Məhkəmə qərarları › İş №1(102)-1901/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1901/2025

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-1901/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X2, Müdafiəçi – müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmü ilə məhkum2 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2024-cü il tarixli hökmündən məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrə, məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi ilə, hakimlər X9 və X1 ibarət tərkibdə) *(***)-**/**** nömrəli, ## #### 2021-ci il tarixli hökmü ilə, ## #### 1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 26 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum2 Həsən oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## ###### 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ## ###### 1977-ci ildə Hacıqabul şəhərində (keçmiş Qazı-Məmməd şəhəri) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## ###### 2018-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə, həmçinin, digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 CM-in müvafiq maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar məhkum2, təqsirləndirilən şəxs1 və onların müdafiəçisi müdafiəçi10, məhkum təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi14, məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı Valeh Ələkbərov tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X6 ibarət tərkibdə) ## ##### 2022-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs1 CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin olunmuş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq, 11 (on bir) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, sonuncuya CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə təyin edilmiş 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.3.1 və 182.3.2ci maddələri ilə ona təyin olunmuş 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2018-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2022-ci il tarixli qərarından məhkumlar məhkum2, təqsirləndirilən şəxs1 və məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 tərəfindən kassasiya şikayətləri və məhkumlar təqsirləndirilən şəxs1 və məhkum2 tərəfindən kassasiya şikayətinə əlavələr verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X13 ibarət tərkibdə) ## ###### 2023-cü il tarixli qərarı ilə məhkumlar məhkum2, təqsirləndirilən şəxs1 və məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətləri və məhkumlar təqsirləndirilən şəxs1 və məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavələrin qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Ismayılov Azər Ibrahim oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X14 ibarət tərkibdə) 2024-cü il ## ######## tarixli, *(***)-***/**** nömrəli hökmü ilə apellyasiya protesti təmin olunmuş, apellyasiya şikayətləri isə qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021ci il ## #### tarixli, *(***)-**/**** nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilmiş, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3,144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ##### 2018-ci il tarixdən hesablanması, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilmiş, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2018-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilmiş, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin # ###### 2018-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilmiş, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən məhkum məhkum2 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr, məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və ya kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: məhkum2 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Iran Islam Respublikasının vətəndaşları təqsirləndirilən şəxs3, X19, Azərbaycan Respublikasının vətəndaşları təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2, X4, şahid8 Oqtay oğlu, şahid3, şahid5, şahid10, şahid2, şəxsiyyəti istintaqa məlum olmayan “Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək təqsirləndirilən şəxs3 və Həsən Rəhbəriqaradağlının 2016-cı ildən etibarən meyvətərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edərək həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini mobil nömrə üzərindən “WhatsApp” proqramından istifadə etməklə dəstə üzvü təqsirləndirilən şəxs1 qəbul edib icrasına razılaşaraq dostu təqsirləndirilən şəxs2la birlikdə digər dəstə üzvü Samir Kazımovla görüşüb sifarişi sonuncuya çatdırmış, sifarişi qəbul edib onun icrası üzrə vəzifə bölgüsünə əsasən üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan Samir Kazımov dəstənin digər üzvləri şahid8, şahid3, şahid10, şahid2, şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra ## #### 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri şahid10, şahid3 və şahid8 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, ** saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri Samir Kazımov və şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri şahid8, şahid3, şahid10, Samir Kazımov və şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, şahid8 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri şahid10, şahid8, Samir Kazımov, şahid5 və şahid3 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə şahid8 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü şahid2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı Hüquqi varis məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək ## #### 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri şahid8, Samir Kazımov, şahid5 və şahid3 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə şahid8 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü şahid3 göstəriş vermiş, şahid5, şahid8 və Samir Kazımov isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında şahid8 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, şahid8 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri şahid5, şahid3 və Samir Kazımov müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən şahid8 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra dəstə üzvlərindən hadisə zamanı yaralanan şahid8 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi barədə təqsirləndirilən şəxs3 və Həsən Rəhbəriqaradağlının razılığı ilə 6.000 manat pulu təqsirləndirilən şəxs2 vasitəsilə Samir Kazımova çatdırılması üçün sonuncunun qayınatası şahid4 göndərmiş, daha sonra isə təqsirləndirilən şəxs3 göstərişi əsasında qeyd olunan məbləğdə pul dəstə üzvü təqsirləndirilən şəxs1 tərəfindən ona qaytarılmışdır. təqsirləndirilən şəxs2 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Iran Islam Respublikasının vətəndaşları təqsirləndirilən şəxs3, X19, Azərbaycan Respublikasının vətəndaşları təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2, X4, şahid8 Oqtay oğlu, şahid3, şahid5, şahid10, şahid2, şəxsiyyəti istintaqa məlum olmayan “Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək təqsirləndirilən şəxs3 və Həsən Rəhbəriqaradağlının 2016-cı ildən etibarən meyvətərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edib həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini məhkum2 ilə birlikdə qəbul edib digər dəstə üzvü Samir Kazımova çatdırmış, sifarişi qəbul edib onun icrası ilə əlaqədar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan Samir Kazımov dəstənin digər üzvləri şahid8, şahid3, şahid10, şahid2, şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra ## #### 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri şahid10, şahid3 və şahid8 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, ** saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri Samir Kazımov və şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri şahid8, şahid3, şahid10, Samir Kazımov və şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, şahid8 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri şahid10, şahid8, Samir Kazımov, şahid5 və şahid3 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə şahid8 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü şahid2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı Hüquqi varis məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək ## #### 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri şahid8, Samir Kazımov, şahid5 və şahid3 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə şahid8 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü şahid3 göstəriş vermiş, şahid5, şahid8 və Samir Kazımov isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrıayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında şahid8 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, şahid8 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri şahid5, şahid3 və Samir Kazımov müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən şahid8 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra o, dəstə üzvlərindən hadisə zamanı yaralanan şahid8 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi üçün təqsirləndirilən şəxs3 və Həsən Rəhbəriqaradağlının göstərişi əsasında məhkum2 aldığı 6.000 manat pulu Samir Kazımova çatdırması üçün sonuncunun qayınatası şahid4 vermiş, daha sonra isə təqsirləndirilən şəxs3 tapşırığı və göstərişi ilə qeyd olunan məbləğdə pul dəstə üzvü təqsirləndirilən şəxs1 tərəfindən məhkum2 qaytarılmışdır. Kassasiya şikayətlərinin və ona əlavələrin dəlilləri: Məhkum məhkum2 kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrində, göstərmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozaraq cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2022-ci il tarixli *(***)-**/**** saylı qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilmişdir. Həmin qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırmanın keyfiyyəti və onun nəticələrinin ədalətliliyinin təmin olunması üçün sübutların bilavasitə tədqiq edilməsi, faktların yenidən araşdırılması tələb olunur ki, bu da kifayət edən həcmdə məhkəmə istintaqı aparılmadan həyata keçirilə bilməz. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ## ######## 2024-cü il tarixli *(***)-***/**** saylı hökmü ilə qərar qəbul edərkən yalnız istintaq xarakterli hərəkətlərə qismən yol vermiş, tam həcmdə məhkəmə istintaqı aparmamış, bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143, 144, 145 və 146-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Ali Məhkəmənin ## ###### 2023-cü il tarixli qərarında qeyd olunduğu kimi, apellyasiya baxışında sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilməli, ziddiyyətlər aradan qaldırılmalı idi. Lakin apellyasiya məhkəməsi bu tələblərə əməl etmədən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-**/**** saylı hökmünü ləğv etməklə kifayətlənmiş, lakin cinayət işi üzrə faktiki halları tam araşdırmadan yeni hökm çıxarmışdır. Bununla yanaşı, məhkəmə mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamlar üzrə təqsirli olduğum barədə nəticəyə gəlmişdir. Lakin həmin ittihamlar iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və obyektiv araşdırma aparılmadan irəli sürülmüşdür. Qeyd edilən əməllərin Cinayət Məcəlləsinin 31, 32, 33, 34 və 35-ci maddələri ilə müəyyən edilən iştirakçılıq, cinayətdə iştirak formaları və cinayətkar qrup anlayışları ilə əlaqələndirilməsi üçün hüquqi əsas mövcud deyildir. Iş materiallarında mənim həmin cinayətlərin törədilməsində hər hansı bir birgə niyyətim, razılaşmam və ya təşkilati iştirakım sübuta yetirilməmişdir. Eyni zamanda, hadisə baş verən dövrdə — 29–## #### 2017-ci il tarixlərində Azərbaycan Respublikası ərazisində olmamışam. Bu hal müvafiq sübutlarla təsdiq olunur və mənim hadisəyə hər hansı faktiki və ya hüquqi əlaqəmin olmadığını göstərir. Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə ittihamın əsası kimi göstərilən hallar da sübutlarla təsdiq olunmur. Iş materiallarında göstərilən pul vəsaitinin qaytarılması və ya ödənilməsi faktı həmin əməl üzrə hədə-qorxu ilə tələb etmə tərkibinin mövcud olmadığını təsdiq edir. Bundan əlavə, CM-in 66.3-cü maddəsinin tətbiqi ilə cəzaların qismən toplanması nəticəsində daha ağır cəzanın təyin edilməsi hüquqi baxımdan əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi əvvəlki hökmə nisbətən daha ağır cəza təyin etməklə cinayət qanunvericiliyinin humanizm və ədalət prinsiplərini pozmuşdur. Eyni zamanda, cinayətin iştirakçılıq formasında törədilməsi barədə nəticə də əsassızdır. Iş materiallarında nə mütəşəkkil dəstə, nə də qabaqcadan razılaşdırılmış cinayətkar birlik mövcudluğu sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 34-cü maddəsində nəzərdə tutulan mütəşəkkil dəstə anlayışının elementləri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə iş üzrə faktiki hallara və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir, sübutların natamam və birtərəfli qiymətləndirilməsinə əsaslanır. Bu isə qəbul edilmiş hökmün qanunsuz və əsassız olmasına dəlalət edir. Bundan başqa, Mərhum Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə pul tələb edilməsi, onunla görüş zamanı cəmiyyət tərəfdən qısa müddətli təcrid edilməsi və daha sonra baş vermiş ölüm hadisəsi ilə bağlı irəli sürülən hallar cinayət işinin motivasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ölüm hadisəsindən bir gün əvvəl — ## #### 2017-ci il tarixdə axşam saatlarında “Karvan” çay evi yaxınlığında baş vermiş hadisələr və danışıqlar cinayət işinin mahiyyətinin müəyyən edilməsi baxımından mühüm sübut əhəmiyyəti daşıyır. Hadisənin şahidi kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ## #### 2017-ci il tarixdə saat 22:00 radələrində Xırdalan şəhərində işlədiyi dükanın yaxınlığında yerləşən “Elxan-515” çay evi istiqamətində hərəkət edərkən, “Karvan” çay evi yaxınlığında qiyabi tanıdığı Valeh adlı şəxsi görmüş, onun arxasınca şahid8, daha sonra isə tanımadığı bir neçə şəxsin gəldiyini müşahidə etmişdir. Şahidin ifadəsinə görə, şahid8 “Karvan” çay evinin qarşısında Valehlə mübahisə etmiş, mübahisə zamanı Valeh şahid8 “sən idin mənə təpik atan” məzmunlu sözlər demiş, daha sonra şahid8 Valehə qarşı fiziki zor tətbiq etmişdir. Bundan sonra Valeh şahid8 “məni niyə vurdun” deyərək hadisəni davam etdirmiş, daha sonra isə silahdan istifadə etməklə şahid8 atəş açmışdır. Şahidin ifadəsindən aydın olur ki, həmin hadisələr nəticəsində yaranmış gərginlik və zorakı hərəkətlər ölüm hadisəsindən əvvəlki vəziyyətlə bilavasitə bağlı olmuş, tərəflər arasında əvvəlcədən formalaşmış münasibətlərin gedişinə təsir etmişdir. Bu ifadə göstərir ki, ölüm hadisəsindən bir gün əvvəl mərhum Zərərçəkmiş şəxs fiziki zorakılığa, təzyiqə və hədə-qorxuya məruz qalması barədə irəli sürülən hallar tamamilə əsassız deyil, əksinə iş üzrə mövcud sübutlarla müəyyən qədər təsdiq olunur. Beləliklə, şahid ifadələri nəzərə alınmaqla müəyyən olunur ki, ölüm hadisəsindən əvvəlki dövrdə Zərərçəkmiş şəxs zorakılıq və təzyiqə məruz qalması, mütəşəkkil dəstə hesab edilən qrup üzvləri ilə münasibətlərin gərginləşməsi və fiziki zorakılıq halları baş vermişdir. Bu hallar cinayət işinin obyektiv araşdırılması üçün əhəmiyyətlidir. Nəticə etibarilə, şahid ifadələri əsasında formalaşan bu hallar Cinayət-Prosessual Məcəlləsinin 143, 144, 145 və 146-cı maddələrinin tələblərinə uyğun şəkildə hərtərəfli, tam və obyektiv qiymətləndirilməli idi. Lakin həmin sübutlar məhkəmə tərəfindən tam və düzgün tədqiq edilməmişdir. Şikayətdə göstərilənlərə əsasən məhkum2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2024-cü il tarixli hökmü qanunsuz, əsassız və ədalətsiz olduğuna görə verdiyi kassasiya şikayətinin təmin olunması, CM-in 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə çıxarılmış hökmün ləğv edilməsi, həmin maddələr üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, bu mümkün olmadıqda isə onun əməlinin CM-in 322-ci maddəsinə tövsif edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 kassasiya şikayətində göstərmişdir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə təqsirli bilinməsi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. təqsirləndirilən şəxs2 zərərçəkmişin oğurlanmasında bilavasitə iştirak etməmiş, həmin cinayətin törədilməsi onun qəsdi ilə əhatə olunmamış və iş materiallarında onun tərəfindən belə bir cinayətin təşkil edilməsi, sifariş verilməsi və ya yönləndirilməsi barədə mötəbər sübutlar mövcud olmamışdır. Bu baxımdan cinayətin bilavasitə icraçıları tərəfindən törədilmiş əməllərin təqsirləndirilən şəxs2 iradəsi və niyyəti ilə əhatə olunmadığı, buna görə də həmin əməllərin CM-in 35-ci maddəsində nəzərdə tutulmuş icraçının ekstsessi kimi qiymətləndirilməli olduğu irəli sürülmüşdür. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxs2 mütəşəkkil dəstənin üzvü olması barədə nəticəyə gəlinərkən həmin nəticəni təsdiq edən konkret sübutlar göstərilməmiş, Konstitusiya Məhkəməsinin “mütəşəkkil dəstə” anlayışının şərhinə dair hüquqi mövqeyində qeyd olunan sabitlik, möhkəmlik, rolların bölgüsü, vahid cinayət planının mövcudluğu, təşkilatçının müəyyən edilməsi və digər zəruri əlamətlərin mövcudluğu əsaslandırılmamışdır. Müdafiə tərəfi hesab etmişdir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar mütəşəkkil dəstənin deyil, ayrıayrı şəxslərin fərdi hərəkətlərinin mövcudluğunu göstərir. Kassasiya şikayətində digər mühüm dəlil ondan ibarət olmuşdur ki, zərərçəkmişdən tələb edilən pul vəsaiti özgə əmlakının qanunsuz ələ keçirilməsinə deyil, əvvəlcədən mövcud olmuş borc münasibətindən irəli gələn vəsaitin qaytarılmasına yönəlmişdir. Bu səbəbdən müdafiə tərəfi hesab etmişdir ki, əməl hədə-qorxu ilə tələb etmə kimi deyil, hüquqi təbiətinə görə özbaşınalıq kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinə tövsif edilməlidir. Bu mövqe əsaslandırılarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun əmlakı zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsinə dair qərarında ifadə olunmuş hüquqi yanaşmaya istinad edilmişdir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, zərərçəkmişdən tələb edilən borcun məbləği barədə iş üzrə sübutlar arasında ziddiyyətlər mövcuddur. Müdafiə tərəfinin fikrincə, iş materiallarında olan ifadələr tələb olunan məbləğin 15.000–18.000 ABŞ dolları arasında dəyişdiyini göstərdiyi halda, məhkəmələr tərəfindən 30.000 ABŞ dolları məbləğinin əsas götürülməsinin səbəbləri kifayət qədər əsaslandırılmamış, mövcud şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə deyil, ittiham tərəfinin xeyrinə həll edilmişdir. Bununla əlaqədar təqsirsizlik prezumpsiyası və aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması prinsiplərinin pozulduğu iddia edilmişdir. Müdafiə tərəfi əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs2 cinayətlərin gizlədilməsi və ya onların iştirakçılarının məsuliyyətdən yayınmasına köməklik göstərməsi barədə nəticələr də iş üzrə sübutlarla təsdiq olunmur. Şikayətə görə, onun müəyyən şəxslərə pul verməsi və ya vasitəçilik etməsi barədə gəlinmiş nəticələr ehtimallara əsaslanmış, həmin hərəkətlərlə cinayətlərin gizlədilməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Məhkəmələr təqsirləndirilən şəxs2 cinayətlərdə iştirakının xarakterini müəyyən etmədən onu birbaşa icraçı kimi məsuliyyətə cəlb etmiş, halbuki onun hər hansı iştirakçılıq formasında məsuliyyəti məsələsi araşdırıldığı halda belə, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə hüquqi qiymətləndirmə aparılmalı idi. Müdafiə tərəfi hesab etmişdir ki, iştirakçılığın növü müəyyən edilmədən və şəxsin faktiki roluna hüquqi qiymət verilmədən ona qarşı ağırlaşdırıcı tövsiflərin tətbiq olunması cinayət qanununun düzgün tətbiq edilməməsinə gətirib çıxarmışdır. Nəhayət, şikayətdə qeyd olunmuşdur ki, hətta irəli sürülmüş ittihamların müəyyən hissəsinin əsaslı hesab edildiyi təqdirdə belə, məhkumun şəxsiyyətini səciyyələndirən məlumatlar, iştirakının xarakteri və dərəcəsi, eləcə də iş üzrə mövcud yüngülləşdirici hallar nəzərə alınmaqla ona təyin edilmiş cəza həddindən artıq ağırdır və cəzanın fərdiləşdirilməsi prinsiplərinə uyğun olaraq yüngülləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6 və 182.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər üzrə təqsirliliyinin sübuta yetirilmədiyi üçün həmin maddələr üzrə ittihamdan xaric edilməsi, CM-in 182.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-in 322.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təyin edilmiş cəzanın müddətini nəzərə almaqla onun 2 ildən artıq müddətə həbsdə saxlanıldığı üçün dərhal həbsdən azad edilməsi, hər hansı səbəbdən təqsirləndirilən şəxs2 əməli CM-in 322.2-ci maddəsinə tövsif edilmədiyi təqdirdə isə ona CM-in 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə isə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməklə həmin cəzaların qismən toplanması yolu ilə qəti olaraq 10 (on) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavələrin dəlillərini müzakirə edib, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti, kassasiya şikayətinə əlavələr və məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumlar məhkum2 və təqsirləndirilən şəxs2 əməllərini Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələrinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsində adam oğurluğu zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 144.2.6-cı maddəsində adam oğurluğu tamah məqsədi ilə və ya sifarişlə törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 182.3.1-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmənin mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmənin külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkum2 və təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan müvafiq cinayət əməllərinin törədilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum məhkum2 kassasiya şikayətinə və əlavələrə, məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: Kassasiya şikayətində və ona edilmiş əlavələrdə mübahisələndirilən məsələ məhkum2 münasibətdə CM-in 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə çıxarılmış hökmün ləğv edilməsi, həmin maddələr üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, bu mümkün olmadıqda isə onun əməlinin CM-in 322-ci maddəsinə tövsif edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Digər kassasiya şikayətində isə mübahisələndirilən məsələ təqsirləndirilən şəxs2 CMin 144.2.3, 144.2.4, 144.2.6 və 182.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə həmin maddələrin ittihamdan xaric edilməsi, CMin 182.3.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamla bağlı əməlinin CM-in 322.2-ci maddəsinə tövsif edilməsi, əməlin CM-in 322.2-ci maddəsinə tövsif edilmədiyi təqdirdə isə ona CM-in 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə isə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməklə, həmin cəzaların qismən toplanması yolu ilə qəti olaraq 10 (on) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum2 və təqsirləndirilən şəxs2 CM-in 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onları məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışı zamanı həmçinin Insan Hüquqlarının və X20 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutları onların mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirmişdir. Həmin məhkəmə CPMin 146-cı maddəsinin tələblərinə əsasən, toplanmış sübutların məhkum məhkum2 və məhkum təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmalarının müəyyən edilməsi üçün kifayət etməsi barədə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası məhkumlar məhkum2 və təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalara münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58.3 və 59-cu maddələrinin tələblərini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini və ailə vəziyyətlərini səciyyələndirən halları, habelə onların cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı məhkumlara təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayətləri isə həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum məhkum2 və məhkum təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etməmiş, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini və ailə vəziyyətlərini səciyyələndirən halları, habelə iş üzrə əhəmiyyət kəsb edən digər halları kifayət qədər nəzərə almamışdır. Nəticədə, məhkumlara təqsirli bilindikləri cinayət əməllərinə uyğun fərdiləşdirilmiş və ədalətli cəza təyin edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqlarının bərpasına nail olur. Məhkəmə kollegiyası yuxarıda göstərilən halları, məhkumlar məhkum2 və təqsirləndirilən şəxs2 şəxsiyyətlərini səciyyələndirən məlumatları, ailə vəziyyətlərini, törətdikləri cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu, habelə cəzanın ədalətlilik, fərdiləşdirmə və islah məqsədlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, onlara Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin edilmiş cəzalar yüngülləşdirilməli, bunun nəticəsi olaraq isə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin və ona əlavələrin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə, kassasiya şikayətinə əlavələrə və təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr, məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2024-cü il tarixli hökmü məhkumlar məhkum2 və təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalara aid hissədə dəyişdirilsin. Məhkum məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 14 (on dörd) ilə endirilsin. Məhkum təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 14 (on dörd) ilə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar