərə onlara qarşı dələduzluq cinayətinin törədilməsi nəticəsində vurulmuş ziyandan əvvəl 30.000, sonra 15000, ən sonda isə 10000 manat məbləğində pulun onlara ödənilməsi yox, məhz göstərilən qərarın qəbul edilməməsi üçün ondan tələb edərək istəmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas C.Nəcəfovun 26 avqust 2022-ci il tarixdə tərtib etdiyi və Azərbaycan Respublikası Baş Prokurorunu n birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri E.Məmmədov tərəfindən 29 avqust 2022-ci il tarixdə təsdiq olunmuş ittiham aktından görünür ki, həmin ittiham aktı üzrə elə Məhkum araşdırma zamanı izahatları alınmış X9 CM-in 178.2.2, 178.2.4, 32.4, 312.2 və 310-cu maddələri ilə, Şahid1 və Şahid3, hər birisi CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə, Şahid7 isə CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi isə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin ittiham aktına görə, adları göstərilən təqsirləndirilən şəxslər 2021-ci ilin oktyabr - 2022-ci ilin yanvar aylarında qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində və təkrarən X6 qarşı dələduzluq edib onun 8000 ma nat məbləğində pulunu ələ keçirməklə həmin məbləğdə pulu rüşvət kimi verməyə təhrik etmələrinə, X12 qarşı dələduzluq edib sonuncunun 12000 manat məbləğində pulunu ələ keçirərək onu həmin məbləğdə pulu rüşvət qismində verməyə təhrik etmələrinə, eyni əməli X16 qarşı törətməklə onun 10000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə, həmçinin X8 qarşı bu xarakterli əməl törədərək sonuncunun da 5000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə görə yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, təqsirləndirilən şəxslərin törətdikləri əməllər nəticəsində pul vəsaitləri ələ keçirilmiş şəxslər həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və onlara ümumilikdə 35.000 manat məbləğində ziyan vurulmuş, həmin ziyan isə təqsirləndirilən şəxslər t ərəfindən ödənilmişdir. Hazırki işin materiallarından isə görünən odur ki, yuxarıda qeyd olunan iş üzrə zərər çəkmiş şəxslər onlara qarşı törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi üçün Məhkum ümumiyyətlə müraciət etməmiş, sonuncu icraatında olan materiallar üzrə həmin şəxsləri çağırıb izahatlarını almamış və onlara öz iddiaları ilə əlaqədar hüquqlarının olmasını izah etməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 həmin iclasda verdiyi ifadələrində Məhkum ondan əvvəl 30.000 manat, daha sonra 15.000 manat, ən sonda isə - 10.000 manat məbləğində pulun X9 tərəfindən törədilmiş dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün istəməsini göstərsə də, həmin iclasda tədqiq edilmiş və onun tərəfindən heç bir təsirə və təzyiqə məruz qalmadan verdiyi ifadələrində bildirmişdir, həmin məbləğdə pulları Məhkum Şahid7 şikayəti əsasında apardığı araşdırmanın nəticələri olaraq onun barəsində cinayət işinin başlanmaması və həbs olunmaması üçün tələb etmiş, bununla bağlı telefon danışıqlarını da yalnız bu mövzuda aparmış və bu danışıqlar zamanı göstərilən şəxslərə vurulmuş ziyanın ödənilməsi məsələsi ümumiyyətlə müzakirə predmeti olmamışdır. O, isə Məhkum tələb etdiyi məbləğdə pulu olmadığını ona bildirmiş və həmin pulun ona çatdırılması üçün hətta özünün “Mercedes ML350” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin satılaraq pul əldə etməsi məqsədilə “turbo.az” saytında elan yerləşdirmişdir. Məhkum ondan rüşvət tələb etməsi əməlinin ifşa edi lməsi üçün isə o, sonuncu ilə aparılan telefon danışıqlarını yazmış və 31 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərkən həm göstərdiyi xüsusatlar üzrə ətraflı izahat vermiş, həm də səs yazılarını ibtidai araşdırma orqanına təqdim etmişdir. Şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadələrindən görünür ki, 30 dekabr 2021-ci il tarixdə ona zəng gəlmiş və özünü Qaradağ rayon prokurorluğunun müstəntiqi Məhkum kimi təqdim edən şəxs təcili olaraq rayon prokurorluğuna gəlməsini ondan xahiş etmişdir. Şahid7 onlar barəsində şikayət etdiyini düşünüb dərhal bu barədə böyük qardaşı Orxana məlumat verərək Qaradağ rayon prokurorluğuna gedəcəyini demişdir. Qaradağ rayon prokurorluğunda Məhkum öz xidməti otağında onu qəbul edərək Şahid7 int ihara cəhd edərək qol nahiyəsinə xəsarətlər yetirdiyini, həmin hadisəni törətməyə səbəb olan şəxslərdən də birinin onun olduğunu deyərək izahatını almışdır. Bundan sonra müstəntiq Məhkum Şahid7 özünə xəsarət yetirməsi ilə əlaqədar cinayət işi başlayacağını və günahkar şəxsləri cinayət məsuliyyətinə cəlb edəcəyini bildirdikdən sonra otağından ayrılmışdır. Həmin vaxt prokurorluqda Şahid1 və Şahid3 də olmuş, müstəntiq Məhkum onlara da eyni sözləri demişdir. Sonra prokurorluğa qardaşı Orxan və onun dostu Mirseyid adlı şəxs də gəlmişdir. 31 dekabr 2021-ci il tarixdə müstəntiq Məhkum yenə də onları rayon prokurorluğuna çağıraraq onları sorğu-sual etmişdir. 2022-ci ilin əvvəllərində Şahid1 müstəntiq Məhkumla heç bir qaydada söhbət edə bilmədiyini bildirərək qardaşı Orxanın ona köməklik etməsini xahiş etmişdir. Şahid1in xahişindən sonra qardaşı Orxan vasitəsilə müstəntiq Məhkum tərəfindən işin müsbət həll olunması və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsi üçün ondan 30.000 manat pul istədiyini öyrənərək bu barədə Şahid1ə zəng edərək dedikdə, o, məbləğin çox olduğunu bildirərək etiraz edib həmin məbləği düzəldə bilməyəcəyini bildirmişdir. Özünün də maddi imkanı pis olduğundan müstəntiq Məhkum ona çox təzyiq etməmiş, işin həll olunması üçün bütün söhbətlərini sonradan Şahid1lə aparmışdır. 2022-ci ilin yanvar ayı ərzində mütəmadi olaraq Şahid1lə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlanmış, ondan bu məsələni həll etməsini, onu problemə salmamağı Şahid1 xahiş etmişdir. Şahid1 də söhbət zamanı Məhkum 20.000 manat məblə ğində pul istədiyini, daha sonra isə həmin məbləği endirərək 15.000 manatadək endirilməsini bildirmişdir. 2022-ci ilin yanvar ayında Şahid1 Məhkum tələb etdiyi pulu düzəltmək üçün idarə etdiyi “Mercedes ML350” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bildirmiş, əvvəlcə avtomobili “Turbo.az” internet saytına daxil edərək satmaq istəsələr də, satış alınmamışdır. 2022-ci ilin fevral ayının ilk günlərində Şahid1in müstəntiq Məhkum qanunsuz hərəkətləri ilə əlaqədar şikayət etdiyini öyrənmişdir. “Turbo.az” internet avtomobil satış portalından çıxarışdan görünür ki, Şahid1 mülkiyyətində olan “Mercedes Benz ML350” minik markalı, 90-HR- 650 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə ******* nömrəli elan ilə istifadəsində olan ***-*****-** saylı mob il nömrə və adı barədə qeydlər aparmaqla satış barədə elan vermişdir. Həm təsvir edilmiş ifadələrdən, həm də iş üzrə toplanmış və araşdırılmış sübutlardan görünən odur ki, Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə cinayəti törətmiş, yəni vəzifəli şəxs olaraq xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 şikayəti əsasında araşdırma apardığı material üzrə Şahid1 barəsində cinayət işinin başlanmaması və onun cinayət məsuliyyətinə cəlb edilməməsi müqabilində ondan hədə qorxu ilə rüşvət qismində külli miqdarda pul vəsaitinin verilməsini şəxsən istəmiş, yəni CM-in 311.3.3 və 311.3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkum törətdiyi bu əməlinin başqa cür təsvir edilməsi, o cümlədən onun göstərilən pul məbləğini başqa cinay ət işi üzrə zərərçəkmiş şəxslərə qarşı törədilmiş dələduzluq əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə istəməsinə dair kassasiya şikayətinin dəlillərini və bu dəlilər üzərində qurulmuş tələbi qəbuledilməz və əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, həm bu dəlilləri, həm də məhkəmələrin gəldikləri nəticənin arxasında duran sübutların yol verilməz olmasını təsdiq edən mötəbər sübutları müdafiə tərəfi ilkin olaraq ibtidai araşdırma orqanına, daha sonra isə məhkəmələr təqdim etməmiş və öz iddialarının əsaslı olmasına məhkəmə kollegiyasını inandıra bilməmişlər. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, ibtidai araşdırma zamanı sübutlar toplanılarkən, o cümlədən məhkum olunmuş şəxsin və şahidlərin if adələri alınarkən, müvafiq sənədlər əldə edilərkən və iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin olunub keçirilərkən CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmiş və yolverilməz deyil, məhz qanuni yolla toplanmış sübutlar məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını təşkil etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş həmin sübutların hamısının tədqiq edilməsi və qiymətləndirilməsi birinci instansiya tərəfindən təmin edilmiş, həmin məhkəmə hər hansı əhəmiyyətli sübutun tədqiqindən imtina etməmiş, buna görə birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılarkən iş üzrə tam və ya qismən məhkəmə istintaqının aparılmasına, əlavə sübutların əldə edilməsinə zərurət yaranmamışdır. Yuxarıda təsvir olunanlara əsaslanaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş və onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən pozuntulara yol vermədiyindən kassasiya şikayətinin bununla bağlı dəlilləri Məhkum cinayət məsuliyyətindən yayındırılmasına yönəlmiş dəlillər kimi dəyərləndirilməli və belə olan halda kassasiya şikayəti təmin olunmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsindəki 31 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və cinayət işinin icraatına xitam verilməsi üçün də əsaslar da yoxdur. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən çıxış edib kassasiya şikayətinin təmin edilm əsi barədə Məhkum və onun müdafiəçisi S.F.Əliyevin, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cin ayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1901/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1901/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver